Azßrbaycan dèLÈ HƏvva abdullayeva iradə ƏFƏNDİyeva


§ 17. REzİN ELEKTRİKİ KEçİRMİR



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə22/51
tarix21.06.2018
ölçüsü3,67 Kb.
#50142
1   ...   18   19   20   21   22   23   24   25   ...   51

67
§ 17. REzİN ELEKTRİKİ KEçİRMİR
Bu hadisədən bir müddət keçmişdi. Bərk külək əsirdi.  Külək axşama
dək
 
kəsmədi. Hava qaralmağa başlayırdı. Bu axşam kəndin mədəniyyət sarayında 
tədbir vardı. Sədr tədbiri açmaq* istəyirdi 
ki
, onun sözü ağzında qaldı. Sarayın 
işıqları* birdən söndü. Montyor hər yeri yoxladı. Elektrik məftili heç yerdən 
qırılmamışdı. Vəli də bir neçə qonşu uşaq* 

 ata-anası 
ilə
 bu tədbirə gəlmişdi. 
çünki
  tədbirdən 
sonra
  konsert  olacaqdı.  İşıqlar*  sönən  kimi  uşaqlar 
da
 
bayıra çıxdılar. Montyor yuxarı baxa-baxa gəzirdi. Elektrik məftilinin haradan 
qırıldığını axtarırdı. Vəli yanındakı uşaqlara dedi:
– Gedək, biz də axtaraq*!
Uşaqlar  da  ona  qoşulub,  kluba  çəkilən  elekrik 
məftillərinə  baxa-baxa  kəndin  içinə 
tərəf
  getdilər. 
Birdən  Vəlinin    ayaqlarına*  bir  şey  ilişdi.  O  əyilib 
baxdı. İlişən şeyin elektrik məftili olduğunu gördü.

 
Bax
 buradan qırılıb, – deyə Vəli səsləndi.
Uşaqlardan biri:
– Gedib montyoru çağırım! 
Vəli:

 
Yox
, lazım deyil, – dedi.
– Niyə?
Vəli cavab vermədi. Bu dəqiqə o, gözünün qabağına Adili gətirdi. Adil 

 vaxtı ilə onun: “
Bəs
 montyor nə vaxt gələcək?” – sualına: “Yox, montyor 
gəlməyəcək!” – deyə cavab vermişdi. İndi də o, Adil 
kimi
 etmək istəyirdi.
Vəli yuxarı, küləkdən az qala ikiqat əyilmiş cavan qovaq* ağaclarının 
budaqları* arasına baxdı. Məftilin o biri ucu ağacdan asılıb qalmışdı.
– Biz özümüz onu birləşdirə bilərik, – deyib Vəli uşaqların ayağına baxdı. 
O, Rzanın ayağındakı* qaloşu görüb dedi:
– Qaloşunu çıxart, ver mənə!
– Niyə?! – deyə Rza təəccüblə soruşdu.
– Adamın ayağında rezin ayaqqabı* olanda elektrik onu vurmaz. Rezin 
elektriki keçirmir.  Bunları  bizə  Ramazan müəllim öyrədib.  Siz  hələ  beşinci 
sinifdə  oxuyursunuz.  Bir  ildən 
sonra
  siz  də  bunları  biləcəksiniz. 
Di
  tez  ol, 
qaloşu çıxart, ver mənə.
Rza daha bir söz deməyib, qaloşunu çıxartdı. Vəli çəkməsini çıxarıb Rzanın 
qaloşunu geyindi 

 bir əlində məftilin ucunu tutub ağaca dırmandı. Külək 
ağacın  budaqlarını  xışıldadırdı.  Vəli  çətinliklə  yuxarı  dırmaşdı.  Kürəyini 
yoğun bir budağa* dirəyərək yuxarıdan sallanmış məftili tutdu. Əvvəlcə bir 
məftilin, sonra da o birinin uclarını qarmaq* 
kimi
 əyərək bir-birinə keçirmək 
istədi. 
Lakin
 məftillərin ucları qısalmışdı, bir-birinə güclə çatırdı. Qarmaqlar* 
dartılıb açıla bilərdi. 
Buna görə də
 məftili əvvəlcə möhkəm dartışdırıb yoğun 
Çap üçün deyil


68
bir budağa doladı. Məftil möhkəm dartıldı, sonra rahatlıqla* o biri məftilin 
qarmağını* birinci qarmağa keçirdi. 
Elə
 bu zaman uzaqdan* mədəniyyət sara-
yının pəncərələrinin işıqlandığını gördü.
– Yandı, – dedi və cəld aşağı düşdü.
Vəli öz ayaqqabısını geyinib uşaqlarla birlikdə saraya 
tərəf
 yüyürdü.
Sarayın qapısında montyoru gördülər. Rza özünü saxlaya bilməyib, sevin-
cindən gülümsəyə-gülümsəyə:
– Vəli düzəltdi, – dedi.
Montyor təəccüblə:
– Vəli?!
– 
Bəli
, Vəli düzəltdi.
Montyor köməkçisinə baxıb sevindi. O, üzünü Vəliyə çevirib:
– Ay  sağ  ol,  –  dedi.  – Ancaq  məftili  möhkəmləndirmək  lazımdır.  Belə 
küləkdə o, yenə qırıla bilər. Siz içəri keçin, mən gedim onu möhkəmlədim. 
Bunu deyib montyor tez uşaqlardan ayrıldı.
Vəlinin  gözləri*  qabağına  yenə  “fizik” Adil  gəldi.  O  gülümsəyirdi. 
Elə 
bil
, Vəlinin gördüyü işə o 
da
 sevinirdi. Vəli özü də indi fizika məşğələlərinə 
vaxtlı-vaxtında getməsindən* çox razı qalmışdı.          
SÞZLÖK
  tədbir – мероприятие
qovaq – тополь
ikiqat – вдвойне
dırmanmaq – взбираться
qoşulmaq – присоединиться
yoğun – burada: толстый
SЮZ EHTИYATI
sözü ağzında qalmaq – не успеть высказаться
gözünün qabağına gətirmək – представить                                                                

  Oxuduğunuz mətni əvvəlki hər iki mətnin davamı hesab etmək olarmı? 
Fikirlərinizi  əsaslandırmaq  üçün  hər  üç  mətndəki  uyğun  fakt  və  hadisələri 
qruplaşdırıb təqdim edin.

 Mətn üzrə aşağıdakı suallara cavab verin. Onların içərisində mətnlə 
əlaqəsi olmayan suallar varmı? Fikrinizi əsaslandırın.
1) Sədrin sözü nə üçün ağzında qaldı?
2) Uşaqlar mədəniyyət sarayına niyə gəlmişdilər?
3) İşıqlar sönən kimi uşaqlar niyə evlərinə qayıtdılar?
4) Elektrik məftilinin  qırılan yerini Vəli necə tapdı?
5) Vəli nə üçün montyoru çağırmağa qoymadı?
6) Vəli nə üçün uşaqların ayağına baxdı?
7) Rza nə üçün ayağındakı qaloşu Vəliyə vermək istəmədi?
8) Qırılan məftilləri düzəltmək üçün Vəli nə etməli oldu?
xalidə Hasilova
Çap üçün deyil


69

  Mətndə  kursivlə  verilmiş  sözü  aşağıdakı  variantlardan  hansı  ilə  əvəz 
etmək olar? Fikrinizi həmin sözləri birləşmə içərisində işlətməklə əsaslandırın.
  A) yaralamaq               B) güclənmək   
  C) ölçüb-biçmək
          D) dayanmaq, ara vermək              E) qısaltmaq, gödəltmək            

 Mətnin birinci cümləsində hansı hadisəyə işarə edilir? Həmin hadisəni 
yadınıza salın və danışın. 
|
 Necə düşünürsünüz, bu cümləni əvvəlki mətnlə əlaqə yaradan vasitə 
hesab etmək olarmı? Fikrinizi əsaslandırın.

 Mətndə altından xətt çəkilmiş sözlərin quruluşunu müəyyənləşdirib, 
onların yazılışı ilə bağlı müvafiq qaydaları izah edin.

  Uyğun  səs  tonunu  gözləməklə  Vəlinin  elektrik  xəttini  düzəltməsini 
təsvir edən abzası öz sözlərinizlə danışın. 
|
 Həmin hissə üzrə imla yazın, sonra kitabla yoxlayın.

  Mətndə  mavi  rəngdə  verilmiş  sözlər  üzərində  müşahidə  aparın. 
Əgər  həmin  sözləri  ayrı-ayrı  sütunlarda  yazmalı  olsanız,  onları  necə  qrup-
laşdırardınız? Özünüzü yoxlayın və yazın.
BUNLARI BÈLÈRSÈNÈZMÈ?
Uşaqlar,  mətndə  üzərində  ulduz  işarəsi  qoyulmuş  sözlərin  tələffüzü  üzərində 
diqqətlə müşahidə aparsanız, görərsiniz ki, sonu “q” ilə yazılan çoxhecalı söz və 
söz formalarında həmin “q” aşağıdakı hallarda [x] kimi tələffüz olunur:
a)  həmin  sözlər  ayrılıqda  tələffüz  olunduqda  –  buda
q[x]
,  tapmışı
q[x]

barma
q[x]
, daşlı
q[x]
, qoruma
q[x]
, qaçdı
q[x]
, oturmalıyı
q[x]
, yuyuru
q[x]
, işı
q[x]
 ...
b)  onlardan  sonra  samitlə  başlanan  şəkilçilər  gəldikdə  –  qarma
q[x]
lar, 
buda
q[x]
-dan, qaranlı
q[x]
da, işı
q[x]
çı, uza
q[x]
dan ...
c) belə sözlər nitq axınında samitlə başlanan başqa sözlərin qarşısında gəldikdə 
– pambı
q[x]
 
t
arlası, qarma
q[x]
 
k
imi, uza
q[x]
 
k
ənd, balı
q[x] t
utma
q[x]
, açı
q[x] q
apı ... 
Sonu  “q”  ilə  yazılan  çoxhecalı  sözlər  saitlə  başlanan  sözlərin  qarşısında 
gəldikdə  isə “q” samiti 
[ğ]
 kimi tələffüz olunur: – qova
q[ğ] a
ğacları, oxuma
q[ğ] 
a
rzusu, balı
q[ğ] ə
ti, torpa
q[ğ] ə
tri, açma
q[ğ] i
stəyirdi, moru
q[ğ] a
ldım ...  

 Necə düşünürsünüz, “birdən” və “çoxdan” sözləri quruluşca sadədir, 
yoxsa düzəltmə? Fikrinizi əsaslandırın.

 “Məftil” sözü ilə oxşar orfoqramlı sözlərə aid misallar yazın və qarşı-
la rında düzgün tələffüzünü qeyd edin.
Köməkçi:
 dəftər - [dəfdər], ...
Çap üçün deyil


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə