Azßrbaycan dèLÈ HƏvva abdullayeva iradə ƏFƏNDİyeva



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə24/51
tarix21.06.2018
ölçüsü3,67 Kb.
#50142
1   ...   20   21   22   23   24   25   26   27   ...   51

73
ayıldı.  3) Anama  yemək  aparacağam.  4)  Uşaqlar  addımlarını  yeyinlətdilər.  
5) Nə fikirləşdisə, yolun yarısından geri qayıtdı. 6) Birdən Ayaz başını qaldırıb  
göyə baxdı. 7)  Cəmilə xala əl saxladı.
|
 Bu cümlələrdən hansının mətnin hansı hissəsinə aid olduğunu söyləyin.

 Aşağıdakı  tapmacada altından xətt çəkilmiş sözlərdəki “-lar” hissəsi 
ilə bağlı  debata qoşulun.
   
Bir sürü atlar,   
 
Vaxtı gələndə,
   
Çəməndə otlar,  
 
Dərisi çatlar. 
1) Hər üç halda eyni vəzifə yerinə yetirir: “-lar” ismin cəm şəkilçisidir.
2) 1-ci cümlədə başqa, 2-ci və 4-cü cümlələrdə isə başqa vəzifə yerinə yetirir.

 Aşağıdakı sözlərin içərisində ismin yerlik halında olmayan bir neçə söz 
“gizlənmişdir”. Həmin sözləri tapıb səsləndirin və fikrinizi əsaslandırın.
kənddə, bağçada, kündə, yazda, tarlada, həyətdə,  yolda, gündə, dağda, 
lövhədə, mətndə, buğda, hekayədə, dostluqda, bəndə

  Aşağıdakı  cərgələrdə  verilmiş  sözlərin  mənalarını  izah  edin,  ara-
larındakı münasibəti və hər birinin quruluşca növünü müəyyənləşdirin.  
Qayğı – qayğıkeş – qayğıkeşlik – qayğılı – qayğısız – qayğılanmaq
düzmək – düzülmək – düzülü – düzülüş – düzdürmək – düzgün – düzgünlük
düz – düzlük – düzəlmək – düzəliş – düzəlişmək – düzəltmək – düzəltmə 
– düzəltdirmək – düzbucaqlı – düzxətli – düz-əməlli – düz-düzünə
düz
 
– düzən – düzənlik – düzəngah – düzəngahlıq

 Mətndə bitişik yazılan altı mürəkkəb söz işlənmişdir. Həmin sözləri 
tapıb  köçürün  və  bitişik  yazılmasının  səbəbini  izah  edin.  Sonra  hər  birini 
cümlədə işlədin.

 Aşağıdakı məlumatı oxuyun və sayları seçib məna növünü müəyyən-
ləşdirin. Sonra hər birini  sözlə yazın.
Azərbaycandan Rusiyaya pambıq ixracı 17-ci əsrdən genişlənmişdir. 18-ci 
əsrdə Mil-Muğan və Şirvan düzlərində geniş pambıq sahələri olmuşdur. XX 
əsrin əvvəllərində Rusiyanın toxuculuq sənayesinin mahlıca ehtiyacı ilə əlaqədar 
Azərbaycanda  pambıq  əkini  sahəsi  genişləndirilmişdir.  1913-cü  ildə  pambıq 
əkini sahəsi 100 min hektardan çox, pambıq istehsalı 65 min ton olmuşdur.

 Aşağıdakı cümlələrdə altından xətt çəkilmiş sözlərin ismin hansı ha-
lında işləndiyini müəyyənləşdirin.
1)  Sabah  məktəbimizin  bütün  fəallarını  çağıracağam,  yollara  tökülən 
pambığı yığacağıq. 2) Şahin sevinə-sevinə evə qaçdı. Köynəyini, ayaqqabısını 
geyinib darvazadan çıxdı. 3) Oğlum, bizim Şahindən xəbərin varmı, bilmədin 
dərsdən qayıtmışdı, ya yox? 4)  Dikəlib yaylığının ucu ilə alnının tərini sildi. 
Çap üçün deyil


74
5) O gün atam da deyirdi ki, çöldə bir yekə ilan öldürüblər.
|
 Cümlələrin mətnə uyğun ardıcıllığını bərpa edin.

  Payızda  yetişən  meyvələrin  faydası  haqqında  nə  bilirik?  Müəllimin 
təqdim etdiyi mətnləri tərcümə edin və BİBÖ cədvəlini doldurun.

 “Pambıq” sözünə əvvəlcə saitlə, sonra isə samitlə başlanan şəkilçilər 
artırıb ayrı-ayrı sütunlarda yazın. Hər birinin qarşısında tələffüzünü qeyd edin.
|
  Bu sözü saitlə və samitlə başlayan sözlərdən əvvəl işlətməklə birləşmələr 
düzəldib yazın və hər birinin qarşısında düzgün tələffüz formasını qeyd edin.

 Mətndə altından xətt çəkilmiş feillərdə işin neçənci şəxs və ya şəxslər  
tərəfindən icra olunduğunu necə müəyyən etmək olar? Fikrinizi əsaslandırın.     
|
 Bu feillərdən biri digərlərindən fərqli formada işlənmişdir. Həmin feili 
seçib, hansı formada işləndiyini deyin.
§ 19. QIzIL PAYIz    
– Quşlar, bəzəkli 
                         quşlar,
Qızıl lələkli quşlar.
Ay leyləklər, durnalar,
Yenə nə olmuş, nə var?– 
Yaşıl budaqlar* üstə
Toplaşıb dəstə-dəstə
Deyin, hara gedirsiz? –
Yaxınlara gedirsiz,
Uzaqlara* gedirsiz?
– Yenə payız gəlibdir,
Soyumuşdur havalar. –
Toplaşıb qatar-qatar,
Qoşularaq* yellərə,
Biz uçuruq*, uşaqlar,
Uzaq – isti ellərə.
– Ağ qazlar, boz
                      ördəklər
Yenə də səhər-səhər
Deyin, hardan gəlirsiz?
Yaxınlardan gəlirsiz,
Uzaqlardan* gəlirsiz?
Dilə gəlin siz barı,
Mehriban qu quşları!
– Biz isti ölkələrdən
Gəlmişik qonaq* sizə.
Neçə payız nəğməsi
Gətirmişik, bax sizə.
– Küləklər, ay küləklər,
Niyə belə əsirsiz? –
Niyə soldurursunuz
Bağçaları, bağları?
Dağıdırsız hər yana 
Sapsarı
 yarpaqları*.
Dilə gəldi küləklər:
– Çılpaqlaşıb* dağ,
                        dərə,
Payız gəlib ellərə.
Payız gəlib ellərə.
– Buludlar, ay buludlar,
Yenə nə olmuş, nə var? 
Hücum çəkib yenə siz
Göylərdə gəzirsiniz.
– Siz ey qəşəng ağaclar,
Niyə belə barlısız –
Soyumuşdur havalar,
Yenə də baharlısız?
– Payızın bu ellərə
Nə qədər sovqatı var.
– Tarlalar, ay tarlalar,
Yenə nə olmuş, nə var?– 
Yenə 
ağappaqsınız
*,
Elə bil ki, dağsınız.
Yerə-göyə sığmayır,
Pambıq* tayalarımız.
Aşır-daşır varımız.
Payız bizə xoş gəlib –
Ölkəmizə xoş gəlib.
Dolaşıb qarış-qarış,
Gəzər payız hər yanı;
Sərin küləkləriylə,
Sarı çiçəkləriylə,
Bəzər payız hər yanı.
Qızılı yarpaqların*
Xışıltı səsi gəlir.
Bağçalardan, bağlardan
Payız nəğməsi gəlir.
(ixtisarla)
           Tofiq Mütəllibov
Çap üçün deyil


75
SÞZLÖK
  soldurmaq – завянуть
dağıtmaq – burada: разбросать
çılpaqlaşmaq – оголиться
qızılı – золотистый
SЮZ EHTИYATI
hücum çəkmək – нападать
dilə gəlmək – заговорить

 Necə düşünürsünüz, oxuduğunuz şeirdə  şair niyə məhz durnalara və 
leyləklərə,  qazlara  və  ördəklərə,  küləyə,  buluda  və  ağaclara  müraciət  edir? 
Fikrinizi faktlarla əsaslandırın.

 Səs tonu, temp və fasiləni gözləməklə şeiri rollar üzrə oxuyun.

  Aşağıda  “Qızıl  payız”  şeirindən  götürülmüş  iki  parça  verilmişdir. 
Həmin parçaların şeirdəki yerini müəyyənləşdirin və  əlavə etdiyiniz hissə ilə 
birlikdə oxuyun.
Baxınız, sapsarıyıq,               
 
Tuturuq bircə anda;
Biz payızın barıyıq –                     
Dərəni biz, dağı biz.
Yeyin, yeyin, uşaqlar! –                 
Payızda çox oluruq,
Bu nübarçün payıza,                       
Göylərin qonağı biz.
Sağ ol deyin, uşaqlar!

 Qruplara bölünün və hərəniz  “Payızda təbiət”, ”Payızda köçəri quşlar”, 
“Payızda  meyvə  bağları”,  “Payızda  pambıq  tarlaları,  yaxud    üzüm  bağları”  
mövzularından biri üzrə təqdimat hazırlayın. 

 Kursivlə verilmiş sözlərdən hansının sinoniminə şeirdə rast gəlmədiniz? 
Həmin  sözləri  sinonimləri  ilə  birlikdə  deyin  və  hər  birindən  yeni  sözlər 
düzəldin.

 Şeirdə altından xətt çəkilmiş sözlərin hansı nitq hissəsinə aid olduğunu 
müəyyənləşdirib,  qrammatik mənasını izah edin.
|
 Şeirdə altından xətt çəkilmiş sözlərdən ikisi göy rənglə fərqləndirilmişdir. 
Bu sözlər digərlərindən nə ilə fərqlənir? Səbəbini izah edə bilərsinizmi? 

Şeirdə altından xətt çəkilmiş sözlərdən hansıların  əlamətini artırıb, azal-
da bilərsiniz? Özünüzü yoxlayın və düzəltdiyiniz sözləri cümlələrdə işlədin.

  Şeirdə  işlənmiş  antonim  cütlükləri  tapıb  səsləndirin  və  hər  birini 
cümlələrdə işlədin. 

 Payızda yetişən bitkilərdən biri olan itburnunun faydaları haqqında nə 
bilirsiniz? Müəllimin təqdim etdiyi mətni Azərbaycan dilinə tərcümə edin və  
BİBÖ cədvəlini doldurun. Yeni nə öyrəndiniz? Bu mövzuda danışın.
Çap üçün deyil


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə