Azßrbaycan dèLÈ


§14. Bərdənin tərifi (1 saat)



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə17/52
tarix22.10.2018
ölçüsü3,38 Mb.
#75459
1   ...   13   14   15   16   17   18   19   20   ...   52

45
§14. Bərdənin tərifi (1 saat)

Gözlənilən təlim nəticələri
Alt 
standart
Fənlərarası 
inteqrasiya
1 Dinlədiyi mətndə fakt və hadisələri ümumiləşdirir.
1.1.2
Az.t. – 
1.2.1.; 
1.3.1.
Əd. – 
2.1.1.; 
1.1.1.
2
Nitqində məntiqi vurğudan düzgün istifadə edir.
Söz birləşməsi və sadə cümlələri qrammatik norma-
lara uyğun tələffüz edir.
2.1.2 
2.1.1
3
Əsas fikri nəzərə çarpdırmaq üçün məntiqi 
vurğudan istifadə edir.
Mətndəki fikirlərə münasibət bildirir.
3.1.2
3.1.3
4 Seçdiyi nümunələrlə yazısını zənginləşdirir.
4.1.2
Dərsin tipi:
 İnduktiv 
Dərsin forması:
 Böyük və kiçik qrupla, cütlərlə iş 
Dərsin üsulu:
 Beyin həmləsi, müzakirə
Resurslar: 
Dərslik, elektron lövhə, kompyuter
Motivasiya: 
Müəllim  lövhədə  Qarabağ  torpaqlarını,  bu  torpaqların 
gözəl li yini nümayiş etdirir. Müəllim şagirdlərə müraciət edir:
– Siz Bərdə haqqında heç eşitmisinizmi?
Şagirdlərin cavabları dinlənilir. Onların tələffüzündəki qüsurlar düzəldilir.
Tədqiqat sualı:
  Bərdə  haqqında  Nizami  Gəncəvinin  hansı  əsərində 
söhbət açılır?
Tədqiqatın aparılması: 
  Tədqiqat  sualına  cavab  tapmaq  məqsədilə 
müəllim  şagirdlərə  “Bərdənin  tərifi”  şeirini  oxutdurur.  Şeirin  hər  bəndi 
bir  şagirdə  oxutdurulur.  Şeirin  oxusu  prosesində  məzmun  və  sözlüyün 
mənimsədilməsi üzərində iş aparılır. “Sözlük”dəki sözlərin mənası izah edilir, 
cümlələrdə işlədilir. Şagirdlər 1-ci çalışmanın şərtinə uyğun olaraq verilmiş 
ifadələri  şeirdəki  boşluqlarda  yerləşdirərək  fikirlərini  əsaslandırırlar.  Bu  za-
man 2.1.2 alt-standartı reallaşdırılır.
Şagirdlər  qruplara  bölünür.  Hər  qrupa  3-cü  çalışmanın  şərtinə  əsasən 
misralar  üzərində  işləmək  tapşırılır.  Şagirdlər  şeirin  misralarından  biri 
üzərində düşünürlər, nümunələrdən, faktlardan istifadə etməklə həmin mətnin 
məzmununu  genişləndirərək  Bərdə  haqqında  danışırlar  (3.1.2  alt-standartı). 
Müəllim danışıq zamanı şagirdlərin nitqlərindəki qüsurları düzəldir. Şagirdlər 
şeirdəki  kursivlə  verilmiş  misralar  üzərində  düşünərək  “gizlənən”  mənaları 
aydınlaşdırmağa  çalışırlar.  Bu  çalışma  şagirdləri  düşünməyə  və  nəticə 
çıxarmağa  istiqamətləndirir.  Şagirdlər  3.1.3.  alt-standartını  reallaşdırırlar. 
Dərslikdəki 5-ci çalışmanı kiçik qruplar yerinə yetirirlər.
Çap üçün deyil


46
7,8,9,10-cu çalışmaların icrasını müəllim cütlərə tapşırır. Bu daha yaxşı 
səmərə  verir.  Cütlər  verilmiş  çalışmalarda  söz  birləşməsi  və  sadə  cümlələri 
qrammatik normalara uyğun tələffüz edərək sözlərin mənasını praktik yolla 
mənimsəyirlər. çalışmalarda qoyulan tapşırıqlar, eyni zamanda, orfoqrafik və 
durğu işarələrindən istifadə üzrə işlər aparılmasına da imkan verir.
Məlumat mübadiləsi:
  Şagirdlər  “Bərdənin  tərifi”  şeirinin  əsas  ide-
ya sını müzakirə edir və vətən mövzusunda yazılmış bildikləri digər şeirlərlə 
müqayisəli şəkildə fikir mübadiləsi aparırlar.
Nəticə: 
Tədqiqat  sualına  cavab  axtaran  şagirdlər  öyrənirlər  ki,  Bərdə 
şəhəri  Qarabağ  ərazisində  yerləşir.  Qarabağ-  bizim  babalarımızdan  yadigar 
qalan əbədi məskənimizdir. Onun bir dilbər güşəsi də Bərdədir. Həqiqətən, öz 
gözəlliyi ilə Nizamini cəlb edən bu qədim torpaq dahi mütəfəkkirin yazılarında 
əbədiləşmişdir.
Yaradıcı tətbiqetmə: 
“Mənim vətənim” mövzusunda kiçik inşa yazmaq.
Qiymətləndirmə:
 Seçilmiş qiymətləndirmə meyarlarına uyğun aparılır.
Ev tapşırığı: 
Seçdiyiniz misraları əzbərləmək.
§15. Çinar və taxta parçası (1 saat)

Gözlənilən təlim nəticələri
Alt 
standart
Fənlərarası 
inteqrasiya
1 Dinlədiyi mətndə fakt və hadisələri ümumiləşdirir.
1.1.2
Coğ. – 
3.2.3.
Əd. – 
2.2.1.; 
3.1.2.
2
Nitqində məntiqi vurğudan düzgün istifadə edir.
Müxtəlif mövqeli fikirləri ümumiləşdirərək təqdim 
edir.
Mətnin hissələri arasında əlaqələri gözləməklə 
danışır.
2.1.2
2.1.3
2.1.4
3 Mətndəki fikirlərə münasibət bildirir.
3.1.3
4 Seçdiyi nümunələrlə yazısını zənginləşdirir.
4.1.2
Dərsin tipi:
 İnduktiv
Dərsin forması: 
Kiçik qruplar və cütlərlə iş 
Dərsin üsulu:
 Beyin həmləsi, müzakirə
Resurslar: 
Dərslik, disk, kompyuter
Motivasiya: 
Müəllim aktyorun ifasında M.Ə.Sabirin “Ağacların bəhsi” 
şeirini səsləndirir. Müəllim diski əldə edə bilməsə, özü şeiri ifadəli oxuya bilər. 
Sonra müəllim sinfə belə bir sualla müraciət edir: - Şeirdə nədən bəhs edilir? 
Ağaclar nə üçün bir-biri ilə mübahisə edirlər? Şagirdlərin cavabları dinlənilir.
Çap üçün deyil


47
Tədqiqat sualı:
  İnsanların həyatında ağacların nə kimi rolu var? Meşə 
təsərrüfatı haqqında nə bilirsiniz?
Tədqiqatın aparılması:
 Tədqiqat dərslikdəki “Çinar və taxta parçası” 
mətninin şagirdlərə oxutdurulması ilə başlanır. Mətndəki situasiyanın düzgün 
qavranılması  və  sözlük  üzərində  iş  aparılır.  Bu  zaman  2.1.2  alt-standartı 
reallaşdırılır.
Sonra müəllim şagirdləri qruplara bölür. Hər qrup mətnin məzmunu ilə 
bağlı  mətndəki  fakt  və  hadisələri  ümumiləşdirərək  (1.1.2  alt  standatı)  plan 
tərtib etməlidir. Çalışma 3 bu məqsədlə nəzərdə tutulmuşdur.
Mətnin hissələri arasında əlaqələri gözləməklə (2.1.4 alt standarı) 4,5-ci 
çalışmalar yerinə yetirilir.
Kiçik  qruplara  6,7,8-ci  çalışmaların  yerinə  yetirilməsi  tapşırılır.  Bu 
çalışmaları  yerinə  yetirməkdə  məqsəd  şagirdlərin  mətni  mənimsədiklərini 
aydınlaşdırmaqdır. Onlar 3.1.3 alt standartını reallaşdıraraq fikirlərə münasi-
bətlərini bildirirlər.
9-cu  çalışmanın  icrası  cütlərə  tapşırılır.  Cütlər  “Hikmət  xəzinəsindən” 
rubrikasında  verilmiş  aforizm  ətrafında  düşünərək  öz  mülahizələrini  bildir-
məlidirlər. Cütlər verilmiş aforizmi əvvəlcə tərcümə edir, daha sonra onların 
içərisindən mətnin məzmunu ilə əlaqəli olan fikri səsləndirirlər.
Şagirdlər  10,11,14,15-ci  çalışmaları  yerinə  yetirərək  müxtəlif  fikirləri 
ümumiləşdirərək təqdim edirlər. Bu zaman 2.1.3 alt-standartı reallaşdırılır.
Sonra  müəllim  yenə  qruplarla  işə  keçərək  hər  qrupa  12,13-cü 
çalışmalardan birini yerinə yetirməyi tapşırır. Bu çalışmalar vasitəsilə 4.1.2 alt 
standartı reallaşdırılır, şagirdlər nitq hissələri ilə bağlı yazılış və durğu işarələri 
qaydalarına əməl edərək fikirlərini əsaslandırırlar.
Çalışmalarda  qoyulan  tapşırıqlar  şagirdlərin  fikirlərini  əlavə  fakt  və 
hadisələrlə  əsaslandırmalarına,  dil  ehtiyatlarının  genişlənməsinə,  həmçinin 
nitqlərində vurğudan düzgün istifadə üzrə bacarıqların inkişafına şərait yaradır.
Çalışmalarda  qoyulan  tapşırıqlar  şagirdlərin  fikirlərini  əlavə  fakt  və 
hadisələrlə  əsaslandırmalarına,  dil  ehtiyatlarının  genişlənməsinə,  həmçinin 
nitqlərində vurğudan düzgün istifadə bacarıqlarının inkişafına şərait yaradır.
Məlumat  mübadiləsi: 
Qruplar  yerinə  yetirdikləri  çalışmalar  əsa sın  -
da  mövzunu  müzakirə  edirlər.  Fikir  mübadiləsi  onlarda  insanda  olan  inam-
sız lıq,  bədgümanlıq,  həyatdan  küskünlük  kimi  mənfi  xüsusiyyətlərə  qarşı 
münasibətlərin formalaşmasına kömək edir.
Nəticə:
 İnsan həmişə inamla yaşamalıdır. Həyatdan küsmək, bədgü man  
olmaq insanın əhvalını dəyişdirir, gələcəyə inamını azaldır, əlini işdən soyu-
dur.  Bu da sonrakı illərdə insanın həyatında qorxulu hadisələrin baş verməsinə 
gətirib çıxara bilər. Başqasına yardım əli uzadan insan həm onu ucaldar, həm 
də özü ucalar.
Çap üçün deyil


Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə