Sədrəddin Hüseyn
154
Səhni-xaneyi-Peyəmbər oldu rəşki-vadıyı-Tur,
Çün Kəlim ol nuru görcək ğəşş edüb o zari-rəncur,
Huşə gəldi misli-Musa, təkyə eylədi əsayə.
368
Füzulinin “Hədiqətüs-süəda”sında da deyildiyi kimi, hər kəs
bir-bir Hüseyndən vuruş üçün izn istəyir, gedir, vuruşur, saysız
düşmən öldürür, nəhayət, Haqq uğrunda şəhid olur. Ən sonda
savaşa Hüseyn özü gedir. Racidə də ümuni şəkildə bu xətt göz-
lənılır. Yükün bütün ağırlığını, dərdin, müsibətin bütün yaşantı-
sını Hüseyn öz çiyinlərində çəkir. Düşərgədəkilərin hər biri onun
qohumu, yaxını, əzizi idi, hər biri üçün o cavabdeh idi. Hər birinin
şəhadətini mərdliklə, əsil müsəlman imamına, peyğəmbər nəvə-
sinə xas bir şəkildə qarşılayır. Bununla belə bir insan olaraq şəf-
qətlidir. Faciəyə çox vaxt gizli-gizli ağlasa da, bəzən bunu büru-
zə verir. Oğlu Əli Əkbər şəhid olanda bacısı Zeynəblə bir-birinə
sarılıb ağlayır. Şair bu incə və həssas məqamdan düşmənin kim-
liyini daha qabarıq vermək üçün məharətlə istifadə edir. Şümrlə
İbn Səd sinəsinə bala dağı çəkdirdiyi qardaş-bacını qamçılayıb
bir-birindən ayırmaq istəyir. Başqa vaxt Hüseynlə üz-üzə gəlmə-
yə cəsarətləri olmadığından bu anı fürsət bilirlir. Və bilirlər ki,
bu məqamda öldürsələr belə Hüseyn onlara cavab verməyəcək.
O, balasının dərdini bölüşən bacısını ovundurur.
Etdi xitab Şümrə İbn Səd məl’un,
Çəkməz Səkinədən əl, vurma Hüseyni, ey dun,
Vur bu Səkinəni əl çəksin ol cigərxun,
Rəhm etməyüb vurardi giryani-Kərbəlani.
369
Bütün yaxınları şəhid olanda, vuruşa gedəcək bir adam qal-
mayanda Hüseyn özü vuruş meydanına çıxır və həm düşmənə,
həm də bəşər tarixinə dərs verəcək, örnək olacaq bır qəhrəman-
lıq göstərir. Düşmən tərəfdən saysız adam öldürür. Öldürülən
368
Yenə orada.səh. 151
369
Raci Təbrizinin novhələri və mərsiyələri.(tərtibçi Əbulfəzl Əhmədlu) ”Fəxri-
Azəri”. Təbriz,1389, səh. 78
Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası
155
düşmənin sayı mənbələrdə mübaliğəli şəkildə müxtəlif cür gös-
tərilir. Əlbəttə burada mübaliğə ola bilər, amma saysız düşmən
ordusuna qarşı təkbaşına çıxıb 58 yaşında belə bir döyüşə atılmaq
bir həqiqətdir. Füzuli göstərir ki, İmama yaxın düşməyə cəsarət
etmədiklərindən onu dəfələrlə ox yağmuruna tuturlar. Ən son-
da “Həzrəti-İmam namaza məşğul olub səcdədə ikən Şümri-bəd-
bəxt baş qaldırmağa möhlət verməyib şərbəti-şəhadət içirdi.”
370
Racidə kədər yükü ağır olduğundan hadisənin müsibət rəngini
daha qabarıq verir. Onun aldığı yaraları, susuz, pəjmürdə halını
oxşayıb ağlayır. Yaranın sayını qərıibə bir rəqəmlə 1950 olaraq
göstərir. Onu namaz üstdə qətlə yetirən “Şümri-ləin” də görür:
Gördi min doqquz yüz əlli yarə suzan sinəsi,
On iki zərbətlə kəsdi başini Şümri-ləın.
371
Şair bir növhəsində İmam Hüseynin öz dilindən danışır.
“Ey cəmaət, vurmuyun çox nızəvi xəncər mənə,
Bəsdü bu sinəmdəki daği-Əli-Əkbər mənə”
deyərək hər tərəfdən “ləşkəri-ənduhun, fövci-əşki-dideyi-pürr-
nəmin, sipahi-qəmin” hücum etdiyini bildirir. “Əbbası qanını su
kimi tökdünüz, Övn ilə Cəfəri zülm ilə öldürdünüz, məhşər günü
Əkbərin qanını almaram, Kərbəlanı mənə ərseyi-məhşər etməyin.
Vurmuyun, öldürmüyün, rəhm edin, insaf edin, xeymələrdə qırx
qara məcər mənə göz tikib. Yol verin, gedərəm Ruma, Firəngə,
yol verin” deməklə bu diyardan uzaqlaşacağını bidirir və “qəbti-
Peyğəmbərin” ona nişiman olmağa qoymadıqlarını dərdli-dərdli
ifadə edir:
…Eşq ilə təxmir olubdur əsli-bünyadim mənim,
Eşqdür bu abü xakü atəşü badim mənim.
Məktəbi-qəmdə şəhadət dərsin ustadim mənim,
Hərf-hərfü nöqtə-nöqtə eyləyüb əzbər mənə.
372
370
Məhəmməd Füzuli. Hədiqətüs-süəda. Bakı, 1993, səh. 181
371
Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 119, 143, 134
372
Raci.Seçilmiş əsərləri.(tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 116
Sədrəddin Hüseyn
156
Hədislərdə və başqa qaynaqlarda Peyğəmbərimizin (s.ə.s.)
İmam Hüseynin (ra) şəhid olacağına dair işarələr var. Və vaxtı ca-
tanda bu gerçəkləşir. Hətta iş o yerə çatır ki, siyasət düşkünü in-
sanlar əhli-beytə əl qaldırmaq bir yana, onları vəhşicəsinə qətlə
yetirir və öldürdüklərinin başını heç bir insani dəyərə sığmayan
şəkildə xalqa göstərib qorxu yaradır. Haq sevgisi qorxu üzərində
qurulan hakimiyyətlə əvəz olunur. Şam əhli əsirləri görəndə bilir
ki, Kərbəlada “toy olub”.
Şümr zülmünü başa çatdırıb əsirləri Şama gətirir. Görənlər-
dən kədərlənən də var, sevinən də. Bu zaman Hüseynin ağ saq-
qalını pürxun görən Zeynəbin əhvalı digərgun olur. Şair burada
dözə bilməyib qarğışa keçir. “Lal olsun o dillər ki, Ruyi-üsəradan
aparıb feyzi-tamaşa”, -deyərək fikrini belə tamamlayır.
Olseydi gər ol taifədə çeşmi-bəsirət,
Etməzdilə ol Seyyidi-səccadə şəmatət.
Qoymazdilə Zeynəb çəkə viranədə möhnət,
Verməzdilə bifərş yer ol ərşməqamə.
373
Novhələrdə İmam Hüseynin ətrafında olanların da dolğun
obrazı yaradılıb. Ayrı-ayrı obrazlardan bəzən bir bənddə, hətta
bir misrada danışılsa belə, dolğun və yadda qalan şəkildə təsvir
edilir. Bir də bunların ümumi obrazı canlandırılır. 72 nəfərlik bir
dəstə neçə min nəfərlə ölüm-qalım savaşına çıxır. Bir tərəfdə Allah
eşqi və bu eşqin yolunda şəhidlik mərtəbəsi, digər tərəfdə əmrə
tabe olan, qarşısındakının kimliyinə varmadan ona düşmən kimi
baxan, bu cəhətdən də ağlagəlməz qəddarlıq göstərən dünya-
pərəstlər, mal və rəyasət düşkinləri. Bu 72 nəfər İmam Hüseynin
xanımı, qardaş-bacıları, övladları, ən yaxın qohumları və əhli-beyt
aşiqləridir. Burada hətta Müslümi-Azərbaycani
374
kimilər də var.
Səfərdə yalnız xəstə olduğu üçün İmam Hüseynin qızı Fatimə
373
Raci Təbrizinin novhələri və mərsiyələri.(tərtibçi Əbulfəzl Əhmədlu)
”Fəxri-Azəri”. Təbriz,1389, səh. 49
374
Məhəmməd Füzuli. Hədiqətüs-süəda. Bakı, 1993, 365 səh.
Dostları ilə paylaş: |