Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası
151
Ölməgə zülm ilən, bacı, təşnə Əliyyi Əkbəri,
Verməgə həsrət ilə can Qasimü Övnü Cəfəri,
Ta aparam gərək bu gin oglum Əliyyi Əsğəri,
Hərmələ etməgə onu tirə nişan Mədinədən.
361
Xəbəri Fatimə çox kədərlə qarşılayır, atasına çox yalvarır ki,
getməsinlər, getsələr onu da aparsınlar. “Ayırma” rədifli bir nov-
hədə Zeynəb də “bu rahi-səfərdən qan iyi gəldiyi” üçün qarda-
şına (Hüseynə) çox yalvarır ki, onları Yasribdən ayırmasın. O, Mə-
dinədə olduğu kimi, Kərbalada da qardaşına yalvarır. Ümidin hər
yerdən kəsildiyini bilsə də, bir bacı kimi onu qorumağa, son bor-
cunu verməyə çalışır.
Şiə, ver bir guş-huşun Zeynəbün əfqaninə,
Aç bəsirət çeşmüvi, bax Kərbəla meydaninə.
İmdi guya əzm edər meydanə şahi-Kərbəla,
Qoymuri getsün əbasindən dutub ali-əba,
Zeynəb ərz eylər ki, gəl, meydanə getmə, ey əxa,
Bircə bax bu əhli-beytün naləvü əfganinə.
362
Raci ravının dilindən onun körpəliyini yada salır. Cəddi (s.
ə.s.) namaz qılarkən Hüseyn qolunu boynuna salıb “mane” olan-
da vəhy gəlir ki, “ver öz səcdövə tül, Düşsə gətfündən Hüseyn
oğlun, olur zari-məlul, O qədər səbr elə ta qəlbi onun xoştər ola.
İndi necə rəvadır ki, onun “peykəri pamal olsun”. Bir Hüseyn ki,
onu Fatimə sinəsi üstə bəsləyə, onu “Şümri-dəğa öldürə təşnə,
quri yerlər ona bəstər ola”
Olmadı əhli-cəfa zülmü sitəmdən doyalar,
Nə rəvadur ki, onun rəxtini yeksər soyalar,
Fatımə bəslədigi başı gül üstə qoyalar,
Şiələr, vay bizim başimizə küllər ola.
363
361
Raci Təbrizinin novhələri və mərsiyələri.(tərtibçi Əbulfəzl Əhmədlu)
”Fəxri-Azəri”. Təbriz,1389, səh. 80
362
Raci.Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz).Bakı: Sabah,1992, səh. 132
Sədrəddin Hüseyn
152
Şair yeri gəldikcə müəyyən məsələlərə öz münasibətini bil-
dirir, insanın yaradılış qayəsini, açmağa çalışır, bu zaman dövrü-
nün mövcud dini-elmi görüşlərinə istinad edir. Sonda da bu fi-
kirləri İmam Hüseynə və onun şəhadətinə bağlayır. Ona görə
“bu icadi-aləmdən itaətdür, qərəz, Aləmü adəm vücudundan iba-
rətdür, qərəz.” Qeyb aləmindən xəbər gəlir ki, sənətkar sənətini
aşkar eləsin. Bir belə xəlqi Pərvərdigar əbəs yerə xəlq eləməyib.
“Bu kəsrətdən zühuri-sirri-vəhdətdür, qərəz.” Aləm ayinəsində
Haqq nuru zühur edir, ayətinə Allahın nurunun mənaları görünür.
Eylədi ayineyi-aləmdə nuri-həq zühur,
Tapdı ayətində surət məniyi-əllahi-nur,
Bundan artuq çeşmi-həqbinə degül ayət zərur,
Sərbəsər bu ənfüsü afaqi-ayətdür qərəz.
364
Bu alçaq dunyanın sevdası peşmançılıq olduğuna görə şah-
baz olan kəs “cifeyi-dünyaya” talib olmaz, “arizuyi-hirsü azun tərk
qılar” Çünki bütün inanclardan üstün “müvəhhid” (tovhid) mən-
səbidir. Bunun da ən üstün məqamı şəhidlik mərtəbəsidir.
Yuxarıda da deyildiyi kimi, hamı bu səfərin sonunu gözəl
bilir. Oğlu Əlı Əkbər atasının Kərbübəla sözünü “kərratla” zikr
etdiyini bildirir, Hz.Abbas kimi düşmənlərin bağrını yaran cəsur
döyüşçü belə Hüseyndəki halı görüb bu səfərdə zəfərinin müş-
küllüyünü hiss edirdi. Ancaq hər kəs “əl-hökmü-illəllah” düsturu
ilə İmam Hüseynin “Yasribdən İraqa səfər olsun” əmrinə təslim
olaraq yola hazırlanırlar.
Müəllıf bəzən bırbaşa İmam Hüseynə xıtab edır, onu mədh
edərək verdıyı ritorik sualın cavabını sanki özü verir:
Ya Hüseyn, kim sən kimi öz xanimanından keçər?
Kim sənin tək haq yolunda baş, canından keçər?
363
Raci.Seçilmiş əsərləri.(tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 140
364
Raci Təbrizinin novhələri və mərsiyələri.(tərtibçi Əbulfəzl Əhmədlu)
”Fəxri-Azəri”. Təbriz,1389, səh. 132
Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası
153
Kim sənin tək tərk edər cahü cəlalin, ya Hüseyn?
Kim verər yəğmayə sən tək mülkü malin, ya Hüseyn?
Kim verər zillətlə öz əhli əyalin, ya Hüseyn?
Kim Əli Əkbər kimi növrəs cəvanından keçər?
Əlbəttə, heç kim. Əhli-dünyanın – dünyapərəstlərin nəzə-
rincə kimsə nə bu dünyadan, nə onun zövqü-səfasından əl çək-
məz. Üstəlik bu qədər şeyi və özünü heç kəs qurban verməz.
Ancaq İmam Hüseyn dünyapərəst deyildi. O çoxdan özünü Xali-
qinə təslım etmişdi. “Məşuqəsinin (belə ağır) imtahanından” an-
caq o keçə bilər. Ancaq Haqq aşiqi olanlar edə bilər bunu. Şair
belə cəfa və vəfa qəhrəmanlarını yada salır. Onu ancaq Yusif (əs)
üçün ağlamaqdan gözü tutulan Yaqubla, (əs) övladını qurban ver-
məyə aparan İbrahimlə (əs) müqayüsə edür. Ancaq o, bir İsma-
yılı (əs) apardığı halda, İmam Hüseyn 72 qurbanla gedir.
365
Hər nə ki, zülmü sitəm etdi sənə əhli-cəfa,
Tab edib cövrü cəfaya birbəbir oldun riza,
Hansı aşiq sən kimi, ey padişahi-Kərbəla,
Birbəbir məşuqəsinin imtəhanından keçər?
366
Raciyə görə “çoxları eşq meydanına qədəm qoyub, ancaq
heç kəs meydanə Hüseyn kimi mərdanə gəlməyib.”
367
Şair, Hü-
seyni Musa (əs) peyğəmbərlə də müqayisə edir.
Tur dağında görünən nurdan peyğəmbərin təsirlənməsini,
Kərbəla səfəri ərəfəsində Hüseynlə qızı Fatimənin görüşməsinə
təşbih edir:
Vəqt o vəqt olub ki, gəlsün Fatimə çün nəvayə.
Ol mərizə gördü nagah cilvələndi pərtövi-nur,
365
Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz).
Bakı: Sabah,1992, səh. 130, 186, 147, 159, 187
366
Raci Təbrizinin novhələri və mərsiyələri.(tərtibçi Əbulfəzl Əhmədlu)
”Fəxri-Azəri”. Təbriz,1389, səh. 83
367
Raci.Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz).Bakı: Sabah,1992, səh. 153
Dostları ilə paylaş: |