Sədrəddin Hüseyn
24
silahlı üsyanla nəticələndi və uzun illər İran dövlətinin başağrısına
çevrildi. Dini baxımdan sapıq bir ideologiya olsa da, babilərin için-
dən azadlıq işinin yeni döyüşçüləri, 1905-11-ci illər məşrütə hə-
rəkatının fəalları yetişdi.
XIX əsrin ortalarında İranda xalq ağır şəraitdə yaşayırdı və
özünün mədəniyyətini, incəsənət və ədəbiyyatını yaradıb inkişaf
etdirirdi. Cənuba Şimalın təsiri özünü göstərirdi və bu təsir tarixi
reallığın ifadəsi idi. Dünyanın mütərəqqi mədəni hadisələri Rusiya
vasitəsilə Şimali Azərbaycana, oradan da Cənuba nəql olunurdu:
“XIX əsrin ortalarından Şimali Azərbaycanda baş verən mütərəq-
qi ədəbi-mədəni yeniliklər cənuba da siyarət edirdi”
28
.
Cənubi Azərbaycanda maarif və mədəniyyət də inkişaf et-
məkdə idi. Bir qayda olaraq ibtidai təhsil verən məktəblər şəhər-
lərdə və bəzi iri kəndlərdə açılırdı. Şəhərlərin böyüklüyündən, əha-
linin sayından asılı olaraq onların da sayı müxtəlif olurdu. XIX əs-
rin ortalarında Təbrizdə yüzə qədər məktəb açılmışdı. 1869-cu
ildə Təbrizdə açılan “Mədrəseyi-Nasiri” adlı məktəbə qədər Cə-
nubi Azər baycanda yeni tipli məktəb yox idi. Sonra “Təbriz döv-
lət mədrəsəsi” açıldı (1877). İran maarifinin atası sayılan Mirzə
Həsən Rüşdiyyə isə 1888-ci ildə “Dəbistan” adlı “üsuli-cədid” mək-
təbi açmış və “Ana dili”, “Vətən dili” dərsliklərini yazmışdır. Bun-
dan əlavə “Cənubi Azərbaycanın maarifçilik tarixində... Cabbar
Baxçaban, Hacı Məhəmməd Naxçivaninin böyük xidmətləri ol-
muşdur”
29
. Məktəblə birgə kitab nəşri və mətbuat da inkişafda idi.
İranda əlyazmalar
şəklində kitab yazmaq,
bu sahədə müx-
təlif xəttatlıq, illüstrasiya kimi incəsənətin müxtəlif növləri üzrə
zəngin və tarixi ənənə mövcud idi. Bu dövrdə “Cənubi Azərbay-
canda rəssamlıq, nəqqaşlıq və xəttatlıq sahəsində Mirzə Məhəm-
məd Rza Təbrizi, Məhəmməd Hüseyn Təbrizi, Ağa Əbülhəsən
28
Məmmədov Xeyrulla. ”Əkinçi”dən “Molla Nəsrəddin”ə qədər. Bakı:
Yazıçı, 1987, səh.46-52
29
Məmmədli P. Cənubi Azərbaycan mətbuat tarixi. Bakı: Elm, 2009, səh.17