Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası
31
vaxt cavanlar da “qocaldıq” deyə nəyəsə işarə edirlər. Bu hal şair-
də də ola bilər, ona görə bu nöqtə həssaslıq tələb edir. Raci “pir
vəqtindən”, “kəmalə ərdiyindən”, “saqqalının səfidliyindən”, ”rən-
ginin solmasından”, “özünün qocalmasından, amma könlünün
cavan qalmasından”, “qocalıb qamətinin xəm olmasından” danışır.
Bəzən isə bir bəşər övladı kimi daim dəyişdiyini, maddədən mad-
dəyə keçdiyini, torpaqdan meyvəyə, oradan də şərab şəklində
qaba daxil olduğunu, amma bu şərablıq xislətinin çoxdan torpaq-
da mövcud odluğunu, şərab kimi isə indi zühurunu dilə gətirərək
fəlsəfi ümumiləşdirmələr aparır:
Mən o xakəm ki,
bəni-takdə müddətdi varam
Saqiya,
indi zühur eyləmişəm səhbadə
49
.
Adı çəkilən müəlliflər qənaətlərındə mənbə göstərmirlər.
Təkcə F.Köçərli Racinin vətəndaşı və həmməclisi olan bir şəxslə
dəmir yolunda tanış olmasından söhbət açır: “Ol cənab ziyarətə
gedirdi və Racini görmüşdü. Racinin əxlaqü adabından əhvalpür-
san oldum. Məzkur hacı Racini çox tərif edib, ziyadə xoşxülq, xoş-
rəftar və xoşsöhbət olduğunu söylədi. Mərhumun əxlaqi-pəsən-
didələrindən birisi də onun artıq mütədəyyin, vətənpərəst və həm-
çinin hirsü təmədən ari, cümləyə yaxşılıq edən dərvişsifət və əhli-
qənaət, pakdamən bir vücud olması barədə bir beytdə deyibdir:
Qalıb bu pənd mənə pirimdən:
Həmişə zində bu aləmdə niknam qalır”
50
.
F.Köçərli də şairin yaradıcılığına istinad edərkən “Racinin
dostluqda, vəfada və vətənpərəstlikdə sabitqədəm olmağına bu
şeirləri şəhadət verir:
Sər fədaye-dust kərdən pişe-ma
doşvar nist,
Danəm in naqabeliha qabele-ezhar nist.
Dustan, əfğane-Raci başəd əz hobbe-vətən,
Mouseme-qol bolboli danəd ke, dər qolzar nist”
51
.
49
Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 61
50
Köçərli F. Azərbaycan ədəbiyyatı. II c., Bakı: Elm, 1981, səh. 350
Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası
33
Racinin əsərləri onun zəngin ədəbi mühitlə əlaqəli olduğu,
mükəmməl təhsil aldığı və o dövrün elmlərinə dərindən bələd
olduğundan xəbər verir. Əbulfəzl Əhmədlunun yazdığına görə
“Şairin oğlu da atasının yolunu davam etdirmişdir. Əbdulməcid
Xiyampuran öz “Fərhəngi səxnuran” kitabını farsca yazan şairlərə
həsr etmişdir. Orada Əbdulməcid Nacidən də ad aparmışdır. Bu-
radan görünür ki, Naci ana dilində yazdığı şeirlərdə olduğu kimi,
farsca şeirlərində də atasının layiqli davamçısı olmuşdur”
55
. Hələ
mərsiyələri nəzərə almasaq, sadəcə lirik şeirlərində Racinin yetə-
rincə dinə bağlı olduğu, yüksək din bilgisi aldığı, din tarixini gö-
zəl bildiyi məlum olur. Şeirlərində Bəyazid Bəstami, İbrahim Əd-
həmi kimi nəhəng din alimlərinin adını çəkir. “Namaz qılma, oruc
tutma” deyən bidətçilərə rişxənd eləyir.
Gəlibdü ərsəyə indi qəribə ariflər,
Olubdu hərə bir Bayazidi-Bəstami.
...Namaz qılma,
oruc tutma,
sahibi-əmr ol,
Haçan deyib bu sözü Bayazid Bəstami?
56
Yeri gəlmişkən, qeyd edək ki, Bayazid Bistami fitva verə bi-
ləcək qədər savada malik tabiinlərdən olan din alimidir. İbrahim
Ədhəm haqqında isə ayrıca bir hekayəti vardı. Rəvayətə görə
Rabiə əl-Ədəviyyə adında zühd və takva sahibi bir qadın Haq
yolunda olmazın müsibətlərə, işgəncələrə və təzyiqlərə məruz
qalır, ancaq heç nə onun Allah sevgisinə qarşı dura bilmir. Nəti-
cədə kəramət və şəfaət sahibi olur. Rabiənin bu məqamı qarşısın-
da sınan hökmdar onu köləlikdən azad edir. Azad olan gün ziya-
rət vaxtına düşdüyndən ləngimədən Məkkəyə üz tutur. Ancaq yol
uzaq, özü yayaq və yorğun, vaxt az olur. Təvaf günü özünü Kəbə-
yə çatdıra bilməyən Rabiə ağlar gözlə dua eləməkdə, eyni vaxt-
da Kəbəyə özünü çatdıran, amma çox az gecikən İbrahim Ədhə-
mi Kəbənin bomboş olduğunu gördükdə heyrətdən donur, lakin
55
Yenə orada, səh.19
56
Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh.255,256