Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə129/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   125   126   127   128   129   130   131   132   ...   135

 

 

511 



Baş əyib qabağında, 

Hər qatında sayıl oldum. 

Olaram sayıl, 

Hüsnünə mayıl, 

Boyu həmayıl, 

Gün kimi yayıl, 

Günəş tək isti, 

Canımın qəsdi. 

Əhvalım pisdi. 

Niyə pozdun pərgarımı, 

Əllərim boş elədin sən. 

 

Bəstə boylu, qara gözlü



Gəlişin necə gözəldi. 

Can alansan, şirin sözlü, 

Duruşun necə gözəldi. 

Ziyadın ağlını aldın, 

Gülüşün necə gözəldi. 

 

Adındı Şövkət, 



Eşqi məhəbbət, 

Çox çəkdin zəhmət, 

Tez getdi xilqət. 

Çatdın murada, 

Ay mələkzada, 

Qurbanam ada. 

Yıxılan könlümü alıb, 

Günlərim xoş elədin sən 




 

 

512 



XXVI. XALQ TƏBABƏTI 

 

Iri  adamın  qulağı  ağrıyır  e,  almanı  qoyursan  kabab 

olur,  bişir.  Onu  düz  bölürsən.  Yarısın  bir  üz  qoyursan 

qulağa. Içəridə nə var, hamısın çəkir, yaxcı eliyir. 

 

Çilədağı quyruğ ilə qatıb döyürsən,  yara ki, deşilmir 



ha, qoyursan onun üstünə, yaranı elə dağıdır, elə deşir ki, nə 

var içəridə irin, çirk, tökür eşiyə. 

 

Bınnan  əzələ  sabın  yoxuydu.  Başımızı  giliynən 



yuyurdux ki, saçımız uzansın, həm də qəşəng görünsün. 

Qızı  olan  ananın  döşünü  sağıllar,  bir  xırda  pambığı 

da  bu  süddə  isladıllar,  gətirip  salıllar  qulağa.  Sora  da 

soğanın  içinin  cücüyü  var  e,  onu  sarı  yağda  dağ  elirsən, 

pambığı  bu  yağda  isladırsan,  çox  isti  yox,  lilivan  olanda 

salırsan qulağın içinə, ağrını kəsir. 

Qaraqğac  qabığını  döyüp  qatığıynan  təpitmə  qəyirib 

qoyursan  irinin  və  yaxud  çibanın  üstünə  deşilir.  Əsas  da 

qulağın dalı şişəndə qoyulur. 

 

Mixəyi  buruna  çəkəndə  burunun  qanın  qurudur. 



Burun qanıyanda əsasən mixəy çəkəllər. 

 

Gicitkanı  qurudursan,  avırsan.  Əlini  kəsmisən  e, 



tökürsən  o  yaranın  üstünə,  beş  dəqiqiyə  qan  kəsir,  özü  də 

sağalır. 

 

Qantəpər, səhlab, çobanyastığıdı, bir də kəklikotudu. 



Bu  dördünü  qatıb  bir  yerdə  dəmlirsən.  Sora  süzürsən 

istəkana, həylə işmirsən ha, çayı necə içirsən həylə soyudub, 

qurtum  –  qurtum  içirsən,  sonra  bir  xırda  gözdürsən,  bir  də 

bir  qurtum  içirsən.  Birdən  başa  çəkmirsən,  gündə  3  istəkan 




 

 

513 



işsən nə qədər soyuxluğun, öskürməyin var, kəsəcəy, bir də 

səndə o cür xəstəlih olmuyacax. 

Əyər  yazda  alergiyan  olursa  ya  da  gün  qripi 

olursansa, onda yayda başaa papax qoyub geersən bir çayın, 

ya da gölün qırağında bədənini basdırırsan quma, özünü bu 

qumda 


tərlədirsən, 

kəklikotu 

və 

çobanyastığınnan 



dəmlənmiş çayı qurtum  – qurtum içirsən. O gedən ta səndə 

gün qripi olmur. 

Sətəlcəm olana duvax qoyallar, dalına. 

 

Qızdırmaya sarı ginə verəllər. 



 

Inax  olanın  başın  çırtallar  ki,  qan  çıxsın,  onda 

sağalar. 

 

Bırnında çöp qalanı çöpçüdə pülədəllər. 



 

Bizdərdə 

ösgürənə 

boyağotu, 

bağayarpağı 

toxumunnan içidəllər. 

 

Üzərriyin  qoxusu  da  diş  ağrısına  xeirdi.  Həmən 



toxumu ağrıyan dişin üsdünə qoyub sıxırsan, xıp kəsir. 

 

Yara yerə yağlıqara basallar. 



Şahdərə  arağı  qaşınan  yerlərə  sürtülür;  xınaynan 

qatılıb bədənə sürtülür.  

Gülabdan    ürəy  ağrısında  istifadə  olunur.  Bizdərdə 

belə bir inam var ki, 

gülab çəhməyin düşər–düşməzi olar. 

Söyüd  arağı  –  salxım  söyüddən  çəkilir.  Qızdırmada 

istifadə  olunur.  Onun  yarpaxları  yığılır  qazana,  par 

üsuluynan arax çəkilir. 

Boymadərən  arağı  ancax  mədə  ağrısında,  qastiritdə 

istifadə olunur. 




 

 

514 



Boymədərən tək özü təzyiq salmağa xeyirdi. 

Xiyar arağı – tam yetişmiş, saralmış xiyarın toxumu 

çıxarılır,  par  üsuluynan  arağı  çəkilir.  Qızdırmaan  birinci 

dərmanıdı.  

Kişmiş arağı – körpələr sancılananda istifadə olunur.  

Məryəm noxudu – qaynadıb ishal zamanı içillər. 

 

Çay tikanı – meyvəsinnən 1 – 2 –sini yedihdə mədə – 



bağırsaxda olan xəstəlihlər yox olur. 

 

Gülxətimi  –  kötüyünü  südlə  qaynadıb  içdihdə, 



hərarəti dərhal aşağı salar, öskürəyi kəsər.  

 

Qızılgül  –  ləçəhlərinnən  və  kötüyünnən  qurudub 



yastıq düzəltsən, ürək xəstəliklərində əvəzsizdir. 

 

Göytikan  –  çiçəklərinnən  dəmliyib  içdihdə,  ishalı 



əlbəəm sağaldır. 

 

Əncir  yarpağını  qaynadıp  suyunu  bir  ləyənə  töhsən, 



ayağı topuğa qədər onun suyunda saxlasan  ishalı kəsər. 

 

Üzərliyi  dəmləyib,  qarqar  etsən  boğazağrısını  yox 



edər. 

Xiyarı kəsib ağrıyan oynaxlara qoyduxda,  3  – 4 gün 

təkrar etməhlə, ağrılar aradan qalxar. 

 

Bağa yarpağıdı, həmənköməncidi, bunun mədə, qarın 



ağrısına köməyi çoxdu. 

 

Soyux dəymənin birinci dərmanı tut doşabıdı. 



 

Qızılca  çıxaranı  bükərdih  qırmızı  parçıya,  40  nar 

çubuğunu  da  bağlardıx,  yanında  da  bir  yumurta  qoyardıx 



 

 

515 



içində  suyu olan qaba.  Əyər  göz,  nəzər olardısa  yumurtalar 

çatdayardı. 



 

 

Şivərən  suyunu  burun  qanıyanda  buruna  salallar, 



əlbəəm qanı dayandırar, laxtalandırar. 

 

 



Yaranın, şişin üstünə gicitgən qoyardıx. 

 

Qarayara  çıxmışdı  bı  əlimə.  Bının  dədəsi  dedi  ki,  qorxma, 



bacı, heş nə olmuyacax. Getdi bını yardı təbənəynən, zoğun 

çıxartdı.  Qayıtdı  qara  yoncaynan  kişmişi  döydü,  basdı 

yaranın  üstünə.  Bir  –  iki  gün  sora  da  qara  yoncanı  döydü, 

ələdi, qoydu bıra. Onnan da yara yaxşı oldu, qoydu getdi. 

 

 

Göz  ağrıyanda  çobanyastığını  qaynadıb  süzürdüh, 



onun suyuynan gözü yuyurdux. 

 

 



Şivərən suyun yayda içillər ki, suzmasınnar. 

 

Bizlərdə  belədi  ki,  çox  öskürən  adama  bağayarpağı 



toxumun dəmliyib verəllər, öskürməsin əlbəəm kəsər. 

 

 



Bir  adamın  bir  yeri  simniyəndə  yarma  çəkip 

sarıyardıx həmən şiş yerə. 

 

 

Yara  irinniyəndə  kələmi  pörtüp  qoyardıx  irin  olan 



yerə, deşip o irini təmizlərdi. 

 

 



 

Qarnı 


ağrıyana 

nanə, 


solmazçiçəyi 

dəmliyip 

içirərdih. 

 

 



Bir yerimiz göyərəndə ora soyux bir şey qoyardıx. 


Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə