495
üçün təzədən atlandı. Salman uzaq yolu yaxın eləyib, özünü
çatdırdı Şövkət xanıma. Gözaydınlığı verib, söz – söhbəti
ona yetirdi. Şövkət xanım pərvanə zülflərindən üç tel ayırıb
basdı sinəsinə, aldı görək nə dedi:
Salman, sənə qurban olum,
Ağ eylədin üzüm mənim.
Yarımdan namə gətirdin,
Işıqlandı gözüm mənim.
Gözüm yollarda qalmışdı,
Gül kimi rəngim solmuşdu,
Vaxtımız tamam olmuşdu,
Sənə qurban özüm mənim.
Şövkət deyərlər adıma,
Haq özü yetsin dadıma.
Yetişəydim muradıma.
Ziyad çəkə nazım mənim.
Nigarançılıqdan qurtaran Şövkət xanım Salmana
xeyli sor – sovqat verib, onu razı saldı. Bir həftə keçəndən
sonra axtardı görsün ki, Salman nə işlə məşğuldu. Gördü ki,
Salman yoxdu. Soruşdu, dedilər ki, üç gün bundan qabaq
gedəsi yeri vardı, getdi ora, tezliklə gələsidi.
Şövkət xanım səbirsizliklə gözləməyə başladı. Nə
isə, Salman getməkdə olsun, görək Şövkətin başına nə iş
gəldi.
Təbriz şəhərindən bir tacir, oğlu ilə gəlir Ərdəbil
şəhərinə mal satmağa, adına da Cavad tacir deyirlər,
oğlunun adı da Ələmdardı. Tacir mal verir Ələmdara, o da
sata – sata gəlib çıxır düz Şövkət xanımgilin qapısının
ağzına. Başlayır səsləməyə. Qulluqçular səsə gəlib görürlər
ki, bir cavan oğlandı. Gözəl – göyçək parçalar satır. Biri də
496
gedib xanıma deyir ki, bir oğlan elə parça satır ki, istəmirsən
əlindən yerə qoyasan. Gedək özünə də al, bizə də.
Xanım heç kimin qəlbinə dəyməzdi. Odur ki, durub
çıxdı ki, parçalara baxsın. Oğlan onu görən kimi özünü itirib
durdu ayağa, bilmədi ki, neyləsin. Şövkət xanım parçanın ən
gözəlindən bir top götürüb kənizin qucağına verdi. Soruşdu
ki, pulu nə qədər eləyir, Ələmdar pulu almaq istəmədi,
sinəsinə söz gəlmişdi, sözünü belə dedi:
Başına döndüyüm gül üzlü xanım,
Sən mənə verdiyin pul lazım deyil.
Ağlımı başımdan təqayül etdin,
Camalın görənə pul lazım deyil.
Aldı Şövkət xanım cavabında:
Gəl hədyan danışma, ay cavan oğlan,
Adaxlıyam, mənə al lazım deyil.
Al pulunu, gözüm üstə, xoş gəldin,
Gətirdiyin tirmə – şal lazım deyil.
Aldı Ələmdar:
Dərya olub çaylar kimi çağlıyam,
Məhəbbətlə bil ki, sənə bağlıyam.
Ələmdaram, Cavad tacir oğluyam,
Xanım, mənə acı dil lazım deyil.
Şövkət xanım parçanı kənizdən aldı, qoydu yerə,
hirslə dedi:
– Al parçanı, götür get. Bir də bu tərəflərə hərlənmə.
Sonra dönüb getdi evlərinə. Xanım getməkdə olsun,
görək Ələmdar neylədi. Ayağa durub yolu, imarəti
bələdləyib qayıtdı atasının yanına. Əlindəkiləri bir tərəfə
atıb üzüstə düşdü yerə. Atası nə qədər dil tökdü, yalvardı,
Ələmdar dinmədi ki, dinmədi. Atası əlini qoydu oğlunun
497
başına. Gördü ki, istiliyi – zadı yoxdu. Ələmdarı evdə qoyub
üz tutdu şəhərə sarı. Yolda Cavad tacirin qabağına bir qarı
çıxdı. Tacir dünyagörmüş adam idi. Öz – özünə dedi ki, qoy
bu qarını dindirim, görüm hansı qarılardandı. Iman qarısıdı,
şeytan qarısı?
Odu ki, qarıya yanaşıb, cibindən bir xışma pul
çıxarıb, basdı qarının ovcuna. Sonra oğlunun əhvalını qarıya
danışdı. Qarı iman qarısı idi, dedi:
– Apar məni oğlunun yanına. Dərdi – dilini öyrənib
sənə deyim.
Cavad tacir qarını götürüb gəldi. Qarı özünü verdi
oğlanın yanına, tacirə tapşırdı ki, sən gəlmə. Bir az ordan,
bir az burdan söz salıb dedi, güldü. Axırda oğlan açıb
dərdini danışdı.Qarı tacirin yanına qayıdıb dedi:
– Muştuluğumu ver, oğlun aşiq olub.
Ata oğlundan soruşdu:
– Oğul, bu nə sevdadır belə?
Oğlan dedi:
Başına döndüyüm ata,
Bir qız məni dərdə salıb.
Ağ saqqalın nura bata,
Bir qız məni dərdə salıb.
Aldı Cavad tacir:
Başına döndüyüm oğul,
Söylə görüm harda salıb?
Yedirdim qəndindən noğul,
Söylə görüm harda salıb?
Aldı oğlu:
Aşiqlər söhbət sazıdı,
Göydəki dan ulduzudu.
Fətəli xanın qızıdı,
Bir qız məni dərdə salıb.
498
Aldı Cavad tacir:
Dərdi – qəmini atarsan,
Muradına tez çatarsan.
Sən öz yarını taparsan,
Söylə görüm harda salıb?
Aldı oğlu:
Ələmdaram, oldum yaman,
Sərimi bürüdü duman.
Şövkətdə yoxdu din – iman,
Bir qız məni dərdə salıb.
Aldı Cavad tacir:
Cavadam, malım sataram,
Gedib vətənə çataram,
Onunla toyun edərəm
Söylə görüm harda salıb?
Söz tamama yetişdi. Cavad tacir işin nə yerdə
olduğunu bilib dedi:
– Sən otur evdə, mən əlac taparam.
Yollandı şəhərə. Gördü ki, bir qarı yolda oturub.
Qarıya niyaz verib dedi:
– Qarı nənə, sənə bir işim düşüb. Onu eləsən, səni ala
– şala bürüyərəm.
Əhvalatı söylədi. Qarı dedi:
– Oranı mənə göstər, sən get hazırlaş beş – on
adamnan qızı qaçırmağa.
Qarı dingildəyə – dingildəyə düşdü tacirin yanına.
Tacir onu Şövkət xanımgilin qapısına çatdırdı. Özü qayıdıb
beş – on adamla qarı tapşırdığı yerdə xəlvətə çəkilib başladı
gözləməyə.
Dostları ilə paylaş: |