Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə127/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   123   124   125   126   127   128   129   130   ...   135

 

 

503 



Qarı da sözünü belə xətm elədi: 

Sən mənim oğlumsan, mən sənin anan, 

Mən Fatmanisəyəm, halına yanan. 

Qismətin olacax gül üzlü canan

Qorxma, mən dərdinə əlac eylərəm. 

Söz tamama yetişdi. Qarı dedi: 

–Oğul, tanıyıram taciri, şəhərdə danışırdılar ki, o, bir 

gözəl  qız  gətirib,  oğlu  Ələmdara  toy  eləyir.  Qız  da  razılıx 

vermir.  Deyən,  o  qız  sənin  nişanlındı.  Ziyad  cibindən  pul 

çıxartdı verə qarıya, qarı almayıb dedi: 

–Oğul,  mən  imanbeh  qarıyam.  Təki  siz  bir–birinizə 

qovuşun. Hə, de görüm, qızın səndə nəyi var? 

Ziyad sevindiyindən bilmirdi neyləsin. Dedi: 

–Qarı nənə, məndə bir üzüyü var.  

Qarı üzüyü alıb qoydu cibinə, dedi: 

–Bu  ev, bu  çay, bu da  çörək, özün nə eləyirsən  elə, 

mən  getdim.  Ziyad  yol  gözləməkdə  olsun,  görək  qarı  necə 

oldu.  Qarı  üzüyü  ipək  dəsmala  bağlayıb  qoymuşdu  cibinə. 

Elə  ki,  çatdı  toy  evinə,  gördü  bir  vurçatdasındı  ki,  gəl 

görəsən.  Birtəhər  özünü  saldı  toy  evinə.  Dedi,  mən  gəlinin 

yanına  gedəcəm,  gəlinin  xalasıyam.  Nə  qədər  dil  tökdü, 

yalvardı, məhəl qoyan olmadı. Gün günorta olana qədər qarı 

yalvardı.  Aman  vermədilər  ki,  gəlinin  yanına  getsin. 

Axşamüstü  qarı  fürsət  tapıb  gəlinin  otağına  yaxınlaşdı, 

səsini atdı başına, elə qışqırdı ki, səsi ərşə yayıldı. 

Şövkət xanım pəncərədən boylandı. Gördü bir qarıdı, 

ilan  kimi  qabıqdan  çıxır,  içəri  ötürmürlər  ki,  ötürmürlər. 

Özünü  verdi  qapıya,  dedi,  o  qarını  ötürün  gəlsin,  mənim 

doğma xalamdı. Elə bil Şövkətin ürəyinə dammışdı, az qaldı 

özü çıxıb qarını içəri gətirə. Qarını apardılar gəlinin otağına. 

Qarı  içəri  girən  kimi  elə  bil  Şövkətlə  can–ciyərdi,  başladı 

qızı duz kimi yalamağa. Fürsəti fota verməyib qulağına dedi 

ki,  muştuluğumu  ver,  sənə  şad  xəbər  gətirmişəm.  Odur  ki, 

Şövkət  xanım  üz  tutub  otaxdakılara  dedi  ki,  siz  hamınız 




 

 

504 



çıxın  çölə,  mən  xalamnan  bir  az  söhbət  eləmək  istəyirəm. 

Qız–gəlin  çıxdı  çölə.  Şövkət  xanım  az  qaldı  qarının  başına 

dolana. Dedi: 

–Qarı  nənə,  sən  gedən  yollara  qurban  olum,  sözünü 

de, yoxsa ürəyim partlayacax.  

Qarı dedi: 

–Qızım, gözün aydın olsun, Ziyad mənim evimdədi. 

Üzüyü verdi qıza. Qız dedi: 

–  Nənə,  Ziyadı  axşam  götür  gəl  toya.  Mən  də 

qaynatamnan  icazə  alıb  gələcəm  toya.  Sonrasını  mən 

bilərəm. 

Qarı üzüyü qıza verib düzəldi yola. 

Indi  eşit  Ziyaddan.  Ziyad  gözünü  yola  dikib 

səbirsizliklə  qarını  gözləyirdi.  Qapı  döyüldü.  Ziyad  tez 

qaçıb  qapını  açdı.  Qarı  girdi  içəri.  Ziyad  gördü  qarının 

gözləri gülür, qırışığı açıldı. Tez soruşdu: 

– Qarı nənə, söylə görüm necə getdin? 

Qarı əhvalatı necə olmuşdu, eləcə də söylədi. Ziyadın 

sevindiyindən iştahası qaçdı. Qarı dedi: 

–  Mən  sənin  sözünə  baxdım,  sən  mənim  sözümə 

baxmırsan.  Ye,  iç,  arxayın  yat.  Rəngin  –  ruhun  qaçar, 

biyabır olarıq. Səhər ikimiz də toydayıq. 

Səhər  hamının  üstünə  xeyirliynən  açılsın.  Səhər 

açıldı. Qarıyla Ziyad geyinib – keçinib yollandılar toy evinə. 

O  vaxt  toya  çatdılar  ki,  Dursun  adlı  aşıq  oxuyur.  Şövkət 

xanım  da  yeddi  qələmnən  özünə  bəzək  –  düzək  verib 

pərdənin  dalında  toya  qulaq  asırdı.  Qarı  gəlinin  yanına 

keçdi.  Ziyad  da  çiynində  saz  aşığın  məclisinə  gəldi.  Salam 

verdi,  salamın  alıb  yuxarı  başa  gətirdilər.  Aşıq  sazı  yerə 

qoyub dedi: 

–  Aşıq,  mən  toyda  ola  –  ola  sən  həddini  aşıb  niyə 

gəldin  mənim  məclisimə?  Bir  məclisdə  iki  aşıq  olmaz,  ya 

sən qalmalısan, ya da mən. 

Ələmdar tez yerindən durub dedi: 




 

 

505 



– Səni mən gətirmişəm, məclis sənindi. O aşıq çıxıb 

getsin. 


Bu  dəmdə  Şövkət  xanım  qırx  incəbel  qıznan 

pərdənin dalında oturmuşdu. Söhbəti eşidib dedi: 

– Aşıqlar bir – birinə bağlama desinlər. Kim bağlasa 

məclis onundu. 

Razılaşdılar.  Dursunla  Ziyad  sazlarını  kökləyib 

çıxdılar meydana. Dursun dedi: 

– Aşıq, birinci sən deyirsən, yoxsa mən? 

Ziyad dedi: 

– Sən deməlisən. Məclis sənindi, sən de, mən cavab 

verim. 


Aldı görək Aşıq Dursun nə dedi: 

 

Arzulayırdım, əlimə keçibsən büyün, aşıq, 



Əcəb çağımda tapıldı iqbalı yeyin aşıq. 

Nə səbəbə qədəm qoyub gəlibsən meydanıma, 

Gətirərəm başına olmazın oyun, aşıq. 

 

Aldı aşıq Ziyad nə dedi: 



Ağzını avara qoyma, qafası peyin aşıq. 

Qurd kimi təpilərəm mən sənə, qoyun aşıq. 

Çox ucadan yerimə, bil ki, xeyir çəkməzsən, 

Çəkdirəcəyəm sinənə dağınan düyün, aşıq. 

 

Aldı aşıq Dursun: 



Mahallarda söyləyirlər, bir qoç oğlu qoçam mən

Sən ki, bir qorxaq tülküsən, elə bilmə heçəm mən. 

Xırdalasan xəzinəni yaxşı – yaman seçəm mən, 

Getməz, qalar boğazında çörəyin, suyun, aşıq. 

 

Aldı aşıq Ziyad: 



 

Sən ki, bir yoluq cücəsən, pələng oğlu pələngəm, 




 

 

506 



Yaxın gəlsən odlanarsan, həm də şiri cəngəm. 

Zorun çatmaz qaldırasan, tərpənməz xətəngəm, 

Əyər ki, məni bağlasan, get sonnan oyun, aşıq. 

 

Aldı aşıq Dursun axırıncısını: 



Laf eyləmə boş söhbəti, bərkə – boşa düşərsən, 

Dursun, sən də lovğalanma, daldan başa düşərsən. 

Yol tapmazsan, bu məclisdə bitməz işə düşərsən

Quruyar cəsədin, qalar bir quru boyun aşıq. 

 

Aldı aşıq Ziyad: 



Bülbül kimi zarı qılıb tərk olmuşam gülümdən, 

Eşidənlər əhsən desin mətləb qansın dilimdən, 

Adımdı Aşıq Ziyad, Ərdəbilin elindən, 

Yarımçıq qoyaram əlində qismətin, toyun, aşıq. 

 

Ziyadla  Dursun  neçə  yerdən  suallaşıb  bir  –  birinə 



bağlamalar  dedilər.  Axırda  Aşıq  Dursun  bağlandı.  O,  sazı 

yerə qoyub dedi: 

– Bu saz sənindi, sən bağladın. 

Ziyad dedi: 

– Mən sənin sazını alım, bu kişilikdən deyil. 

Camaat yer – yerdən dedi: 

–  Onda  sazını  götür  çıx get.  Məclisi  təzə  gələn  aşıq 

aparsın. 

Aşıq Dursun sazı köynəyinə qoyub düzəldi yola. 

Ziyad  baxdı  ki,  Şövkət  xanımın  gözləri  onun 

üzərindədi. Sazı götürüb üzünü tutdu ona tərəf, dedi: 

 

Ixtiyar verilib, gəlibsən toya, 



Qaldır qollarını süz, qadan alım. 

Ağlımı başımdan təğayül etdin

Eyləmə qaş altdan göz, qadan alım. 

 



Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə