Könül Nəhmətova
84
Nizami haqqında ilk məlumatı Məhəmməd Övfi vermiĢdir.
M.Tərbiyət Nizaminin tərcümeyi - halına aid yeni bir söz
deyə bilməsə də, həmin məqalə Ģairin yaradıcılığının təhlilinə görə
yüksək qiymətləndirilə bilər.
Azərbaycan intibah mədəniyyətinin XII əsrin əvvəllərindən
baĢlayaraq yeni uğurlar qazanmıĢ nümayəndələrinin hər biri ayrı-
ayrılıqda M.Tərbiyət tərəfindən öyrənilmiĢ və bununla da bu döv-
rün ədəbi panoraması «DaniĢməndani-Azərbaycan» təzkirəsində
geniĢ Ģəkildə öz əksini tapmıĢ, qiymətləndirilmiĢdir.
2.3. XIII-XVIII əsrlər Azərbaycan poeziyası
Azərbaycan xalqının ictimai və iqtisadi həyatında olduğu
kimi, mədəni həyatında da ayrıca bir dövr təĢkil edən XIII-XIV
əsrlərin ədəbi inkiĢafı bir neçə mərhələdən keçmiĢdir. Bu dövrün
ilk mərhələsində Zülfüqar ġirvani, Hümam Təbrizi, Səfiəddin
Urməvi, Fəxrəddin HinduĢah Naxçıvani, Fəzlullah RəĢidəddin,
Zəkəriyyə Qəzvini kimi elmin müxtəlif sahələrində çalıĢan
görkəmli alimlər yetiĢmiĢlər. Ədəbiyyat sahəsində inkiĢaf özünü
daha aydın büruzə verirdi. Mahmud ġəbüstəri, Əvhədi, Əssar,
Arif Ərdəbili bu dövrün yaradıcılıq keyfiyyətlərinə malik
sənətkarlardır. Daha çox panteist filosof olan ġəbüstəri «GülĢəni-
raz» (Sirlər gülüstanı) və baĢqa əsərləri ilə “humanist” ideyalarla
çıxıĢ edir, Allahla təbiəti eyniləĢdirir, dini ayrıseçkiliyə qarĢı çıxır,
insanın böyük, uca, qadir olduğunu söyləyirdi. Onun «GülĢəni -
raz» əsəri insana və kainata yeni əsr ziyalısının baxıĢlarını əks
etdirir. Əvhədi isə elmi dillə ifadə edilmiĢ fikirlərini daha canlı və
poetik dilə çevirir, Nizamidən sonra humanist fikirləri rəngarəng
boyalarla əks etdirməklə özünəməxsus yeni üsullar tapırdı.
XIV əsr Azərbaycan ədəbiyyatında Nizami ənənələrini özü-
nəməxsus Ģəkildə davam etdirən Arif Ərdəbili və Əssar Təbrizi isə
baĢqa yolla intibah ideyalarını əks etdirirdilər. Nizami ənənələrinə
sadiq qalaraq mənzum roman adlana biləcək poema janrının
parlaq nümunələrini yaradırdılar. Arif Ərdəbili «Fərhadnamə»də
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
85
bu qədim əfsanəyə yeni baxıĢlarla yanaĢmıĢdır. Daha çox çağdaĢ
mövqelərdə duraraq qəhrəmanlarını gördüyü, tanıdığı adamlara
məxsus real, həyati cizgilərlə təsvir edirdi. Gözəl astronom,
panteist filosof, Ģeir nəzəriyyəçisi və xüsusən Ģair olan Əssar isə
lirik Ģeirlərində və «Mehr və MüĢtəri» poemasında Nizaminin
daha çox romantik meyl edən ənənələrinə sadiq qalmıĢdır.
XIII əsrin axırı, XIV əsrin birinci yarısında Azərbaycan in-
tibahı yeni mühüm bir keyfiyyət qazanır - ilk dəfə Azərbaycan
türkcəsində poetik əsərlər yaranır. Ġzəddin Həsənoğlu, Nəsir Ba-
kuvi və Qazi Bürhanəddin yaradıcılığı buna ən yaxĢı misaldır.
XIV əsrin axırı və XV əsrin əvvəlləri, daha dəqiq desək, Nəsimi-
nin ölümünə qədərki dövr Azərbaycan intibahının inkiĢafında ay-
rıca bir mərhələ təĢkil edir. Bu dövrdə humanist ideallar hürufi
Ģüarlarla irəli sürülür. Hürufilik humanizmin, intibah ruhunun əsas
boyasına, təzahür formasına çevrilir [5].
«DaniĢməndani-Azərbaycan» təzkirəsində XIII-XIV əsrlər
ədəbiyyatının öyrənilmə dərəcəsi müasiri olan elmi-ədəbi əsərlər-
dən nisbətən yüksək olsa da, qənaətbəxĢ hesab etmək olmaz. Çün-
ki bu dövrün əsas əlaməti olan Azərbaycan türkcəsində poetik
əsərlərin yaranması prosesi təzkirədə öyrənilməmiĢdir. M.Tərbiyət
də müasirləri kimi Ġzəddin Həsənoğlu, Qazi Bürhanəddin, Nəsimi
kimi Ģairlərin adının üzərindən sükutla keçmiĢdir. Halbuki hələ
XV əsr təzkirəçisi DövlətĢah Səmərqəndi Həsənoğlunun farsca və
türkcə Ģeirlər yazdığını, əsərlərinin Azərbaycan və Rumda məĢhur
olduğunu qeyd etmiĢdir. M.Tərbiyət DövlətĢah Səmərqəndinin
«Təzkireyi-Ģüəra»sından faydalansa da, əsərindəki bir sıra digər
qeydlərindən də hiss olunur ki, bu mənbəni gərəyincə öyrənmə-
miĢdir. Ola bilsin ki, elə buna görə də mənbələrin haqqında xəsis-
liklə danıĢdığı Həsənoğlunu nəzərdən qaçırmıĢdır. Qazi Bürha-
nəddinin əsərlərinin tədqiqi və nəĢr tarixi çox da qədim deyildir.
Azərbaycan və Ġran təzkirələrində onun adına təsadüf olunmadığı
üçün «DaniĢməndani-Azərbaycan»dan da bu haqda məlumat ala
bilmirik.
Nəsimiyə gəlincə isə, onun haqqında daha çox Anadolu
Könül Nəhmətova
86
təzkirələrindən bilgilər alırıq. Ġsmayıl Hikmətin Nəsimi ilə bağlı
araĢdırmasını nəzərdən keçirdikdə Ģair haqqında məlumat verən
bir sıra təzkirəçiləri də xatırlamaq olar: Lətifi, Kınalızadə Həsən
Çələbi, Bəyani, Faiq RəĢad bəy, Məhəmməd Tahir bəy, Müəllim
Naci, Rzaquluxan Hidayət [52. 172-173].
«DaniĢməndani-Azərbaycan» əsərində bu müəlliflərdən yal-
nız Rzaquluxan Hidayətin «Riyazül-aĢiqin» təzkirəsinin adını gö-
rürük. Belə nəticəyə gəlmək olar ki, M.Tərbiyət Nəsimini bir Ģair
kimi tanımamıĢdır, çünki təzkirəsinin «Nəimi ġah Fəzlullah ibn
Əbu Məhəmməd Təbrizi» məqaləsində Seyid Ġmadəddin Nəsimi
adını bir cümlədə çəkərək üstündən keçmiĢ, təriqətlər haqqında isə
yazmıĢdır: «ġah Fəzlullahın ölümündən sonra onun fikirləri və
təriqəti bütün islam aləminə yayılmıĢdır. Əl-Əliyül-Əla, Seyid
Ġmadəddin Nəsimi və baĢqaları kimi onun caniĢinləri və naibləri
Anadoluya qaçmıĢ, bəktaĢilərin təkyələrinə və xanəgahlarına yol
tapıb, bəktaĢi təriqətinin əvəzinə hürufi təriqətini təbliğ etməyə
baĢlamıĢlar. BəktaĢilər sadəlövh, dərin bilik sahibi olmadıqlarına
görə hürufilərin fikirlərini qəbul etmiĢlər. Bu yolda bir çox qanlar
tökülmüĢ və faciəli hadisələr baĢ vermiĢdir. Onları burada izah et-
məyə imkan yoxdur» [88. 247].
Firidun bəy Köçərli də Nəsimi haqqında məlumat toplaya
bilməmiĢ, onu yanlıĢ olaraq XIX əsr ġirvan Ģairləri sırasında ver-
miĢdir. ġairi «Nəsimi ġirvani» deyərək təqdim etmiĢ və özü dedi-
yi kimi, «kəlamlarından yalnız bir qəzəlin yazılmasına ehtiva et-
miĢdir» [50. 519].
Yeri gəlmiĢkən qeyd edək ki, daha bir sıra XV-XVI əsrlər
Ģairlərinin adını «DaniĢməndani-Azərbaycan» təzkirəsində
görmürük. Məsələn, Xəlifə Təbrizi, ġahi, Bəsiri, Hidayət, Xəlili
və baĢqaları. Nə üçün M.Tərbiyət bu adlar üzərindən sükutla keç-
miĢdir? - sualı üzərində düĢünərkən qarĢıya daha bir mühüm sual
çıxır: Bu Ģairləri Azərbaycan ədəbiyyatından ayıran bir ortaq cəhət
varmı?
Əlbəttə ki, bu Ģairlərin türk dilində yazıb-yaratmaları
M.Tərbiyətin onlar haqqında danıĢmasına əngəl ola bilməzdi.
Dostları ilə paylaş: |