37
71. Şüküroğlu, L. Azərbaycanın sərhəd mühafizəsi
tarixindən /Red. Fuad İsgəndərov; Məsləhətçi və ön sözün
müəllifi Abbasəli Novruzov.- B.: Şirvannəşr, 1999.-
95 (1) s.
Kitabda 1918-1920-ci illərdə Azərbaycanda dövlət
sərhədlərinin mühafizəsi üçün hökumət qərarlarının qəbul
edilməsindən söhbət açılır.
72. Yücəər, N. Birinci Dünya müharibəsində Osmanlı
Ordusunun Azərbaycan və Dağıstan əməliyyatı: Azərbaycan
və Dağıstanın öz müstəqilliklərini qazanmaları 1918.- B.:
Qafqaz Universiteti, 1999.-196 s.
Kitabda Osmanlı Ordusunun həyata keçirdiyi bu
əməliyyat Azərbaycan və Dağıstan xalqlarının müstəqillik
əldə etmələrinə səbəb oldu.
2000
73. Azərbaycan Xalq Cümhuriyyətinin 82- ci
ildönümünə həsr olunmuş Respublika elmi konfransının
materialları /Red. hey. Mustafazadə T.T.,Qafarov T. B., və
b.- B.: Elm, 2000.- 130 s.
Kitabda Azərbaycan Demokratik Respublikasında
ordu quruculuğundan, Osmanlı imperatorluğunun
Azərbaycana hərbi yardımından, Denikinin ağ ordusunun
Şimali Qafqazı işğalı dönəmində Azərbaycan Cümhuriyyəti
hökumətinin dağlı xalqlarına qardaşlıq yardımından bəhs
olunur.
74. Azərbaycanda dövlətçilik və onun rəmzləri
/Azərbaycan EA Azərbaycan Tarixi Muzeyi; Tərtibatı və
mətnin müəllifi tarix el. dok. Nailə Vəlixanlı.- B., 2000.- 95
(1) s. Azərbaycan və rus dilində.
Kitab beş minillik tarixi əhatə edir, dövlətçiliyin
rəmzləri olan sərhədlər, hökmdarlar, dövlət xadimləri,
şəhərlər, pul nişanları, rəmzlər haqqında məlumat verilir.
38
75. Bayrağımız, gerbimiz, himnimiz /Tərtib ed.
Hikmət Cəmilzadə Xudiyev.- B.: Nağıl evi, 2000.- 19 s.
Kitabçada Azərbaycan Respublikasının dövlət at-
ributlarının təbliği işinin gücləndirilməsi haqqında
Azərbaycan Respublikasının Prezidentinin sərəncamı, 1918-
1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının
qəbul etdiyi dövlət rəmzləri haqqında məlumat verilir və
Azərbaycanın 2-ci müstəqillik dövründə də həmin
atributların müstəqilliyinin simvolu kimi qəbul etdiyi
göstərilir.
76. Qoca, E. Azərbaycanın təhlükəsizlik və xüsüsi
xidmət orqanları (1918-1920) /Red. Fuad İsgəndərov.- B.:
“Şuşa”, 2000.- 143 (1) s.
77. Süleymanov, M. “Azərbaycanda ilk Milli
Hərbiyyə Məktəbi (1918)” /Elmi red. tarix el. dok. Tahir
Qafarov, tarix elm. nam. Nigar Maksvel.- B.: Hərbi
nəşriyyat, 2000.- 175 (1) s.
Kitabda 1918-1920-ci illərdə Azərbaycanda milli kadr-
ların hazırlanmasında xüsusi tarixi yeri olan Milli Hərbiyyə
Məktəbinin təşkilindən söhbət açılır.
78. Süleymanov, M. Azərbaycanda türk şəhidlikləri
/Rəyçi Sənan Həsənov.- B.: Hərbi nəşriyyat, 2000.- 172 s.
Kitab 1918-ci ildə türk hərbi hissələrinin Azərbay-
canda keçirdiyi döyüş yoluna, döyüşdə şəhid olmuş əsgər və
zabitlərin xidmətlərinə həsr olunmuşdur.
2001
79. Azərbaycan Respublikasının tarixi günləri və
milli bayramları: Metodik vəsait /Tərtib ed. Zamanlı
Solmaz.- B., 2001.- 94 s.
Bu metodik vəsaitdə digər milli bayramlarla yanaşı
“İsiqlaliyyət Günü” “Azərbaycan Respublikasının Kon-
stitutsiya Günü”, milli bayrağımızın tarixindən, atri-
39
butlarımızdan, milli ordumuzdan, Azərbaycan Demokratik
Respublikasının dövlət xadimlərindən məlumat verilir.
80. Azərbaycan tarixi. Yeddi cilddə.- (1900-1920-ci
illər).- B.: Elm, 2001.- C. V.- 672 s.
Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə
nəticələnən, milli-azadlıq hərəkatından geniş bəhs edən bu
cilddə Cümhuriyyətin müxtəlif sahələrdəki fəaliyyəti və
onun süqutuna səbəb olan amillərlə yanaşı, milli dövlət
quruculuğunda mühüm tarixi-siyasi əhəmiyyəti şərh edilir.
81. Əhmədov, T. Erməni xəyanəti və ya Andranik
Ozanyanın qanlı əməlləri (1918-1920-ci illər) /Red. və ön
sözün müəllifi tarix elm. nam. Ataxan Paşayev.- B.:
Şirvannəşr, 2001.- 32 s.
Kitab arxiv sənədləri, dövri mətbuat mənbələri
əsasında Andranik Ozanyanın simasında erməni şovi-
nistlərinin 1918-1920-ci illərdə Azərbaycan xalqına qarşı
soyqırımı siyasətini ifşa edir, erməni xəyanətinin ma-
hiyyətini açır.
82. Əliyev, İ. “Azərbaycanda Xalq Cümhuriyyətinin
iqtisadi siyasəti” mövzusunun tədrisinə dair metodiki
tövsiyə /Elmi rəhb. prof. H.F.Cəfərov; Azərbaycan Res-
publikası Təhsil Problelmləri İnstitutu; Azərbaycan İqtisad
Universiteti.- B., 2001.- 24 s.
Müəllif bu mövzunun tədrisində Azərbaycan Xalq
Cümhuriyyəti dövründə Azərbaycanın sosial-iqtisadi vəziy-
yətini, hökumətin aqrar və sənaye sahəsində siyasətinin öy-
rənilməsini tövsiyə edir.
83. Əliyev, M. Şimali Azərbaycanın Rusiya tərəfindən
işğalının tarixşünaslığı /Elmi red. tarix elm. nam. H.N.Hə-
sənov, T.R.Cəfiyev.- B.: Adiloğu, 2001.- 316 s.
Müəllif Şimali Azərbaycanın Rusiya tərəfindən işğal
olunması prosesinə toxunmuş, (XIX- əsrin əvvələrindən
başlayaraq XX əsrin 60-80-cı illərinə qədər) rusların
40
müstəmləkə siyasətini İran, Türkiyə və Avropa tarixçilərinin
əsərlərinə əsaslanaraq tənqid etmişdir.
84. 1918-1920-ci illərdə azərbaycanlıların soyqırımı:
Sənədlər və materiallar /Tərt. ed. və çapa hazır. Vaqif Şirin-
oğlu; Azərbaycan MEA Beynəlxalq Münasibətlər İnstitutu.-
B.: Qartal, 2001.- 175 s. Azərbaycan və rus dillində.
Kitabda Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən
yaradılmış istintaq komissiyasının topladığı materiallar əsa-
sında ermənilərin Azərbaycan türklərinə qarşı dəhşətli
qırğınlarından bəhs edilir.
85. Müstəqil dövlətimiz və parlamentimiz. /Tərc.
Aqşin Babayev, Hafiz Babayev; Məs. red. Murtuz Ələs-
gərov; İngiliscə məs. Azər Qasımov.- B.: Milli Məclisin
nəşri, 2001.- 552 (1) s. Azərbaycan və ingilis dilində.
Kitabda qeyd olunur ki, 1991-ci ildə dövlət müstəqil-
liyini ikinci dəfə bərpa edən xalqımız Azərbaycan Xalq
Cümhuriyyətinin qısa müddətli fəaliyyətinin zəngin
ənənlərindən istifadə etmişdir.
86. Paşayev, A. Açılmamış səhifələrin izi ilə.- B.:
Azərnəşr, 2001.- 536 s.
Kitabda Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin
tarixi, onun yaradıcılarının və fəal rəhbərlərinin fəaliyyəti
arxiv sənədləri əsasında verilmiş, həmçinin ermənilərin
xalqımıza qarşı soyqırımı və deportasiya tarixindən faktlar
göstərilmişdir.
87. Rəsulzadə, M. Əsərləri: (1909-1914) /Toplayanı,
ərəb əlifbasından latın əlifbasına çevirəni Şirməmməd
Hüseynov, fars dilindən tərc. prof. Səqəf xanım Hatəmi,
Məmmədəli Müsəddiq.- B.: Şirvannəşr, 2001.- C. II.- 526 s.
Əsərdə M.Ə.Rəsulzadənin 1909-1914-cü illərdə Teh-
randa, İstanbulda, Bakıda qələmə aldığı, dövri mətbuatda və
ayrıca kitabça halında dərc olunmuş 140-a yaxın əsəri
verilmişdir.
Dostları ilə paylaş: |