6
yazmışdı:"Sovet hakimiyyəti qurulana qədər təkcə Bakıda ərəb əlifbası
ilə 160 – dan artıq
qəzet və jurnal nəşr edilir, elmin, mədəniyyətin,
incəsənətin, texnikanın və s. bütün sahələri üzrə kitablar çap olunurdu...
Beləliklə də, Azərbaycan xalqının ictimai və intelektual şüuruna öldürücü
zərbə vuruldu. O, çox kobud şəkildə özünün milli tarixindən,
mədəniyyətindən və tarixi keçmişindən uzaqlaşdırıldı. Indi bütün tarixi
konsepsiyaların yenidən nəzərdən keçirildiyi bir vaxtda respublikanın
tarixçi və içtimaiyyətçiləri ərəb şrifti ilə yazılmış çoxsaylı sənəd və
materialları oxumaq problemi ilə qarşılaşmışlar. Çünki Akademiya
insititutları və ali məktəblərin müasir elmi işçilərinin 95 faizi ərəb
əlifbasını oxuya bilmir." (6)
Sovet hakimiyyəti illərində Iranda qohumları olan və Iranla
sərhəddə yaşayan Azərbaycan vətəndaşlarının sovet cəmiyyəti üçün
təhlükəli hesab edilərək elliklə Orta Asiyaya və Qazaxstana sürgün
olunması əhali arasında qorxu, xof yaratmışdır ki, hələ indiyə qədər də bir
çox insanlar bu xofun təsirindən xilas ola bilməmişlər. Çünki sürgün
olunanların bir hissəsi bu dəhşətlərə dözməyərək dünyasını dəyişmiş,
gənc nəsil isə bu faciənin əsil səbəblərini bilmədiyindən Irana
münasibətdə ehtiyatlı olmağa, bəzən isə ümümiyyətlə bu dövlət barədə
müsbət fikir söyləməməyə üstünlük vermişlər. Çox təəssüf ki, bu
psixoloji durumun qalıqları müasir dövrdə də qalmaqdadır.
Şeyxislam Hacı Allahşükür Paqşazadə bu barədə yazır: "Dövlətin
Əsas Qanunun ziddinə olaraq kilsə və məscidlər bağlanır, din xadimləri
və ayrı – ayrı dindarlar heç bir səbəb olmadan sosializmə düşmənçilikdə
günahlandırılıb amansız cəza tədbirlərinə məruz qalırdı.
Islam və müsəlman xalqları daha ağır mərhumiyyətlərə düçar
edilirdilər. "Dinsizlərin mübariz ittifaqı" şüarları altında məscidlər
sökülüb dağıdılır, yerlə yeksan olurdu. Dinsizlik pərdəsi altında nə qədər
tarixi mədəniyyət abidələri, məbədlər, məscidlər "sinfi düşmən yuvası"
elan edilərək bağlanmış, anbara, muzeyə çevrilmişdi! Təkcə onu qeyd
etmək kifayətdir ki, XX əsrin əvvəllərində, inqilab ərəfəsində Qafqazda
2000 – ə yaxın məscid və ziyarətgah olduğu halda, 80 – ci illərdə burada
təqribən 25 məscid və bir neçə müqəddəs ocaq fəaliyyət göstərirdi. Ən
ağır itkilərdən biri isə 1936 – cı ildə yol salınmasını bəhanəsilə IX əsrin
möhtəşəm tarixi abidəsi – Bibiheybət məscidinin dağıdılması olmuşdur."
(7)
Bakının "Şıx" (Şeyx sözünün dəyişilmiş şəklidir) kəndində
yerləşən Bibiheybət məqbərəsi səkkizinci imam Əli bin Musa əl – Rzanın
bacısı Hökümə xanımın və onun xidmətçisi Heybətin burada dəfn
olunması ilə bağlı yaranmışdır. I Şah Təhmasib 1547 – ci ilin fevral
ayında verdiyi fərmanla Zığ kəndi Bibiheybət məqbərəsinə vəqf
olunmuşdur. Fərmanda deyilir: "Mübarək fərman verildi o haqda ki,
Badkuyə ətrafında yerləşən Zığ kəndi bütün sərvət və əmlakı ilə birlikdə
7
haqq imam övladı Bibiheybətin – onun babalarına və özünə salavat və
salam olsun- müqəddəs asitanəsilə vəqf edildiyinə və bu haqda heç bir
dəyişiklik olmadığına görə Badkuyənin amillərindən, divan işlərinə
baxanlardan, kələntərləri və kəndxudalarından heç biri, heç adla qeyd
olunan kəndin ətrafına dolanmayaraq hər hansı bir tələb etməsinlər"(8)
Azərbaycan Respublikası dölət müstəqilliyini bərpa etdikdən sonra
məqbərə yenidən tikilmiş və ziyarətgaha çevrilmişdir. Azərbaycan
prezidentinin göstərişi ilə hazırda həmin müqəddəs ərazidə bərpa işləri
davam etdirilir.
Azərbaycan tarixinin obyektiv tədqiqnə universitetlərdə fars dilinin
öyrənilməsinə olan qeyri - obyektiv münasibət də öz mənfi təsirini
göstərir. Hazırda bütün universitetlərdə rus və ingilis dilləri öyrədildiyi
halda, Azərbaycanın qədim və orta əsrlər tarixi mənbələrinin əksəriyyəti
fars dilində olmasına baxmayaraq nəinki başqa fakultələrdə, hətta tarix
fakultələrində bu dilin öyrənilməsinə fikir verilməməsi təəccüb doğurur.
Nizami Gəncəvi, Xaqani, Fələki və digər görkəmli şair və mətfəəkirlərin
fars dilində böyük əsərlər yazmalarına baxmayaraq bu dilə hələ də ögey
münasibət bəslənməsi başa düşülən deyil.
"Azərbaycan tarixi"nin orta əsrlər dövrü üzrə mütəxəssis professor
Oqtay Əfəndiyev yazır: "Məlumdur ki, Azərbaycanın orta əsrlər tarixinə
aid yazılı mənbələr içərisində fars dilli mənbələr həm sayına, həm də
məzmununa görə qabaqcıl yer tutur. XII – XVIII əsrlər dövrü üçün fars
dilli tarixi ədəbiyyat birinci dərəcəli əhəmiyyətə malikdir." Orta əsrlər
üzrə digər görkəmli alim I. P. Petruşevski XVI – XVIII əsrlər dövrünü
Iran tarixşünaslığının qızıl əsri adlandırmışdır.(9)
Azərbaycan tarixşünaslığının banısi Abbasqulu Ağa Bakıxanov
özünün şah əsəri olan "Gülüstani – Irəm" əsərini 1841 – ci ildə fars
dilində yazması, bundan başqa onun fars dilində "Mirat – əl – camal"
("Gözəlliyin aynası"), ərəb dilində hədislərə həsr olunmuş və 1862–ci ildə
Tehranda fars dilinə tərcümə olunmuş "Hədis–i Qüdsi" kitabları və digər
əsərləri fars dilinin tarixi tədqiqatlarda necə böyük əhəmiyyətə malik
olduğunu sübut edir.
Prof. S. Əliyarlının redaktorluğu ilə 1996 – cı ildə nəşr olunmuş
"Azərbaycan tarixi" kitabında fars dilinin əhmiyyəti barədə belə
yazılmışdır:"Fars dilinə gəldikdə nəzərə alınmalıdır ki, bu dil gerçəkdən
Həsən bəy Zərdabinin "Əkinçi"də yazdığı kimi, "bizim vilayətlərdə çox
işlənirdi". Ona görə yox ki, bu vilayətdə yalnız tatlar yaşayırdı. Məsələnin
tarixi açımı başqadır. Azərbaycanda olan məktəb və mədrəsələr "şair
kitabları oxudan müəllimlərin"(Həsən bəy Zərdabi), "vaxtilə Firdovsinin
romantikası, Sədinin dərin hikməti, Hafizin qəzəlləri qarşısında bayılan
mirzənin" (M.Ə. Rəsulzadə) əlində idi.
Bir zamanlar fars dilində təhsili alan Azərbaycan və Türkiyə
hökümdarları şah Təhmasib (Xətainin oğlu), Süleyman Qanuni, yenə