• Abid Tahirli
~
146
~
İ.Qaspiralının «Tərcüman»da istifadə etdiyi təxəllüslərdən biri də
«Molla Abbas Fransevi» olmuşdur. Bu əsər «Tərcüman»ın 25
yanvar 1887-ci il tarixli nömr
əsindən etibarən qəzetin ayrı-ayrı
nömr
ələrində hissə-hissə dərc edilmişdir. «Firəngistan məktubları»
XIX
əsr rus və Avropa ədəbiyyatı üçün səciyyəvi üslubda və janrda
yazılmış bədii-publisistik əsərdir, səyahətnamədir. 1891-ci ildə
kitab şəklində ərəb əlifbası ilə buraxılmış «Firəngistan məktubları»
sonralar da n
əşr edilmişdir.
«Fir
əngistan məktubları» və müəllifin ondan sonra qələmə
aldığı «Darrürrahat müsəlmanları», «Sudan məktubları», «Qadınlar
ölk
əsi», eləcə də «Molla Abbas Franseviyə təsadüf – Gül baba
ziyar
əti» adlı əsərlər əslində bir əsərin ayrı-ayrı bölmələridir və
Molla Abbasın Avropa və Afrika ölkələrinə səyahətindən bəhs edir.
Əsərin əvvəlində Molla Abbas oxucuya onda səfər etmək arzusunun
nec
ə yarandığını, hansı niyyətlə bu səfərə çıxdığını anladır. Məlum
olur ki, Molla Abbas bir zamanlar Avropanı fəth etmiş türk və ərəb
s
ərkərdələrinin şücaətindən və Avropadakı türk-islam tarixi
abid
ələrindən, müqəddəs ocaqlardan xəbərdardır. Elə bu istək, bu
murad da müq
əddəs ocaqları ziyarət etmək həvəsi, marağı Molla
Abbası yola çıxarır. Digər tərəfdən Molla Abbas bu qənaətdədir ki,
ölk
ələri gəzmək, səyahət etmək məktəbdə dərs almağa bərabərdir…
Başqa tərəfdən isə Molla Abbas Avropaya səyahətinin məqsədini
əslən Türkistanlı olan və Parisdə məskunlaşan yaşlı, müdrik alim
Şeyx Cəlalın dilindən belə bəyan edir: «Belə ki, inşallah yazacağım
risal
ə ilə Avropanı tanıtmağa cüzi də olsa, xidmət edə bilərəm.
Avropada olmağımın səbəbi budur».
Odessada –
bir tamaşada tanış olduğu fransız Jozefin xanım
dünyagörüşü və gözəlliyi ilə Molla Abbasda böyük təəssüf oyadır.
Türkc
ə mükəmməl bilən Jozefinlə sıx ünsiyyəti qısa bir zamanda
• Bütün türkl
ərin tərcümanı
~
147
~
m
əhəbbətə çevrilir və Molla Abbas fransız qızına evlənməyi təklif
edir. Jozefin razılıq verir. Gənclər nikaha girirlər. Katolik Jozefinlə
müs
əlman Molla Abbasın münasibətinə dini mənsubiyyətdən daha
çox şərqli-avropalı düşüncə tərzi təsir. Edir. Molla Abbasın başı
m
əhəbbət macəralarına bərk qarışsa da, Avropada gördükləri və
avropalıların həyat və düşüncə tərzi ilə də oxucuları yaxından tanış
etm
əyi unutmur. Bu zaman o, ilk baxışda diqqəti çəkməyən və
əhəmiyyətsiz kimi görünən məqamlara da nəzər yönəldir: «Firəng
ad
ətincə, ərlərin qadınlara yardım və xidmət etməsi nəzakətdən
imiş», «Nikah günü səyahətə çıxmaq kibar adəti imiş», «…bu
t
ərəflərdə dəvə və eşşək ilə yox, dəmiryolu və maşınlarla səyahətə
çıxırlar», «Hər qarış yerə, hər bir ağaca övlad – bala kimi baxılır»,
«Hün
ər və mərifət ilə nələr hasil etmişlər», «Alma ağacı var ki, hər
meyv
əsi qarpız boyda. İnəklər var ki, gündə bizim inəklərdən on qat
artıq süd verir», «Türkistanda deyirlər ki, «fransızlar şeytandır, yox,
şeytan deyillər, kamil və mahir adamlardır». Molla Abbas rast
g
əldiyi hər insanı öyrənməyə, olduğu kənd və şəhərə daha dərindən
b
ələd olmağa, əhalinin dil, din mənsubiyyətini, məşğuliyyət
sah
əsini araşdırmağa, eyni zamanda bütün bunları doğma Vətəni ilə
müqayis
ə etməyə səy göstərir. Ölkələr, şəhərlər bir-birini əvəz edir.
Almaniya, Polşa, Avstriyada Molla Abbasın rastlaşdığı insanlar,
onların elmə, mədəniyyətə, tərəqqiyə verdiyi dəyər səyyahda dərin
izl
ər buraxır. Xüsusi ilə macar səyyahı Vamberi Molla Abbası
heyran edir. O, h
əyatını təhlükə qarşısında qoyub dərviş qiyafəsində
macarların qədim məskəni Türkistana səyahətə çıxır və Türkistan
dill
əri ilə macar dili arasındakı fərq və oxşar cəhətləri öyrənməyə
başlayır.
S
əyahətdən qayıdan Vamberi Türkistana dair dəyərləri
əsərlər yazıb bir neçə dildə nəşr etdirir. Molla Abbas sorağında
• Abid Tahirli
~
148
~
olduğu «Gül baba» ziyarətgahı ilə bağlı Vamberidən də qənaətbəxş
m
əlumat əldə edə bilməsə də, bu görüşdən zəngin təəssüratlarla
ayrılır. Molla Abbasın Paris günləri daha zəngin, bir-iki
qanqaraldıcı hadisə istisna olmaqla, daha maraqlı keçir. Onun yeni
tanışları Molla Abbasda bir Avropalı obrazı yaratmağa imkan verir:
qanundan k
ənar onun üçün həyat yoxdur, haqq-ədalət onun
vazkeçilm
əz prinsipidir, elmə, təhsilə yiyələnmək onun üçün həyati
t
ələbat, zərurətdir, doğru-dürüst, halal yaşamaq onun həyat və
t
əfəkkür tərzidir. Bütün bunları Molla Abbas təqdir edir, alqışlayır
v
ə bu keyfiyyətlərin həmvətənlərində də formalaşmasını arzulayır.
Eyni zamanda Avropada ail
ə münasibətləri, bir sıra məişət
m
əsələləri Molla Abbası təmin etmir. Elə buna görədir ki, Molla
Abbas gerid
ə qalan xalqlara Avropadan öyrənməyi, onu özlərinə
xoca hesab etm
əyi lazım bilsə də, avropalıların xəta və
nöqsanlarından ibrət alıb, daha səadətli yaşam biçimi qurmaq haqda
düşünməyin də vacib olduğunu vurğulayır.
Molla Abbasın Parisdə tanış olduğu yeni sevgilisi Marqarita
il
ə başına gələn macəraları səyyahın fransız cəmiyyətinə daha
d
ərindən nüfuz etməsinə, onu öyrənməsinə imkan verir. Fransa
m
əhkəmə sisteminin ədalətliliyi, hakim və məmurların öz işlərinə
vicdanlı, məsuliyyətli münasibəti, qanunların aliliyi və onların
işləkliyi Molla Abbasın diqqətini xüsusi ilə çox çəkir.
«Fir
əngistan məktubları» bir şərqlinin Avropaya – Parisə
sad
əcə səyahəti deyildir. Doğrudur, oxucu səyyahla birlikdə Avropa
ölk
ələri, onun təbiəti, şəhər, kəndləri, əhalisi, məşğuliyyəti,
abid
ələri ilə tanış olur. Amma Molla Abbası düşündürən,
qayğılandıran digər çoxsaylı problemlər, suallar da var. Onu öz
V
ətənindəki gerilik, ətalət, cəhalət, nadanlıq, həmvətənlərinin elmə,
t
əhsilə, tərəqqiyə biganəliyi məyus edir.
Dostları ilə paylaş: |