Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə47/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   43   44   45   46   47   48   49   50   ...   93

• Abid  Tahirli
 

146
 ~ 
 
İ.Qaspiralının  «Tərcüman»da istifadə  etdiyi təxəllüslərdən biri də 
«Molla  Abbas  Fransevi»  olmuşdur.  Bu  əsər «Tərcüman»ın  25 
yanvar 1887-ci il tarixli nömr
əsindən etibarən qəzetin  ayrı-ayrı 
nömr
ələrində hissə-hissə dərc edilmişdir. «Firəngistan məktubları» 
XIX 
əsr rus və Avropa ədəbiyyatı üçün səciyyəvi üslubda və janrda 
yazılmış  bədii-publisistik  əsərdir, səyahətnamədir. 1891-ci ildə 
kitab şəklində ərəb əlifbası ilə buraxılmış «Firəngistan məktubları» 
sonralar da n
əşr edilmişdir. 
«Fir
əngistan məktubları»  və  müəllifin ondan sonra qələmə 
aldığı «Darrürrahat müsəlmanları», «Sudan məktubları», «Qadınlar 
ölk
əsi», eləcə  də  «Molla Abbas Franseviyə  təsadüf  –  Gül baba 
ziyar
əti»  adlı  əsərlər  əslində  bir  əsərin  ayrı-ayrı  bölmələridir və 
Molla Abbasın Avropa və Afrika ölkələrinə səyahətindən bəhs edir. 
Əsərin əvvəlində Molla Abbas oxucuya onda səfər etmək arzusunun 
nec
ə yarandığını, hansı niyyətlə bu səfərə çıxdığını anladır. Məlum 
olur ki, Molla Abbas bir zamanlar Avropanı fəth etmiş türk və ərəb 
s
ərkərdələrinin  şücaətindən və  Avropadakı  türk-islam tarixi 
abid
ələrindən, müqəddəs ocaqlardan xəbərdardır.  Elə  bu istək, bu 
murad da müq
əddəs  ocaqları  ziyarət etmək həvəsi,  marağı  Molla 
Abbası yola çıxarır. Digər tərəfdən Molla Abbas bu qənaətdədir ki
ölk
ələri gəzmək, səyahət etmək məktəbdə dərs almağa bərabərdir… 
Başqa  tərəfdən isə  Molla Abbas Avropaya səyahətinin məqsədini 
əslən  Türkistanlı  olan  və  Parisdə  məskunlaşan  yaşlı,  müdrik  alim 
Şeyx Cəlalın dilindən belə bəyan edir: «Belə ki, inşallah yazacağım 
risal
ə  ilə  Avropanı  tanıtmağa  cüzi  də  olsa, xidmət edə  bilərəm. 
Avropada olmağımın səbəbi budur». 
Odessada – 
bir tamaşada tanış olduğu fransız Jozefin xanım 
dünyagörüşü və gözəlliyi ilə Molla Abbasda böyük təəssüf oyadır. 
Türkc
ə  mükəmməl bilən Jozefinlə  sıx  ünsiyyəti  qısa  bir  zamanda 


• Bütün türkl
ərin tərcümanı 

147
 ~ 
 
m
əhəbbətə çevrilir və Molla Abbas fransız qızına evlənməyi təklif 
edir. Jozefin razılıq verir. Gənclər nikaha girirlər. Katolik Jozefinlə 
müs
əlman Molla Abbasın münasibətinə dini mənsubiyyətdən daha 
çox  şərqli-avropalı  düşüncə  tərzi təsir.  Edir.  Molla  Abbasın  başı 
m
əhəbbət macəralarına  bərk  qarışsa  da,  Avropada  gördükləri və 
avropalıların həyat və düşüncə tərzi ilə də oxucuları yaxından tanış 
etm
əyi  unutmur.  Bu  zaman  o,  ilk  baxışda  diqqəti çəkməyən və 
əhəmiyyətsiz kimi görünən məqamlara da nəzər yönəldir: «Firəng 
ad
ətincə,  ərlərin qadınlara  yardım  və  xidmət etməsi nəzakətdən 
imiş»,  «Nikah  günü  səyahətə  çıxmaq  kibar  adəti  imiş»,  «…bu 
t
ərəflərdə dəvə və eşşək ilə yox, dəmiryolu və maşınlarla səyahətə 
çıxırlar», «Hər qarış yerə, hər bir ağaca övlad – bala kimi baxılır», 
«Hün
ər və mərifət ilə nələr hasil etmişlər», «Alma ağacı var ki, hər 
meyv
əsi qarpız boyda. İnəklər var ki, gündə bizim inəklərdən on qat 
artıq süd verir», «Türkistanda deyirlər ki, «fransızlar şeytandır, yox, 
şeytan  deyillər, kamil və  mahir  adamlardır».  Molla  Abbas  rast 
g
əldiyi hər insanı öyrənməyə, olduğu kənd və şəhərə daha dərindən 
b
ələd  olmağa,  əhalinin dil, din mənsubiyyətini, məşğuliyyət 
sah
əsini araşdırmağa, eyni zamanda bütün bunları doğma Vətəni ilə 
müqayis
ə etməyə səy göstərir. Ölkələr, şəhərlər bir-birini əvəz edir. 
Almaniya,  Polşa,  Avstriyada  Molla  Abbasın  rastlaşdığı  insanlar, 
onların elmə, mədəniyyətə, tərəqqiyə verdiyi dəyər səyyahda dərin 
izl
ər  buraxır.  Xüsusi  ilə  macar səyyahı  Vamberi  Molla  Abbası 
heyran edir. O, h
əyatını təhlükə qarşısında qoyub dərviş qiyafəsində 
macarların  qədim məskəni Türkistana səyahətə  çıxır  və  Türkistan 
dill
əri ilə  macar  dili  arasındakı  fərq və  oxşar  cəhətləri öyrənməyə 
başlayır. 
S
əyahətdən  qayıdan  Vamberi  Türkistana  dair  dəyərləri 
əsərlər  yazıb  bir  neçə  dildə  nəşr  etdirir.  Molla  Abbas  sorağında 


• Abid  Tahirli
 

148
 ~ 
 
olduğu «Gül baba» ziyarətgahı ilə bağlı Vamberidən də qənaətbəxş 
m
əlumat  əldə  edə  bilməsə  də,  bu  görüşdən zəngin təəssüratlarla 
ayrılır.  Molla  Abbasın  Paris  günləri daha zəngin, bir-iki 
qanqaraldıcı hadisə istisna olmaqla, daha maraqlı keçir. Onun yeni 
tanışları Molla Abbasda bir Avropalı obrazı yaratmağa imkan verir: 
qanundan k
ənar onun üçün həyat yoxdur, haqq-ədalət onun 
vazkeçilm
əz prinsipidir, elmə, təhsilə yiyələnmək onun üçün həyati 
t
ələbat, zərurətdir,  doğru-dürüst,  halal  yaşamaq  onun  həyat və 
t
əfəkkür tərzidir. Bütün bunları Molla Abbas təqdir edir, alqışlayır 
v
ə bu keyfiyyətlərin həmvətənlərində də formalaşmasını arzulayır. 
Eyni zamanda Avropada ail
ə  münasibətləri,  bir  sıra  məişət 
m
əsələləri  Molla  Abbası  təmin etmir. Elə  buna görədir ki,  Molla 
Abbas gerid
ə  qalan xalqlara Avropadan öyrənməyi, onu özlərinə 
xoca hesab etm
əyi  lazım  bilsə  də,  avropalıların  xəta və 
nöqsanlarından ibrət alıb, daha səadətli yaşam biçimi qurmaq haqda 
düşünməyin də vacib olduğunu vurğulayır. 
Molla Abbasın Parisdə tanış olduğu yeni sevgilisi Marqarita 
il
ə  başına  gələn macəraları  səyyahın  fransız  cəmiyyətinə  daha 
d
ərindən nüfuz etməsinə, onu öyrənməsinə  imkan verir. Fransa 
m
əhkəmə  sisteminin  ədalətliliyi, hakim və  məmurların  öz  işlərinə 
vicdanlı,  məsuliyyətli münasibəti,  qanunların  aliliyi  və  onların 
işləkliyi Molla Abbasın diqqətini xüsusi ilə çox çəkir. 
«Fir
əngistan məktubları»  bir  şərqlinin Avropaya –  Parisə 
sad
əcə səyahəti deyildir. Doğrudur, oxucu səyyahla birlikdə Avropa 
ölk
ələri, onun təbiəti,  şəhər, kəndləri,  əhalisi, məşğuliyyəti
abid
ələri ilə  tanış  olur.  Amma  Molla  Abbası  düşündürən, 
qayğılandıran  digər  çoxsaylı  problemlər, suallar da var. Onu öz 
V
ətənindəki gerilik, ətalət, cəhalət, nadanlıq, həmvətənlərinin elmə, 
t
əhsilə, tərəqqiyə biganəliyi məyus edir.  


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə