Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə45/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   41   42   43   44   45   46   47   48   ...   93

• Abid  Tahirli
 

140
 ~ 
 
yeri g
əldikcə və xüsusi ilə mətbuatın cəmiyyətdə oynadığı əvəzsiz 
roldan b
əhs edərkən Qafqaz türklərinin mədəni həyatına  toxunan 
İ.Qaspiralı  bir  neçə  dəfə  Tiflisdə  Ünsizadə  qardaşları  tərəfindən 
«Ziyayi-Qafqaziyy
ə»  adlı  qəzetin nəşr  olunduğunu  məmnunluq 
hissi il
ə vurğulayır və bu qəzetin xalqa çox böyük fayda verdiyini 
dil
ə gətirir. 
1901-ci ild
ə yazdığı «Rusiya müsəlmanlarının mədəniləşmə-
sinin  başlanğıcı»  adlı  risaləsində  H.Zərdabi tərəfindən  buraxılan 
q
əzeti «donmuş və buz bağlamış fikirlərə ildırım kimi ziya verən» 
q
əzet kimi təqdir  edir,  «Zamanın  tarixçəsi» («Tərcüman»,  №  2,  1 
fevral 1908) m
əqaləsində  Məhəmməd  Ağa  Şahtaxtlının  «Şərqi-
Rus» q
əzetinin nəşrə başlamasını Qafqaz müsəlmanlarının çoxdankı 
arzusunun, s
əyinin bəhrəsi kimi dəyərləndirir. Bütün bunlar və  bu 
kimi m
əsələlərlə bağlı yazdığı məqalələrdə İ.Qaspiralının epizodik 
toxunduğu məqamlardır. 
Yeri g
əlmişkən qeyd edək  ki,  İ.Qaspiralı  publisistik 
yaradıcılığında  müxtəlif mövzularda qələmə  aldığı  məqalələrdə 
Az
ərbaycanın,  Qafqaz  türklərinin həyatına  bu  və  ya digər  şəkildə 
100 d
əfədən  çox  istinad  etmişdir!  Lakin  yuxarıda  sadaladığımız 
yazılarında onun mövzusu birbaşa Azərbaycanla, onun mətbu həyatı 
il
ə əlaqədardır. 
«Tiflisd
ə  yeni qəzet»  adlı  məqalədə  İ.Qaspiralı  Qafqazda 
türk dilind
ə bir qəzetə böyük ehtiyac olduğunu və bunun nəşri üçün 
d
əfələrlə  təşəbbüs edildiyini, nəhayət  M.A.Şahtaxtlının  redaktor-
luğu və naşirliyi ilə «Şərqi-Rus» qəzetinin nəşrə başladığını böyük 
sevinc hissi il
ə  oxucularına  çatdırır.  İ.Qaspiralı  «Şərqi-Rus»u 
«T
ərcüman»ın  rəfiqi hesab edir, ümid edir ki, məslək, ideal 
c
əhətdən də  onlar eyni məqsədə  xidmət, qulluq göstərəcəklər. 
İ.Qaspiralı «Şərqi-Rus»da M.A.Şahtaxtlının əlifba islahatı aparmaq 


• Bütün türkl
ərin tərcümanı 

141
 ~ 
 
bar
ədə  təşəbbüsünə  isə  kəskin  etirazını  bildirir  və  bu fikri «çox 
yanlış fikir» adlandırır, məsələyə dair öz mülahizələrini irəli sürür. 
Öt
ən  əsrin  əvvəllərində  ortaq  dil  problemi  geniş  diskus-
siyaya s
əbəb  olmuşdu.  Münasibətlər fərqli, mövqelər mübahisəli, 
baxışlar ziddiyyətli idi. İ.Qaspiralının fikri isə birmənalı və qəti idi: 
«cüml
ə  türk milləti üçün ümumi bir ədəbi  dilin  vücud  tapacağına 
tam q
ənaətimiz var» (Lisan məsələsi). Müəllif sonra da bu qənaətin 
əsası olduğunu, «Tərcüman»ın Osmanlıda, Azərbaycanda, Kazanda, 
Sibird
ə…  oxunduğunu,  anlaşıldığını,  qəzetə  də  o dildə  xitab 
etdikl
ərini qeyd edir. Müəllif  bu  yazısında  1905-1906-cı  illərdə 
Bakıda  nəşr  olunan  «Həyat» qəzetinin də  ortaq dillə  bağlı 
diskussiyalara qoşulduğunu xəbər verməklə kifayətlənsə də, bundan 
4-5 ay sonra «H
əyat»a  «Açıq  məktub»la müraciət edir. Buradaca 
qeyd ed
ək ki, Rusiyada nəşr  olunan  qəzetləri, xüsusi ilə  türk 
m
ətbuatını  diqqətlə  izləmək,  onların  toxunduqları  mövzulara, 
probleml
ərə  dair münasibət bildirmək  İ.Qaspiralıda  ənənə  şəklini 
almışdır.  «Açıq  məktub»  İ.Qaspiralının  qələmi ilə  belə  rəyin həm 
geniş  yayılmış,  həm də  uğurlu  formalarından  birinə  çevrilmişdir. 
«H
əyat»a açıq məktubdan məlum olur ki, redaksiya qəzetin bir illik 
nüsx
ələrini cildlədib  İ.Qaspiralıya  göndərmişdir.  Bu  yüksək 
diqq
ətdən təsirlənən «Tərcüman»ın  naşiri  Qafqazda  bir  qəzetin, 
«H
əyat»ın zühuru üçün 15-20 ildən bəri dua etdiyini gizlətmir və 20 
illik h
əsrətinə «Həyat»la son qoyulduğunu böyük sevinclə bildirir. 
M
əsafənin, din fərqliliyinin və  dilsizliyin  insanlar  arasında  təfriqə 
salan  amil  olduğunu  yazan  İ.Qaspiralı  dilin, ortaq dil probleminin 
üz
ərində 25 ildən bəri bu məslək  üçün  yoldaş gözləyirdim, bunun 
üçün «H
əyat»ın nəşri mənə təsəlli oldu – deyərək geniş dayanır. 
Türk mill
ətinin bütün problemlərinin onun ortaq dilə  sahib 
olmadığından  yarandığını  yazan  İ.Qaspiralı  «ortaq dil»ə  sahib 


• Abid  Tahirli
 

142
 ~ 
 
olmaq  uğrunda  çalışdığını,  «bu  etiqadla  ömür  sürdüyünü,  bu 
etiqadla da m
əzara gedəcəyini» yazır və ümumi dilə ehtiyacımızın 
olduğu  fikrinin  formalaşmasını  illər boyu fəaliyyətinin səmərəsi 
kimi d
əyərləndirir. Təcrübəli publisist «Həyat»a tövsiyələrini də 
verir: h
ər nə yazsan, qələmini üç qəpiklik qara mürəkkəbə batırma, 
ür
əyinə  batırıb  qanın  ilə  yaz. Belə  olsa, sözün keçər, vicdanlara 
yet
ər, əks halda səmərəsiz gələr, keçər gedər! 
«Dil  haqqında»,  «Dil  ətrafında»,  «Yenə  dil  ətrafında»  adlı 
m
əqalələr də  həm  İ.Qaspiralının  Azərbaycan mətbuatına  böyük 
diqq
ət, önəm verməsi, həm də  ortaq  dil  problemi  uğrunda  inadla, 
israrla, ardıcıl şəkildə mücadilə apardığının göstəricisi kimi diqqəti 
ç
əkir. Elmi-texniki tərəqqi bir yana heç, hissi, ruhi, romantik, 
psixoloji bir hekay
ə  yazmağa,  hətta tərcümə  etməyə  belə  qadir 
dilimizin  olmadığı  halda,  «bir  arşın  tərəqqi edə  bilməyəcəyik»  - 
q
ənaətində  olan  İ.Qaspiralı  «Tərcüman» da olmaqla, «Həyat», 
«İrşad»  (Bakı),  «Ülfət» (Peterburq), «Vakit» (Orenburq) kimi 
q
əzetləri,  bütün  ziyalıları  ədəbi  dil  uğrunda  çalışmağa  dəvət edir. 
Şübhəsiz  ki,  İ.Qaspiralının  ideyası  hamı  tərəfindən birmənalı 
qarşılanmırdı. Əgər İlminski kimi missionerlər, Pobedonostsev kimi 
m
əmurlar bu ideyada imperiya üçün ciddi təhlükə görürdüsə, cahil 
v
ə nadanlar bu ideyanın mahiyyətini dərk etmir və anlamırdılarsa, 
bir qisim ziyalıların fikri və əqidəsinə görə isə bu ideya – ortaq dil 
ümumiyy
ətlə, türk dillərinin  ayrı-ayrılıqda  inkişafına  əngəl ola 
bil
ər. Məs.: «İqbal»ın (Bakı) fikrincə, türk dillərinin ayrı-ayrılıqda 
inkişafı daha məqsədəuyğundur və bu nəinki «türk dilinə bir nöqsan 
verm
əz,  əksinə  onun  daha  da  genişlənməsinə  xidmət edər». Öz 
mövqeyini  slavyan  xalqlarının  dillərinin durumu ilə  izah edən 
«İqbal»a  İ.Qaspiralının  cavabı  təmkinli, məntiqli  və  əsaslıdır:  ən 
q
ədim, ən saf, tarixi bir millətin övladları parçalanmış, böyük, qara 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə