Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə53/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   49   50   51   52   53   54   55   56   ...   93

• Abid  Tahirli
 

164
 ~ 
 
Böyük xalq xadimi v
ə  yazıçısı  İ.Qaspiralının  qəhrəmanı 
Danyal öz h
əmcinslərindən ağlı, düşüncəsi və qayğıları ilə fərqlənir. 
Onu b
əşər  oğlunun  «beşiyi,  din  və  mədəniyyətlərin  ocağı»  qoca 
Şərqin mövcud xəstə  durumu çox narahat edir, vəziyyətdən  çıxış 
üçün çar
ə axtarır. Onu nə xristian qızının sevgisi, nə atası Əli bəyin 
mülkl
əri çəkir. O, ona eşq elan edən xanıma deyir: - Mən sizə bir 
d
əfə  demişdim  ki,  özüm  üçün  ömür  etməyəcəyəm, millətim üçün 
yaşayacağam.  …indi  millətim  bir  haldadır  ki,  bütün  fikir,  ağıl, 
m
əhəbbət, himmət ona sərf edilməlidir. Vücudum millətə fəda». 
Mahir söz  ustası  İ.Qaspiralı  həm öz, həm də  qəhrəmanının 
dilind
ən millətin cəhalət bataqlığında boğularaq can verdiyini bəyan 
edir, eyni zamanda bu m
ənzərəni ayrı-ayrı misallar təqdim etməklə 
göz önünd
ə canlandırır. Moskvada 1880-ci ildə Rusiya Etnoqrafiya 
C
əmiyyətinin təşkil  etdiyi  sərgi  bu  baxımdan  ibrətamizdir. 
Rusiyanın  hər yerindən, hətta xarici ölkələrdən sərgidə  çox sayda 
eksponat  nümayiş  etdirilir.  Türklər də  istisna deyil: özbək,  qırğız, 
başqırt,  tatar,  yakut,  Azərbaycan,  kumık,  çərkəz. Zahirən türklərin 
şöbəsi «parlaq və  ilginc» görünsə  də, rənbərəng libaslar, kilimlər, 
xalçalar,  min  bir  naxışlı  keçələr,  növbənöv  kımız  qabları,  bər-
b
əzəkli silahlar, xəncərlər, paltarlar, rəngli  işləmə  qaloşlar…  ilk 
baxışda  diqqəti çəksə  də,  «başqa  millətlərin  şöbələri ilə  müqayisə 
edildikd
ə» çox kasad və  kasıb  görünür.  «Məsələn,  Polşa  və  Litva 
şöbələrində göstərilən bir maşın bizim yüz ustanın əl işindən daha 
ziyad
ə  iş  gördüyü  və  fayda verdiyi dərhal bilinir. Sərgi «cümlə 
mill
ətlərdən geridə  qaldığımızı»  nümayiş  etdirdi.  Hələ  bu 
harasıdır?! Müəllif dərin təəssüf hissi ilə bildirir ki, burada eyni türk 
qövmünd
ən olanlar bir-biri ilə görüşmür, fikir mübadiləsi aparmır, 
sanki bir-birl
ərini görmür, tanımırlar: «Sərgi münasibəti ilə 40 ildə 
bir yer
ə  təsadüfən  yığışmış  din  və  dil  qardaşları,  bu  fürsətdən 


• Bütün türkl
ərin tərcümanı 

165
 ~ 
 
istifad
ə  edib  danışmaq,  anlaşmaq,  birləşmək fikrindən çox uzaq 
idil
ər». Bu da  dərdin  hamısı  deyil.  Sərgidən  sonra  iştirakçıların 
gec
ə, otel həyatı başlayır: onlar içki məclislərində, qumarxanalarda 
rus fahişələrinə sanki pul xərcləmək yarışına girirlər. Lakin yaxşı ki, 
onların  sırasında  Yaqub  bəy  adlı  səxavətli və  ağıllıları  da  var. 
Yaqub b
əyin təşkil etdiyi məclisə Danyal bəyin də gəlişi gözlənilir. 
Daha sonra mü
əllif Danyal bəyin tərcümeyi-halından, təlim-
t
ərbiyəsindən, dünyagörüşündən, millətə xidmət etmək planlarından 
geniş, təfsilatı ilə bəhs edir. Danyal bəy qəti əmindir ki, millət qəflət 
yuxusundan  ayılırsa,  ayağa  qalxaraq,  digər millətlər kimi irəli 
ged
əcəkdir. 
T
əəssüf ki, müəllif  əsəri  tamamlamır  və  Yaqub bəyin 
m
əclisi, Danyal bəyin  orada  iştirakı  və  məclisin taleyi oxucuya 

əmmalı  qalır.  Bununla  belə  yarımçıq  əsərin özü oxucuda bir 
inam, ümid yaradır ki, Danyal bəy kimi qətiyyətli, istəkli, enerjili, 
ağıllı qəhrəman öz qövmünün tərəqqisinə töhfə verəcəkdir. 
 
 
İvan və Süleyman 
 
Qüdr
ətli sənətkar İsmayıl Qaspiralının süjet etibarı ilə sadə, 
m
əzmunca  maraqlı,  təsirli və  ibrətamiz hekayələrindən biri də 
«T
ərcüman qəzetinin 1897-ci il 20 aprel, 31 avqust tarixli 
nömr
ələrində imzasız dərc edilmiş «İvan və Süleyman» əsəridir. 
Süleymanla  İvan  yaşıddır.  Səkkiz  yaşında  Süleyman 
m
ədrəsəyə, İvan rus məktəbinə verilir. İlk 4 illik təhsil müddətində 
«İvan  yazıb-oxumağı,  hesabı  öyrəndi,  İncili  anlamaya  müqtədir 
oldu, m
əktub yazmağı, dəftər tutmağı bildi. Süleyman isə bir il ərəb 
əlifbasını, sonrakı 3 il Quranı xətm etməyi öyrəndi». 


• Abid  Tahirli
 

166
 ~ 
 
Anası Həlimə Süleymana, İvanın anası Mariya da öz oğluna 
ba
xıb  qürurlanırdılar.  Fransız  tacir  müsyö  Bardo  Misirdə  ticarətlə 
m
əşğul  olurdu,  tez-tez də  bu  şəhərə  mal gətirir,  mal  aparırdı. 
Növb
əti səfərlərin birində müsyö Bardoya İvanla Süleymanı təqdim 
edirl
ər. Müsyo Bardo onlara Misirdə işləməyi təklif edir. 
Mariya «Burda olan c
ənabi-haqq Misirdə  də  var»  -  deyə 
İvanı müsyö ilə qərib ölkəyə yola salır. Həlimə isə «Qisməti verən 
c
ənabi-haqq verəcəksə, burda da verər»  -  deyərək  Süleymanın 
Misir
ə getməsinə razılıq vermir. İki il sonra İvan anasına Misirdən 
pul gönd
ərməyə, o isə həmin pullarla mal-qara almağa, təsərrüfatını 
genişləndirməyə, bəxtiyarlıq içində yaşamağa başlayır. 
Süleyman is
ə qəhvəçi kimi bir qarın çörək uğrunda çalışır. 
Oğlunu evləndirmək arzusunda olan Həlimə xəstələnib, vəfat edir. 
İvan  Misirdə  ticarətlə  məşğul  olur,  eyni  zamanda  ingilis,  ərəb, 
fransız  dillərini də  mükəmməl öyrənir. Süleyman isə  İvana  baxıb 
düşünürdü ki, mən də Misirə getsəydim, bir ağ gün görərdim. İvan 
da h
ərdən  öz  şəhərlərinə  gələrdi. Səfərlərinin birində  Süleymana 
onunla getm
əyi təklif  edir.  Süleyman  artıq evlənmişdi.  Xanımı  ilə 
m
əsləhətləşdi.  Xanımı  qəti etiraz etdi, beləliklə,  Süleymanın 
ümidl
əri  daşa  dəydi. Qəhvəçi kimi saç-saqqal  ağartdı,  saqqalının 
ağlığına hörmət edib, ona «Qəhvəçi Süleyman ağa» deyirdilər. İvan 
is
ə artıq şan-şöhrət, var-dövlət sahibi kimi nüfuz qazanmışdı. 
Maarifp
ərvər  yazıçı  İ.Qaspiralı  bu  hekayəsində  də  öz 
idellarına,  prinsiplərinə  sadiqdir: məktəb xilas edəcəkdir. Məktəb, 
yoxsa c
əhalət məhv edəcəkdir. Hekayədə təsvir olunan Süleymanla 
İvanın  məktəbəqədər həyatı,  düşüncəsi,  qayğıları  eynidir.  Məktəb 
h
əyatı,  mühiti  qısa  müddət  ərzində  onların  dünyagörüşündə, 
t
ərbiyəsində,  ətraflarındakı  insanlara  münasibətində  ciddi 
d
əyişikliklərə səbəb olur. Bu proses məktəbdən sonrakı həyatlarında 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə