Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə50/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   46   47   48   49   50   51   52   53   ...   93

• Bütün türkl
ərin tərcümanı 

155
 ~ 
 
üçün  başladığı  üsyandan  ruhlanaraq  yazmağa  başlamış,  sonradan 
Şeyx  Əhmədin türk əleyhdarı  olduğunu,  türkləri «kafir» 
adlandırdığı  üçün  əsəri  yarımçıq  qoymuşdur.  «Sudan  məktubları» 
«T
ərcüman»da 1889-cu il (35-46-cı nömrələrində) 2-ci dəfə 1896-cı 
nömr
ələrində (1-3) dərc edilmişdir. 
 
Qadınlar ölkəsi 
 
Bu 
əsər «Tərcüman»ın  1890-cı  il  10  avqust  tarixli  28-ci 
nömr
əsindən 1891-ci il 2 iyul 22 nömrəsinədək hissə-hissə  dərc 
edilmişdir.  İ.Qaspiralının  qəhrəmanı  Molla  Abbas  Fransadan 
Sudana getm
ək niyyəti ilə  3 nəfər  fransızla  birlikdə  səfərə  çıxır, 
Əlcəzairdən Sudana aparan yolda – Böyük Səhrada qum fırtınasında 
azır  və  onları  atlı-silahlı  100  qadın  əsgər  əsir götürür. Sonradan 
m
əlum  olur  ki,  Sudan  yolçuluğunda  Molla  Abbasa  və  onun 
«müridl
ərinə» topçu Marten, həkim Jan və  mühəndis Mark 
Əlcəzairdən bələdçilik edən Abdulla Dari əvvəlcədən  «Qadınlar 
ölk
əsi»nin  kraliçası  Malikə  ilə  sövdələşmiş  və  ondan  əsirlərin hər 
birini  1  funt  toz  qızıla  satmışdır.  «Qadınlar  ölkəsi»  haqqında 
«Sudan m
əktubları»nda səthi olsa da, məlumat verilir və bu ölkənin 
çox t
əhlükəli yer olduğu bildirilir. 
«Qadınlar  ölkəsi»nin özünəməxsus  yaşayış  və  həyat tərzi, 
qayda-
qanunları  var.  Ölkəni kraliça idarə  edir, bütün hakimlər
əsgərlər, məmurlar,  işçilər,  çobanlar  da  yalnız  qadındırlar.  Kişilər 
evd
ə  oturar,  uşağa  baxar,  yemək  bişirər, çadraya bürünər, 
qadınlardan gizlənər, qadın-qızları gizli-gizli seyr edərlər. 
«Qadınlar ölkəsi»ndə biləndə ki, əsirlərin Vətənində adətlər 
başqadır, təəccüb, heyrət və nifrətlə deyirlər: «Sizin ölkəniz batacaq 
ölk
ədir. Bu nə deməkdir? Kişidən əsgər olarmı? Kişi baş kəsərmi? 


• Abid  Tahirli
 

156
 ~ 
 
Kişi  uşağa  baxmaqdan,  yemək  bişirməkdən  başqa  nə  işə  yarayar? 
Saçları kimi ağılları da gödək olan kişilərdən hakim və əmir olarmı? 
Danışmasınlar,  bizim  xalqın  da  düşüncəsini korlayarlar!» Onlara 
gör
ə,  qadınlar  kişidən qüvvətli, qüdrətli, dözümlü və  ağıllıdır. 
Saçlarının uzunluğu kamallarına, güclərinin çoxluğuna dəlalət edir. 
Uşağı ona görə qadın doğar, ona süd verər ki, o güclüdür. Nazik və 
nazlı kişilər bu gücə sahib deyillər. Qadınlar onları bəyənsin deyə, 
üzl
ərinə tük, bığ çıxar. Qadının gücü əlində ayağında olar. 
Molla Abbas v
ə  «müridləri» həyəcan və  qorxu ilə  kraliça 
Malik
ənin onlarla necə rəftar edəcəklərini, necə cəzalandıracaqlarını 
gözl
əyirlər.  Minbaşı  qadının  dediklərindən belə  məlum olur ki, 
kraliça onlarla 
əylənəcək,  gününü  xoş  keçirəcəkdir.  Doğrudan  da 
kraliça 
əsirləri yaxşı qəbul edir, onları dinləyir, sonra isə dincəlməyi 
m
əsləhət  görür.  Axşama  doğru  əsirlərdən birinə  –  Martenə  xəbər 
çatdırılır  ki,  kraliça  əvvəlcə  onunla görüşmək istəyir. Molla 
Abbasgil çox götür-
qoy  edir,  düşünür-daşınır,  nəhayət,  qaçmağı 
q
ərara  alırlar.  Əsirlər, nəhayət, istəklərinə  nail olur və  min-bir 
əziyyətlə «Qadınlar ölkəsi»ndən qaçmağa, xilasa nail olurlar. 
«Qadınlar  ölkəsi»ndə  rastlaşdıqları  dəhşətli mənzərələr, 
qayda-qanunlar 
əsirləri o qədər qorxudur ki, onlar daha Sudana 
getm
əyi – ingilislərə qarşı üsyana qalxmış Şeyx Əhmədin dəstəsinə 
yardım  etməyi unudurlar. Digər tərəfdənsə  əsirlər  yolda  Şeyx 
Əhmədin vəfatı xəbərini, Sudanda isə aclıq, yoxsulluq və qarışıqlıq 
olduğunu  eşidib  hər kəs öz Vətəninə  –  fransızlar  Parisə, Molla 
Abbas İstanbula, oradan Daşkəndə qayıtmağı qərara alır. 
 
 
 
 


• Bütün türkl
ərin tərcümanı 

157
 ~ 
 
Molla Abbas Fransevi il
ə görüş 
 
Mahir romançı İsmayıl Qaspiralının «Molla Abbas Fransevi-
nin  şagirdi»  imzası  ilə  «Tərcüman»da hissə-hissə  dərc etdirdiyi 
(1908 il, 42, 44, 49, 51, 65 v
ə  67-ci nömrələr)  əsərlərindən biri 
«Molla Abbas Fransevi il
ə  görüş»dür.  Əsər «Gül baba ziyarəti», 
«Gül  baba  odası  və  mühüm məsələlər» və  «Rəşid  əfəndi ilə 
müsahib
ə» adlı üç parçadan ibarətdir. Məlum olur ki, Molla Abbas 
Fransevinin  şagirdi  Molla  Abbasın  səyahətlərindən xəbərdardır  və 
onun «Fir
əngistan məktubları»nı,  «Darrürrahat  müsəlmanları»nı 
h
əvəslə,  heyranlıqla  oxumuşdur.  Dərsi, müəllimi, məktəbi unu-
daraq, mütali
ə  etdiyi  əsərlər  şagirdə  o qədər güclü təsir edir ki, o 
Darrürrahat t
əəssüratından ayrıla bilmir. Şagirdin sonrakı təhsili və 
f
əaliyyəti  oxucu  üçün  qaranlıq  qalır.  Oxucu  onunla  bir  də 
Macarıstanın paytaxtı Budapeştdə görüşür. O da səyahətə çıxmışdır. 
Lakin mü
əllimi Molla Abbas kimi  Avropadakı  türk-islam 
«ziyar
ətlərini  aramağa»  yox,  «rahatlıq  tapmayan  ruhunu  dincəlt-
m
ək» üçün üzünü Qərbə  tutmuşdur.  Bununla  belə,  Budapeştə 
g
əlmişkən hələ türklərin Avropanı fəthindən xeyli əvvəl bu yerlərə 
İrandan  gəlmiş  Gül  babanın  türbəsini ziyarət etmək fikrinə  düşür. 
Şagird  Gül  baba  türbəsində  artıq  yaşlaşmış,  saçı-saqqalı  ağarmış 
Molla Abbasa rast g
əlir.  Yaşının  bu  çağına  baxmayaraq,  Molla 
Abbas sağlam və canlıdır, «parlaq gözlərindən zəka fışqırır. Geniş 
alnındakı  dərin cizgilərdən,  dünyanın  acısını,  sinirini  çox  görüb 
keçirdiyi oxunur. Qara cübb
əsi üzərinə tökülən süd kimi ağappaq, 
uzun  saqqal  onu  artıq  həyata  lazım  olan  dəyəri verib mənasız 
qayğılardan  xilas  olmuş  kimi  göstərir». Buna baxmayaraq, ixtiyar 
danışmağa  başlayanda  gözlərinə  yenidən  işıq  gəlir:  «qaşları 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə