Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə48/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   44   45   46   47   48   49   50   51   ...   93

• Bütün türkl
ərin tərcümanı 

149
 ~ 
 
«Mill
ətə xidmət etmək istəyirsən, əlindən gələn işlə başla» - 
q
ənaətində olan Molla Abbasa görə hər bir Avropalının düşüncəsinə 
bu  şüar  hakim  olduğu  üçün  bu  ölkələrdə  tərəqqi və  firavanlıq 
mövcuddur. Molla Abbas elmi, maarifi, m
əktəbi  dünyanı  nura 
boyayan gün
əşə  bənzədir, bütün geriliyin səbəbinin  nadanlıqda, 
cahillikd
ə  görür. Onun fikrincə,  alim  nadanın,  bilən bilməyənin 
buyruqçusudur. Haqqa, 
ədalətə  yüksək dəyər verən Molla Abbas 
yazır ki, malın çoxluğu insanı xoşbəxt edə bilməz, səadətin çeşməsi 
ədalətdir. Elm, təhsil, tərbiyə  ədalətin  intişarına  xidmət etmədikcə 
insan oğlu səadətdən uzaq qalacaqdır. Avropanı səyahət edən Molla 
Abbasın  hekayəti, macəraları  oxucuda  böyük  maraq  oyadır,  onu 
əyləndirir, eyni zamanda düşündürür, qayğılandırır. Molla Abbasın 
Fransa s
əyahəti bir-birini  əvəz edən müxtəlif hadisələrlə, 
unudulmaz obrazlarla z
əngindir.  Daha  çox  yadda  qalanı, 
ibr
ətamizisə  Molla  Abbasın  qənaətləridir:  oxumalıyıq,  təlim 
keçm
əliyik, öyrənməliyik.  Rahat  yaşamaq,  məsud olmaq, tərəqqi 
etm
ək istəyirsənsə, maariflənməlisən! 
 
Darrürrahat müs
əlmanları 
 
Əvvəldə də söylədiyimiz kimi, bu əsər «Firəngistan məktub-
ları»nın  davamıdır  və  hissə-hissə  «Tərcüman»da dərc edildikdən 
sonra 1906-
cı  ildə  Baxçasarayda  kitab  şəklində  nəşr  olunmuşdur. 

əllif  burada  Molla  Abbasın  İspaniyaya  səyahətindən,  oradakı 
insanların,  o  cümlədən müsəlman toplumunun həyat,  düşüncə 
t
ərzindən bəhs  edir.  Fransadan  İspaniyaya  qədəm qoyandan bu 
ölk
ənin abadlığı, təbiətinin gözəlliyi səyyahın diqqətini çəkir: «Hər 
t
ərəfdə iş və qeyrət, hünər və mərifət gördüm, xarabalığa, sahibsiz 
bir mahala, yer
ə rast gəlmədim». Molla Abbasın fikrincə, ispanlarda 


• Abid  Tahirli
 

150
 ~ 
 
da nizam-intizam, 
əməksevərlik,  ədalət hissi güclüdür, lakin onlar 
«fransızlardan  ziyadə  dindar olub, ibadətxanalara ziyadə  hörmət 
ed
ərlər». Müəllif İspaniyanın tarixindən, ərəb xilafətinin bu ölkənin 
işğalından  və  islamdan  sonra  İspaniyanın  çiçəklənməsindən bəhs 
edir,  zamanında  hərbin, elmin, maarifin, mədəniyyətin, ticarətin 
inkişafına  görə  bütün dövlətlərdən  üstün  olduğunu  vurğulayır. 
C
əhalət və ətalət bataqlığında can verən Türkistandan tərəqqi edən 
Avropaya g
ələn, burada təhsilin, elmin, mədəniyyətin sürətli 
inkişafını  gözləri ilə  görən Molla Abbas «Firəngistan məktub-
ları»ndan  tanıdığımız  Şeyx  Cəlalla və  ərəb  qızları  ilə  birlikdə  çox 
ç
ətinliklə  də  olsa,  tunelləri,  gizli  yolları  dəf edə-edə  Darrürrahat 
şəhərinə – müsəlman toplumunun məskunlaşdığı ölkəyə təşrif gətir. 
Burada gördükl
əri  türkistanlıların  xəyallarına  belə  gətirə 
bilm
əyəcəkləri, fransızların isə yalnız arzulaya biləcəyi bir cəmiyyət 
mövcuddur. Haqq-
ədalət tam bərqərar olmuşdur, qanunlardan kənar 
əməl  insanların  düşüncəsinə  yaddır,  oğurluq  yox,  yalan  danışmaq 
yox, qul, dil
ənçi yox, məktəblərdə  islam dini ilə  yanaşı  dünyəvi 
elml
ər tədris edilir, hər  yer  abaddır,  hər yerdə  təmizlik, səliqə-
sahman hakimdir, küç
ələr Avropadakı kimi fənərlərlə yox, elektrik 
işığı  ilə  nura  boyanır,  telefon,  poçt  xidməti qüsursuz xidmət 
göst
ərir,  pulsuzdur.  Molla  Abbası  islam  mədəniyyətinin bu ali 
d
ərəcəsi məftun  etmişdir.  Molla  Abbas  bu  islam  ölkəsinin 
m
ədəniyyətinin,  məişətinin «Avropadan çox irəli  olduğunu, 
türkistanlıların  çox  geridə  qaldığını  anlayır.  Yaraşıqlı  baxçalar, 
b
ərəkətli  bağlar,  dəmiryol xətləri, məktəblər  göz  oxşayır. 
Darrürrahat sakinl
əri biləndə  ki, Türkistan mədrəsələrində  yalnız 
dini elml
ər öyrədilir, onlar buna çox təəccüblənirlər, «nə  ayıb,  nə 
qorxunc q
əflətdir  bu,  gözü  bağlı  adam  hərəkət edərmi,  torpağı 
bilm
əyən onu əkərmi, suyu bilməyən suyu içərmi,  dünyanı 


• Bütün türkl
ərin tərcümanı 

151
 ~ 
 
bilm
əyən  yaşaya  bilərmi?! Vah, nə  yazıq,  vah  nə  qəflət! Allah 
dadınıza  çatsın»  -  deyə  heyrətlənirlər, Molla Abbasa ünvanlanan 
suallar bir-birini 
əvəz edir: -  «Sizin diyarlarda təbib, kimyagər, 
memar v
ə  mühəndis  lazım  olmurmu?  Sizin  xanlar,  ölkəni idarə 
ed
ənlər dövlət üçün məmurların,  maliyyə  işçilərinin,  memarların 
olmasına hacət görmürlərmi? Sənin sözünə görə mədrəsələrdə dini 
elml
ərdən  başqa  bir  fənn təhsil edilmir, tibbi, həndəsə, kimya, 
f
əlsəfə və bu kimi qeyri elmlərdən dərs keçilmir, belə çıxır ki, din 
adamlarından başqa millətin və məmləkətin məsul şəxsləri yetişmir, 
bel
əmi?» 
Darrürrahatda  kişili  qadınlı  hər kəs  oxumağı,  yazmağı 
bacarır, qəzetlər, kitablar buraxılır, kitabxanalar zəngin ədəbiyyatla 
doludur. Burada m
əktublar zərfə  qoyulmur,  gizlədiləsi bir fikir, 
əməl yoxdur, əxlaqa və  qanuna zidd hərəkət barədə  heç kim 
fikirl
əşmir. Xəyanət edənlər, xalqı aldadanlar üçün nə qamçı var, nə 
h
əbsxanalar.  Adamın  günahı  məlum olan kimi bütün ölkə  ona 
əcnəbi və  yad  adam  kimi  baxır,  heç  kim  ona  salam  vermir,  hamı 
ondan v
əbadan qorxan kimi kənar durur. Həbsxanadan ziyadə tənha 
v
ə  yalnız  qalır.  Arzusu  ilə  ölkənin bir küncünə  çəkilir, ibadətlə, 
xidm
ətlə  və  dərs oxumaqla məşğul  olur,  əxlaqını  düzəltməyə  səy 
göst
ərir, ona nail olduqdan sonra topluma qayıdır. 
Molla Abbas Darrürrahatda gördükl
ərinə  heyrandır: 
«…bunca ölk
ələr seyir və səyahət etdim, Darrürrahat kimi lətafətli 
mahal görm
ədim,  bunca  insanlar  gördüm,  bu  mahalın  islami  kimi 
mahir, m
ədəni  olanları  görmədim».  Molla  Abbas  darrürrahatlı 
müs
əlmanları  «ən mədəni və  mərifətli,  ən rahat və  məsud xalq» 
adlandırır  və  göstərir  ki,  onları  uca  peyğəmbərimizin tövsiyəsi ilə 
elm harada olursa olsun, onun arxasınca gedirlər. Molla Abbas bu 
diyarda 
ən böyük sərmayənin  xeyirxahlıq,  yaxşılıq  və  ən böyük 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə