Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə56/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   52   53   54   55   56   57   58   59   ...   93

• Bütün türkl
ərin tərcümanı 

175
 ~ 
 
yox, zahiri süsünü 
əldə  etmiş  müsəlman, təəssüf  ki,  faydalı  və 
h
ərəkətli həyat üçün itirilmiş insandır. Allah bizi mədəniyyət və dil 
bilm
ənin belə meyvələrindən qorusun («Rusiya müsəlmanları»). 
• 
Böyük  zindanlar  bir  açarla  açılır…  («Sibirdə  –  Tümən 
şəhərində»). 
•  H
əyat, zaman üstüörtülü sözləri təhlil edəcək və 
yanlışlıqları atacaqdır («Rus-Şərq anlaşması»). 
• 
Başqalarını  müsəlman-türklərin maariflənməsi lehinə 
çalışmağa və fəaliyyət göstərməyə dəvət edərkən, özüm də əli-qolu 
bağlı  qalmadım,  1883-cü ildən etibarən «Tərcüman»  adlı  həftəlik 
rusca-tatarca q
əzetin nəşrinə başladım («Rus-Şərq anlaşması»). 
•  Müs
əlman dövlətləri və qövmləri ilə Rusiyanın gözəl bir 
şəkildə  qaynayıb-qarışmasını  və  yola getməsini  avropalılar  xoş 
qarşılamazlar:  çünki  belə  münasibət  siyasi  oyunçuların  hesab  və 
al
ətlərini qarışdıra bilər («Böyük Şərq məsələsi»). 
•  …parlayan 
əşyaların  hamısı  qızıl  və  gümüş  deyildir 
(«Avropa m
ədəniyyəti»). 
• 
İlk  baxışda  Avropa  məişəti və  mədəniyyəti çox süslü, 
ziyn
ətli və  yaraşıqlı  bir  qadına  bənzəyir, lakin bir az diqqət 
edildikd
ə görünür ki, bu qadının dişləri uydurma, saçları taxma, o 
dolu-
dolu köksü qabartma pambıqdır. Bu libas çıxarılarsa, qoturlar 
görün
ər, üz çevirməkdən  başqa  əlac qalmaz («Avropa 
m
ədəniyyəti»). 
• 
Avropanın  məişət və  mədəniyyət  bir  adamı  güldürüb 
m
əsrur  (şad,  şən  –  T.A.),  yüz  adamı  güldürüb  xəstə  etdikcə, 
sosializm, sosialist düşüncələr ölməyəcək («Avropa mədəniyyəti»). 
•  Avropada v
ə bəlkə dünyada… inqilab sosializm üzündən 
g
ələcəkdir («Avropa mədəniyyəti»). 


• Abid  Tahirli
 

176
 ~ 
 
• Statistika elmi n
ə qədər inkişaf etsə də, daha çox nöqsanı 
olan bir f
əndir («Avropa mədəniyyəti»). 
• 
İnsanların davranışında bir-birinə fayda və faydadan əvvəl 
ver
əcək  bir  şey  varmı?  Vardır!  Bu  da  haqq-ədaləti,  doğruluqdur 
(«Avropa m
ədəniyyəti»). 
•  B
əşərin məişətinə  əsas ola biləcək haqq-ədalətdən  başqa 
bir şey yoxdur («Avropa mədəniyyəti»). 
•  Haqq-
ədalət üzərində  təsis olunan məişət  ən pak məişət 
olacaqdır. Bu məişətin içində olan insanlar rahat yaşaya biləcəklər 
(«Avropa m
ədəniyyəti»). 
• 
İnsanların hər hərəkəti haqqa, ədalətə istinad edərsə, zülm 
ortadan qalxar,  m
əzlum da olmaz («Avropa mədəniyyəti»). 
• N
əfs və zülm meydandan çəkilən zaman haqq və ədalətdən 
yaranmış  əhvala və  məişətə  hansı  insan  qarşı  və  düşmən olacaq? 
(«Avropa m
ədəniyyəti»). 
•  Kimins
ə  hüququmun  əleyhinə  olmadığına  inanaramsa  və 
özüm d
ə  kimsənin  haqqına  göz  dikməmişəmsə, kim məndən 
şikayətçi olacaq, mən kimdən şikayətçi ola bilərəm ki?! («Avropa 
m
ədəniyyəti»). 
•  T
əsəvvür edək ki, bütün cəmiyyət üzvləri  işlərini və 
h
ərəkətlərini tam haqq və ədalətlə icra edirlər. O zaman insanlar bir-
birind
ən  narazı,  şikayətçi ola bilərmi, bir-birinə  qəsd edərmi? 
Q
ətiyyən («Avropa mədəniyyəti»). 
•  S
ərmayə,  mülk,  işləmək və  fayda  haqqında  Quranın 
hökml
əri Avropada  əsas hüquq və  əxlaqa çevrilsəydi,  müdhiş 
sosialist düşüncələrə yer qalmazdı («Avropa mədəniyyəti»). 
• 
Avropa  bir  ixtiyardır,  təcrübəsi  çoxdur.  İxtiyarlığına 
hörm
ət edək. Təcrübəsindən bəhrələnək, xətalarını təkrar etməyək: 


• Bütün türkl
ərin tərcümanı 

177
 ~ 
 
m
əktəblərini, universitetlərini bizlər də  təsis edək, elmlə  ağlımızı 
ziyalandırdığımız  qədər haqq və  ədalətlə  ürəklərimizi  doldurmağa 
çalışaq. Avropada pis-yaxşı nə varsa, uşaq kimi çapmayaq, bir insan 
kimi götür-qoy ed
ək: nədir, nəyə yararı var, vicdan və haqq-ədalət 
xaricind
ə deyil ki? («Avropa mədəniyyəti»). 
• 
Kasıblıq, çarəsizlik yalnız malda, sərmayədə deyil, elmdə, 
f
əndə, bilikdə, sənaye və hünərdə daha ziyadə zahir olur və ortaya 
çıxar («Məzhəbi-iştirakıyyun» – sosialist cərəyanı – T.A.). 
• 
İslam  aləminə  maddi və  mənəvi bərabərlik,  rahatlıq 
dalaşmaq,  dartışmaq  yolu  ilə  deyil, haqq-ədalətlə  gələcəkdir 
(«M
əzhəbi-iştirakıyyun»). 
• 
Ey  qardaşlar,  Yaponiyadan  ibrət alaq. Bunlar bizim kimi 
t
ək-tək  oxumadılar,  yüz-yüz Avropa, Amerika universitetlərində 
t
əhsilə yiyələndilər. Bizim kimi başdansovdu savad əldə etmədilər. 
Avropanın  bütün  qazanlarına  girib  qaynayıb  çıxdılar.  Milli  torpaq 
v
ə tarixlərini boş xəyallara fəda etmədilər. Ad-san, şöhrət, rahat və 
s
əadəti öz milləti dairəsində  axtarmağa  və  vücuda gətirməyə 
çalışdılar və gətirdilər (Məzhəbi-iştirakıyyun). 
•  Yapon g
əncləri Çində  Amerika ticarətinin  qarşısını  alıb, 
milli mallarına  yol açırlar. Bizim gənclər Kazan bazarında səkkiz 
tacirl
ə on beş prikazçiki dalaşdırmaqdan başqa iş bilmirlər. Yapon 
ziyalıları  ilə  bizim  ziyalılar  arasındakı  təfavüt budur («Məzhəbi-
iştirakıyyun»). 
• 
Bütün  nöqsanlarımız  milli  məktəblərimizin  nöqsanından, 
p
ərişanlığından irəli gəlir («Məzhəbi-iştirakıyyun»). 
• 
Bir  mujikin  yarmarkada  tapıb  geydiyi  pencəkdə 
meymunan
ə  qiyafətə  düşməsi bizim bəzi müsəlman  ziyalıların da 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə