Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə57/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   53   54   55   56   57   58   59   60   ...   93

• Abid  Tahirli
 

178
 ~ 
 
üç-
beş  fransız  risaləsi oxuyandan sonra hay-küylə  kürsüyə 
qaçmasına bənzəyir («Məzhəbi-iştirakıyyun»). 
• 
Bizim  halımız  sağ,  məqbul  deyil.  Ən  yaxşısı  budur  ki, 
yapon ziyalılarından öyrənək. Mənim etiqadım belədir və buna görə 
d
ə belə söyləməyə məcburam («Məzhəbi-iştirakıyyun»). 
• Fransa il
ə Afrika müsəlmanları arasında nəhəng Ağ dəniz 
var. Dig
ər islam ölkələri ilə  Fransa  arasında  daha  böyük  dənizlər, 
qit
ələr və başqa millətlər var. Buna görə də, fransızlar müsəlmanlara 
qarşı yeritdikləri siyasətin əsaslı olub-olmadığını araşdırmağı lüzum 
gördükl
əri  halda,  Rusiya  Asiyada  Altın  dağlarından  Avropada  – 
Kara d
əniz sahillərinədək həmhüdud  olduqları  və  bir sərhəd 

ərisində  yaşadıqları  20  milyon  islam  əhalisi olan müsəlman 
mill
ətləri və  dövlətləri ilə  bağlı  politikasını  daha  ziyadə 
araşdırmağa, təftiş etməyə borcludur («Rusiyanın islam siyasəti»).  
• 
Rusiyanın içərisində və hüdudlarında olan müsəlmanların 
yüzd
ə  doxsanı  türk  olduğundan,  müsəlman  politikası  demək, elə 
türk politikası deməkdir («Rusiyanın islam siyasəti»). 
• Rusiya il
ə İslam ölkələri Avropadan xeyir güdməməlidir. 
Onların  arasındakı  çəkişmədən  avropalılar  qazanır.  Rusiya  ilə 
müs
əlmanların  arasında  əsrlərlə  sürən  düşmənçilik  onların  hər 
ikisini eyni v
əziyyətə  salmışdır,  necə  deyərlər,  iki  çılpaq  bir 
h
amama yaraşır. İndiki dəmir dövründə ağac daxmalarda ömr edən, 
ağac  araba  ilə  yol gedən,  ayağı  yalınğaç  (çılpaq),  yaxud  çarıqlı 
g
əzən yalnız rus və müsəlmanlardı («Rusiyanın islam siyasəti»). 
•  Rus v
ə  müsəlman millətləri  arasında  düşmənçilik, 
dözümsüzlük,  soyuqluq, qorxu v
ə  əndişə  yoxdur, lakin «rəsmi 
Rusiya»ya g
əlincə belə deyildir («Rusiyanın islam siyasəti»). 


• Bütün türkl
ərin tərcümanı 

179
 ~ 
 
• Rus hökum
əti bir dəfə də olsun, Avropa aclarından islam 
toplumunu müdafi
ə  etməmişdir.  Qədim  Rumeli  xristianlarını 
müdafi
ə  etmiş,  lakin  yanıb  qovrulan türk milləti üçün bir söz 
dem
əmişdir («Rusiyanın islam siyasəti»). 
•  G
ələcəkdə  millətlər  orduları  ilə  deyil, mədəniyyət və 
k
əmalət ilə iş görəcəklər («Rusiyanın islam siyasəti»). 
•  Rus m
ətbuatı  Şərqdən bixəbərləri olan Afinadan və  ya 
Sofiyadan yayılan yalanlara, istinadlara etimad göstərib, Osmanlılar 
əleyhində  ağzına  gələni  yazdığı  və  nəşr  etdiyi  materiallarla 
Rusiyanın  ictimai  fikrini  bulandırmaqla  yanaşı,  müsəlmanları  da 
bezdirm
əkdən başqa bir nəticə əldə etməmişdir. Rus mətbuatının bu 
işlərə rus gözü ilə baxmayıb, bolqar, yaxud da yunan gözlüyü taxıb 
baxması üzücüdür («Rusiyanın islam siyasəti»). 
•  …iyirmi-
iyirmi  beş il  əvvəl (məqalə  1911-ci ildə  qələmə 
alınmışdır – T.A.) elm və ədəbiyyata dair dilimizdə yalnız üç risalə 
(kitabça  –  T.A.) var idi: biri Q
ərb alimi Radlofun «Bilik» (Kazan, 
1872), dig
əri Qəyyum Əfəndi Nəsirovun «Kalendar» (cəmi 23 ədəd 
olmaqla, h
ər il 1 təqvim-salnamə  –  T.A.) və  üçüncüsü də  Mirzə 
F
ətəli Axundovun komediyalarıdır (1859-cu ildə «Təmsilat» adı ilə 
Tiflisd
ə  nəşr  edilmişdir  (T.A.) («Rusiya müsəlmanlarının 
m
ədəniləşməsinin başlanğıcı»). 
• 
Bakı  şəhərində  Həsən bəy Məlikov cənabları  tərəfindən 
«Əkinçi» adında türkcə qəzet təsis edib az müddət davam etmiş isə 
d
ə,  donmuş  və  buzlamış  fikirlərə  ildırım  kimi  ziya  vermiş  idi 
(«Rusiya müs
əlmanlarının mədəniləşməsinin başlanğıcı»). 
• 
Oxumuş,  ziyalı  müsəlmanlar  rusca,  fransızca  bilirlər: 
doktorluq, müh
əndislik, mədənçilik, vəkillik edirlər, lakin milli 
dild
ən məhrumdurlar! Ziyalı bir rus yoxdur ki, rusca yazı yazmasın, 


• Abid  Tahirli
 

180
 ~ 
 
ziyalı bir nemes, polyak, ya gürcü, erməni yoxdur ki, öz dilində yazı 
yaza bilm
əsin.  Bu  hal  yalnız  bizlərə  məxsusdur («Rusiya 
müs
əlmanlarının mədəniləşməsinin başlanğıcı»). 
• 
İslamiyyət üçün ilk öncə iki vəzifə vardır: biri təhsil, digəri 
ibad
ətdir. Bunun nəticəsi kimi müsəlman olan hər yerdə təhsil üçün 
m
əktəb, ibadət  üçün  cami  olmalıdır.  Məktəb və  cami yerinə  görə 
daşdan,  ağacdan,  yaxud  keçədən düzəldilir. Oturaq müsəlmanların 
m
əktəb və  camiləri  öz  yaşayış  yerlərində, bədəvi müsəlmanların 
(köç
ərilərin) məktəb və  camiləri özləri ilə  birgə  hərəkət, köç edər 
(«Rusiya müs
əlmanlarının mədəniləşməsinin başlanğıcı»). 
•  Bir neç
ə  il müəllimlik etdim, məktəb həyatı  ilə  tanış 
oldum.  Zavallı  çocuqların  5-6 il, gündə  6-7 saat ərəbcə 
əzbərçilikdən, dini təhsildən  başqa  heç  nə  ilə  məşğul  olmadığını 
görüb 
əsəb və təəssüfdən yatmadığım gecələr çox olmuşdur (Rusiya 
müs
əlmanlarının mədəniləşməsinin başlanğıcı). 
• 
Beş illik təhsil dövründə şagird elm, hünər, kamal bir yana
heç  dürüst  namaz  qılmağa,  hətta bir məktub  yazmağa  nail  ola 
bilmir. Bu d
ərdə  bir dərman  lazım  idi.  Bunun  üçün  1883-cü ildə 
t
əsis etdiyim «Tərcüman» qəzetində 1884-cü ildə üsuli-cədid – yeni 
t
əhsil üsulu mövzusunu qaldırdım. Yeni əlifba kitabı nəşr olundu və 
Baxçasarayda yeni üsullu m
əktəb fəaliyyətə  başladı.  Hazırda  bu 
üsulla i
şləyən məktəblər  Şərqi Türkistana qədər  yayılmış  və  sayı 
500-
ü  keçmişdir  («Rusiya  müsəlmanlarının  mədəniləşməsinin 
başlanğıcı»). 
• 
Bir  sıra  şəhərlərdə, məsələn,  Baxçasaray,  Şəki, Kulca, 
Şamaxı,  Naxçıvanda  yeni  üsulla  işləyən məktəblərə  rus dili 

əllimi dəvət edilir və  onlar  çox  rahat  bir  şəkildə  rus dilini də 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə