Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə54/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   50   51   52   53   54   55   56   57   ...   93

• Bütün türkl
ərin tərcümanı 

167
 ~ 
 
da d
ərin  iz  buraxır  və  onların taleyini müəyyənləşdirir.  İvan 
açıqgözlü, ayıq, bacarıqlı tacir kimi yetişir, təhsilini artırır, bir neçə 
dil
ə yiyələnir, anasına diqqət, qayğı göstərir. Süleyman cəmiyyətdə 
sıxılır, kasıbdır, xəstə anasına dərman ala bilmir, bir sözlə, mənasız 
h
əyat sürür.  İ.Qaspiralı  oxucusuna  «sən dünyəvi biliklərə  yiyələn, 
bel
ə  etsən, gələcəyin parlaq olar, valideynlərinə, mənsub  olduğun 
mill
ətə xidmət edə bilərsən» - demir, daha təsirli vasitədən istifadə 
edir, İvanın və Süleymanın timsalında təhsilin nəyə qadir olduğunu 
açıq-aşkar göstərir, nəticəni oxucu özü çıxarmalıdır… 
 
 


• Abid  Tahirli
 

168
 ~ 
 
 
İ.QASPİRALI  İRSİNDƏN  
İNCİLƏR 
 
• 
Alına yazılanı göz görəcəkdir («Firəngistan məktubları»). 
•  Mill
ətə  xidmət etmək istəyirsən,  əlindən gələn  işlə  başla 
(«Fir
əngistan məktubları»). 
• 
Ərəbcə, tatarca, rusca – hansı dildə olursa-olsun – oxumalı, 
bilik v
ə mərifətə sahib olmalısan (30 iyul 1886-cı ildə Tiflisdə onun 
şərəfinə təşkil olunmuş toplantıdakı çıxışından). 
• 
Oxumalıyıq,  təlim keçməliyik, öyrənməliyik («Sərgidə 
m
ən nə gördüm»). 
• Dünyada kama
lsız və hünərsiz yaşamaq mümkün deyildir 
(«S
ərgidə mən nə gördüm»). 
•  Rahat, m
əsud olmaq tərəqqi etmək istəyirsənsə
maarifl
ənməlisən («Sərgidə mən nə gördüm»). 
• 
Öpüşmək xəta deyildir. Ər və arvad bir-biri üçün nemətdir. 
Lakin pünhan yerd
ə, hamının gözü qabağında yox. Gül ilə bülbül, 
ya gec
ə  yarısı,  ya  səhər tezdən  sevişərlər. Səs  uzağa  getsə  də, 
m
əhəbbət, sevinc gizli olar («Firəngistan məktubları»). 
• 
Kim  susayıb,  su  tapar,  amma  içməz?! Kim gül görər, 
amma baxmaq ist
əməz?! («Firəngistan məktubları»). 
•  S
əyahət etmək məktəbdə  dərs  almağa  bərabərdir 
(«Fir
əngistan məktubları»). 
• Dünyada doyulmayan v
ə doyulmayacaq bir şey varsa, o da 
elm v
ə mərifətdir («Firəngistan məktubları»). 
• Elm v
ə mərifət nur və altundur («Firəngistan məktubları»). 


• Bütün türkl
ərin tərcümanı 

169
 ~ 
 
•  Elm, h
əqiqət və  mərifət günəş  işığı  kimidir.  Bütün 
dünyaya nur saçar, qüvv
ət verər. Aləm üçün nemət və  ehsandır 
(«Fir
əngistan məktubları»). 
• 
İngilis  dili  şeytan  dilindən güclüdür («Firəngistan 
m
əktubları»).
 
• 
Fransızların müharibədə, ticarətdə, maarif və hünərdə, səfa 
v
ə  məişətdə  birinci millət  olduğu  məktəb və  elmə  məhəbbət və 
r
əğbətlərindəndir («Firəngistan məktubları»). 
• 
Bir fransıza «sən fransızca bilmirsən» - demək, «sən çox 
pis adamsan» dem
əkdən daha ağırdır («Firəngistan məktubları»). 
• 
Bütün yamanlığın başı və səbəbi nadanlıqdır («Firəngistan 
m
əktubları»).
 
• Dil
ənmək haramdır. Dilənməklə həcc olmaz («Firəngistan 
m
əktubları»). 
• 
Fransızlar  daşdan  su  çıxarmağı  bacarırlar  («Firəngistan 
m
əktubları»). 
• Vicdan gözd
ən zərif, insaf ağıldan üstündür («Firəngistan 
m
əktubları»). 
• 
Alim  nadanın,  bilən bilməyənin buyruqçusudur 
(«Fir
əngistan məktubları»). 
• 
Malın  çoxluğu  insanı  xoşbəxt edə  bilməz,  xoşbəxtliyin 
çeşməsi birdir – ədalət («Firəngistan məktubları»). 
•  Elm, t
əhsil, tərbiyə  ədalətin  intişarına  xidmət etmədikcə, 
insan o
ğlu səadətdən uzaq qalacaqdır («Firəngistan məktubları»). 
• 
Bu gün Avropadan geri qalmış ölkələr Avropaya müəllim 
kimi baxsa da, onun qüsurlarından, xatalarından ibrət alıb, bundan 
daha göz
əl  yaşam  tərzi  qurmağa  səy göstərmələri daha ziyadə 
vacibdir («Fir
əngistan məktubları»). 


• Abid  Tahirli
 

170
 ~ 
 
• 
Fransızlar… oğru və ya ədəbsizin əxlaqını, nəfsini qamçı 
v
ə  zəncirlə  yox, dərs və  tərbiyə  ilə  nəzarət  altına  alırlar 
(«Fir
əngistan məktubları»). 
• Ev tik
ən balta çöldə qaldı?! («Darrürrahat müsəlmanları»). 
• 
Başıma  fikir,  könlümə  qorxu doldu («Darrürrahat 
müs
əlmanları»). 
•  S
əbirli  olan,  işin  əvvəli kimi sonunu da görər 
(«Darrürrahat müs
əlmanları»). 
• 
Baki (ölümsüz) ancaq bir Allahdır. İnsan işi, insan tərtibi 
baki ola bilm
əz («Darrürrahat müsəlmanları»). 
•  B
ədbəxtliyimizə  səbəb olan zəhər də, səadətimizə  səbəb 
olan m
ənəvi güc də vücudumuzdadır («Darrürrahat müsəlmanları»). 
• 
İnsanlar  gözəl  əxlaqlı  və  gözəl xasiyyətlidirsə, cəmiyyət 
durmadan t
ərəqqi edər, salamat və xoşbəxt olar, əks təqdirdə, içdən 
çürüy
ən alma kimi tədric dağılar («Darrürrahat müsəlmanları»). 
• 
Bahadırların yerinə qorxaqlar keçəndə, insaflıları alçaqlar 
əvəz edəndə, cəhalət pərdəsi elmi örtəndə, tənbəllik qeyrəti zəbt 
ed
əndə, bu hala gəlib  çıxan  xalq  ağlasın,  gözündən  qanlı  yaşlar 
töksün.  Çünki  bu  halın  sonu  çox  acınacaqlıdır  –  hər  şey  qar  topu 
kimi 
əriyib məhv olacaqdır («Darrürrahat müsəlmanları»). 
•  X
əstə  ağacda  sağ  meyvə  olmaz («Darrürrahat müsəl-
manları»). 
•  Biz
ə  vacib olan son və  axır  nəfəsə  qədər millət və  yurd 
uğrunda qeyrətdir («Darrürrahat müsəlmanları»). 
• C
ənabi-Haqqın inayəti çətin günlərdə yetişir («Darrürrahat 
müs
əlmanları»). 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə