Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə62/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   58   59   60   61   62   63   64   65   ...   93

• Abid  Tahirli
 

194
 ~ 
 
• 
İyirmi  beş  ildən bəri bütün mühərrirlərimiz dil birliyi 
uğrunda  çalışır.  Zənn edirəm  ki,  bu  yoldan  ayrılmamaq  lazımdır. 
Ona gör
ə  də  «Həyat», «Nur», «Kazan müxbiri» və  sair kimi 
n
əşrlərin mühərrir rəfiqlərimizdən də candan və ürəkdən rica edirəm 
ki, bu m
əsələyə ziyadə diqqət yetirsinlər («Lisan məsələsi»). 
• 
Hazırda  bir  də  ən  çox  möhtac  olduğumuz  şey  cümlə 
şivələri ehtiva edən bir türk lüğətidir («Lisan məsələsi»).  
• 
Əziz  və  müqəddəs  üç  şey  vardır  ki,  nə  qədər söylənsə, 
yazılsa, yenə azdır və azdır. Bunların biri din, biri dil, digəri elmdir 
(«Dil, dil, dil»). 
• Dil m
əsələsi yalnız bir ədəbi məsələ deyildir. Bəlkə daha 
çox ictimai, siyasidir. Elm, tarix, etnoqrafiya v
ə siyasi elmlərə aşina 
olanlara bu iş gün kimi zahirdir. Vahid ədəbi dili olmayan qövm və 
mill
ət 5-10 yox, hətta 100 milyon can olsa belə, yenə  millət 
sayılmaz («Bizim mətbuat»). 
•  «Al
əmi nisvan» idarəsinə  (İ.Qaspiralının  qadınlar  üçün 
n
əşr  etdiyi  jurnal  –  T.A.)  xanımlardan və  xanım  qızlardan  gələn 
m
əktubların yüzdə səksəninin onlarda ədəbi dilə həvəs və marağın 
olduğunu şükran ilə bildiririk. Nicat və xilasın birinci vasitəsinin dil 
birliyi  olacağı  ta  xanım  qızlara  qədər məlum  olmuşdur:  bizə  bu 
kifay
ətdir, başqa mükafat lazım deyil («Dil birliyi»). 
•  Möht
ərəm rəfiq, «Həyat»!  (Bakıda,  1905-ci ildə 
Ə.Hüseynzadə və Əhməd bəy Ağayev tərəfindən nəşr edilən qəzet – 
T.A.) «H
əyat»ın  bir  illik  nüsxələrini  qızıl,  qırmızı  yazı  ilə  adıma 
cildl
ədib, bu da azmış kimi məxsusi bir səhifə də əlavə edib, yenə 
qızıl,  qırmızı  boya  ilə  yazılmış  təqdimnamə  ilə  birlikdə  mənə 
gönd
ərmisən.  Çox  yaşa,  qardaşım,  çox  yaşa,  lakin  mən bu qədər 
r
əğbətə  özümü layiq görmədiyimdən, belə  bir hədiyyə  alacağıma, 


• Bütün türkl
ərin tərcümanı 

195
 ~ 
 
doğrusunu  söyləyim, zərrə  qədər ümidim yox idi. …Qafqazda 
«H
əyat»ın zühuruna duaçı olduğum gizli deyildir («Həyat»). 
 
• 
Şükür Xudaya! Maşallah zamana! İyirmi illik bir həsrətimə 
qarşı «Həyat» görüldü, «İrşad» eşidildi. Ümidvaram ki, həyat irşada 
v
ə  irşad  həyata xidmət  edib  durğunluğu,  ölümü  ta  Qaf  dağlarına 
q
ədər qovmağa cəhd və qeyrət edəcəkdir («Həyat»). 
• 
İnsanları bir-birindən üç şey ayırır: məsafə, din fərqi, bir 
d
ə dil fərqi («Həyat»). 
• 
... «obrazovannı», «ziyalı» qardaşlarım kimi mən də 25 il 
əvvəl (1881-ci il – T.A.) türkcə adımı yaza bilmirdim. Lakin başımı 
daşa vurub, əlimə qələm alıb, vicdanımın səsi ilə sətirləri («1881-ci 
ild
ə  bir vərəqlik  «Tonquç»  adlı  broşüranı  nəzərdə  tutur  –  T.A.) 
yazdım. 
•  25 ild
ən bəri (1881-ci ildən bəri nəzərdə  tutulur  –  T.A.) 
dediyim, yazdığım, çalışdığım budur: cığır açmaq, yol açmaq, başqa 
heç n
ə. Çünki qüdrətli, nəcib, ömürlü, dözümlü və  cəsarətli türk 
mill
ətinin pərakəndə  düşüb,  Çin  səddindən  Ağdənizədək  yayıldığı 
halda, s
əssiz-səmirsiz və  dalğın  qalması  dilsizlikdən, yəni ümumi 
dil
ə malik olmadığından irəli gəlmişdir. Bu etiqad ilə yaşadım, bu 
etiqadla m
əzara gedəcəyəm. 25 ildən bəri bu məslək  üçün  yoldaş 
gözl
əyirdim. «Həyat»ın vücudu mənə böyük təsəlli oldu («Həyat»). 
• 
Əziz  qardaşım,  mənə  «Həyat»ın  hamisi  demisən, gözəl, 
amma bu sözün şərhə ehtiyacı var. «Həyat»ın əsl hamisi millətdir. 
M
ən  yalnız  onun  tərcümanıyam.  Millət sənə  daim hamilik edər
f
əqət yeganə şərti unutma: hər nə yazacaqsansa, qələmi üç qəpiklik 
qara mür
əkkəbə  batırma,  ürəyinə  batırıb  qanın  ilə  yaz, sözün ötər 
vicdanlara yet
ər, əks halda səmərəsiz olar, keçər gedər. Qardaşım, 


• Abid  Tahirli
 

196
 ~ 
 
bu sözl
ərim sənə  həm rica, həm nəsihət, həm də  vəsiyyətdir 
(«H
əyat»). 
•  «M
ətbuatımız  yaponca  tərəqqi edir» -  deyirlər, hay, hay, 
bel
ə olsa idi, nə xoş, amma belə deyil. Yapon adalarının hər birində 
yerli  şivə  olduğu  halda,  mühərrirləri və  ədibləri  ən  əvvəl «dili 
birl
əşdirməkdən»  işə  başladılar  və  onun sayəsində  də  –  dil ilə 
b
ərabər millətin fikirlərini, niyyətlərini və əməllərini birləşdirdilər
çünki dil v
ə  ədəbiyyat birliyi digər birliklərin  əsası  və  təməlidir 
(«Hatim
ə»). 
• 
Qardaşım, qəzeti başdan ayağa bir mühərrir yazmaz, lakin 
q
əzetin məlum  bir  dili  olması  və  baş  mühərririn  bütün  yazıları 
gözd
ən keçirməsi  şərtdir. Qəzetə  «naşir  və  mühərrir»  imzası 
atmaqla n
ə  ədəbiyyata xidmət edilir, nə  də  millətə  xeyir gətirilir. 
H
ər bir qəzet və sair əsər üçün ən əvvəl və ən ziyadə dil gərəkdir 
(«Azad» r
əfiqimizə açıq məktub»). 
•  Rusiya müs
əlmanlarının  ədəbiyyat  tarixini  yazan  tapılsa, 
1906-
cı ili «dil ili» kimi dəyərləndirə bilər («Dil ili»). 
•  H
əyatımın  məsləyi olan «dil birliyi» məsələsində  biz bir 
nöqt
ə  belə  geri çəkilmədik və  çəkilməyəcəyik.  Əslində  geri 
ç
əkilməyə nə yol, nə də yer var («Dil ili»). 
• 
Əgər adi, bəsit  şeylərdən  başqa  elmi  əsərlərin nəşrinə 
başlamaq istəyiriksə, dilimizi bir az da «işlətmək» lazım gələcəkdir 
(«Dil haq
qında»). 
• 
Ədəbi  dilsiz  bir  arşın  tərəqqi edə  bilmərik («Dil 
haqqında»). 
•  Hörm
ətli vəkillərimizin  (Dumadakı  türkdilli  xalqların 
deputatları  nəzərdə  tutulur  –  T.A.) bir-biri ilə  rusca  danışmalarına 
(«Rossiya» q
əzetinin iddiasına işarədir – T.A.) əsəbiləşmirik, hətta 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə