Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə63/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   59   60   61   62   63   64   65   66   ...   93

• Bütün türkl
ərin tərcümanı 

197
 ~ 
 
fransız  və  ingilis dilində  danışsalar,  sevinərik,  lakin  hamısı  türk 
oğlu  türk  olduqları  halda,  doğma  ana  dilində  yaxşı  danışa 
bilm
ədiklərinə  əsəbiləşirik  və  ortaq dil məsələsini irəli sürürük 
(«Rossiya» q
əzetinə cavab»). 
• …h
ər kəs iki aylıq bir təhsil ilə ümumi türk dilinə yiyələnə 
bil
ər («Rossiya» qəzetinə cavab»). 
• 
Türk  şivələrini  ayrı-ayrı  dil,  türk  tayfalarını  başqa-başqa 
mill
ət kimi göstərmək təfriqə,  nifaq  salanların  məsələsidir. 
«T
ərcüman»ın məsləyi başqa olmuşdur, başqa olacaqdır («Rosiyya» 
q
əzetinə cavab»). 
• 
…adı  olmayan  adam  özü  də  yox  kimidir.  Dilsiz  kişinin 
cismi d
ə yox kimidir («Dostlarıma açıq məktub»).  
• 
…rusların  bir  qisminə  katsap, bir qisminə  xaxol, bir 
qismin
ə  belarus, bir qisminə  də  kazak deyilsə  də,  hamısı  «rus» 
olduqları  kimi,  biz  türkdilli  xalqlar  da  türk  oğlu  türklərik 
(«Dostlarıma açıq məktub»). 
• B
ərəkallah! Rusiyada «iyirmi milyon varıq» - deyə yazıb 
göst
əririk (XX əsrin əvvəllərində Rusiya türklərinin sayına işarə – 
T.A.), lakin bu 20 milyona iyirmi dörd ad v
ə isim verib (Rusiyadakı 
türkdilli xalqların sayına işarədir – T.A.), tək vücudu parçalamaqla 
siyasi x
əta etmirikmi? («Dostlarıma açıq məktub»). 
• 
…şivə  ilə  elm və  ədəbiyyat  yaratmaq  imkansızdır 
(«Dostlarıma açıq məktub»). 
• 
Dayanmadan  çalışaq,  mühərrir rəfiqlər,  bizlər  hazırda  nə 
q
ədər qəzet, risalə  yazsaq  da,  dünyamızı  dərhal islah edə 
bilm
əyəcəyimiz məlumdur, lakin əlimizdən gələcək çox mühüm bir 
işimiz  də  vardır.  Bu  da  ortaq  ədəbi dilə  təməl,  əsas, bünövrə 


• Abid  Tahirli
 

198
 ~ 
 
qoymaqdır.  Bu  işə  ziyadə  diqqət yetirək  («Dostlarıma  açıq 
m
əktub»). 
•  M
ərhum Həsənbəy Məlikovun təşəbbüsündən  («Əkin-
çi»nin n
əşri  nəzərdə  tutulur  –  T.A.) bu günə  qədər Azərbaycanda 
türk  dili  çalışıldı;  qəzetlər, teatrlar, risalələr türk dilində  nəşr 
edildi…  qardaş-qardaşı  gördü,  tanıdı,  təkrar  qucaqlaşdı,  birləşdi… 
(«Farsimi, türkimi»). 
•  Türkl
ər harada olur-olsun, gərəkdir ki, ən  əvvəl türkcə 
danışsınlar, oxusunlar, yazsınlar, lakin sonra Rusiyada rusca, İranda 
farsca, Çind
ə  çincə  bilməyə  çalışsınlar,  çünki  zəruridir,  lazımdır 
(«Farsimi, türkimi»). 
• 
Ədəb, məktəb və elm dili ümumi dildir. Bizdə bu yoxdur, 
biz
ə  bu  lazımdır.  Bizlər  buna  çalışmalıyıq  («Rəfiqlərimə  açıq 
m
əktub»). 
•  G
ələcəyimizə  səd çəkmiş  və  çəkəcək  bir  şey  bilirəm ki, 
yalnız dilsizlikdir (ortaq türk dilinin olmaması anlamında – T.A.).  
• Hökmdar, m
əzhəb, iqlim xatirinə heç bir qövmün, xalqın 
dilin
ə, ədəbiyyatına təcavüz caiz deyildir, buna yol verilsə, haqsızlıq 
olar («Farsimi, türkimi»). 
• 
Dilsiz kişinin nə olduğu hər kəsə məlumdur, bunu bəyan 
v
ə tərif etməyə hacət yoxdur. Dilsiz kişi nədirsə, ədəbi və ortaq dili 
olmayan mill
ət də odur («Farsimi, türkimi»). 
• Dil, 
ədəbi dil din dərəcəsində əziz, müqəddəs, dəyərli ilahi 
bir nem
ətdir («Can, yəni dil məsələsi»). 
•  Yer kür
əsini titrədən, alt-üst edən hunlardan bu gün bir 
n
əfər  qalmayıb,  bundan  20  əsr öncə  baş  göstərmiş  bir  ovuc  qədər 
olan yunanlar h
ələ də mövcuddurlar. Bu, hunların dilsiz, yunanların 


• Bütün türkl
ərin tərcümanı 

199
 ~ 
 
ədəbi dilə  malik və  sahib  olduqları  sayəsindədir («Can, yəni dil 
m
əsələsi»). 
•  Çar
əsiz  bir  dilsiz  kişinin  lu-lu-lu-lu, bu-bu-bu-bu-bu… 
kimi bir-iki heyvanca s
əsi ilə insanlıq mümkün olmadığı kimi, ədəbi 
dild
ən məhrum millət də tərəqqi etməz, mədəniləşməz («Can, yəni 
dil m
əsələsi»). 
•  Aslan kimi mill
ətimizin  başına  gələn fəlakətlər və 
çar
əsizlik hər su boyunda bir xan və ya əmirə tabe olduğu deyildir, 
h
ər su boyunda bir şivədə danışıb, indiyə qədər ortaq yazı və ədəbi 
dili vücuda g
ətirməkdə etdiyi qəflətdir («Can, yəni dil məsələsi»). 
•  …bir neç
ə  ildən sonra ortaq dil naminə  daha fəal 
çalışılacağımıza ümidim artmaqdadır («Can, yəni dil məsələsi»). 
• 
Əski ədəbi dilimizin bir sütunu Əlişir Nəvaisə, yeni ədəbi 
dilimizin  sütunu  Füzulidir.  Doğma  dil  demək, millətin  ədəbi dili 
dem
əkdir, bizim də  doğma  dilimiz  türk  dilidir,  ədəbi dilimizdir 
(«Can, y
əni dil məsələsi»). 
• 
…çobanların,  yedəkçilərin,  aşbazların  şivəsi millət, 
ədəbiyyat və təhsil dili deyildir. Maarif nəzarəti bu xüsusda böyük 
x
əta  işlədir. Belə  bir xəta Peterburqda edilsə,  ayıb  edilməz, lakin 
Baxçasarayda, Bakıda, Orenburqda, Kazanda edilsə, xəta ayıb yox, 
böyük cinay
ət olar («Can, yəni dil məsələsi»). 
•  Ç
alışaq,  çalışaq,  ortaq  ədəbi  dil  uğrunda  çalışaq  («Can, 
y
əni dil məsələsi»). 
•  T
ərcümançıların  millətə  ərz və  təqdim etdikləri «dil və 
m
əslək» maddələri sosializm və  marksizm müddəalarından  çox 
asandır və millətin ruhuna, idrakına və halına daha yaxın şeylərdir 
(«Bizl
ərdə dil və məslək birliyi ola bilərmi, ya yox?»)  


• Abid  Tahirli
 

200
 ~ 
 
• 
İndi  çarəsiz millət  ancaq  bir  şey  gözləyir. Gözlədiyi  şey 
milli  intelligensiyadır,  milli  işçilərdir.  Bunlar  yetişəcəkdir. 
Allahdan, ya da t
əbiətdən ümidi kəsmək olmaz. …Ümidsizlənib 
q
ələmi qırmağa səbəb görmürük («Bizlərdə dil və məslək birliyi ola 
bil
ərmi, ya yox?») 
• Mill
ətin ədəbi dilini vücuda gətirən böyük ədiblərdir. Bu, 
doğrudur, fəqət, bunlara zəmin hazırlayan millətin özüdür, adi, sadə 
müh
ərrirlərdir («Bizlərdə  dil və  məslək birliyi ola bilərmi, ya 
yox?») 
• 
Dil  birliyi  xüsusunda  kazanlılar  «Tərcüman»a etiraz edə 
bil
ərlər,  şivələri  xeyli  başqadır,  amma  «Həyat», «Tazə  həyat», 
«İrşad», «Füzüyat» və «Tərəqqi» dili ilə «Tərcüman»ın dili arasında 
t
əfavüt  qalmamışdır.  Deməli, dil birliyi fikri ideyadan əmələ 
keçm
əkdədir («Bizlərdə dil və məslək birliyi ola bilərmi, ya yox?») 
•  Bir cins, bir mill
ət  olduğumuzu  dünyaya  göstərəcək, 
ictimai  haqlarımızı  təmin edəcək  dilimiz  harada  qaldı?  Bu  gün 
mövcud v
əziyyət,  sabah  bu  sualı  daha  şiddətli surətdə  ortaya 
qoyacaqdır. Bu suala və millətimizə nə kimi cavab verəcəyik? («Dil 
v
ə məsuliyyət»). 
• 
«Şəms-abad» deməklə bir türk oğlu nə fars olur, nə şair, 
ancaq ana dilin
ə  təpik  atmış  olur  («Beldetüş-Şemsmi,  veled  degil, 
oğulmu?») 
• 
İçəri  Rusiyada  Ağcigidovun  «Hüsaməddin  mollası»ndan 
başlayıb  Abdürrəşid  Əfəndi  İbrahimov  və  Rzaəddin Fəxrəddinov, 
Kült
əsilər, Feyizixanov və  sairlərin  əsərləri, Azərbaycanda Sultan 
M
əcid bəy Qənizadələrin və  Adüsəlam  Əfəndi Axundzadələrin 
ədəbiyyatımıza  və  ədəbi dilimizə  böyük xidmət  etdikləri 
meydandadır («Dillərin birləşdirilməsi gəlir»). 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə