Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə60/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   56   57   58   59   60   61   62   63   ...   93

• Abid  Tahirli
 

188
 ~ 
 
•  Mill
ətin nə  fikirdə  və  nəyə  qadir olduğunu  gələcək 
göst
ərəcək. Mənə gəlincə, siyasi inanc və görüşümün əsası, təməli 
«türkoğlu  türk»  olduğumdur.  Öncə  Türk  olmadıqca  nə  aristokrat 
oluram, n
ə də demokrat. Nə xalqçı oluram, nə sosialist. Əgər mənə 
«türklükd
ən, millətçilik fikrindən əl çək, səadətə çatarsan» - desələr, 
m
ən bu cür səadətdən bədbəxtliyi üstün tutaram. Mənim mən 
olmamağım  nə  ağlıma  gələr, nə  vicdanıma  sığar  («Zamanımızın 
m
əsələləri»). 
•  Milli m
ənsubiyyət hər  şeydən müqəddəm, hər  şeydən 
müq
əddəsdir («Zamanımızın məsələləri»). 
•  «T
ərcüman»  24  ildir  ki,  meydandadır,  nədir  –  hər kəsə 
m
əlumdur. İlminskilərin nəzarətindən, missionerlərin iftiralarından, 
Pobedonostsov c
ənablarının iqtidar və gücündən qorxmayıb, yavaş-
yavaş  iynə  ilə  daş  dələn kimi xidmət  etmişdir,  lakin  qorxduğu  iki 
şey var idi: biri başı şapkalı, şlyapalı molladır, digəri başı çalmalı 
mirz
ə. Çünki şapkalı, şlyapalı mollanın siyasi işlərdə, sarıqlı çalmalı 
mirz
ənin  dini  işlərdə  yetərli elmləri  olmadığından,  ikisinin  də  bir 
x
əta edəcəkləri daim gözlənilir («Üçüncü qurultay»). 
• 
«Yağmur yağar içərik, yerdən çıxar yeyərik» - ilə bu gün 
dünyada ömür sürm
ək mümkün olsa da, sabah belə  heyvan kimi 
keçinm
ək mümkün olmayacaqdır. Bu miskinlik, bu fəaliyyətsizlik, 
bu hün
ərsizlik bizləri məhv edəcəkdir («Müsəlmanlar konqresi»). 
•  M
əğribdə  Rabat,  Şərqdə  Şahabad  başdan-ayağa  bərbad. 
İşgüzar lazım olsa, yaramır Əli, Murad, Xudadad. Mütləq lazımdır 
Jorj, ya Ferdinad (Müs
əlmanlar konqresi). 
• 
İslam əhlinin təəssüflü halına səbəb nədir? Maarifsizlik və 
c
əhalət – kimi cavab verilərsə, ardınca bəs bunlara səbəb nədir? – 
sualı gəlir. Bu barədə düşünməliyik. Halımız çox acı, utancverici bir 


• Bütün türkl
ərin tərcümanı 

189
 ~ 
 
haldır, lakin buna qarşı göz yummaq xətadır, qəzadır, günahdır. Bu 
halımızı,  bu  dərdimizi gizlətmək yox, caddələrdə, meydanlarda 
bağırıb  çağırıb  söyləməliyik. Dərdimizə  çarə  tapmalıyıq,  əks 
t
əqdirdə  daxildən çürüyə-çürüyə  hər  gün  yıxılar,  cayılar,  məhv 
olarıq («Müsəlmanlar konqresi»). 
• B
əlkə mədəniləşməmizə, tərəqqimizə əngəl olan islamdır? 
Yox, yox! Biz
ə  şərəf verən islam dini tərəqqi və  mədəniyyətin 
m
ənbəyidir. Əvvəlki dövrlərdəki inkişafın baş səbəbi və mühərriki 
d
ə islamdır. Dinimiz  müqəddəsdir ki, «hamınız çalışın», «hamınız 
oxuyun»,  «hamınız  tədbir və  sənət ilə  yaşayın»  qaydalarını 
buyurmuşdur. Bizlər isə hazırda bu müqəddəs qaydaların tam əksini 
edirik («Müs
əlmanlar konqresi»). 
• 
İqtisadi  düşgünlüyümüzə, fikir və  ağıl  hərəkətsizliyimizə 
gör
ədir ki, Şərqdə bir yazar ortaya çıxarsa, Qərbdən yüz fikir, yüz 
əsər, yüz ədib  çıxar.  Bu  vəziyyət  halımızın  nə  qədər  müşkül 
olduğunu daha gözəl anladır («Müsəlmanlar konqresi»). 
•  Bu hallar (Q
ərbdə  sənaye və  ticarətin,  elmin  inkişafı, 
Şərqdə isə geridə qalması nəzərdə tutulur – T.A.) inkar edilə bilməz, 
lakin bizl
əri  yıxan  yalnız  bu  deyil.  Bəlkə  daha  artığı  çürük 
ad
ətlərimizdən,  avamlıq  və  hər cür xurafatdan irəli gəlmişdir 
(«Müs
əlmanlar konqresi»). 
• 
İslam dünyasına diqqətlə baxılarsa, müsəlmanlar harada və 
hansı bir idarə altında olursa-olsunlar, qonşularına və sair millətlərə 
gör
ə  geridə  qaldıqları  təəssüf ilə  görülməkdədir.  Əlcəzairdə 
y
əhudilərdən, Kiritdə  rumlardan, Bolqarıstanda  bulqarlardan, 
Rusiyada h
ər kəsdən, Hindistanda hindulardan geri qaldıqları inkar 
edil
ə  bilməz…  Bu  halımızın  və  bu hala bais olan mərəzin 


• Abid  Tahirli
 

190
 ~ 
 
s
əbəblərini  açıq  olaraq  kəşf  və  təyin etmək  lazımdır  («Ümumi 
yığıncaq»). 
• 
İcma zamanlarında (islamın pərvəriş tapdığı, çiçəkləndiyi 
dövr n
əzərdə tutulur – T.A.) islam hakim idi, hazırda isə dörddə üçü 
m
əhkumdur.  Dünyanın  əhvalı  bambaşqadır:  ötən hər dəqiqə  bizi 
kilometrl
ərlə geridə buraxaraq tərəqqi edir («Ümumi yığıncaq»). 
• 
…ölmüş millət ad və klişesini heç cür qəbul edə bilmirəm. 
Z
ənn edirəm ki, qəflət  yuxusuna  getmiş,  zülmə  məruz  qalmış 
dem
ək  daha  doğrudur.  Qəflət və  zülm  keçici  hallardır:  bunlarla 
mücadil
ə  insanların  ixtiyarında  və  iqtidarındadır  (gücündədir) 
(«Müs
əlman konqresi»). 
•  Hün
ər və  mərifət ilə  hasil  etdiyimiz  şey  çox  azdır. 
B
ərəkətli  torpaqlarımız  bir  çox  şeylər  hasil  edir.  Bunları  dünya 
bazarına  çıxarıb  satmaq  da  əlimizdən gəlmir. Ona görə  də  bu 
b
ərəkətin bir hissəsini nəql edən  əcnəbi gəmiçilərinə  verməyə 
m
əcburuq. Ticarət  meydanı  olan  Avropa  və  Amerika qitələrini 
izl
əsək,  bazarında  müsəlman  taciri  tapılmaz,  olsa  da,  istisna 
q
əlibindən olar. Şərqli tacirə rast gəlinərsə ya ermənidir, ya rumdur, 
ya y
əhudidir, ya da hindli, fəqət müsəlman deyildir! («Müsəlman 
konqresi»). 
•  Bizim Kazanda v
ə  Bakıda  hər millətdən tacir və  müsafir 
var. Amma hindli, ya misirli bir müs
əlman tacir yoxdur. Ölkə 
xaricind
ə  iş  görə  bilmədiyimiz bir yana, öz vətənimizdə  də  aciz 
qalırıq. Turan və İranın, Osmanlı və Misirin, Məğribin və Hindinin 
ticar
əti əcnəbilər əlindədir («Müsəlman konqresi»). 
• C
əmiyyət işləri ilə məşğul olanlar öz bildiklərini qeyd və 
n
əşr  etsələr, gələcəkdə  millətimizə  xeyir verəcək bir tarix yazmaq 
mümkün olardı («Zamanın tarixi»). 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə