Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə68/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   64   65   66   67   68   69   70   71   ...   93

• Bütün türkl
ərin tərcümanı 

213
 ~ 
 
• 
Avropanın  yalnız  parlaq  cəhətlərini  deyil,  çürük  hallarını 
da bilm
ək zəruridir,  zamanımızın  rəhbəri,  xocası  deyilmi,  ya? 
(«Ədəbiyyat çirkabları»). 
• 
Ədəbiyyat ağıl, fikir, fəhm, bilik və ibrət xəzinəsidir. Belə 
bir x
əzinəyə  malik  olmaq  üçün  çalışmaq  və  qeyrət  lazımdır. 
Ədəbiyyatsız bir qövm çılpaq adama bənzəyər, çılpaqlıq isə xoş hal 
deyildir («Ədəbi bəsirət»). 
•  Ara-
sıra  kitab  nəşr  olunan  şəhərlərdən  biri  Bakıdır.  Bu 
şəhərin mühərrirlərindən Sultan Məcid bəy Qənizadə  ilə  Nəriman 
N
ərimanovun milli ədəbiyyatın  inkişafı  naminə  çox  çalışdıqları 
şükranlıqla görülməkdədir («Ədəbi bəsirət»). 
• 
«Dağılan  tifaq»  Qafqaz  türk  şivəsində  yazılmış  bir 
komediyadır.  Əbdurrahim  bəy Haqverdiyevin əsəri olan bu risalə 
çox ibr
ətlidir. Qafqazda bir neçə dəfə teatrda oynanılıb, çox təsirli 
olmuşdur («Ədəbi bəsirət»). 
•  H
ər bir kitab və  risalə  milli  xəzinəyə  maldır:  həm də 
qızıldan  daha  qiymətli,  daha  mühüm  maldır  («Rəşid  Əfəndinin 
«Mirat»ı»). 
• 
…kitab  bazarında,  ədəbiyyat və  maarif  meydanında  hər 
nec
ə  bir  əsər görünsə, nəzər yetirib, diqqət edib mühərririnə  və 
naşirinə  təşəkkür etmək  insanlığın  borcudur («Rəşid  Əfəndinin 
«Mirat»ı»). 
•  …ortaq dil
ə  sahib  olsaydıq…  bağrı  yanıq,  gözü  yaşlı, 
sözl
əri atəşli  Tukay  (böyük  tatar  şairi  Abdulla  Tukay  nəzərdə 
tutulur  –  T.A.) h
ər yerdə  tanınardı  (məqalə  1913-cü ildə  qələmə 
alınmışdır), çünki şair Tukayev həqiqətən milli şair, tam mənası ilə 
türk  oğlu  idi…  yazıları,  şeirləri  söz  yığını  və  qafiyə  uydurması 


• Abid  Tahirli
 

214
 ~ 
 
deyildi: h
ər sətrində  can, hər cümləsində  fikir  işləyirdi («Millət 
oğlu»). 
• 
Fikir doğulduqdan sonra ölməz: işlər və işlər («Mizan»). 
• Neç
ə illərdən bəri (məqalə 1914-cü ildə qələmə alınmışdır 
–  T.A.) Tiflisd
ə  çıxan  «Molla  Nəsrəddin»  jurnalı  mətbuatımız 
arasında  bəlli  bir  mövqe  tutmuşdur.  Adından  da  göründüyü  kimi, 
«Molla N
əsrəddin» lətifə  danışar,  lakin  lətifəsi  arxasında  acı  bir 
h
əqiqət gizlənər. Gülər, lakin gülüşü  istehzalıdır,  yaxud  düşmən 
gülüşü deyildir, gülə-gülə verilən nəsihətdir. Əhval və adətlərimizi 
ara-
sıra iynələr, biz kimi sənə, mənə sancılar. Bəlkə bir az incidər, 
lakin incits
ə  belə, məqsədi xeyir və  irşaddır,  nəticəsi  şəfa verir 
(«Molla N
əsrəddin»). 
• «Molla N
əsrəddin»in rəsmləri çox mənalıdır. Bir rəsm bir 
hekay
ə  qədər məlumat,  duyğu,  düşüncə  və  fikir verir («Molla 
N
əsrəddin»). 
•  «Molla N
əsrəddin»  jurnalı  çox  məqbul və  mötəbər bir 
jurnaldır,  lakin  lazımi  dərəcədə  yayılmır.  İmkanı  olanlar  alıb 
oxum
alıdır. Əyləncəli ibrət dərsidir («Molla Nəsrəddin»). 
• 
…Bakıda üç ildən bəri (1911-ci il nəzərdə tutulur – T.A.) 
n
əşr  olunan  «Məktəb»  jurnalı  ilə  bağlı  oxuculardan  soruşuruq: 
Əzizlərim!  Siz  bu  jurnalı  aldınızmı?  Çocuqlarınıza  oxutdunuzmu? 
«Xeyr!» - des
əniz, «Niyə?» - deyə soruşarıq, axı, «Məktəb» jurnalı 
oğlan  və  qız  uşaqları  üçün  ən  faydalı  bir  jurnaldır»  («Molla 
N
əsrəddin»). 
•  Elm v
ə  maarif  intişarına  xidmət etmək  padişahları  da 
böyük ed
ər. («İstanbulda bir neçə gün»). 
• Avropa q
əzetləri hər nə yazırlar – yazsınlar, həqiqət yenə 
h
əqiqətdir.  Osmanlı  torpağında  hər qövm və  millətə  verilmiş 


• Bütün türkl
ərin tərcümanı 

215
 ~ 
 
hüquqlar  çox  böyükdür.  Ən  çox  izin  verən  Qoşma  Amerika 
Cümhuriyy
əti  (ABŞ  –  T.A.)  iş  dalınca  gələn Çin mühacirlərini 
d
ənizə atmaq istəyir («İslam ölkəsinin məişəti»). 
•  Uc
a Osmanlı hökumətinin verdiyi hüquqlardan bolqarlar
rumlar, erm
ənilər, yəhudilər minnətdarlıqla  istifadə  edirlər. Bütün 
sah
ələrdə  çalışır,  rahatlıqlarını  təmin edirlər.  Yalnız  bizim 
müs
əlmanlar  bundan  şanları  və  haqları  olan  dərəcədə  istifadə 
etmirl
ər, küçə  boyu səyahətimdə  ilk nəzərimi çəkən də  bu idi… 
(«İslam ölkəsinin məişəti»). 
•  …Qafqaza s
əyahətimi  xatırlayır  və  bir məclisdə  içimdən 
g
ələn  sualları  təkrar  (İstanbuldakı  mənzərəni gördükdən sonra – 
T.A.) dilim
ə gətirmək istəyirəm: «Ey türklər, nədir bizdə bu hallar?! 
Tiflisd
ə  «Elmi-hal»  çap  edirik,  Qaraqaşyan  mətbəəsində,  Bakıda 
«Koroğlu»  nəşr  edirik,  Adamyan  mətbəəsində,  Qarabağda  şeir,  ya 
m
ərsiyə  nəşr  edirik,  Vanlıyan  mətbəəsində. Belə  ki,  Qaraqaşyan, 
Vanlıyan  cənabları  bizim  etməli  olduğumuz  işi  icra  etməsəydilər, 
«Koroğlu» dünya üzünü görməyəcəkdimi? Beləmi? Biz haradayıq – 
dem
əyə haqqım yoxmu? («İslam ölkəsinin məişəti»). 
•  K
ənddə  müəllimlik edən bir qeyrət  əhli alimin ən 
f
əzilətlisidir («İslam ölkəsinin məişəti»). 
• 
Sağ  gülüş  könlü  təmizlər,  acıları  unutdurar, bir neçə 
d
əqiqəlik  olsa  da,  ağır  dünyanı  yüngüllədər, fəqət nadir təsadüf 
olunar («İstanbul məişəti»). 
• 
Savadlı  və  öyrənməyə  meylli vəlihət ilə  (Osmanlı 
imperiyası  və  islam xilafətinin vəliəhdi  Yusif  İzzəddin  Əfəndi 
n
əzərdə  tutulur  –  T.A.) Osmanlıları  təbrik edirəm. «Tərcüman» 
q
əzetini  oxuduğunu  və  daim göndərilməsini  əmir buyurdular 
(«S
əltənət və xilafət vəliəhdinin hüzurunda»). 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə