Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə67/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   63   64   65   66   67   68   69   70   ...   93

• Abid  Tahirli
 

210
 ~ 
 
• 
Romançı gözəl və işlək bir qələm sahibi olmaqla yanaşı, 
z
əngin  düşüncə  sahibi,  insan  ruhunu  anlayan,  elmi  mövzuları 
sad
ələşdirməyə  mahir  olmalıdır  və  bunlarla bərabər az görüb, çox 
anlamaya, h
ər gördüyünün və  düşündüyünün  rəssamı  kimi,  lakin 
fırçasız,  yalnız  dil  və  yazı  ilə  çatdırmaq  üçün  istedadlı  olmalıdır 
(«Osmanlı mətbuatı»). 
•  Hüqonun «S
əfillər»indəki qəhrəmanlara Anadoluda rast 
g
əlinməz,  lakin  onlar  kimi  canları  ağrıyan,  onlar  kimi  şənlənən 
insanlar burda da tapılar («Tənqid»). 
•  Bursa v
ə  Əskişəhər  Fatmalarının  halını  yazan,  hisslərini 
b
əyan edən kamil ədib  olsa,  Dümanın,  Zolyanın  qələmlərindən 
tökül
ən  madamlardan  daha  artıq  ibrətli və  təsirli dərs  alınacağı 
şübhəsizdir («Tənqid»). 
• ...çox q
əribədir ki, bəzi Osmanlı yazıçıları Avropasayağı, 
Q
ərb adət-ənənələrinə  uyğun  romanlar  yazırlar,  guya  Avropada 
romançı azdır və Şərqdən yardım istəmişlər («Tənqid»). 
• …göz
əl, lakin faydasız bir tərcümədənsə, o qədər də süslü 
olmayan,  lakin  faydalı  bir  milli  hekayə  yazmaq daha əfzəldir 
(«T
ənqid»). 
• Diqq
ət və təfəkkür etsəniz görərsiniz ki, Osmanlı məişəti 
əsrlərcə  –  gecə-gündüz davam edən  ən parlaq bir hekayədir,  ən 
d
əhşətli bir faciədir,  ən gözəl bir tarixdir. Bunlardan bəhs etsəniz 
ibr
ətli, təsirli, dəhşətli şeylərin üstünü açmış olarsınız ki, oxuyan da 
faydalanar («T
ənqid»). 
• 
Ədəbiyyatın əsası tərcümələr yox, milli hekayələrdir, milli 
m
əhəbbəti, milli düşüncəni, milli dili irəlilədəcək və süsləndirəcək, 
t
əbiət və  əxlaqı  tərbiyə  edəcək milli hekayələrdir.  Buna  çalışmaq 


• Bütün türkl
ərin tərcümanı 

211
 ~ 
 
q
ələm  əhlinin borcudur, millətin və  qövmün rəngi  ədəbiyyatın 
şərəfidir («Tənqid»). 
• 
Bir  halvaçı  halvasını,  bir  bozacı  bozasını  və  küfəçi 
bamyasını  çığırıb-bağırıb  tərifləyirsə, bir dərəcəyə  qədər  başa 
düşülər, çünki əvvələn,  malına  diqqət çəkilməsi  üçün  başqa  bir 
çar
əsi yoxdur, digər tərəfdənsə, halvaçı, ya da bozaçı ədəb müəllimi 
deyildir. Lakin bir 
ədib, ya bir qəzetçi  öz  yazdığını  halvaçı  kimi 
çığırıb-bağırıb özü mədh edərsə, bu çox çirkin şey olmazmı? Şübhə 
yox ki, çox böyük 
ədəbsizlik olar («Tənqid»). 
•  …g
ələcək zamanlar üçün yazmağın  çox  böyük  şərəf-şan 
olduğu  hər kəsə  məlumdur.  Doğruya  doğru,  əyriyə  əyri, pisə  pis, 
göz
ələ  gözəl demək  bu  şərəf-şanın  əsasıdır.  Belə  olmadıqda, 
q
ələmdə şan və şərəf tapmaq bəlkə də mümkün deyil («Tənqid»). 
•  Çernyayevski h
əzrətlərinin Tiflisdə  nəşr  elədiyi «Vətən 
dili»  adlı  yeni  üsullu  əlifba diqqətə  şayan  və  dəqiq  bir  kitabdır. 
Oxumaq v
ə  yazmaq üçün bu maarifpərvər  kişi  fonetik  metoda 
əsasən tərtib etdiyi «Vətən dili» kitabı ilk dərslik olub yumruqsuz 
v
ə kötəksiz, qısa vaxtda oxumaq və yazmaq mərifətini bildirən bir 
kitabdır («Ədəbiyyat»). 
• Dörd ild
ən bəri (1879-cu il nəzərdə tutulur – T.A.) Tiflisdə 
S
əid Əfəndi Ünsizadə «Ziya» qəzetini nəşr etməkdədir. İl başından 
b
əri Cəlal  Əfəndi «Kəşkül»  məcmuasını  nəşrə  başladı 
(«Ədəbiyyat»). 
•  B
əli,  Avropa  şairləri ilə  Asiya  şairlərinin  düşüncəsində 
f
ərq çoxdur, fəqət bu fərq məkandan daha çox zaman fərqindədir 
(«Ədəbiyyat»). 
•  Fikir v
ə  etiqad birliyi əməl birliyinə  səbəbdir  («Ədə-
biyyat»). 


• Abid  Tahirli
 

212
 ~ 
 
• 
Əgər təəssüfdən  fayda  çıxsaydı,  nə  qədər çox təəssüf 
edils
ə, yenə  rəva  görərdik. Çünki Tiflisdə  nəşr  olunan  mötəbər 
r
əfiqimiz «Kəşkül»ün  artıq  çıxmayacağı  xəbəri  ən böyük təəssüfə 
əsasdır, lakin təəssüflənməkdən nə fayda? Bu, qəzetin çıxmamasına 
kar ed
ərmi? Bizcə, təəssüfdən daha çox hirsə,  əsəbə  ehtiyac var. 
Bizi Zaqafqaziya
nın  imkanlı  və  ziyalı  islamları  əsəbiləşdirir.  Niyə 
q
əzetlər bağlanmalıdır? Onlara müavinət ediləcək qədər mal, sərvət, 
onları  ruhlandıracaq  qədər məhəbbət və  hissiyat  tapılmadımı? 
(«T
ənqid»). 
• Bu iki q
əzeti («Ziya» və «Kəşkül» nəzərdə tutulur – T.A.) 
iki  gün
əş, iki şəms kimi görməli idilər… idilər, idilər, idilər, lakin 
önc
ə «Ziya», sonra «Kəşkül» uçan ulduzlar kimi sönməyə məcbur 
oldular… Utanc, ayıb, min bir təəssüf, amma nə fayda?! Çox böyük 
v
ə  dəyərli  imtiyazları  itirdik  ki,  iki  maarif  günəşinin  qədrini 
bilm
ədik, söndürdük, ayıb… («Tənqid»). 
• «Çocuqlara m
əxsus qəzet»... adından da anlaşıldığına görə 
bu q
əzetin məsləyi ən sevimli və faydalı məslək olmaq ilə bərabər 
ən çətin bir məsləkdir. Böyüklər üçün qəzet buraxmaq çətindirsə
çocuqlar  üçün  daha  müşküldür. Çocuqlar hər nə  gəldi oxumazlar, 
h
ər  oxuduqlarını  anlamazlar,  hər  oxuduqlarından  istifadə  edə 
bilm
əzlər.  Bu  halda  çocuqlar  üçün  yazılan  məqalələr  onların 
ist
əyərək oxuyacaqları, oxuduqları halda lazımınca anlayıb istifadə 
ed
əcəkləri mövzulardan olmalıdır. Belə ki, ilk öncə, dil və ifadə çox 
sad
ə, ikinci, mövzu çocuq dünyasına və idrakına uyğun və üçüncü, 
əsər çocuğun həm ağlına, həm qəlbinə təsir, nüfuz etməlidir («Bir 
baxış»). 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə