Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə75/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   71   72   73   74   75   76   77   78   ...   93

• Abid  Tahirli
 

242
 ~ 
 
Az
ərbaycan mətbuat tarixində  əbədi və  parlaq iz qoymuş 
«Az
ərbaycan yurd bilgisi» jurnalının 1932, 1933 və 1934-cü illərdə 
ayda bir, ild
ə 12 nömrəsi, 1937-ci ildə cəmi bir olmaqla toplam 37 
nömr
əsi  işıq  üzü  görmüşdür.  Azərbaycan dilində,  latın  əlifbası  ilə 
İstanbulda  buraxılan  məcmuənin  müdiri  dünya  şöhrətli türkoloq, 
prof.dr.  Əhməd Cəfəroğlu  idi.  O,  jurnalın  ətrafına  azərbaycanlı 
mühacirl
ərlə 
yanaşı, 
digər 
türk 
xalqlarının 
tanınmış 
müt
əxəssislərini, eləcə də əcnəbi türkoloqlarını toplamışdır.  
Az
ərbaycan  xalqının  böyük  dostu,  Krım  istiqlal  mücadiləsi 
tarixinin liderl
ərindən  olan,  Krım  Xalq  Cümhuriyyətinin hərbi və 
xarici işlər naziri, mahir publisist Krımlı Cəfər Seyidəhməd (1889 – 
Yalta, 1960 – 
İstanbul)  jurnalın  1933-cü il yanvar tarixli 13-cü 
nömr
əsində  dərc etdirdiyi «Dil məsələsi və  bolşeviklər»  adlı 
m
əqaləsi kommunist mühərrir  Alimcan  İbrahimovun  Krımın  Ağ 
m
əscid şəhərində nəşr olunan «Yeni dünya» qəzetinin 1932-ci il 4 
oktyabr tarixli 253-cü nömr
əsində  dərc  edilmiş  «Ədəbi Oktyabr» 
m
əqaləsində irəli sürülən müddəaların, mülahizələrin əsassızlığına, 
q
ərəzliliyinə və onların tənqidinə həsr olunmuşdur. 
Türkl
ər üçün ortaq ədəbi  dilin  yaradılması  lazımdırmı  və 
mümkündürmü, ümumiyy
ətlə,  bu  problemin  ortaya  atılmasının 
əsasları  varmı?  «Ümumi  ədəbi dil cərəyanını  irticaçı  bir  hərəkat» 
adlandıran və bu ideyaya, onu irəli sürənlərə sərt şəkildə etiraz edən 
Alimcan  İbrahimovun  mövqeyini  Cəfər Seyidəhməd  tutarlı,  elmi-
tarixi d
əlillərlə  alt-üst edir. O, məhəlli  ədəbiyyatların  inkişafı  ilə 
yanaşı müştərək ədəbi dilin yaradılması probleminin elmi üsullarla 
müzakir
əsini  məqbul  hesab  edir,  «bolşeviklərə  alət olan Alimcan 
İbrahimov kimi milli kafirlərin» məsələyə sırf ideoloji, sinfi, siyasi 
v
ə  partiyalı  don  geydirməsini isə  haqlı  olaraq  «faciə»  adlandırır.  
Q
ərb və  hətta məşhur  rus  türkoloqlarının  elmi  nəticələrini 


• Bütün türkl
ərin tərcümanı 

243
 ~ 
 
qulaqa
rdına vuran, Moskvaya yarınan A.İbrahimov türk millətinin, 
türk dilinin birliyind
ən bəhs edənləri  «pantürkist»  adlandırır  və 
h
əyasızcasına  ittiham  edir.  Kommunist  müxbirin  əsas hədəfi isə 
vaxtı ilə Baxçasarayda olduğu kimi Bakıda, Orenburqda, Kazanda, 
İstanbulda,  Daşkənddə… «Tərcüman»nın  vasitəsi ilə  türk  xalqları 
il
ə  ümumi  dil  tapmağa  nail  olan  İsmayıl  Qaspiralıdır.  Cəfər 
Seyid
əhməd Alimcan İbrahimovun türk xalqlarının eyni soya, eyni 
h
əyat, təfəkkür tərzinə  sahib  olduqlarına  dair  dünya  şöhrətli 
türkoloqlar Meillet, Müller, Deny, Von-Le-Coq, Vambery, 
Marquart,  Bang,  Donner,  Korş,  Rafloff,  Thomsen,  Meloranski, 
Bezerin, Samoyloviçin… elmi q
ənaətlərdən xəbəri  olmadığına 
şübhə  etmir. Orhon abidələri, Kutadku-Bilik, Kodeks-Kumanikus 
v
ə bunların təhlilləri də A.İbrahimov üçün lazımsız şeylərdir, onun 
üçün Kaşqarlı Mahmud, Rabguzi, Abdulqadir Bahadurxan, Ahmet 
Yas
əvi, Əlişir Nəvai, Babur, Şeyx Süleyman da bir əhəmiyyət kəsb 
etmir. Moskva nök
ərinə görə türklərin nə şifahi söz yaradıcılığında, 
n
ə  adət-ənənələrində, nə  də  ruhlarında  bir  yaxınlıq  var.  Onun 
fikrinc
ə, birlik ideyası İ.Qaspiralı ilə başlayır. A.İbrahimov ədəbi dil 
birliyi t
əşəbbüsünü tənqid edərkən bunun mümkünsüzlüyünün tarixi 
v
ə iqtisadi əsasları olduğunu yazır. Lakin nədənsə bu əsasları təhlil 
v
ə  təsbit  etmir. Cəfər Seyidəhməd məqaləsində  yazır:  «Biz  bir 
mill
ət idik. Moskva bizi parçalayır. Bizim bir dilimiz var, Moskva 
bir-
birimizi  anlamayacağımız  şəkildə  dilimizi  ayırır»  -  deyənlərə 
qarşı  kommunist  mühərrir  qaba  bolşevik  üslubu  ilə  «yalan, 
provokasiya, 
axmaqlıq, iftira» sözləri ilə hücuma keçir və «Moskva 
ayırmır,  tarix  ayırır,  müxtəlif qəbilələrin iqtisadi həyatları  ilə 
istehsal t
ərzləri  arasındakı  fərqlər  ayırır,  coğrafi  şərait  ayırır.  Ural 
dağlarının  Ərzurum  dağlarından,  Qafqazın  Krım  dağlarından, 
Kr
ımın  Altaylardan  ayrılıb  ayrı-ayrı  dağlar  olmasında  kim 


• Abid  Tahirli
 

244
 ~ 
 
günahkardır?  Bunun  kimi  Başqırdıstan  Cümhuriyyətinin,  Başqırt 
ədəbi dilinin Krımdan, Özbəkdən, Azərbaycandan ayrı düşməsinin 
s
əbəbini də  yalnız  provokatorlar,  qara  üzlü  axmaqlar  Moskvada 
gör
ə  bilərlər.  Yalnız  sinfi  korluq  ilə  damaqlarını  çürüdən siyasi 
mühacirl
ər kəskin tarixi, iqtisadi, mədəni,  coğrafi  həqiqətləri 
görm
əyərək israr edə bilərlər» - deyir və bu məsələyə yenə heç bir 
əsasa istinad etmədən Sultan Əliyevi, Musa Bikiyevi, Ayaz İsakini, 
Krım milliyyətçilərinin hamısını pantürkistlikdə ittiham edir».  
C
əfər Seyidəhməd  müştərək  ədəbi dil yaratmaq sahəsində 
İ.Qaspiralının  əldə  etdiyi böyük nəticələri, bu təşəbbüsün türk 
ziyalıları tərəfindən rəğbətlə qarşılanmasından qorxan, əndişələnən, 
narahat  olan çar hökum
ətinin ciddi tədbirlər gördüyünü 
A.İbrahimovun  xatırlanmamasından  təəccüblənir. Çünki, bütün 
bunlar  Alimcan  İbrahimovun  mülahizələrini inkar edir. Cəfər 
Seyid
əhməd İ.Qaspiralının müştərək dil uğrunda mübarizəsinin qısa 
tarixi dövr 
ərzində böyük uğur qazandığını, xüsusilə mətbuatın açıq 
türkc
ə  çıxmağa  başlandığını,  dildə  sadələşməyə  meylin  artdığını, 
ərəb, fars kəlmələrinin  azaldıldığını,  rus  terminlərindən tədriclə 
imtina edildiyini m
əmnunluqla qeyd edir. Göstərir ki, 1906-cı ildə 
Rusiya Müs
əlmanlarının  III  qurultayında  ibtidai  məktəblərin son 
sinifl
ərində  bütün dərslərin məcburi olaraq ümumi türkcə 
oxudulması  ilə  bağlı  İ.Qaspiralının  təklifinin qəbul edilməsi 
müştərək  dil  yaradılması  yolunda  uğurlu  tarixi  addım  idi.  Cəfər 
Seyid
əhməd vaxtı ilə «Türk ləhcələrindən birisini bilən bir adamın 
Balkanlardan ta Yaxın, Uzaq Şərqdə, Yakut və Çuvaşlarda – bütün 
türk dünyasında rahatlıqla anlaşacağını öz təcrübəsində gördüyünü 
t
əsdiq edən  türkoloq  Vamberyini  A.İbrahimovun  unutduğunu 
istehza il
ə qeyd edir və yazır ki, onun canfəşanlığını anlamaq çətin 
deyil, o Moskvanın «parçala, hökm sür» siyasətinə xidmət edir və 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə