Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə78/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   74   75   76   77   78   79   80   81   ...   93

• Bütün türkl
ərin tərcümanı 

251
 ~ 
 
Krımda  istirahət edən bu əsl  türk  övladı  mənəvi məzarını,  ruhunu 
otuz  beş  ildən çox cani-dillə  çalışdığı  türk  ellərinin,  uluslarının 
q
əlbində tapmışdır. O, böyük dühası, enerjisi, qayəsi ilə kiçik Krıma 
sığmamış, gündən-günə Krımlılıqdan çıxaraq türk ellərinin mənəvi 
h
əyatına əl uzatmış, Krımı Azərbaycandan, Türkistanı İdil-Uraldan, 
Çin türkünü İstanbul türkündən ayırmamış, birisini o birindən üstün 
tutmamış,  ulu  baba  kimi  hamısına  babalıq  etmişdir».  Əhməd 
C
əfəroğlu  «İsmayıl  bəyi Azərbaycana  çox  yaxın  bir  sima» 
adlandırmış,  Zərdabi ilə  sıx  ülfəti onun Azərbaycana daha isti 
tell
ərlə bağlandığını qeyd etmişdir. 
Dünya şöhrətli türkoloq Ə.Cəfəroğlu İ.Qaspiralı əzəmətinin 
ortaya  atdığı  ideyalarla,  meydana  qoyduğu  əsərlərlə  ölçüyəgəlməz 
olduğunu  vurğulayaraq  yazır  ki,  bu  gün  «Tərcüman»ın  intişarının 
50 illiyi münasib
əti ilə maddi məzarı əcnəbi istilası altında matəmə 
büründüyünd
ən, qəlbimizdə  yerləşən mənəvi məzarı  önündə  diz 
çökür v
ə o böyük türkün ruhunu hörmətlə salamlayırıq. 
Əhməd Cəfəroğlu  məqaləsində  İ.Qaspiralının  tərcümeyi-
halına,  keçdiyi  yola  nəzər  salır,  fəaliyyəti  haqda  geniş  bəhs edir, 
«T
ərcüman»ın  nəşrindən  söz  açır,  «ortaq  dil»  uğrunda 
mücadil
əsindən  yazır  və  bu qənaətə  gəlir:  «İsmayıl  bəyin 
«T
ərcüman»ı qədər heç bir təşəbbüs türklər arasında türk dili islahı 
ehtiyacını doğurmamışdır». Rus missionerləri İsmayıl bəyi özlərinin 
ən böyük və  ən qəddar  düşməni elan etmələrinin tək səbəbi onun 
m
əktəblərdə  məcburən  heç  olmazsa,  ibtidai  bir  şəkildə  olsa belə, 
türk dilind
ə  yazıb  oxumaq  təklifi və  bu istiqamətdə  fədakar 
f
əaliyyəti  olmuşdur.  Bu,  çar  hökumətinin  ruslaşdırma  siyasətinə 
sarsıdıcı  zərbə  idi.  Professor  Əhməd Cəfəroğlu  məqaləsini bu 
sözl
ərlə bitirir: «İsmayıl bəy… son nəfəsinə qədər əkdiyi çiçəkləri 
b
əslədi. Fəqət nə rus missionerləri, nə də türk-rus bolşevikləri onu 


• Abid  Tahirli
 

252
 ~ 
 
«türk  dili  birliyi»  ideyasına  görə  əfv etmədilər, onun irsini türk 
ell
ərindən  uzaqlaşdırmağa  çalışdılar.  İsmayıl  bəyin böyük rus 
ittihadına  qarşı  qoyduğu  böyük  türk  birliyi,  onlara  görə  nə  qədər 
müzür  (ziyanlı  –  T.A.) isə, bizcə, o qədər  əziz və  o qədər 
hörm
ətlidir. Mərhum  İsmayıl  bəyin ruhunu bu müqəddəs fikrinə 
gör
ə bir daha təqdis etmək (əziz tutmaq – T.A.) bir vəzifəmizdir». 
«Az
ərbaycan yurd bilgisi» jurnalında İsmayıl bəy Qaspiralı 
ha
qqında  materiallar  sırasında  Həsən  Abdullaoğlu  Krımlının 
m
əqaləsi, həm həcminin böyüklüyü, həm məzmunu, həm də İsmayıl 
Qaspiralı  –  Azərbaycan  əlaqəsinə  geniş  yer  verməsi ilə  diqqəti 
ç
əkir. «Ümumtürklərin böyük bir ustadı, qiymətli müəllimi», «çox 
mümtaz v
ə ali bir mövqeyə sahib», «dahi» kimi kəlmələrlə İsmayıl 
Qaspiralını tərif edən H.A.Krımlı yazır ki, o bir tərəfdən qəzeti ilə 
Rusiya  istilasına  məhkum türklərin siyasi, iqtisadi, ictimai 
d
ərdlərinə dərman axtarır, digər tərəfdənsə, türk və islam dünyasını 
dolaşaraq  hər yerdə  məktəb  açır,  elm  və  ürfan yaymaqla məşğul 
olurdu. Mü
əllif  İsmayıl  bəyin ucsuz-bucaqsız  türk  ellərində, hətta 
Hindistanda da yeni üsullu m
əktəblər  açması,  «Tərcüman» qəzeti, 
dig
ər nəşri  fəaliyyəti barədə  geniş  bəhs edir və  göstərir ki, o, 
bitm
əz-tükənməz bir varlıq idi və bu varlıq qaynayaraq, fışqıraraq 
dünyanın  hər tərəfinə, hər türk və  islam ölkəsinə  yayılırdı.  Həsən 
Abdullaoğlu  Krımlı  İ.Qaspiralının  Qafqaz  türkləri ilə  sıx  əlaqədə 
olduğunu, o dövrün türk ədəbiyyatı arasında Azərbaycan türklərinin 
ədəbiyyatını  digərlərindən  üstün  tutduğunu,  bununla  bağlı 
«T
ərcüman»da məqalələr  yazdığını  vurğulayır,  məqaləsini belə 
qurtarır: «Böyük ustadın həyatı və gördüyü işlər dərya kimidir. Bir 
q
əzet səhifəsində yazılacaq məqalə ilə əhatə etmək göydən dəryaya 
bir damla yağmur düşməsi qəbilindən isə də, bununla məqaləmizə 
n
əhayət vermək məcburiyyətindəyik». 


• Bütün türkl
ərin tərcümanı 

253
 ~ 
 
«Az
ərbaycan yurd bilgisi» məcmuəsinin 1934-cü il avqustun 
18-d
ə keçirilən İkinci Türk dili qurultayına həsr olunmuş 1934-cü il 
iyul-avqust tarixli 31-32-ci nömr
əsində  də  çox  sayda  maraqlı 
s
əyahət oçerkinin, «Baxçasaray məktubları», 
«Rusiya 
müs
əlmanları», «Rus-Şərq anlaşması», «Avropa mədəniyyətinə bir 
n
əzər», «Rusiyada mətbuat və  islam nəşrləri»,  «Rusiyanın  islam 
siyas
əti», «Zülm haradan gəlir», «Qadınlar»  və  s. kimi böyük 
ictimai-siyasi, tarixi-m
ədəni  əhəmiyyət kəsb edən klassik 
publisistika nümun
ələrinin, «Firəngistan məktubları», «Darrürrahat 
müs
əlmanları»,  «İvan  və  Süleyman»,  «Aslan  qız»  kimi  bədii 
əsərlərin, «Qədim  türk  dili»,  «Türk  dilinin  şivələri»,  «İstanbul 
q
əzetləri», «Dil sadəliyi»,  «Osmanlıca  və  sadə  türkcə», «Dil 
m
əsələsi»,  «İmla  bəhsi», «Kitab və  kitabçılıq»,  «Dil,  dil,  dil», 
«Bizim m
ətbuat»,  «Can  alıb  can  verəcək məsələ», «Dil və 
m
əsuliyyət»,  «Bakı  qəzetləri» kimi ortaq dil, ümumiyyətlə,  dil 
probleml
ərinə dair onlarca analitik və bu gün də aktual məqalənin 

əllifi  İsmayıl  Qaspiralı,  onun  ideya  və  əməlləri sevgi ilə 
xatırlanır. 
Dr. Akdes Nimet «Bundan 25 il 
əvvəl Kazan türklərində 
«Dil  yarışı»  adlı  məqaləsində  yazır  ki,  XIX  əsrin  sonlarından 
etibar
ən  böyük  türkçü  Qaspiralı  İsmayıl  və  Kazan türklərinin  ən 
mümtaz  simalarından  alim  və  ədib müfti Rizaəddin Fəxrəddin 
b
əylərin təsiri ilə  türk  ədəbi  dili  inkişaf  etmiş,  xeyli  təmizlənmiş, 
işlək bir hala gətirilmişdir. Müəllif bu sahədəki uğurlarda 1909-cu 
ild
ə  türkcəni  işlək və  təmiz bir hala gətirmək məqsədi ilə  «Şura» 
m
əcmuəsində (Kazan) «Dil yarışı» müsabiqəsinin rolunu xüsusi ilə 
vurğulayır. Qalib olmaq üçün məqalənin ədəbi və öz türkcə olması 
əsas  şərtdir.  Yarışda  66  qələm  sahibi  iştirak  etmiş  və  «Kazan 
türkl
ərinin  ən təmiz, dəyərli, xarakter sahiblərindən biri olaraq 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə