Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə86/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   82   83   84   85   86   87   88   89   ...   93

• Bütün türkl
ərin tərcümanı 

277
 ~ 
 
bildirm
əklə  aktiv türkçülüyün əsasını  qoymuşdu».  M.Məmməd-
zad
əyə  görə,  İsmayıl  bəyin «dildə  birliyi» fikirdə  və  işdə  birliyin 
t
əməlini təşkil  edir:  «Dil  sadələşməyincə  ümumiləşməz,  müştərək 
dil formalaşa bilməz. Təlim, tərbiyə, ədəbiyyat, mətbuat və elm bu 
doğma  dildə  olmadıqca  türklər xilas ola bilməz». Müəllif 
H.Z
ərdabinin dil və  elmlə  bağlı  irəli sürdüyü fikirlərin  İ.Qaspiralı 
t
ərəfindən daha zənginləşdirdiyini,  həyata keçirildiyini və  bununla 
da «bütün türkl
ərə unudulmaz bir xidmət etdiyini» diqqətə çatdırır.  
Mirz
ə Bala yazır ki, «Dildə, fikirdə, işdə birlik» şüarı altında 
mücadil
ə  etsək,  sıralarımızı  sıxlaşdırsaq,  ölkələrimizi  əsarətdən 
qurtarsaq, istiqlalımızı əldə etsək, o zaman İsmayıl bəy kimi böyük 
türk
ə  unudulmaz bir abidə  qoymuş  olarıq.  İstedadlı  publisist 
m
əqaləsini bu cümlələrlə bitirir: «Təcrübələr göstərdi ki, əsir ikən 
milli bir m
ədəniyyət  yaradıla  bilməz. Fəqət  İsmayıl  bəylər də 
olmasaydı  gözlərimiz  daim  qapalı  qalacaq,  zəncirlərimizi  qırmaq 
üçün «milli m
əfkurə» deyilən silahı tapa bilməyəcəkdik». 
«İstiqlal»ın  haqqında  bəhs etdiyimiz bu nömrəsindən söz 
açmışkən diqqətdən  yayınmayan  bir  məsələyə  təəssüflə  də  olsa, 
toxunmaq ist
ərdik. 20-ci illərdən Azərbaycanlı mühacirlər arasında 
başlayan intriqalar 30-cu illərdə də davam etmiş, daha kəskin forma 
almışdı.  Tarixin  bir  anını  özündə  yaşadan  Həsən bəy Zərdabi, 
İsmayıl  bəy  Qaspiralı  və  Əlimərdan bəy  Topçubaşovun  stol 
arxasında  məşhur  fotosundan  yuxarıda  qeyd  etdiyimiz  səbəblərə 
gör
ə  Əlimərdan bəy Topçubaşovun  şəkli kəsilərək  çıxarılmış  və 
q
əzetdə «İki pir bir arada» adı ilə verilmişdir. Çox təəssüf!!! XIX 
əsrin sonu XX əsrin əvvəlləri Rusiya müsəlmanlarının liderlərindən, 
xalqımızın  yetirdiyi  parlaq  simalardan  biri,  Azərbaycan Xalq 
Cümhuriyy
ətinin qurucularından  Əlimərdan bəy  Topçubaşovun  da 
olduğu məşhur tarixi fotonu oxucuların diqqətinə təqdim edirik.  


• Abid  Tahirli
 

278
 ~ 
 
Krım  Xalq  Cümhuriyyətinin  qurucularından  biri,  istiqlal 
mücahidi, Az
ərbaycan mədəniyyətinin  yaxın  dostu,  istedadlı 
publisist, Az
ərbaycan mühacir nəşrlərinin, o cümlədən «İstiqlal»ın 
f
əal əməkdaşlarından Cəfər Seyidəhməd Krımlı (1889 – Yalta, 1960 
– 
İstanbul) qəzetin Azərbaycan Xalq Cümhuriyyətinin ildönümünə 
h
əsr etdiyi 28 may 1933-cü il tarixli 35-ci nömrəsində dərc etdirdiyi 
«Az
ərbaycan istiqlalı» adlı yazısını Şərqdə, türk-islam tarixində ilk 
demokratik  Respublikanın  təşəkkülünün  əhəmiyyətini diqqətə 
çatdırmaqla  başlayır:  «Bu  tarixi  hadisənin Qafqaz millətlərinə, 
bütün türkl
ərə,  bütün  Rusiyadan  ayrılmış  və  ayrılmaq  istəyən 
mill
ətlərə, bütün məhkumların  və  məzlumların  xilasını  istəyən 
s
əmimi məfkurəçilərə və nəhayət, haqq və təkamül tarixinə təsiri nə 
q
ədər sevincli və ümidli olmuşdu…». 
Az
ərbaycanın istiqlalı uğrunda mücadilə tarixinə nəzər salan 

əllif  keçmişdən ibrət dərsi  almağın  vacibliyini  qeyd  edir  və 
Az
ərbaycanlılara  qarşı  daim  düşmən mövqe tutan ermənilərin 
m
əkrli niyyətlərinə  işarə  vuraraq  yazır:  «Xaricdən bizləri gəlib 
qurtaracaqlarını  gözləmək və  ya  onlara  yaxşı  görünmək üçün 
dondan-dona girm
ək (ermənilərin Qafqaz Konfederasiyası ideyasını 
r
ədd etmələrinə işarədir – T.A.) bu günün həqiqi siyasi vəziyyətini 
anlamamaq dem
əkdir. Təəssüf, ermənilər hələ də həqiqətə yaxından 
baxmırlar.  1895-ci ildə  İsmayıl  Qaspiralı  erməni məsələsinə  dair 
yazdığı məqalədə ermənilərin satqın hərəkətinin öz mənfəətlərinə də 
z
ərbə  olacağını  bildirərək, Anadolunun təslimi məsələsində  xarici 
t
əşviqlərə  çox  qapılmamalarını…  bir  çox  dəlillərlə  səmimiyyətlə 
tövsiy
ə  etmişdi».  Nankor  ermənilər xəyanətin, arxadan zərbənin 
c
əzasını  çəkdilər, lakin nəticə  çıxarmadılar.  Cəfər Seyidəhməd 
Krımlı  yazır  ki,  «müsyö  Zarevant»  (erməni yazar –  T.A.) heç bir 
əsas  olmadan  İsmayıl  Qaspiralını  pantürkizmdə  ittiham etməklə 


• Bütün türkl
ərin tərcümanı 

279
 ~ 
 
m
əşğuldur.  Müəllif ermənilərin  alçaq,  satqın  mövqeyini  Qafqaz 
xalqlarının istiqlal mücadiləsinə zərbə hesab edir və eyni zamanda 
Türkiy
əyə  qarşı  ermənilərin  düşmən  baxışlarının  hələ  də 
d
əyişmədiyini  vurğulayır.  O,  yazır:  «Ermənilər «biz rus siyasəti 
əlində  alət  olmağı  istiqlaldan  üstün  tuturuq»  –  desələr, daha 
m
əntiqli və səmimi olardılar».  
Göründüyü kimi, «İstiqlal» müraciət etdiyi mövzuların daha 
m
əzmunlu, sanballı, tutarlı olması üçün dahi İ.Qaspiralının irsindən 
yerli-yerind
ə  və  məharətlə  istifadə  etmişdir.  Mühacirət mətbuatı 
tarixind
ə özünəməxsus yeri və xidməti olan «İstiqlal» həmişəyaşar 
ideyaları  ilə  türk-islam tarixinə  parlaq səhifələr  yazmış  İ.Qaspiralı 
şəxsiyyətini, yaradıcılığını təqdir, təbliğ etməklə sələflərinin yolunu 
davam etdirmiş, xələflərinə sağlam yol göstərmişdir. 
“525-ci q
əzet” 
10 aprel 2012 


• Abid  Tahirli
 

280
 ~ 
 
 
«TƏRCÜMAN»: TÜRK DÜNYASININ MƏTBUAT VƏ İCTİMAİ 
FİKİR TARİXİNDƏ YENİ MƏRHƏLƏ 
 
Tarixin v
ə taleyin hökmü ilə pərən-pərən düşmüş türk xalq-
ları  XIX  əsrdə  çar  Rusiyasının  ruslaşdırma,  «parçala,  hökm  sür» 
kimi m
ənfur siyasəti nəticəsində tənəzzül edir, ətalət və cəhalət ba-
taqlığında  boğulurdu.  Dar  düşüncəli  mövhumatçıların, fanatiklərin 
islamı özünəməxsus şəkildə şərh, təsvir, təbliğ etməsi, digər tərəf-
d
ən missionerlərin qərəzli, məkrli münasibəti dini dəyərlərə  kölgə 
salır, Rusiya müsəlmanlarını Avropanın qabaqcıl elmi, mədəni, ədə-
bi, m
ətbu həyatından, tərəqqidən təcrid olunmuş vəziyyətdə saxla-
yırdı. 
XIX 
əsrin  II  yarısı  XX  əsrin  əvvəlləri Rusiya müsəl-
manlarının lideri İsmayıl Qaspiralı (1851-1914) yeni üsullu məktəb 
yaratmaqla, ortaq 
ədəbi dili formalaşdırmağa çalışmaqla və Rusiya 
müs
əlmanlarını  «dildə, fikirdə, işdə  birlik»  ideyası  ətrafında 
birl
əşdirmək  missiyası  ilə  «Tərcüman» qəzetini buraxmaqla türk 
xalqlarının dünyagörüşlərində ciddi dəyişikliklərə nail oldu, onların 
h
əyat və  təfəkkür tərzində  dönüş  yaratdı.  Heç  şübhəsiz ki, 
«Müs
əlmanların  yolunu  nurlandıran  çırağın»  (Əli  Mərdan bəy 
Topçubaşov) – İsmayıl bəyin tarixi xidmətlərinin ən önəmlisi naşiri, 
redaktoru, 
ən məhsuldar  yazarı  olduğu  «Tərcüman» qəzetidir və 
t
əsadüfi deyil ki, bəzən mətnlərdə  «Qaspiralı»  və  «Tərcüman» 
sinonim sözl
ər kimi bir-birini  uğurla  əvəzləyir. Azərbaycan 
ədəbiyyatşünaslıq  elminin  patriarxı  Firudin  bəy Köçərli Rusiya 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə