Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə84/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   80   81   82   83   84   85   86   87   ...   93

• Bütün türkl
ərin tərcümanı 

271
 ~ 
 
olmayaraq,  onların  başlıca  məramı  Azərbaycanın  istiqlalı  uğrunda 
kommunist  ideologiyası  və  sovet rejiminə  qarşı  sonadək ideoloji 
mücadil
ə aparmaqdır. 
«Milli Az
ərbaycan istiqlal davasını tərvic edən siyasi qəzet» 

«İstiqlal»  2-ci nömrəsindən  bağlananadək  (1934)  «İnsanlara 
hürriyy
ət, millətlərə  istiqlal»  şüarı  ilə  nəşr  olunmuşdur.  Təbii ki, 
bel
ə  proqramla,  bu  şüarla  çıxan  mətbu orqan həyatı  boyu  milli 
m
ənlik  hissinin,  milli  şüurun  oyanması  uğrunda  mücadilə  aparmış 
İ.Qaspiralı  şəxsiyyətini  əziz tutur, irsini yüksək dəyərləndirirdi. 
İ.Qaspiralı  türkçülüyə, onun mənşəyinə, məramına,  panturanizmə, 
pantürkizm
ə, panislamizmə  və  bu cərəyanların  mahiyyətinə, ortaq 
türk dili, 
əlifba məsələlərinə dair ayrı-ayrı yazılarda xatırlanır, onun 
i
deyaları,  əməlləri barədə  yeri gəldikcə  danışılır,  eyni  zamanda 
böyük xalq xadimin
ə ayrıca məqalələr də həsr olunurdu. 
Yeri g
əlmişkən qeyd edək  ki,  «İstiqlal»  Türkiyədə, 
Az
ərbaycanda türk dili, tarixi ilə bağlı müxtəlif tədbirləri – qurultay, 
konfrans v
ə simpoziumları diqqətlə izləyir, materiallarını təhlil edir, 
d
əyərləndirirdi. 1926-cı ilin 26 fevral – 6 mart tarixlərində Bakıda 
keçiril
ən Birinci Beynəlxalq  Türkoloji  qurultayı,  1932-ci ilin iyun 
ayında  Ankarada  keçirilən tarix müəllim və  müdərrislərinin (din 
tarixi aliml
ərinin – T.A.) konqresi, sentyabrda İstanbulda keçirilən 
Dil  qurultayı  uzun  müddət mətbuatın  diqqət mərkəzində  olmuş
müzakir
ə  edilmişdir.  Ümumiyyətlə, 20-30-cu illərdə  Türkiyədə 
dövl
ətin dil və  əlifba sahəsindəki siyasəti gündəlikdən  düşmürdü. 
«İstiqlal»  da  bu  taleyüklü  problemlərə  dair müntəzəm materiallar 
d
ərc edirdi. Qəzetin 1932-ci il 15 oktyabr tarixli 17-ci və 1 noyabr 
tarixli 18-ci nömr
əsində  Mirzə  Bala Məmmədzadənin «Dildə 
birlik»  adlı  irihəcmli məqaləsi həm  türk  dilinin  inkişaf  tarixini 
izl
əmək, həm çar və  Sovet  Rusiyasının  ortaq  türk  dilinə  qarşı 


• Abid  Tahirli
 

272
 ~ 
 
mübariz
ə  metodlarını  öyrənmək, həm Azərbaycan mətbuat 
nümun
ələrinin dil sahəsindəki fəaliyyətini qiymətləndirmək, həm də 
İsmayıl  Qaspiralının  ortaq  dil  yaratmaq  kimi  tarixi  təşəbbüsünün 

rkçülüyün  inkişafına  təsirini dəyərləndirmək nöqteyi-nəzərindən 
diqq
əti çəkir.  Yazı  İstanbulda  öz  işinə  başlayan  Dil  Qurultayı 
münasib
əti ilə qələmə alınmışdır və yenicə maarif vəkalətinə təyin 
olunmuş  dr.Rəşid  Qalibin  qurultay  ərəfəsində  verdiyi bəyanatdan 
bir cüml
ə  ilə  başlayır:  «İstanbulda  nəşr  olunan  bir  qəzet 
S
əmərqənddə də oxunmalı və anlaşılmalıdır». Mirzə Bala XX əsrin 
20-ci ill
ərində  Türkiyədə  «məhkum türklərin istiqlal və  hürriyyət 
davasını  yürüdən milli Azərbaycan və  Türkistan nəşrlərinin» 
qadağan  olunmasını,  onların  yerini  «bolşeviklərin və  Moskva 
hesabına çalışanların tutmasını» qınayır və son beş ildə isə əksinə, 
türkçülüyün, dil, 
əlifba  islahatlarının  geniş  vüsət  almasını 
m
əmnunluqla vurğulayır. 

əllifin qənaətincə,  bu,  başqa  cür  də  ola bilməzdi: 
«Türkiy
ədə milli türk hərəkatı hər zaman Azərbaycan, Türkistan və 
Krım  milli  hərəkatları  ilə  bağlı  olmuş,  çox  zaman  bir-birinin çox 
şiddətli təsirləri altında olmuşlar. Əlli il bundan əvvəl türkçülüyün 
böyükl
ərindən  olan  Krımlı  Qaspiralı  İsmayıl  bəy «Dildə, fikirdə, 
işdə  birlik»  -  deyə  türklərdə  mədəni və  dil  birliyi  şüarını  ortaya 
atdığı halda, Türkiyə, Osmanlı səltənətindən daha müdhiş «Osmanlı 
lisanından» qurtarmağa təşəbbüs belə etməmişdi. Krımda başlayan 
modern türk milli h
ərəkatı  Azərbaycana, oradan  İstanbula keçmiş, 
burada 
əsl şəklini taparaq, yenidən türk dünyasını istila etmişdir». 
İstedadlı publisist Mirzə Bala dil qurultayını türklərin dil və 
m
ədəni birliyini nümayiş etdirən böyük bir tarixi hadisə kimi tarixə 
düşəcəyini qeyd edir və ta qədimdən türk dilinin inkişafı ilə bağlı 
t
əşəbbüslərə  qısaca  nəzər  salır  və  İ.Qaspiralının  ortaq  türk  dili 


• Bütün türkl
ərin tərcümanı 

273
 ~ 
 
yaratmaq sah
əsindəki tarixi xidmətlərini xüsusi vurğulayır. O, yazır: 
«…Krımdan yeni bir səs yüksəlirdi: «Dildə, fikirdə, işdə birlik». Bu 
s
əs türk millətinin orta əsr həyatına «əlvida» deməyə və milli oyanış 
dövrün
ə  girməyə  bir  işarət  idi.  İsmayıl  bəyin bu səsi illərcə 
«T
ərcüman»ın  şüarını  təşkil  etdi.  Bu  səs  türk  dünyasının  hər 
t
ərəfində hərarətlə qarşılandı. Bu səsin əks-sədası Xəzər sahillərində 
v
ə  Altay  ətəklərində  eşidildi.  Fəqət  buna  qarşı  o  zaman  iki  qüvvə 
çıxmışdı: Rusiya və Osmanlı səltənəti!» 

əllif İ.Qaspiralının ortaq dil yaratmaq ideyasına qarşı çar 
hökum
ətinin Azərbaycanda yeritdiyi məkrli siyasəti kəskin tənqid 
edir v
ə bu «şeytani əməllərin» yeganə məqsədinin Azərbaycanlıları 
«müştərək türkcədən ayırmaq» olduğunu yazır, daha sonra göstərir 
ki, Sovet hökum
əti də  müştərək türkcəyə  qarşı  hərb  açmış  bir 
v
əziyyətdədir, bütün mətbuat və  nəşriyyat  çar  dövründəki kimi 
m
əhəllələşdirilmişdir. İş o həddə çatmışdır ki, «müştərək türkcədən 
b
əhs edən kommunistlər belə,  şiddətlə  susdurulmaqda və 
pantürkizml
ə  ittiham edilməkdədir». Məqalə  müəllifi  əmindir ki, 
«Rusiya çökm
əyincə  və  Azərbaycan,  Türkistan,  Şimali  Qafqaz  və 
İdil-Ural milli hakimiyyət və  istiqlallarını  əldə  etməyincə, o 
yerl
ərdə müştərək türkcədən bəhs etmək imkansızdır». 
İstiqlal  mücahidi  M.Məmmədzadə  Moskvanın  «parçala  və 
hökm sür» siyas
əti ilə  yanaşı  bu  siyasətin yerlərdə  həyata 
keçirilm
əsi üçün dəridən-qabıqdan  çıxan  dardüşüncəli milli 
ziyalıları  da  tənqid atəşinə  tutur. Azərbaycanın  Maarif  komissarı 
Mustafa  Quliyevin  «İnqilab  və  mədəniyyət»  jurnalının  1931-ci il 
iyul-avqust tarixli 7-8-ci nömr
əsində yazdığı məqalədən «On illərlə 
Hüseynzad
ələr və Qaspiralılar türk kəndlilərini inandırmaq istədilər 
ki, Türkiy
ənin  paşa  və  çavuşları  onların  doğma  qardaşlarıdır. 
Halbuki, Az
ərbaycan kəndliləri Anadolunu heç bir zaman 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə