Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə92/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   85   86   87   88   89   90   91   92   93

• Bütün türkl
ərin tərcümanı 

297
 ~ 
 
 
«Doğuldum Krımda, Qarasubazarda, 
 
İlan kimi yaşıl bir ilk baharda, 
 
…Ölürdü doğulan, doğulmayan da, 
 
T
əsadüf əsəri sağ qaldım onda». 
İsmayıl  Qaspiralı  Azərbaycanlı  silahdaşları  ilə, xüsusi ilə 
Əlimərdan bəy  Topçubaşovla  Rusiya  müsəlmanlarının  qurultay-
larını  keçirməyə  müvəffəq  olmuş,  Bəkir Çobanzadə  türkoloqların 
Bakıda  I  qurultayının  təşkilində  mühüm  rol  oynamışdır.  Qeyd 
etm
ək  maraqlıdır  ki,  bu  tarixi  qurultay  nümayəndələrin təklifi ilə 
İ.Qaspiralının  və  V.Radlovun  şərəfinə  həsr olunmuşdu.  Dünyanın 
bir  sıra  ölkələrindən 131 nəfər nümayəndənin, o cümlədən
V.Bartold, S.Olderburq, A.Müller, F.Köprülüzad
ə, A.Samoyloviç, 
H.Zeynallı,  Ə.Hüseynzadə,  N.Poppe,  A.Krımski,  A.Zifeldt-
Simumyagi,  F.Ağazadə,  T.Menzel,  L.Şerva  və  s. kimi dünya 
şöhrətli alimlərin  iştirak  etdiyi  qurultayda  Bəkir Çobanzadə  dərin 
m
əzmunlu məruzə ilə çıxış etmişdir. 
İsmayıl  Qaspiralı  ortaq ədəbi  dil  uğrunda  praktik  mübarizə 
aparmış,  «Tərcüman» qəzetini nəşr  etdirmiş,  yeni  üsullu 
m
əktəblərin əsasını qoymuşdur. Bəkir Çobanzadə türk dilinin elmi-
n
əzəri  əsaslarını,  türk  dili  və  ədəbiyyatının  tədrisi  üsullarını,  türk 
dili qrammatikasını, dialektologiyasını işləmişdir. İsmayıl Qaspiralı 
kimi B
əkir Çobanzadə də Avropada da türk mədəni izlərini arayıb 
axtarmışdır. 
İsmayıl  Qaspiralı  «türk  oğlu  türk»  olduğunu  bədii və 
publisistik 
əsərlərində uca səslə, az qala hər abzasda fəxrlə, qürurla 
dil
ə gətirmişdir: «…siyasi inanc və görüşümün əsası, təməli «türk 
oğlu türk» olduğumdur. Öncə türk olmadıqca nə aristokrat oluram, 
n
ə demokrat, nə xalqçı oluram, nə sosialist. Əgər mənə «türklükdən, 
mill
ətçilik fikrindən əl çək, səadətə çatarsan» - desələr, mən bu cür 


• Abid  Tahirli
 

298
 ~ 
 
s
əadətdən bədbəxtliyi üstün tutaram. Mənim  türk  olmamağım  nə 
ağlıma  gələr, nə  vicdanıma  sığar.  Milli  mənsubiyyət hər  şeydən 
müq
əddəm, hər şeydən müqəddəsdir» (Zamanımızın məsələləri). 
«Сиздян  доьдум,  сиздяням»  -  дейяряк  милли 
мянсубиййяти  иля  фяхр  едян  Бякир  Чобанзадя  ужа  тцрк 
миллятинин шанлы тарихини гцрурла вясф едир: 
 
«Татар устасыдыр савашын, жянэин, 
 
Татар нявясидир Чинэизин, Лянэин». 
Doğrudur, Rusiya imperiyasındakı türklərin mövcud miskin
zavalı,  ağır,  acı  durumu  B.Çobanzadəni məyus edir, kədərləndirir, 
lakin o, ümidlidir, inanır ki, qəhrəman türk xalqı yenidən dirçələcək, 
əvvəlki şan-şöhrətini qaytaracaqdır: 
 
 «G
əlirlər, marşları qulağa dəyir, 
 Q
ələm bunu yazır, qəlbim gözləyir». 
İ.Qaspiralı  dili  millətin  ən böyük sərmayəsi  adlandırır  və 
doğma türk dilinin zəngin, şirin, incə, parlaq, canlı, ecazkar, lətafətli 
olduğunu xüsusi vurğulayırdı. Türk dilinin müxtəlif sahələrinə dair 
f
undamental  araşdırmalar  aparan,  dilçiliyə  dair  aktuallığını  və 
əhəmiyyəti bu gün və gələcəkdə də zərrəcə itirməyən əsərlər yazan 
B
əkir Çobanzadə  ana dilinə  məhəbbətini bədii  şəkildə  də  izhar 
etmişdir: 
  
 
«Q
əbrimdə mələklər suallar sorsa, 
  
 
Əzrayıl dilimə min düyün vursa, 
  
 
Öz ana dilimd
ə soruş» - deyərəm, 
  
 
Öz ana dilimd
ə ötüb ölərəm». 
 
H
əm  İsmayıl  Qaspiralı,  həm də  Bəkir Çobanzadə  şəxsi 
h
əyatı və yaradıcılığı ilə Azərbaycanla sıx bağlı olmuş, Azərbaycanı 


• Bütün türkl
ərin tərcümanı 

299
 ~ 
 
da  Krım  qədər özlərinə  doğma  diyar  hesab  etmişlər.  İsmayıl 
Qaspiralı  Cənubi Qafqaza, o cümlədən Azərbaycana dəfələrlə 
s
əyahət  etmiş,  buradakı  ziyalılarla  yaxından  dostluq  əlaqələri 
qurmuş,  Azərbaycanın  mədəni,  ədəbi, mətbu həyatını  müntəzəm 
izl
əmiş,  təəssüratlarını  «Tərcüman»da dərc  etdirmişdir.  Bəkir 
Çobanzad
ə  1924-cü ildən ömrünün sonunadək  –  1937-ci ilədək 
Bakıda yaşamış, fəaliyyət göstərmişdir. B.Çobanzadə Azərbaycanda 
Yeni  Əlifba  Komitəsinin sədri,  Yeni  Türk  Əlifbası  Ümumittifaq 
M
ərkəzi Komitəsinin rəhbəri, Azərbaycan Dövlət Elmi-Tədqiqat 
İnstitutunda  şöbə  müdiri  işləmiş,  Bakı  Dövlət Universitetində 
kafedra müdiri, dekan v
əzifələrində  çalışmış,  mühazirələr 
oxumuşdur. 
«Türk dili v
ə  ədəbiyyatının  tədris üsulu», «Türk qrameri», 
«Türk 
ədəbiyyatı»,  «Türk  dili»,  «Türk-tatar  dialektologiyası», 
«Türk-tatar l
isaniyyatına  mədxəl»,  «Krım-tatar  ədəbiyyatında 
qurultayçılıq  və  millətçilik» və  s.  kimi  sanballı  əsərlərin müəllifi 
professor B
əkir Çobanzadə  SSRİ  EA  Zaqafqaziya  filialı 
Az
ərbaycan şöbəsinin, SSRİ EA Azərbaycan filialının həqiqi üzvü, 
el
əcə də Paris Dilçilik Cəmiyyətinin üzvü olmuşdur. 
Göründüyü kimi, h
əyat yolu, əməli və ideyaları ilə bir-birinə 
yaxın olan bu iki nəhəng şəxsiyyəti birləşdirən, qırılmaz tellərlə bir-
birin
ə  bağlayan  məqamlar çoxdur. Təəssüf  ki,  onların  həyatında, 
talel
ərində kədərin ortaq olduğu nöqtələr də az deyil. Sovet rejimi 
v
ə  kommunist  ideologiyası  İ.Qaspiralının,    B.Çobanzadənin irsi 
timsalında  qatı  düşmənini görürdü. Odur ki, hər ikisi «pantürkist» 
kimi c
əzalandırılırdı: Bəkir Çobanzadə ağlasığmaz ittihamlarla həbs 
olundu,  qısa  müddət  ərzində  güllələndi, dəfn yeri bu gün də 
bilinmir. İ.Qaspiralının irsinə yasaq qoyuldu, məzarı dağıdıldı. 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə