Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə87/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   83   84   85   86   87   88   89   90   ...   93

• Bütün türkl
ərin tərcümanı 

281
 ~ 
 
müs
əlmanları,  o  cümlədən azərbaycanlılar  adından  İ.Qaspiralının, 
onun «T
ərcüman»ının  tarixi  xidmətlərini dəqiq və  sərrast ifadə 
etmişdir: «…dünyadan bixəbər idik. İsmayıl Qaspiralı «Tərcüman»ı 
il
ə bizi ayıltdı». 
H
ələ  ilk qələm məhsullarından  olan  «Baxçasaray  məktub-
larında»  «Xalqın  çoxu  Allahın  kitabından  başqa  bir  kitabın 
varlığından  xəbərsizdir», yaxud «Rusiya müsəlmanları»  əsərində 
«müs
əlman  Allah  kitabından  başqa  kitab,  ilahiyyatdan  başqa  elm 
tanımaz» yazan «Rusiya müsəlmanlarının milli intibahında mühüm 
amil olan» (professor Fuad Köprülüzad
ə)  İ.Qaspiralı  durğunluq, 
ətalət, cəhalət içində  mürgüləyən, geriləyən milləti  ayıltmaq,  ona 
insanlıq  haqqını  anlatmaq,  şüurunu  inkişaf etdirmək, onu tərəqqi 
yoluna  çıxarmaq  üçün  haqlı  olaraq  qüdrətli vasitə  kimi mətbuatı 
seçmişdi. 
Avropa m
ədəniyyətini,  ədəbi-mətbu həyatını  dərindən 
m
ənimsəyən, müntəzəm izləyən «türkçülük hərəkatının  mərkəzi 
siması, yaxşı bir müəllim, mahir bir qəzetçi, mümtaz bir redaktor, 
ictimai v
ə siyasi mütəfəkkir, fəal xalq xadimi» (Yusif Akçuraoğlu) 
İ.Qaspiralının  qənaətincə, millətin  varlığı  üçün  onun  mətbuatının 
olması  şərtdir: «Bir insana nitq və  dil nə  qədər gərəkdirsə, çox 
insanlara, y
əni bir millətə, bir qövmə  mətbuat və  nəşriyyat  o 
d
ərəcədə  gərəkdir: çünki mətbuat  xalqın,  millətin dilidir. Mətbuat 
mill
ətin bir dilidir ki, səsi  dünyanın  bir  tərəfindən o biri tərəfinə 
q
ədər gedər. Bir dildir ki, sədası min il sonra da eşidilər. Mətbuat 
bir qüvv
ədir ki, dənizlərin, çöllərin bir tərəfindən o biri tərəfinə 
keç
ər,  zamanları  bir-birinə  qovuşdurar.  Dövrümüzdə  bu nəhəng 
qüvv
əyə  malik olan kiçik və  böyük millətlər  olduğu  halda,  bizdə 
m
ətbuat  əsərinin yox deyiləcək dərəcədə  olması  neçə  vaxtlardan 


• Abid  Tahirli
 

282
 ~ 
 
b
əri könlümüzə bir qayğı, bir ağrı verməkdə idi» (İ.Qaspiralı. Halın 
ifad
əsi. «Tərcüman» qəzeti, № 24, 1883). 
H
əsən bəy Zərdabinin «Əkinçi»si (1875-1877) ilə başlayan 
Rusiya müs
əlmanlarının  mətbu həyatı  İ.Qaspiralının  «Tərcüman»ı 
il
ə  (1883-1918)  yeni  inkişaf  mərhələsinə  qədəm qoydu.  Obrazlı 
yazsaq, H.Z
ərdabi  «Əkinçi»sini  vilayətin  aynasına,  İ.Qaspiralı  öz 
q
əzetini bütün türklərin tərcümanına  çevirməyə  nail oldu. Yusif 
Akçuraoglunun t
əbirincə, «bütün türk millətinin müəllimi» İsmayıl 
Qaspiralı çar hökumətinə qəzet, yaxud məcmuə buraxmağa razılıq 
verilm
əsi üçün dəfələrlə  müraciət  etmiş,  hər dəfə  rədd  cavabı 
almışdır.  Böyük  gücə  və  sarsılmaz  iradəyə  sahib  olan  İ.Qaspiralı 
q
əzet  buraxmaq  üçün  inadla,  israrla  çalışmaqla  yanaşı,  «Gənc 
Molla»  imzası  ilə  Ağməsciddə  (Simferopol) rus dilində  çıxan 
«Tavrida» q
əzetinə  Rusiya müsəlmanlarının  həyatından  bəhs edən 
m
əqalələr  yazır,  broşuralar,  kitabçalar  nəşr  etdirir.  1881-ci ildə 
Ağməsciddə «Rusiyada müsəlmanlıq: bir müsəlmanın müşahidələri, 
fikir v
ə qeydləri» kitabçasından sonra İ.Qaspiralı «Tonğuç» adlı 4 
s
əhifəlik məcmuə buraxır. Nəşrin 2-ci nömrəsi eyni adda qəzet kimi 
Tiflisd
ə  Ünsizadə  qardaşlarının  «Ziya»  mətbəəsində  1881-ci ildə 
işıq üzü görür. 
Ümumiyy
ətlə, «Tərcüman»a qədər İ.Qaspiralı «Tonğuç» və 
«Şəfəq»dən sonra «Kəmər», «Ay», «Ulduz», «Günəş»,  «Həqiqət» 
v
ə  «Lətail» kimi məcmuə  və  qəzet  adı  ilə  nəşrlər, eyni zamanda 
«Salnameyi-türki» v
ə  «Miratı-cədid»  adlı  almanaxlar  buraxmışdır. 
N
əhayət, dəfələrlə rəsmi müraciətdən, təkrar-təkrar Peterburqa təpik 
döydükd
ən, nazirlərin qəbuluna düşdükdən sonra İ.Qaspiralı 1882-
ci  ilin  avqust  ayının  5-də  «Tərcüman»ın  nəşrinə  icazə  almağa 
müv
əffəq olur. Lakin problem bununla bitmir. Qəzet çapdan əvvəl 
senzuranın  razılığı  üçün  Baxçasaraydan  Peterburqa  göndərilir, 


• Bütün türkl
ərin tərcümanı 

283
 ~ 
 
senzuradan keçdikd
ən sonra geri – Krıma qaytarılır və nəşr edilirdi. 
Çox ciddi probleml
ərə  baxmayaraq,  qısa  müddət  ərzində  Rusiya 
müs
əlmanlarının  məskunlaşdığı  bütün  ərazilərdə, eləcə  də 
Türkiy
ədə,  İranda,  Misirdə,  Əlcəzairdə,  Hindistanda,  Rumıniyada, 
Bolqarıstanda,  Çinin  Şərqi  Türkistanında  yayılan,  böyük  əks-səda 
doğuran,  ilk  vaxtlar  cəmi 320 nüsxə  çıxan  «Tərcüman»ın  tirajı 
sür
ətlə  artır  və  20 mini keçir. Rusiya müsəlmanlarının  tribunasına 
çevril
ən «Tərcüman» illər sonra –  1912-ci ildə  bu vaxta kimi 
daşıdığı  və  bundan  sonra  da  daşıyacağı  missiyasını,  məramını 
q
əzetin daimi şüarı kimi birinci səhifəyə çıxardığı 4 sözlə ifadə etdi: 
«Dild
ə, fikirdə, işdə birlik». İ.Qaspiralı ilk yaradıcılığa «cəsəd kimi 
olan Rusiya müs
əlmanlarının bədəninə yeni həyat, yeni fikir, yeni 
bir h
əvəs vermək,  onu  canlandırmaq»  arzusu ilə  başlamışdı,  qəti 
əminliklə söyləmək olar ki, bu dahi insan gözlərini əbədi yumarkən 
artıq məqsədinə çatmışdı... 
İ.Qaspiralı  irsində  H.Zərdabinin mətbu fəaliyyətinin, onun 
«Əkinçi»sinin, digər Azərbaycan mətbuat nümunələrinin, Azərbay-
can m
ətbəələrinin tarixi əhəmiyyətinin dəfələrlə şükranlıqla, qədir-
bil
ənliklə vurğulandığına rast gəlinir. «Baxçasaray məktubları»nda 
v
ə  «Rusiya müsəlmanları»  adlı  əsərlərində  «böyük idealist» 
(Ceyhun Hacıbəyli) İ.Qaspiralı Tiflisdə tatarca (Azərbaycan dilində) 
«Ziyayi-Qafqaziyy
ə»  adlı  qəzetin nəşrini  məmnunluqla qeyd edir. 
1884-cü ild
ə  qələmə  aldığı  «Rusiyada  mətbuat və  islam 
n
əşriyyatları» məqaləsində («Tərcüman», № 1, 1884) həmin dövrdə 
Rusiyada n
əşr olunan mətbu orqanlar və kitablar haqqında məlumat 
verir: O ill
ərdə  Rusiyada türk dilində  vur-tut 4 qəzetin  –  Tiflisdə 
Az
ərbaycan dilində «Ziya», «Kəşkül» və Daşkənddə özbək dilində 
«Türkistan q
əzeti», Baxçasarayda tatarca-rusca «Tərcüman»ın 
çıxdığını qeyd edir. Rusiyada nəşr olunan kitabların siyahısından isə 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə