Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə83/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   79   80   81   82   83   84   85   86   ...   93

• Bütün türkl
ərin tərcümanı 

267
 ~ 
 
parçaları  sitat  gətirir, təhlil edir, dəyərləndirir və  nəticə  çıxarır: 
«bel
ə  romanların  Şərq  əhlinə  verəcək dərsi, edəcək hüsni təsiri 
n
ədir: Heç bir şey!» İ.Qaspiralı bu qəbildən olan tərcümələrin nəşr 
olunmasını zərərli hal olduğuna işarət etməklə kifayətlənmir, milli, 
d
əyərli  roman  yazmaq  yollarını  göstərir və  Şərq həyatının  roman 
üçün  mövzuya  yaramadığı  fikrini  irəli sürənlərlə  barışmır: «Paris 
fahişəsinin başına gələnlərdən heyrətlənir, onun qəlb sızıltılarından 
gözümüz  yaşarır.  Bursa  və  Əskişəhər  Fatmalarının  halını  yazan, 
hissiyyatlarını bəyan edən kamil ədib tapılsa, Dümaların, Zolyaların 
q
ələmlərindən tökülən madamlardan daha artıq ibrətli və təsirli dərs 
alınacağı  şübhəsizdir». Müəllifə  görə, roman və  hekayə  yazmaq 
üçün mütl
əq bulvara, yaxud pianolu salona getmək lazım deyildir. 
Çaldıran  döyüşü,  Vyana  mühasirəsi, Cəm Sultan faciəsi, Yunan, 
Misir üsyanları, Ankara hadisələri… müstəqil üç cildlik roman ola 
bil
ər. Bəla  burasındadır  ki,  Osmanlı  mühərrirləri  Avropasayağı  və 
Avropa h
əyatından  roman  yazmağa  meyl  göstərirlər, sanki 
Avropada romançı azdır və Şərqdən yardım istəmişlər. 
İ.Qaspiralı milli roman yazmaq əvəzinə zəif əcnəbi əsərləri 
t
ərcümə  etməyə  üstünlük verənlərlə  qətiyyən  barışmır:  «Bəli, hər 
k
əs roman yaza bilməz. Amma bu da tərcümələrə  bel  bağlamağa 
əsas vermir: gözəl,  lakin  faydasız  bir  tərcümədənsə, o qədər də 
süslü  olmayan,  lakin  faydalıca  bir  milli  hekayə  yazmaq daha 
əfzəldir». Tənqidçinin fikrincə, Osmanlı, islam tarixi, məişəti, indiki 
halı  və  gələcəyi o qədər  dalğalı  bir  meydandır  ki,  yazmaqla, 
araşdırmaqla  tükənməz. Anadolunun hər  bir  obası  bir  hekayədir. 
Osmanlı  həyatı  əsrlərcə  gecə-gündüz davam edən parlaq bir 
hekay
ədir. Psixoloji roman üçün əri Kiritdə, böyük oğlu Qaradağda, 
dig
əri Plevnedə  döyüşən  Fatmaların birinin  iç  dünyasından uğurlu 
mövzu ola bil
ərmi?! Tərcümə ədəbiyyatını birmənalı rədd etməyən 


• Abid  Tahirli
 

268
 ~ 
 
İ.Qaspiralının  qənaəti  budur:  «Ədəbiyyatın  əsası  tərcümələr yox, 
milli hekay
ələr  olmalıdır,  milli  sevgini,  düşüncə  və  dili  inkişaf 
etdir
əcək, süstləndirəcək, xarakteri və  əxlaqı  tərbiyə  edəcək milli 
hekay
ələr.  Buna  çalışmaq  qələm  əhlinin borcudur: millətin  siması 
ədəbiyyatın şərəfidir». 
T
ərcümə ədəbiyyatı problemi İ.Qaspiralını bütün yaradıcılığı 
boyu  düşündürmüş,  narahat  etmişdir.  Məsələyə  dair  ayrıca 
m
əqalələr həsr etməklə  yanaşı,  başqa  ədəbi mövzularda qələmə 
aldığı  yazılarda  da  müəllif yeri gəldikdə  bu problemə  toxunur. 
Bununla da kifay
ətlənmir. «Tərcüman»da  əcnəbi dillərdən  uğurla 
t
ərcümə edilmiş bədii parçalar dərc edir. 
İ.Qaspiralının  ədəbi-tənqidi  görüşlərini  araşdırmaq  və 
d
əyərləndirmək, eyni zamanda XIX əsrin sonu, XX əsrin əvvəlləri 
Az
ərbaycan  ədəbi-mədəni, mətbu həyatının  özəlliklərini, maarifçi 
xadiml
ərimizin  fəaliyyət dairəsini öyrənmək  baxımından 
maraqlıdır. Fikrimizcə, gənc tədqiqatçıların bu işə səfərbər olunması 
zamanıdır. 
“Ədəbiyyat qəzeti” 
6 aprel 2012-ci il 
 
 
 
 
 
 
 
 
 
 


• Bütün türkl
ərin tərcümanı 

269
 ~ 
 
 
«İSTİQLAL» QƏZETİ İSMAYIL  
QASP
İRALI HAQQINDA 
 
H
əmişəyaşar  ideyaları  və  fədakar fəaliyyəti ilə  adını  türk 
tarixin
ə  əbədi həkk  etdirmiş,  Rusiya  müsəlmanlarının  məktəb, 
m
ətbuat, mədəni həyatında,  təfəkkür tərzində  dəyişiklik,  dönüş 
yaratmış  İsmayıl  Qaspiralı  (1861-1914) Avrasiya materikinin, 
Afrika qit
əsinin müxtəlif ölkələrinə səyahət etmiş, səfərləri ilə bağlı 
çox sayda 
əsər qələmə  almışdır.  Çar  mütləqiyyəti, sonralar sovet 
rejimi  onu  «panislamist»,  «pantürkist»  adı  ilə  gözdən salmaq, 
unutdurmaq üçün d
əridən-qabıqdan  çıxsalar,  missionerlər,  qatı  rus 
mill
ətçiləri, şovinistlər, milli satqınlar onu düşmən elan etsələr də, 
v
əfatından  sonra  da  –  bu dəfə  ölümsüz  ideyaları  ilə  türk ellərini 
dolaşmaqdadır. 
XIX 
əsrin sonu XX əsrin ilk 20 ilində Azərbaycanın ədəbi-
m
ədəni, maarif və  mətbuat həyatında  misilsiz  xidmətlər göstərmiş 
bütün xadiml
ər İ.Qaspiralını «millətin çırağı» - deyə vəsf etsələr də, 
Sovet Az
ərbaycanında  İ.Qaspiralı  şəxsiyyəti və  irsinə  münasibət 
ür
əkaçan  olmamışdır.  Təsadüfi deyil ki, Azərbaycan öz 
müst
əqilliyini bərpa edənədək – 1991-ci ilə kimi İ.Qaspiralı tənqid 
h
ədəflərindən  olmuş,  irsi,  şəxsiyyəti  sırf  sinfi,  partiyalı,  ideoloji 
baxımından  dəyərləndirilmişdir.  Mühacirətdəki azərbaycanlılar  isə 
tam t
ərsinə  İ.Qaspiralıya  münasibətdə  səmimi  olmuş,  həqiqəti 
söyl
əmişlər. 1932-1934-cü illərdə  Berlində  Məmməd  Əmin 
R
əsulzadənin  baş  redaktorluğu  ilə  buraxılan  «İstiqlal»  qəzeti də 


• Abid  Tahirli
 

270
 ~ 
 
istisna deyil. Bu m
ətbu  orqan  bolşevizmə, sovet rejiminə  qarşı 
ideoloji mücadil
ədə  İ.Qaspiralı  irsindən,  ideyalarından  yetərincə 
istifad
ə  etmişdir.  Bu  sətirlərin müəllifi Azərbaycan mühacirəti ilə 
bağlı araşdırmalarında «İstiqlal» barədə kifayət qədər söz açsa da, 
q
əzetin İ.Qaspiralı ilə əlaqədar yazdıqlarından bəhs etməzdən əvvəl 
bir-iki cüml
ə  ilə  «İstiqlal»  haqqında  məlumat verməyi 
m
əqsədəmüvafiq hesab edirik. Azərbaycan dilində,  latın  qrafikası 
il
ə 10 gündə bir dəfə buraxılan «İstiqlal»ın nəşri ara-sıra fasilələrlə 
1934-cü il
ədək  davam  etmişdir.  Mirzə  Bala Məmmədzadə, Mir 
Yaqub Mirmehdiyev, Hilal Münşi, Mustafa Vəkilli redaksiya ilə sıx 
əməkdaşlıq  etmişlər. Bizdə  olan məlumata görə  qəzetin cəmi 64 
nömr
əsi buraxılmışdır. 
İstiqlalın,  millətin  istiqbalının  təməlində  milli özünüdərkin, 
milli  oyanışın  durduğu  şübhəsizdir.  İsmayıl  Qaspiralı  istiqlalçı 
olmamışdır,  lakin  o,  Rusiya  müsəlmanlarını  istiqlal  yoluna 
çıxarmışdır,  onları  gələcəkdə  istiqlal  uğrunda  mübarizəyə, 
mücadil
əyə  hazırlamışdır.  O,  «Zamanımızın  məsələləri» mə-
qal
əsində  («Tərcüman» qəzeti,  №  51,  15  may  1906)  yazırdı:  «Bir 
mill
ətə ən əvvəl lazım olan üç şeydir: milli düşüncə, milli dil, milli 
t
əhsil». Bütün bunlara sahib olmuş Azərbaycan istiqlalçıları doğma 
V
ətənin  kommunist  ideologiyası  və  sovet rejimindən  xilas  olması 
üçün mühacir
ətdə əzmlə mücadilə edirdi. 
Sovet İttifaqı rəhbərliyinin dəfələrlə təkidli tələbindən sonra 
Türkiy
ədəki fəaliyyətini, o cümlədən nəşri  fəaliyyətini 
dayandırmağa  və  ölkəni tərk etməyə  məcbur olan Azərbaycanlı 
mühacirl
ər bir sıra Avropa ölkələrində məskunlaşdılar. Azərbaycan 
tarixind
ə silinməz iz buraxmış M.Ə.Rəsulzadənin «Kəsilməyən səs» 
adlı  baş  məqaləsi ilə  ilk nömrəsi  işıq  üzü  görən  «İstiqlal»  bütün 
mühacirl
ərin  adından  bəyan edirdi ki,  harada  yaşamasından  asılı 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə