Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə79/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   75   76   77   78   79   80   81   82   ...   93

• Abid  Tahirli
 

254
 ~ 
 
tanınan «Kazan xanlığı tarixi», «Sibir tarixi» və «Süyüm Bikə»nin 

əllifi, qiymətli  alim»  hazırda  sovetlərin Arxangelskə  sürgün 
etdiyi Hadi Atlasi b
əy yarışın qalibi olmuşdur. 
Ju
rnalın həmin nömrəsində və digər yazılarda da ortaq dil və 
ümumiyy
ətlə, dilin sadələşdirilməsi, zənginləşdirilməsi ilə  bağlı 
İ.Qaspiralı  ideyası  və  əməlləri,  onun  ardıcıllarının  bu  istiqamətdə 
h
əyata keçirdiyi tədbirlər qeyd olunur. 1917-ci il Rus inqilabından 
sonra  Daşkəndə  bütün  türk  dünyası  üçün  «bir  dil»  hazırlamaq, 
1926-
cı  ildə  Bakıda  keçirilən  «Türk  dili  konfransı»nda  latın 
əlifbasını qəbul etmək layihəsi ortaya atılmışdı. Yer üzündə yaşayan 
türkl
ər üçün bir dil, bir imla və bir yazı qəbul etmək, heç olmazsa, 
«dild
ə  birliyi» təmin etmək istəyindən bəhs  olunmuşdu  (Dr. 
A.N.Hakimbay.  «Türkistanın  Buxara  ölkəsində  dil məsələsi» 
m
əqaləsi). 
Biz  yuxarıda  Krımlı  Həsən  Abdullaoğlunun  İ.Qaspiralı  ilə 
bağlı məqaləsindən bəhs edərkən göstərmişdik ki, o, İ.Qaspiralının 
gördüyü işləri haqlı olaraq bitməz-tükənməz bir dəryaya bənzədir. 
Fikrimizc
ə, bu tükənməz dəryanın  milyonlarla  damcısının  bütün 
türk dünyası üzərinə və bütün türklərin beyninə, qəlbinə səpilməsi
siray
ət, nüfuz etməsi  İsmayıl  Qaspiralının  «dildə, fikirdə,  işdə 
birlik» ideyasının gerçəkləşməsinə təkan olardı. 

Ədəbiyyat qəzeti” 
8 mart 2012-ci il 
 
 


• Bütün türkl
ərin tərcümanı 

255
 ~ 
 
 
İSMAYIL QASPİRALININ  
ƏDƏBİ-TƏNQİDİ GÖRÜŞLƏRİ 
 
Osmanlı,  rus,  Qərb,  Şərq, xüsusən də  Azərbaycan  ədəbiy-
yatını  dərindən bilən,  ədəbi prosesi diqqətlə  izləyən, bunlarla da 
kifay
ətlənməyən  dahi  İsmayıl  Qaspiralı  sənət, sənətkarlıq 
m
əsələlərinə,  yazıçı  məfkurəsi və  missiyasına,  əsərlərin mövzusu, 
ideya-istiqam
əti, dil, üslub problemlərinə, eləcə də milli ədəbiyyatın 
inkişafına, tənqidçinin vəzifəsi və tənqidin ədəbi sözə təsirinə dair 
bu gün d
ə aktuallığını və əhəmiyyətini zərrəcə itirməyən çox sayda 
m
əqalələr qələmə almışdır. İstedadlı yazıçı-publisist, naşir, redaktor 
v
ə  yeni üsullu məktəb  yaradıcısı  İ.Qaspiralının  çoxşaxəli inadkar, 
f
ədakar, məhsuldar fəaliyyətinin bəzi sahələri ilə bağlı araşdırmalar 
epizodik v
ə  səthi  olsa  da,  aparılmışdır.  Lakin  onun  zəngin  ədəbi-
t
ənqidi  görüşləri, milli ədəbiyyatın,  ədəbi  dilin  inkişafına  həsr 
olunmuş irsi ürək ağrısı və acı təəssüf doğursa da, qeyd olunmalıdır 
ki, h
ələ də ədəbiyyatşünaslığımızın diqqətindən kənardadır. 
Vaxtı ilə – İ.Qaspiralı sağ ikən, vəfat edəndən sonra da çar 
v
ə  sovet dövründə  onun  ideyaları  «pantürkist»,  «panislamist» 
damğaları ilə gözdən salınmış, qatı rus millətçilərinin, şovinistlərin, 
türk düşmənlərinin, missionerlərin, xəfiyyə, senzor və məmurların, 
el
əcə  də  milli  satqınların  təqibinə, təzyiqinə,  aramsız,  amansız 
hücumuna m
əruz  qalmışdır.  İş  o  həddə  çatmışdır  ki,  İ.Qaspiralı 
r
əsmən  düşmən  elan  edilmiş,  məzarı  dağıdılmışdır.  Qəhrəman və 
sarsılmaz  Krım  tatarlarının  ana  Vətəndən sürgün edilməsinə 


• Abid  Tahirli
 

256
 ~ 
 
baxmayaraq,  İ.Qaspiralının  irsi,  ideyaları  doğma  Baxçasarayda, 
Türkiy
ədə  və  Azərbaycan mühacirlərinin nəşri  fəaliyyətində 
unudulmamış, diqqətdə saxlanılmışdır. Qardaş Türkiyədə qaspiralı-
şünasla  bağlı  xeyli  sayda dəyərli tədqiqatlar nəşr  olunmuşdur. 
T
əqdirəlayiqdir ki, Azərbaycan  ədəbiyyatı  və  mədəniyyətinin də 
böyük dostu prof.dr. Əli Yavuz Akpinar XIX əsrin sonu XX əsrin 
əvvəlləri Rusiya müsəlmanlarının  lideri  İsmayıl  Qaspiralının  3 
cildlik seçilmiş əsərlərini hazırlayıb (I cildi Bayram Orak və Nazim 
Muradovla birlikd
ə) nəşr etdirmişdir (İstanbul, «Ötüken» nəşriyyatı. 
I cild, 2003-cü il, 476 s
əh., II cild 2004-cü il, 422 səh., III cild
2008-ci il, 512 s
əh.).  Xüsusi  vurğulamağa  ehtiyac  vardır  ki, 
Y.Akpinar h
ər üç cildə  «Ön söz», II cildə  irihəcmli  «Giriş» 
yazmışdır. 
Türk-islam tarixinin mümtaz z
əka sahiblərindən olan İ.Qas-
piralının  ədəbi  baxışlarını,  tənqid  yaradıcılığını,  tənqid konsep-
siyasının mahiyyətini, məğzini aydın dərk etmək, düzgün dəyərlən-
dirm
ək üçün müəllifin bu qəbildən  olan  yazılarının  məzmununa 
gör
ə aşağıdakı şəkildə təsnifatını aparmaq vacibdir: 
- t
ənqid, onun elmi-nəzəri əsasları və vəzifələri; 

Osmanlı yazıçıları və ədəbi nümunələri; 
-Q
ərb, rus yazıçıları və ədəbi nümunələri; 
-  Rusiya imperiy
asında  yaşayan  türk  xalqları  yazıçıları  və 
ədəbiyyatı; 
- Az
ərbaycan yazıçıları və ədəbi əsərləri; 
-milli 
ədəbiyyat və tərcümə prolemləri; 
- ortaq 
ədəbi dil, üslub, sənətkarlıq məsələləri. 
İ.Qaspiralı  özünün  tənqidlə, onun elmi-nəzəri  əsasları  ilə, 
Q
ərbdə,  Rusiyada və  Osmanlıda  tənqid tarixi və  tənqidə 
münasib
ətlə  bağlı  fikirlərini, mülahizə  və  mühakimələrini 


• Bütün türkl
ərin tərcümanı 

257
 ~ 
 
«T
ərcüman» qəzetində  dərc  etdirdiyi  çoxsaylı  yazılarında 
(«Osmanlı mətbuatı», «Tənqid», «Tənqid, yəni ölçü», «Muaheze», 
«F
əcr», «Məcburi deyil, lazımi cavab», «Nə səbəbdən geri qaldıq» 
v
ə s.) geniş işıqlandırmışdır. 
İ.Qaspiralı  müasirlərinin, eləcə  də  klassik filosof və 
t
ənqidçilərin sahə  ilə  bağlı  fikirləri, mühakimələri ilə  yaxından 
maraqlanırdı.  Aristotelin  –  Ərəstunun, Platonun –  Əflatunun 
əsərlərində poeziya, dram və digər sənət sahələrinin tənqidinə ayrıca 
f
əsil həsr  olunduğunu,  bu  işin  bir  elm  sahəsinə  çevrildiyini qeyd 
ed
ən müəllif tənqidin qədim Yunan və  Romalılardan  Avropaya 
keçdiyini, daha sonralar rus t
ənqidinin  yarandığını  göstərirdi. 

əllifin fikrincə, Rusiyada tənqid  daha  çox  yayılmış  və  gözəl 
m
əsləyə  çevrilmişdir,  hətta  burada  «insanın  fikrindən, qələmindən 
v
ə əlindən zühur edən bütün əsərlərin ətraflı tənqidə çəkilməsi, hər 
əsərin gözəlliyinin və  faydasının  ölçülməsi bir qayda hökmünə 
gir
mişdir»  (Tənqid. «Tərcüman»,  №  1,  7  yanvar  1896).  Adını 
ç
əkdiyimiz  yazıda  İ.Qaspiralı  bununla,  belə  müsəlman 
ədəbiyyatında tənqidin olmadığını təəssüflə bildirir. Bəziləri barədə 
h
əcv, yaxud mədhiyyələr  yazılsa  da,  bunlar  təhlildən  sayılmaz.  O 
yazır:  «Halbuki, tənqid  ədəbiyyatın  tərəzisidir, tərəzisiz bazar, 
t
ənqidsiz ədəbiyyat lazımınca parlaq ola bilməz. Bez bazarına arşın, 
çör
ək  bazarına  okka  necə  lazımdırsa,  ədəbiyyata ölçü olan tənqid, 
b
əlkə  daha  artıq  lazımdır.  Ədəbiyyat maddidən daha vacib olan 
m
ənəvi qidamızdır ki, mizan istər. Hər nə olsa geymirik, hər nə olsa 
yemirik, el
ə  isə  hər nə  olur-olsun  oxunarmı?»  Bədii nümunələri 
m
əfkurə  məsələsi  prizmasından  dəyərləndirən  İ.Qaspiralı  tənqidin 
qarşısında  konkret  vəzifələr qoyur: tənqid bitərəf, obyektiv 
olm
alıdır, yalnız nöqsanları göstərməklə kifayətlənməməlidir, əsərin 
n
ə  dərəcədə  yararlı  olduğunu  meydana  çıxarmalı,  isbat  etməlidir; 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə