Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə64/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   60   61   62   63   64   65   66   67   ...   93

• Bütün türkl
ərin tərcümanı 

201
 ~ 
 
•  …m
ərhum Qəyyum  Əfəndi  Nasırovun  Kazanda,  Həsən 
b
əy Məlikovun Qafqazda ədəbi dilə  və  ali türk məsləyinə  xidmət 
etdikl
əri inkar edilməz («Dillərin birləşdirilməsi gəlir»). 
• Qafqaz q
əzetləri xalq danışıq dilinin yox, ədəbi dilin, ortaq 
dilin  inkişafına  çalışdılar.  Həqiqətən gediləcək yol hələ  xeyli 
z
əhmət və vaxt istəyir, lakin əsas odur ki, dilimiz lazım olan yola 
çıxmışdır  və  dərə-təpə, qar-boran demədən  yavaş-yavaş  irəliləyir 
(«Dill
ərin birləşdirilməsi gəlir»). 
• …X
əlilbəy Xasməmmədov «tatar» kəlməsinə razı olmayıb 
(söhb
ət Dövlət  dumasının  təhsil  komissiyasının  məktəblərdə 
t
ədrisin hansı dildə keçirilməsinə dair iclasından gedir – T.A.), daha 
doğrusu,  həmin sözün əvəzinə  «türk» kəlməsinin istifadə 
olunmasının  düzgün  olduğunu  iddia  etsə  də, komissiya üzvlərinin 
əksəriyyəti (erməni, gürcü və müsəlman deputatlar) «türk» sözünün 
pantürkizm
ə  xidmət edəcəyindən qorxaraq, təklifi rədd  etmişlər 
(«Dill
ərin birləşdirilməsi gəlir»). 
•  Vay politika, politika! M
əktəblərə  girməsəydin, nə  gözəl 
olardı! Tatar xalqı mövcud deyil, tatar dili məlum deyil. Dilimizə nə 
ad verilirs
ə  verilsin, türk dilindən  başqa  bir  şey  olmayacaqdır 
(«Dill
ərin birləşdirilməsi gəlir»). 
•  Böyük m
əktəblərin hər birinə  bir  molla  ayrılmasını 
ist
ədikcə, buna «panislamizm» dedilər. İndi milli dildə təhsil tələb 
edirik, «pantürkizm» 
əndişəsi irəli sürülür («Dillərin birləşdirilməsi 
g
əlir»). 
• 
Bakıda  nəşr  olunan  «Səda» və  «Həqiqət» qəzetləri 
müxt
əlif səbəblərə  görə  bir müddət  çıxmadı,  indi  təkrar zühur 
etdikl
ərini şükranlıqla görürük. Qəzet çıxartmaq, qırx kərə yazıb bir 
k
ərə  anlatmağın  nə  qədər  müşkül  olduğunu  biz  hər kəsdən  yaxşı 


• Abid  Tahirli
 

202
 ~ 
 
bilirik, odur ki, Bakılı dostlarımızı ürəkdən təbrik edir, uzun, gözəl 
ömürl
ərini təmənnə edirik («Bakı qəzetləri»). 
•  …h
ər cür mübahisə edilirsə-edilsin, şəxsiyyətə toxunmaq 
caiz deyildir. Sevgili dostlar, bu artıq ədəbi mübahisə deyil, bazar 
qavğası  rəngini  alır.  Mühərririn mühərrirə  «xuliqan» deməsi, 
h
əmkarına  «sən»  -  deyə  xitab etməsi üsuldan, ədəbdən deyildir 
(«Bakı qəzetləri»). 
• 
Əfəndi  qardaşlar!  Ağ  kağızın  üzərimizdə  haqqı  vardır! 
Bizl
ər mübahisə  edəndə  hambal dilindən istifadə  ediriksə, 
hamballara n
ə qalar? («Bakı qəzetləri»). 
•  …ist
ər  İstanbullu,  istər  kaşqarlı  bir  türkün  qələmindən 
«gün
əşli»  əvəzinə  «xurşiabad»  (farsca  –  günəş  şəhəri), ya da 
«beldetüş-şəms»  çıxarsa,  bu  ədəbi cinayətdir.  Ağır  gəlməsin: 
imanımdır («İki böyük şair»). 
•  Birliyi olmayan bir mill
ətin  bir  qanadı  buzlu  suda 
donmağa,  bir  qanadı  atəşlərdə  qovrulub  kül  olmağa  məhkumdur. 
Durbin  göz  bunları  uzaqdan görməli,  sevdalı  gönül  pərdələr 
arxasından duygulanmalıdır, sonraya qalarsa, gec olar («Əfəndilər, 
dil g
ərəkdir, dil»). 
•  Bir çox m
əsələlərdə  avamın,  xalqın  haqqı  böyükdür, 
müq
əddəsdir, lakin elm və  ədəbiyyat  baxımından  alimlərə  və 
ədiblərə tabe olmaqla islah və tərəqqi yolları açılır («Əfəndilər, dil 
g
ərəkdir, dil»). 
•  Q
əzetlərdə  üç cür qələm  işlədilir: uçitel qələmi, müəllim 
q
ələmi,  ədib qələmi  –  qarmaqarışıqlıqdır!  Əfəndilər! Türk qələmi 
hac
ət, türk («Əfəndilər, dil gərəkdir, dil»). 
• Qafqazda fars dili hakim idi. Az
ərbaycan türkcəsi ilə yazı 
yazmaq  ayıb  idi.  Lakin  qafqazlılar  fars  dilini  tərk edib ana dilinə 


• Bütün türkl
ərin tərcümanı 

203
 ~ 
 
keçdil
ər, az zamanda ata-baba  dilinin  hakim  olduğu  ədəbi dilə 
xidm
ət etdilər və ona sahib oldular («Əfəndilər, dil gərəkdir, dil»). 
• Elm v
ə ədəbiyyatdan, tək millət olduğumuzdan dəm vuran 
bizl
ər  deyilikmi?  Əfəndilər, dilsiz millət və  ədəbiyyat harada 
olmuşdur ki, bizdə də olsun? («Əfəndilər, dil gərəkdir, dil»). 
• 
Dilimiz kimi imla, yazı üsulumuz da islaha möhtacdır. Bu 
gün türk dili adı altında yüzlərcə şivə olduğu kimi, imla üsulumuz 
da  qarmaqarışıqdır.  Dilin  islahı  imlanın  islahına  möhtacdır  («İmla 
m
əsələsi»). 
• 
Əgər indiyədək olduğu kimi hər kəs öz kefinə görə bir dil, 
h
ər mühərrir özünəməxsus bir imladan istifadə  edərsə, nə  dilimiz, 
n
ə imlamız düzələcəkdir («İmla məsələsi»). 
• Müs
əlman sobraniyası, müsəlman ciyunu, məclisi zamanı 
deyildir. Bir az s
əbr etmək  lazımdır.  Hər necə  olsa,  «at  altından 
buzov»  axtarılan  zamandır.  Zamanımız  panislamizm,  pantürkizm, 
panmongolizm x
əyallarından istər ciddi, istər adəti olsun ürkülmüş, 
şübhələrə düşülmüş bir zamandır («Baxçasaray, 22 may»). 
• 
«İqbal» qəzetinin (Bakı – T.A.) 1913-cü il iyul ayının 23-
d
ə  çıxmış  nüsxəsində  «Türk  ibni  Yafes  Əfəndi» təxəllüslü bir 

əllif dil mövzusundan bəhs edərək türk milləti üçün ümumi bir 
ədəbi dilin lüzumuna və  sadə  türkcənin beləliklə, meydan ala 
bil
əcəyi qənaətinə gəlmişdir («Dil ətrafında»). 
• … «T
ərcüman»ın imanı çox güclüdür. Bu imanı, bu gücü 
biz
ə  vermiş  və  verməkdə  olan  50  milyon  insanın  (Rusiya 
müs
əlmanlarının sayı nəzərdə tutulur – T.A.) milli vicdanıdır («Dil 
ətrafında»). 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə