Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə58/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   54   55   56   57   58   59   60   61   ...   93

• Bütün türkl
ərin tərcümanı 

181
 ~ 
 
öyr
ədirlər («Rusiya müsəlmanlarının 
mədəniləşməsinin 
başlanğıcı»). 
•  T
əhsildəki  islahatların  ehtiyacdan  yarandığı  və  sürətlə 
yayıldığı  onu  sübut  edir  ki,  müsəlman görsə  bilər,  eşitsə  anlar. 
İslahatlar məktəblə bərabər millətin qəlbinə də işləmişdir («Rusiya 
müs
əlmanlarının mədəniləşməsinin başlanğıcı»). 
• 20 il 
əvvəl (1880-ci ildə – T.A.) universitet təhsili görmüş 
bir n
əfərimiz  vardı.  İndi  bunlar  yüzlərlədir. Təkcə  Bakıda  50-dən 
çox universitet t
əhsilli gənc doktor, vəkil, mühəndis və s. peşəsinə 
yiy
ələnmişdir.  Fransa  və  Almaniya universitetlərində  təhsil  alıb 
g
ələnlər də  var (Rusiya müsəlmanlarının  mədəniləşməsinin 
başlanğıcı). 
• 
Yeni üsulla işləyən məktəblər kimi milli teatr da son illərin 
meyv
əsidir. Mirzə  Fətəli  komediyalarından  başqa  bir  neçə  yeni 
komediya da n
əşr olundu. Bakı, Qarabağ və Gəncədə, Baxçasarayda 
milli dild
ə  teatr  tamaşaları  oynanıldı.  Bakıda  daimi  fəaliyyət 
göst
ərən  teatr  yaradıldı.  Qadın  rollarını  yəhudi, gürcü və  erməni 
qızlar  oynayır.  Təşəkkür  edirik,  amma  teatrlarımızın  bir  ayaqlı 
qaldığı  inkar  edilə  bilməz («Rusiya müsəlmanlarının 
m
ədəniləşməsinin başlanğıcı»).  
• 
Qışın  sonunda  qarın  altından  boylanan  ağ  çiçək  yazın 
g
əldiyinə dəlil deyilsə də, yaz başına mütləq bir işarədir. Bundan 25 
il 
əvvəl (1876-cı il – T.A.) təhsil görmüş bir xanımımız vardı ki, bu 
da q
əzetçimiz Həsən bəyin möhtərəm həyat  yoldaşı  Hənifə  xanım 
idi.  İndi  bu  cür  təhsilli  xanımların  sayı  bəlkə  də  20 nəfərdir 
(«Rusiya müs
əlmanlarının mədəniləşməsinin başlanğıcı»). 
• 
Bu  dünya  ümid  dünyasıdır,  niyə  ümidsiz olaq? («Rusiya 
müs
əlmanlarının mədəniləşməsinin başlanğıcı»). 


• Abid  Tahirli
 

182
 ~ 
 
•  M
ərhəmət, sədəqə,  öz  soyuna  yardım  islam  dininin 
mahiyy
ətindədir («Rusiya müsəlmanlarının  mədəniləşməsinin 
başlanğıcı»). 
•  M
ətbəə  və  kitabçılıq bir  millətin tərəqqi və mədəniləşmə 
d
ərəcəsinə  ən  doğru  şahiddir.  İyirmi  il  əvvəl Rusiya müsəl-
manlarının  cəmi 2 mətbəəsi  vardı:  biri  Kazanda,  digəri Tiflisdə. 
Kazanda  Abdilin  daşbasması,  Tiflisdə  Ünsizadələr mətbəəsi.  İndi 
Baxçasarayda «T
ərcüman» mətbəəsi, Peterburqda  İlyas  Mirzə 
Boraqani, Kazanda K
ərimov qardaşları, Orenburqda Molla İbrahim 
K
ərimov və Bakıda doktor Axundov və Əli Mərdan bəy mətbəələri 
mövcuddur. M
ətbəələrin  sayı  2-dən 8-ə  çatmışdır  («Rusiya 
müs
əlmanlarının mədəniləşməsinin başlanğıcı»). 
• 
Hazırda (1884-cü il –  T.A.) Rusiyada türkcə  dörd qəzet 
n
əşr  olunmaqdadır.  Tiflisdə  «Ziya», «Kəşkül»  adlı  iki  qəzet 
Az
ərbaycan dilində,  Daşkənddə  «Türkistan qəzeti» rusca və 
özb
əkcə  və  Baxçasarayda «Tərcüman» qəzeti rusca və  Krım 
türkc
əsində  çıxır.  «Ziya»  qəzeti  Səid Ünsizadə, «Kəşkül»  Cəlal 
Ünsizad
ə, «Türkistan qəzeti» Nikolay Ostoumovun redaktorluğu ilə 
n
əşr olunur («Rusiyada mətbuat»). 
•  Çox oxumaq, çoxlu yazmaq v
ə  nəşr  etmək 
m
əcburiyyətindəyik. Rusiyada nəşr  olunan  islamca  kitablar  iki 
cürdür: biri din-d
əyanətlə əlaqəli, digəri faydasız nağıllar. Hünər və 
elml
ə  bağlı  kitablarımızın  yoxluğu  böyük  nöqsanımızdır. 
T
ərəqqidən geri qalmamaq istəyiriksə, bu qüsurun çarəsini tapmalı, 
h
ərəkət etməliyik, artıq vaxtdır («Rusiya müsəlmanları»). 
• 
Vaqon,  botinka,  qırmızı  qatar,  qara  qaloş  məsələləri həll 
olunub bit
ər-bitməz (qədimçilər  –  konservativlər və  çəditçilər  – 
islahatçılar)  arasında  mübahisələr nəzərdə  tutulur  –  T.A.) 


• Bütün türkl
ərin tərcümanı 

183
 ~ 
 
«T
ərcüman» çıxdı və bir də yeni cədid (yeni üsul – T.A.) ilə  işləyən 
m
əktəb  islahatı  çıxdı:  müsibət bəlası  o  gün  başladı.  «Tərcüman» 
neç
ə  yüz illər fəaliyyət göstərən məktəblərdə  islahata ehtiyac 
olduğunu  dedi,  Quran  qiraətini kafi görməyib, bütün məktəblərdə 
türkc
ə  elmi fənlərin keçirilməsini  lazım  gördü.  Xalqlardan 
utanmadı,  Allahdan  qorxmadı,  yeni  üsulun üstünlüklərini bəyan 
etdi. C
əmiyyət dəniz  kimi  dalğalandı,  qabardı,  şahə  qalxdı: 
«T
ərcüman» kimdir ki, köhnə  məktəbləri bəyənmir?  Doğru  yolda 
olan köhn
ə  nəslin  yolundan  çıxmaq  istəyir» («Qədimçilik  – 
c
ədidçilik»). 
•  «Mujikl
ərə  oxumaq,  yazmaq  lazım  deyildir»  politikasını 
yerid
ən…  iqtidarın  müsəlman  okullarında  reforma  aparılmasını 
razılıqla  qarşılayacağını  gözləmək  axmaqlıq  olardı.  Buna  görə  də 
«T
ərcüman»  işini  səssiz və  ehtiyatla görməyə  məcbur idi 
(«Q
ədimçilik – cədidçilik»). 
•  H
ər yerdə, hər zaman, fəqət xüsusi ilə  islam 
m
əmləkətlərində  qədimçilər (köhnəpərəstlər  –  T.A.) cədidçilərə 
(yenilikçil
ərə - T.A.) din və şəraiti pərdə və bəhanə edəcək etiraz və 
ya hücum etmişlər («Qədimçilik – cədidçilik»). 
• 
İslam  dünyasını  bürümüş  geriliyə  və  onun nəticələrinə 
baxdıqca qan ağlamamaq mümkün deyildir. İpdən iynəyə, qələmdən 
kağıza, köynəkdən çalmaya qədər istifadə etdiyimiz əşyalar yabançı 
m
əhsuludur. Bu gün birləşib  bizə  kağız  verməsələr yazmaqdan, 
oxumaqdan m
əhrum olacağıq. Kor, şikəst gözlər bunu necə görsün! 
(«Q
ədimçilik – cəditçilik»). 
• Bizim Rusiya köhn
əpərəstləri o dərəcə qafil və cahildirlər 
ki, 
əsrimizin ən böyük alimlərinə… həqarətlə baxırlar. Belə gedərsə


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə