Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə59/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   55   56   57   58   59   60   61   62   ...   93

• Abid  Tahirli
 

184
 ~ 
 
daha  çox  qamçı  yeyəcək, daha çox geri gedəcək və  heyvanlıqda 
davam ed
əcəyik («Qədimçilik – cəditçilik»). 
• 
Əgər qadınların fəna olduqlarına hökm edilirsə, dünyanın 
yarısının  fəna  olduğuna  hökm  edilmiş  olur.  Əgər  qadınların  yaxşı 
olduğuna hökm edilirsə, dünyanın yarısının yaxşılığına hökm olur. 
Gerç
əkdən də  bir  şəhərin, vilayətin, yaxud bir millətin  qadınları 
cahildirs
ə, deməli, o toplumun cahil olması labüddür («Qadınlar»). 
• 
Bütün  insanlar  qadınların  qucağında  ərsəyə  gətirdiyi, 
onların köksündə ruzilərini tapdığı, elm və kamala onların dilindən, 
ədəb və namusu onların hal və hərəkətlərindən aldığı hər kəsin gözü 
önünd
ədir («Qadınlar»). 
•  H
ər  bir  qadın  insanlığa  çox  böyük  xidmət edən  insandır 
(«Qadınlar»). 
•  Mill
ətin  qadınları  sağlam  vücudlu,  namuslu,  çalışqan, 
savadlıdırsa,  bütün  millət də  sağlam  bədənli, namuslu, qeyrətli və 
elmli olur. Bunun 
əksi – qadınları zəif, binamus, biqeyrət və cahil 
olan mill
ətin bütün üzvləri də  bu  nöqsanlara  düçar  olacaqdır 
(«Qadınlar»). 
•  Dünya bir binaya b
ənzədilərsə,  qadınlar  o  binanın 
t
əməlidir. 
• 
Çalışmağı bilməyən, yaxud istəməyən ər kişilikdən çıxdığı 
kimi, ev
ə  baxmağı  bilməyən  qadın  da  qadınlıqdan  çıxar 
(«Qadınlar»). 
• H
əyat yoldaşı ilə gözəl yaşamaq istəyən qadın məhəbbət, 
s
əbir və  nəzakət  yolundan  ayrılmamalıdır,  söz  dinləməli, daim 
t
əmizliyə səy göstərməli, ərinin gətirdiyinə qane və razı olmalı, onu 
utandırmamalı  və  ondan  bacardığından  artığını  tələb etməməlidir. 
İsrafçılığa yol verməməli, yeməyi süfrəyə vaxtında verməli, ərinin 


• Bütün türkl
ərin tərcümanı 

185
 ~ 
 
qohumlarına hörmət etməli, ərindən istədiklərini uyğun zamanda və 
n
əzakətlə xahiş etməlidir («Qadınlar»). 
• 
Qadın cahil və elmsizdirsə, dişi heyvan kimi onun üçün də 
h
əyat və ömür puç keçəcəkdir («Qadınlar»). 
• 
Avropada Şərq qadınlarının ifrat dərəcədə örtülü, hüquq və 
azadlıqdan,  elm  və  tərbiyədən məhrum  qaldıqlarını  islamla 
əlaqələndirirlər. Utancvericidir ki, müsəlmanlar arasında da bu halı 
şəriətin gərəyi zənn edənlər çoxdur. Bununla avropalılar böyük səhv 
edirl
ər, müsəlmanlar günaha batırlar («Qadınlar»). 
•  Kim söyl
əyə  bilər ki, analara elm, savad və  hünər  lazım 
deyil? («Qadınlar»). 
• 
Əgər bir məsələ  ədalətlə  müzakirə  edilib  ədalətlə  həll 
olunmasa, işin nəticəsi ağır olacaq, insanlıq və islam önündə məsul 
v
ə  günahlı  qalacağıq.  Sonra  peşman  olsaq  da,  bu  fayda 
verm
əyəcəkdir («Qadınlar»). 
•  M
ədəni hökumət  ədalətsizliyə  yol verməz.  İstər 
c
əhalətdən, istər pis adətlərdən, istərsə də dar düşüncədən təvəllüd 
ed
ən  nöqsanların  qarşısını  almaq  hökumətin vəzifəsidir («Zülm 
haradan g
əlir»). 
•  Din v
ə  millət  qayğısı  ziyalı  və  alimləri, bir an da olsun, 
t
ərk etməməlidir («Zülm haradan gəlir»). 
• 
Zalım  kim  olursa-olsun, məzlum kim olursa-olsun, hər 
birimizin 
ədalətə  və  insafa xidmətçi  olması  və  onların  keşiyində 
durması fərzdir («Zülm haradan gəlir»). 
• 
Şanı uca Quranın bir kəlmə ilə təfsiri «ədalətdir» («Zülm 
haradan g
əlir»). 


• Abid  Tahirli
 

186
 ~ 
 
• 
Ədalətsiz,  insafsız  bir  müsəlmanın  ağzına  yüyən,  başına 
noxta  salıb,  ədalətə  bağlamaq  şəriətə  zidd deyil, əksinə, ona 
uyğundur («Zülm haradan gəlir»). 
•  Din  - 
ədalətdir.  Ədalət xaricində  hərəkət edənlərə
zalımlara  meydan  və  müsaidə  verilməməlidir («Zülm haradan 
g
əlir»). 
• 
Şərt ilə  nikah  bir  çox  qadınları  insafsızların  zülmündən 
mühafiz
ə  edəcəkdir,  şərt ilə  nikah  caizdir.  Ədalətli və  salih adam 
üçün  şərt ilə  nikahda  bir  ağırlıq  yoxdur:  şərtlər ilə  nikah  yalnız 
zalımın zülmünə qarşı ehtiyatlı bir səddir («Zülm haradan gəlir»). 
•  Rusiyada olan bütün müs
əlmanları  birləşdirmək və 
mill
ətin  düşüncə  və  ehtiyacına  uyğun  iş  görmək üçün Rusiya 
müs
əlmanlarının  qurultayını  keçirmək  haqqında  qərarımızı  yerlərə 
çatdırmaq  kimi  şərəfli vəzifəni  biz  icra  etdik.  Əli  Mərdan bəy 
Topçubaşov  (1865  –  Tiflis  –  1934  –  Paris, Azərbaycan  xalqının 
yetişdirdiyi böyük siyasi xadimlərdən  biri,  hüquqşünas,  qəzetçi, 
dövl
ət xadimi –  T.A.) və  Əbussuud  Mirzə  Əhmədov  (Ufalı,  tatar 
xalq xadimi – 
T.A.)  işin  icrasında  bizə  böyük  yardımlar  etdilər 
(«Zamanımızın məsələləri»). 
• 
Rusiyanın  hər tərəfindən Makaryaya (Nijni-Novqorod  – 
T.A.) t
əşrif buyurmuş 300 təmsilçi Ufa çayı açıklarında gəmi içində 
Rusiya müs
əlmanlarının birinci qurultayında iştirak etmək şərəfinə 
nail oldu. Yeni tariximizin birinci s
əhifəsi olan bu qurultay elektrik 
c
ərəyanı  kimi  millətin  bütün  vücudunu  başdan  ayağa  qədər 
silk
ələdi, hərəkətə  gətirdi və  bir neçə  ayda millətin  düşüncəsində 
beş-on ildə  yaranacaq  oyanışa  bərabər tərəqqi  yaratdı 
(«Zamanımızın məsələləri»). 


• Bütün türkl
ərin tərcümanı 

187
 ~ 
 
• 
Makaryadakı  I  qurultayda  yeddi-səkkiz  ziyalı  müsəlman 
olduğu halda Peterburqdakı ikinci qurultayda onların sayı artıq 30-
40 idi v
ə  onların  hamısı  millət  yolunda  çalışmağa  başladı 
(«Zamanımızın məsələləri»). 
• Müs
əlmanların birinci qurultayında hansı qərarlar verildi? 
Əvvələn,  millətin birləşməsinə, birlikdə  iş  görülməsinə, saniyən, 
mill
ətin maddi, mənəvi tərəqqisinə  və  salisən, ümumi Vətən 
işlərində rusların  mütərəqqi  ziyalıları  və  partiyaları  ilə  əməkdaşlıq 
edilm
əsinə («Zamanımızın məsələləri»). 
•  …sair mill
ətlər  milli  ideologiyası  olan  partiyalar 
yaradanda biz q
əflət yuxusunda idik. Nə  üçün sayı  yarımız,  hətta 
dördd
ə  birimiz qədər olmayan millətlər təşkilatlanıb,  nizamlı, 
m
əsləkli bir ideologiyaya sahib olduğu halda, bizlər ya bir millətə 
quyruq, ya bir firq
əyə yamaq olmalıyıq? Cahillik, qafilik, amma bu 
t
əbii hal deyil. Elə  isə,  islahı  mümkündür  («Zamanımızın 
m
əsələləri»). 
• 
İnsanların görüş və düşüncələri fərqli ola bilər. Lakin bu 
hal milliyy
ət,  xalq  düşüncəsinə  əngəl  olmamalıdır.  Bir  ananın  üç 
övladının  üç  fərqli  fikri,  düşüncəsi ola bilər. Amma anaya 
münasib
ətdə fərqli fikir olmamalıdır («Zamanımızın məsələləri»). 
•  Bir mill
ətə  ilk öncə  lazım  olan  üç  şeydir:  milli  düşüncə, 
milli dil, milli t
əhsil («Zamanımızın məsələləri»). 
• Milli birliyin t
əşəkkülü nə düşünüldüyü qədər ağır, nə də 
düşünüldüyü qədər yüngüldür. Buna nail olmaq üçün xaricdəki və 
daxild
əki bir xeyli maneə  dəf edilməlidir. Birlik əmələ  gətirmək 
üçün sad
ə  xalq həmişə  hazırdır.  Yol  göstərilərsə, irəliləyiş 
olacaqdır.  Lakin  yolbaşçılarımız  yardım,  yardım  etməlidirlər 
(«Zamanımızın məsələləri»). 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə