Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə52/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   48   49   50   51   52   53   54   55   ...   93

• Bütün türkl
ərin tərcümanı 

161
 ~ 
 
g
ələcəyə  ümidlərini  itirmiş  insanların  qəlbində  bir  ümid  çırağı 
yandırmışdır.  Gülcamal  qadın  libasında  xalqın  qarşısına  çıxır  və 
bütün h
əqiqəti söyləyir. «Dinə  və  millətə  xəyanət edən» 
Daşdəmirkimilərin  əməllərindən  bezmiş,  hiddətlənmiş  xalq  «mələk 
kimi göz
əl, ən cəsur döyüşçü kimi baxışı olan silahlı qızı» alqışlarla 
qarşılayırlar.  Gülcamalın  onlara  müraciətlə  dediyi «bu günlər  saçlı-
saçsız,  qadın-kişi  yoxdur,  əsgər  vardır»  -  sözləri  adamları  düşmənə 
qarşı  səfərbər  edir.  Daşdəmir mövqeyindən  uzaqlaşdırılır,  şəhərin 
müdafi
əsi  Süleyman bəyə  həvalə  olunur. Beləliklə,  şəhər  əhalisi 
toplu-tüf
əngli  düşmənə  hücum edir, çinlilər bu qəfil hücumu 
gözl
əmədiklərindən pərən-pərən  düşür,  məğlub  olurlar,  əsir 
düşməmək  üçün  barıt  çəlləklərini  partladıb,  özlərini məhv edirlər. 
Kaşqardan Üçturfana gələn yardımla bu şəhər də xilas olur, düşmən 
mühasir
əsi dağılır, Çin qoşunları geri çəkilir.  

əllif hekayəni bu sonluqla bitirsə  də,  əsərin  davamı 
olacağını,  Gülcamalın  yeni  hünərləri ilə  oxucunu  tanış  edəcəyi 
bildirilir. Yeri g
əlmişkən qeyd edək ki, tədqiqatçıların  fikrincə, 

əllif sonralar bu mövzuya müraciət etməmişdir.  «Arslan  qız» 
v
ətənpərvərlik ruhunda qələmə  alınmış  hekayədir. Müəllif bir 
t
ərəfdən  Daşdəmirin  timsalında  öz  xalqına,  onun  taleyinə  qarşı 
laqeyd, bigan
ə  rüşvətxor,  satqın,  həris məmurları  ifşa  edir,  digər 
t
ərəfdən Gülcamalın timsalında cəsur, qorxmaz, qəhrəman, tədbirli 
övladlarını  təqdir  edir.  Amansız  qəddar  düşmənin topu, tüfəngi, 
silahı, sursatı var. Gülcamal isə öz xalqını milli özünüdərklə, milli 
qürurla, ali hissl
ərlə  silahlandırmışdı.  Onlarda  oyanan  duyğular 
düşmənin hər  cür  silahından  üstün  olur,  xalq  həm daxilindəki 
satqınlardan, həm də xarici düşmənlərdən xilas olurlar. 
 


• Abid  Tahirli
 

162
 ~ 
 
 
GÜN DOĞDU 
Yeni zaman v
ə yeni kişilər 
(Milli roman) 
 
C
əhalət cəmiyyəti  başdan-ayağa  hərəkətsiz,  halsız,  durğun 
v
əziyyətə salsa da, böyük optimist İ.Qaspiralı təhsil, maarif yolu ilə 
t
ərəqqiyə  nail  olunacağına  ümidini  üzməmişdi.  Bəlkə  də  gələcəyə 
qeyri-
adi,  inanılmaz  inam  hissi  İ.Qaspiralını  digərlərindən 
f
ərqləndirən, onun fövqəladə  insan  kimi  formalaşmasına təsir 
göst
ərən  başlıca  amil  idi…  1905-ci ildə  qələmə  aldığı  və  «Qart 
Ağay» imzası ilə «Tərcüman»da (92, 93, 103, 106 və 1906-cı ilin 2, 
6,  10-cu nömr
ələrində) dərc etdirdiyi «Gün doğdu» əsəri də belə bir 
inamın  məhsulu kimi ərsəyə  gəlmişdi.  Əsər müəllifin oxucuya 
müraci
əti ilə başlayır. O, şair olmadığını, ifadə və ibarələrində xeyli 
qüsurlara rast g
əlinəcəyini, qəhrəmanlarının «hal və əhvalının» bər-
b
əzəksiz çatdıracağını söyləyir və bütün bunlara görə üzrxahlıq edir. 
«Olduqca sad
ə  yazacağam,  imkanım  çərçivəsində  bacardığımı 
verm
əyə çalışacağam» - deyən müəllif eyni zamanda gördüklərini, 
eşitdiklərini  doğru  yazacağına  söz  verir.  Əlbəttə,  oxucu  istedadlı 
yazıçı  İ.Qaspiralının  qələminin gücünə, sənətkarlıq  qüdrətinə 
b
ələddir. Bu, sadəcə,  yazıçının  təvazökarlığına  dəlalət edir, digər 
t
ərəfdən,  görünür,  yazıçı  üslub,  forma  rəngarəngliyi, oxucuda 
mövzuya maraq oyatmaq namin
ə bu vasitəyə əl atmışdır. Əsər boyu 
rast g
əlinən bədii təsvir və ifadə vasitələri – epitet, təşbeh, metafora, 
mübaliğə, kinayə  və  sairdən  gen-bol istifadə  olunmuşdur:  «Sizi 
daim  düşündürən, məşğul  edən  yatmış,  bəlkə  də  can  vermiş  ölü 


• Bütün türkl
ərin tərcümanı 

163
 ~ 
 
Şərqdə bir o qədər düşünəcək bir şey görmürəm», «Könül dəlidir, 
axar ged
ər, zəbt olunmaz», «Leyla xanım on səkkiz yaşlarında, ay 
üzlü, mavi gözlü, uzun, qara sa
çlı, boylu, incə əndamlı, gözəl bir qız 
idi… Baxışlar bir-birinə rast gəldi. İki tərəfin gözlərindən püskürən 
m
əhəbbət atəşi  və  sevinc  əlavə  sözə, kəlama ehtiyac qoymurdu. 
Heyran-
heyran  baxışlarda  dil  ilə  tərifi mümkün olmayan hallar 
b
əyan edilirdi», «Nə etməli, nədən başlamalı, sönmüş qəlbləri nə ilə 
alovlandırmalı,  kor  olmuş  gözü  necə  sağaltmalı,  qəflət səhrasında 
s
ərilib,  yatıb  qalmış  qoca  bir  milləti necə  oyatmalı,  necə  ayağa 
qaldırmalı…  kimi  suallar  ilə  xeyli zaman məşğul  oldu»,  «Molla 
görs
ə, pul verər, əmir görsə, əlin öpər», «Qısası, millətin varlığını 
çis v
ə duman bürümüş, dünyadan, aləmin hərəkət və tərəqqisindən 
bix
əbər idi. Millətin vücudu canı çıxmamış ölünü xatırladırdı. Hər 
k
əs ayrılıqda, hamı bir yerdə qəflət yuxusunda xor-ha-xor yatırdı», 
«N
ə  etməli, millət  yatmışsa,  nə  ilə  oyatmalı,  xəstə  isə  hansı 
d
ərmanla  sağaltmalı,  yaralı  isə  yarasını  nə  ilə  sarımalı, 
sehirl
ənmişsə, cadunu nə  ilə  pozmalı,  millətin vücudunu necə 
h
ərəkətə  gətirməli?» Bu cümlələri oxuyarkən  İ.Qaspiralının 
s
ənətkarlıq qüdrətindən, əsərinin dil, üslub, bədii məziyyətlərindən 
b
əhs etmək fikri arxa plana keçir: görünən kəndə  nə  bələdçi? 
C
əhalət içərisində boğulan cəmiyyətin gələcək taleyi səni daha çox 
düşündürür. Eyni zamanda fikirləşirsən ki, bu sətirləri yazan qələm 
n
ə qədər güclüdür ki, yanmır, bu mənzərəni gəzən göz necə işıqlıdır 
ki, nurunu itirmir, bu h
əqiqəti dərk edən, anlayan zəka nə  qədər 
enerjili, ehtiraslıdır ki, sönmür, bu yükü, əzabı çəkən ürək nə qədər 
dözümlüdür  ki,  partlamır?!  Məsələ  və  bəla  burasındadır  ki, 
üstünd
ən 100 il ötməsinə  baxmayaraq, ciddi mahiyyət, məzmun 
d
əyişikliyi baş verməmişdir… 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə