Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə51/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   47   48   49   50   51   52   53   54   ...   93

• Abid  Tahirli
 

158
 ~ 
 
t
ərpəndi,  saqqalı  titrədi.  Görünür  başına,  saqqalına  yağan  qar 
q
əlbindəki yanardağları da hələ tam söndürə bilməyib». 
Şagirdin  müəllimi  Molla  Abbasla  görüşü  maraqlı,  mənalı, 
düşündürücüdür. Molla Abbas türklərin Avropaya yürüşündən, Gül 
baba ziyar
ətinin tarixindən, islam dininin üstün məziyyətlərindən 
böyük h
əvəslə danışır. Şagirdi düşündürən, narahat edən problemlər 
xeyli mür
əkkəb, çox ciddidir: islam dininin və ölkələrinin bu günü 
v
ə  gələcək  taleyi,  islam  dünyası  həqiqətənmi geriləmədə  və 
çökm
əkdədir? İslamın qurtuluşu üçün çarə və dərman varmı? İslam 
dövl
ətlərinin bugünkü vəzifələri hansılardır? 
Şagirdin  suallarına  cavab  vermək müəllim üçün də  asan 
deyil,  o  vaxtın  darlığına  işarə  vuraraq, məsələnin müzakirəsinin 
mür
əkkəb  olduğu  kimi  «uzun, həm də  çətindir»  -  deməklə 
kifay
ətlənməli olur. 
Molla  Abbasın  da  tövsiyəsi ilə  şagirdi  Qərb-Şərq 
münasib
ətlərində «İslam aləmi və türk dünyasının rolunu ən çox və 
ən yaxşı bilənlərdən biri» Rəşid əfəndi ilə görüşür və ona ilk sualını 
verir: Müs
əlmanlar harada olursa olsun, necə yaşayırlarsa yaşasın, 
Avropalılara nisbətən geri qalırlar. Bunun səbəbi nədir? 
R
əşid  əfəndi «Cəhalətdir»  -  deyə  bir sözlə  cavab verir. 
Cavab şagirdi qane etmir: 
-  Niy
ə  islam  dünyası  cahil  qalır,  digər xalqlar oxuyur, 
öyr
ənirlər? 
R
əşid əfəndi şagirdə müraciətlə: - İstəyirsinizmi əsl fikrimi 
söyl
əyim? Lakin qorxuram, bu sizi incitsin. 
Şagird: Lütf edin, əfəndim söyləyin – deyir və əsər burada 
bitir. Doğrudur, əsərin sonunda «ardı var» yazılmışdır. Lakin əsərin 
davamına  nə  qəzetdə, nə  də  əlyazma,  yaxud  kitab  şəklində  heç 
yerd
ə  təsadüf  edilmir.  Bir  sıra  tədqiqatçılar  (məs.:  Ə.Y.Akpinar) 


• Bütün türkl
ərin tərcümanı 

159
 ~ 
 
əsərin  sonluğuna  –  «ardı  var»a  istinad  edərək,  əsərin  yarımçıq 
olduğu qənaətinə gəlirlər. Fikrimizcə, əsər yarımçıq deyildir və bu 

əllifin özünəməxsus  bir  üsuludur.  Oxucunu  düşünməyə  vadar 
ed
ən, mövcud vəziyyəti götür-qoy etməyə,  ondan  xilas  olmağa 
çağıran  cavabdır.  Əslində, bundan əvvəlki istər bədii, istər 
publisistik 
əsərlərində  İ.Qaspiralı  bu  sualla  tam  cavab  vermişdir. 
Geriliyin t
ək səbəbi cəhalətdir, cəhalət isə  məktəb, elm olmayan 
yerd
ə bərqərar olur… 
 
Arslan qız 
 
Maarifçi  yazıçı,  naşir,  redaktor  İ.Qaspiralının  maraqlı 
hekay
ələrindən biri «Arslan qız»dır. «Tərcüman» qəzetinin 1893 və 
1895-ci il nömr
ələrində iki dəfə dərc edilmişdir. 
Əsərin məzmunu maraqlı, ideyası ibrətamiz və aktual, süjet 
x
ətti və kompozisiyası sadə, dili zəngin, canlıdır. Qədim türk diyarı 
Kaşqarın  Üçtürfan  şəhəri neçə  müddətdir  ki,  amansız,  qəddar Çin 
qoşunları  tərəfindən mühasirədə  saxlanılır.  Əhali  düşmənə  ciddi 
müqavim
ət  göstərsə  də,  şəhərin  ərzaq,  su,  silah  ehtiyatı 
tük
ənməkdədir. Belə bir şəraitdə şəhər əhalisi və rəhbərliyi düşmənə 
t
əslim olmaq, yaxud ölənədək müqavimət göstərmək barədə  ortaq 
fikr
ə  gələ  bilmir.  Düşmənin təslim olmaq barədə  ultimatumuna 
cavab verm
ək vaxtı isə sürətlə tükənməkdədir. 
Şəhərin mühafizəsinə  cavabdeh  olan  Şeyx  İzzət ata təslim 
olmaq bar
ədə  fikirləşmək belə  istəmir.  «İmanımız  və  qılıncımızdan 
başqa  dostumuz  yoxdur»  -  deyə  şəhər əhalisinə  müraciət edən  Şeyx 
düşmənin ultimatumuna dərhal rədd cavabı verməyi təklif etsə də, bir 
qisim  adam  Kaşqarın  da  mühasirədə  qaldığını,  oradan  yardım 
g
ələcəyinə  ümid etməyin mənasız  olduğunu  deyir  və  çıxış  yolunu 


• Abid  Tahirli
 

160
 ~ 
 
q
ətliamdansa  düşmənin  şərtlərini qəbul etməkdə  görürlər. Fikir 
ayrılığını görən Şeyx İzzət atanın yeganə övladı ağıllı, igid Gülcamal 
xalqa müraci
ət edir: «Üçturfanımızın məşhər günləridir. Zalım düşmən 
kişi-qadın,  kiçik-böyük bilmir, biz də  bütün gücümüzlə  çarə 
tapmalıyıq.  Kaşqardan  imdad  gələcəyi  bilinmir,  lakin  yardım 
g
əlməyəcəyi də  məlum deyil… Ey dostlar,  başımızı,  vücudumuzu 
düşmən  üçün  qorumaqdansa,  canımızı  şərəflə  fəda etmək daha 
f
ərzdir». Onu dinləyənlər təsirlənir və  bu qənaətə  gəlirlər ki, bütün 
əziyyətlərə baxmayaraq, düşmənə təslim olmaq olmaz: «On dəfə can 
f
əda etmək, bir dəfə çinliyə baş əyməkdən daha yaxşıdır!» Gülcamal 
mühasir
ədən  çıxıb  Kaşqara  xəbər verməyi öz üzərinə  götürür. Çox 
ç
ətinliklə Üçturfandan çıxır və Kaşqara yollanır. 
Kaşqarda  da  vəziyyət  ağırdır.  Burada  da  Çin  işğalının 
reallaşması  təhlükəsi var. Digər tərəfdən isə  Daşdəmir kimi  satqın 
m
əmurlar Çin sərdarından  rüşvət  alır,  doğma  xalqına  xəyanət edir, 
n
əfsinin  qurbanına  çevrilirdi.  Gülcamal  Kaşqarda  vəziyyətin çox 
g
ərgin olduğunu anlayır, çıxış yolunu xalqı mövcud vəziyyətlə tanış 
etm
əkdə,  onun  milli  duyğularını  ayılmaqda  görür.  Bunun üçün isə, 
bütün şəhər əhalisini bir yerə toplamaq, onlara müraciət etmək lazım 
idi. Gülcamal h
əmşəhərlilərinin onun ünvanına qürurla «arslan qız» 
söyl
ədikləri tədbirli,  igid  qız  və  taleyüklü  işi  qadınların  köməyi ilə 
h
əyata keçirməyi qərara alır. Cümə günü – şəhər qadınlarının hamam 
günü  kişi  qiyafəsində  hamama soxulur. Bu dəhşətli xəbər  ildırım 
sür
əti ilə şəhərə yayılır, hamı hamamın qarşısındakı meydana axışır. 
Daşdəmir də  öz dəstəsi ilə  buradadır.  Hövkəli, qəzəbli  xalq  qadın 
hamamına  girən  kişini  edam etmək üçün onun içəridən  çıxmasını 
t
ələb  edir.  İçəridə  isə  Gülcamal  artıq  öz  işini  görmüşdür:  qadınlara 
h
ər  şeyi  anlatmış,  onları  düşmənə  qarşı  səfərbər  etmiş,  rüşvətə 
qurşanmış,  insafsız  məmurların  özbaşınalığından  zinhara  gəlmiş, 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə