Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə44/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   40   41   42   43   44   45   46   47   ...   93

• Bütün türkl
ərin tərcümanı 

137
 ~ 
 
q
əzeti yox, «Rossiya» qəzetidir,  çünki  keçmişlə  yaşayır» 
(«Rossiya» q
əzetinə cavab). 
İ.Qaspiralı  ortaq  dil  məsələsinə  biganə  yanaşanlara,  ona 
inanmayanlara, doğma dilə qarşı laqeyd münasibət bəsləyən yazıçılara, 
mill
ət vəkillərinə  də  qarşı  amansızdır.  «Heç  kim  bilməsə  də, sevgili 
müh
ərrir dostlarım bilməmiş deyildir ki, adı olmayanın özü də olmaz» 
- söyl
əyən İ.Qaspiralı slavyanlar rus, kazak, xaxol olduğu kimi, türklər 
d
ə «Kazan türkləri», «Krım və Qafqaz türkləri», «Anadolu türkləri», 
«Sibir türkl
əri», «Kaşqar türkləri»…dir, elə beləcə də deyilsə, yazılsa 
olmazmı?  –  deyə  sual edir. Sonra türk dilində  danışan  xalqların 
lüğətlərindən sitatlar gətirərək  onların  əslində  eyni kökdən  olduğunu 
açıq-aydın  göstərir və  məqaləsini millətlərin tərəqqisinin, ad-san 
çıxarmasının  əsas səbəbinin  ədəbiyyatın,  ədəbi dilin sayəsində 
mümkün olduğu fikri ilə tamamlayır (Rəfiqlərimə açıq məktub). 
«Can  alıb  can  verəcək məsələ»  adlı  məqalə  həm məzmun, 
h
əm ideya, həm də kompozisiya baxımından diqqəti çəkir. Müəllif 
«Yıldız» qəzetində dərc edilmiş «Dumadakı millət vəkillərinin dili» 
adlı məqalədən sitat gətirir. Kazanlı, ufalı, daşkəndli, qafqazlı, krım-
lı… - hər kəs öz şivəsinə üstünlük verir və bu dildə danışmağı təklif 
edir. Rusdillil
ər kəkələyir, sosialistlər dilin, ədəbiyyatın  burjua-
ziyaya aid olduğunu, onlara torpaq, aş və hürriyyət lazım olduğunu 
bildirir. «T
ərcüman»ın mövqeyi, inancı dəyişməzdir: Gələcəyimizə 
s
ədd çəkmiş və çəkəcək bir şey varsa, o da dilsizlikdir! 
H
ər dəfə dil probleminə müxtəlif aspektlərdən, üslub-forma 
baxımından  da  fərqli  toxunan  İ.Qaspiralı  eyni  mövzu  ilə  həm 
oxucunun diqq
ətini çəkməyə, həm problemi gündəlikdə saxlamağa, 
h
əm də  onun həllinin  vacibliyini  bir  daha  vurğulamağa  nail  olur. 
«Dilsiz adam n
ədirsə,  ədəbi və  ümumi dili olmayan millət də 
tamamil
ə odur» - «Can, ya da dil məsələsi» (22 yanvar 1908, № 5; 


• Abid  Tahirli
 

138
 ~ 
 
25 yanvar, № 6) adlı məqaləsini bu mülahizə ilə başlayan müəllif 
mill
ətin gələcəyinin təminatçısının da mal-pul yox, məhz ədəbi dilin 
olduğu  qənaətindədir.  O,  yunanları,  danimarkalıları,  norveçliləri 
örn
ək gətirir və onların bir millət kimi mövcudluğunda ədəbi dilin 
böyük rol oynadığını qeyd edir, yazır ki, bir dilsiz kişinin lu, lu, lu, 
lu, lu, lu, lu, lu, bu, bu, bu, bu, bu… kimi bir-iki heyvani s
əs 
çıxarmağın insanlıq olmadığı kimi, ədəbi dildən məhrum millət də 
t
ərəqqi edə bilməz… 
Osmanlı  dilinin  ötən dövrlərə  nisbətən  çox  işlək hala 
düşdüyünü,  sadələşdiyini məmnunluqla  vurğulayan  İ.Qaspiralı 
bundan sonra daha çox çalışmaq lazım olduğu fikrini gizlətmir və 
«aslan» kimi mill
ətimizin  başına  gələn fəlakətlərdə  hələ  də  ortaq, 
ümumi, işlək bir dilin yoxluğunun da təsir etdiyini göstərir. 
M
ətbuatda və  ziyalılar  arasında  ortaq  dilin  formalaşması  ilə 
bağlı  gedən mübahisələrə  toxunan müəllif «hər tərəfdə  zühur edən 
q
əzetlərimizin hər birinin bir dil ilə meydana çıxdığını, Peterburqda 
«Nur», Uralskda «Fikir», Kazanda «Müxbir», Bakıda «Həyat»ın öz 
şivələri ilə nəşrə başladığını, tədriclə «türkcəyə çevrildiklərini» yazır. 
T
əhsil  proqramlarında  da  islahatlar  aparılması  yolu  ilə  ortaq dilin 
formalaşmasına  yardım  edilməlidir.  Yazı  İ.Qaspiralının  oxucularına 
müraci
əti ilə  bitir: «Dil birliyi, ədəbi  dil  üçün  çalışaq,  çalışaq, 
çalışaq». «Can və həyat məsələsi» (11 dekabr 1909, № 50), «Kitab və 
dil m
əsələsi»  (16  aprel  1910,  №  16),  «Əfəndilər, dil gərək, dil» (9 
dekabr  1911,  №  50)  kimi  məqalələrində  də  təhsilin «ana dilində  – 
türk dilind
ə»  aparılmasının,  qəzet, jurnal və  kitab  nəşrlərinin də  bu 
doğma dildə həyata keçirilməsinin vacibliyi qeyd olunur. 
X
əlil Xasməmmədov  Dumanın  müvafiq  komissiyasının 
doğma  dildə  təhsilə  icazə  ilə  bağlı  iclasında  «tatar»  yox  «türk» 
k
əlməsi işlədilməsi təklifini irəli sürmüş, erməni, gürcü və rusların 


• Bütün türkl
ərin tərcümanı 

139
 ~ 
 
da daxil olduğu komissiya üzvləri «türk» kəlməsinin «pantürkizmə 
xidm
ət edəcəyindən qorxub bu təklifi rədd  etmişlər.  İ.Qaspiralı 
«vay, politika, politika! M
əktəblərə girməsəydin nə gözəl olurdu» - 
yazır  və  qəzəbini gizlətmir: Tatar qövmü mövcud deyil, tatar dili 
yoxdur! Dilimiz
ə nə ad verilir verilsin, həqiqətdə bu dilin adı türk 
dilidir!» (Can v
ə həyat məsələsi). 
İ.Qaspiralının həyatı, fəaliyyəti, yaradıcılığı bütün türk-islam 
dünyası  ilə sıx  bağlı  olmuşdur,  lakin  və  əlbəttə  ki, Baxçasaray bu 
sırada  öndə  gəlir, elə  isə  qətiyyətlə  demək  olar  ki,  Qaspiralının 
ədəbi, mədəni, mətbu, hətta şəxsi tərcümeyi-halında Baxçasaraydan, 
Krımdan  sonra  Bakı,  Azərbaycan gəlir.  Bu  baxımdan  Azərbaycan 
m
ətbuatı ilə də bağlı İ.Qaspiralının fikirləri, qənaətləri çox yerində 
v
ə  təbii görünür. «Cəlal  əfəndinin «Kəşkül»  məcmuəsi» (8 may 
1883,  №  4),  «Təəssüf»  (5  dekabr  1891,  №  42),  «Tiflisdə  yeni 
q
əzet» (19 aprel 1903, № 15), «Lisan məsələsi» (4 noyabr 1905, № 
90; 7 noyabr 1905, № 91), «Açıq məktub» (15 mart 1906, № 26), 
«Dil haq
qında» (18 dekabr 1906, № 142), «Dil ətrafında» (30 iyul 
1913,  №  169;  31  iyul  1913,  №  170),  «Yenə  dil  ətrafında»  (4 
sentyabr 1913, № 194), «Məsələlər-qəzetlər» (15 oktyabr 1913, № 
227), «Xoşbəxt ekizlər» (22 aprel 1914, № 88), «Molla Nəsrəddin» 
(5 yanvar 1
914,  №  4)  kimi  məqalələrində  İ.Qaspiralı  «Əkinçi», 
«K
əşkül»,  «Ziya»,  «Ziyayi-Qafqaziyyə»,  «Şərqi-Rus», «Həyat», 
«İqbal»,  «Molla  Nəsrəddin», «Məktəb» kimi mətbu orqanlardan
onların  naşir,  redaktor  və  əməkdaşlarından,  qəzet və  jurnalların 
toxunduqları  problemlərdən,  materialların  dil-üslub, sənətkarlıq 
m
əsələlərindən, bu nəşrlərin Rusiya müsəlmanlarının  tarixində  və 
taleyind
ə oynadığı mühüm roldan gen-bol bəhs etmişdir. 
H
ələ  yaradıcılığının  ilk  dövrlərində  –  1880-1881-ci illərdə 
q
ələmə  aldığı  «Baxçasaray  məktubları»,  «Rusiya  müsəlmanları» 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə