Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə41/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   37   38   39   40   41   42   43   44   ...   93

• Bütün türkl
ərin tərcümanı 

127
 ~ 
 
 
Ümumi yığıncaq 
 
İ.Qaspiralını  Rusiya  türkləri, müsəlmanları,  onların 
probleml
əri nə  qədər  düşündürür,  necə  narahat edirdisə, 
ümumiyy
ətlə dünyadakı islam əhlinin mövcud durumu, taleyi də o 
q
ədər məşğul  edir  və  əndişələndirirdi. Təsadüfi deyil ki, o istər 
Avropaya, ist
ər Şərq ölkələrinə, istərsə də Afrikaya səyahətlərində 
müs
əlmanların  həyat, təfəkkür tərzi, elm, təhsil, tərəqqi  yolundakı 
f
əaliyyətləri ilə  ciddi  maraqlanır,  onları  araşdırır,  dindaşlarının 
c
əhalətdən  xilası  üçün  var  qüvvəsi ilə  çalışırdı.  Onun  ideyası, 
t
əşəbbüsü, təşkilatçılığı,  iştirakı  ilə  Misirdə  –  Qahirənin 
«Kontinental»  otelind
ə  Dünya müsəlmanlarının  ilk  qurultayının 
keçirilm
əsi  ideyası  dediklərimizə  parlaq nümunədir. «Ümumi 
yığıncaq»  adlı  məqalədə  («Tərcüman»,  №  56,  7  sentyabr  1907) 
İ.Qaspiralı  harada,  hansı  bir  idarə  altında  yaşamalarından  asılı 
olmayaraq,  qonşuları  və  digər millətlərlə  müqayisədə  geridə 
qaldıqlarını  təəssüflə  bildirir və  yazır  ki,  1905-ci ildə  Rusiya 
müs
əlmanlarının ilk qurultayı keçirildi. Bu toplantı müsəlmanların 
h
ərəkətə  gəlməsinə,  şüurlarında  ciddi  dəyişikliklərin yaranmasına 
böyük t
əsiri  oldu.  Artıq  belə  bir  toplantının  dünya  miqyasında 
keçirilm
əsinə  ehtiyac  yaranmışdır.  Din  və  ədəbiyyat xadimlərinin, 
müh
ərrirlərin iştirak edəcəyi bu konqresdə dünya müsəlmanlarının 
probleml
əri müzakirə  edilməli, sosial, mədəni tərəqqiyə  yol açan 
t
ədbirlər müəyyənləşdirilməlidir.  İ.Qaspiralıya  görə  belə  bir tədbir 
«b
əlkə  yatmış  olan  böyük  islam  bədəninin  ayılmasını  mümkün» 
ed
əcəkdir. İslam xalqlarının böyük təəssübkeşi olan İ.Qaspiralı belə 
bir konqresin mü
əyyən səbəblər  ucbatından  İstanbulda yox, 
Qahir
ədə keçirilməsini məqsədəmüvafiq hesab edir və bu hər kəsi


• Abid  Tahirli
 

128
 ~ 
 
xüsusi il
ə  mətbu orqan nümayəndələrini tədbirin  proqramının 
hazırlanmasında iştiraka çağırırdı. 
 
Dünya müs
əlmanlarının konqresi 
 
Elm, t
əhsil, mədəniyyət sahələrindəki  inkişafdan  və 
ümumiyy
ətlə, dövrün tələblərindən, tərəqqidən çox geridə  qalan 
islam  xalqları  nümayəndələrinin toplanaraq bu bəlalardan xilas 
olmağın,  problemlərin birgə  həllinin zəruriliyini  İ.Qaspiralı 
m
əqalələrində  dəfələrlə  göstərmiş,  istəyinə  qismən  çatmış,  Rusiya 
müs
əlmanlarının qurultaylarının keçirilməsinə nail olmuşdur. Onun 
dünya müs
əlmanlarının da konqresini keçirmək ideyası çətinliklə də 
olsa, reallaşmışdır. Qurultaya hazırlıq, onun iştirakçıları, gündəliyi 
v
ə gedişi, dünya müsəlmanlarının həyatında bu tədbirin əhəmiyyəti 
bar
ədə İ.Qaspiralı «Dünya müsəlmanları konqresi» adlı əsərlərində 
(«Sıratı  müstəqim»  jurnalı,  İstanbul,  №  42,  1907  və  Baxçasaray, 
«T
ərcüman» qəzetinin mətbəəsi, 1909) ətraflı bəhs etmişdir. 
İslamın  oyanışı  dövründə  Misir,  Hindistan,  Osmanlı,  İran 
kimi dövl
ətlərdə  çox böyük elm xadimlərinin, filosof və  şairlərin 
yetişdiyini  qeyd  edən müəllif yenidən müsəlman həyatında  bir 
h
ərəkət,  canlanma  olduğunu  məmnunluqla qeyd edir. Müəllif 
q
ənaətlərində  yanılmır,  elə  dünya müsəlmanlarının  Qahirədə  bir 
araya g
əlməsini belə işartıya işarə hesab etmək olar. 
1907-
ci  il  noyabrın  1-də  Qahirəyə  müxtəlif ölkələrindən 
g
ələn 500-dən çox nümayəndənin  iştirakı  ilə  qurultay  öz  işinə 
başladı.  Tədbir dünya ictimaiyyətinin,  islam  dostlarının  olduğu 
kimi,  islam  düşmənlərinin də  qəzetlərin maraq dairəsində  idi. 
Qurultay  iştirakçıları  tərəfindən  alqışlarla  qarşılanan  İ.Qaspiralı 
dünya, o cüml
ədən Rusiya müsəlmanları  qarşısında  duran 


• Bütün türkl
ərin tərcümanı 

129
 ~ 
 
t
əxirəsalınmaz, həlli zəruri sayılan problemlərdən ətraflı bəhs etdi, 
t
əhsil, elm, mədəniyyət  sahələrində  dövrün tələbləri ilə 
ayaqlaşmanın  vacib  olduğunu  vurğuladı.  Bu  sahədə  müəyyən 
ir
əliləyişlərin  əldə  edildiyini deyən natiq islam millətlərinin 
h
əyatına araşdırıcı bir nəzərlə baxılsa, orada yüksəlişdən daha çox 
geril
əmənin diqqətçəkici olduğunu təəssüflə söyləyir: «Mədrəsə və 
m
əktəblər xarab və  faydasız  haldadır.  Sənaye yox həddindədir, 
ticar
ət sönməkdədir, dünya ticarətində  hissəmiz  çox  azdır,  bank-
maliyy
ə işlərində, dəniz ticarətində payımız yoxdur. 300 milyonluq 
bir ümm
ətin 30 gəmili bir dəniz  şirkəti,  beş  milyonluq  sərmayəsi 
olan  bir  bankı  yoxdur!»  İ.Qaspiralı  ata-babadan qalma bərəkətli 
torpaqların  verdiyi  nemətləri belə  dünya  bazarına  çıxara 
bilm
ədiyimizi,  onları  da  əcnəbi gəmiçilərə  verdiyimizi, hünər, 
m
ərifət, elm, tərəqqi yolu ilə  hasil  etdiyimiz məhsulun da çox az 
olduğunu  təəssüflə  dilə  gətirir.  İ.Qaspiralı  müsəlman cəmiyyətinin 
acı,  ağır  mənzərəsini o qədər  aydın,  açıq,  eyni  zamanda  kəskin, 
alovlu, t
əsirli nitqlə  təsvir edir ki, dedikləri dinləyənlərin qəlbinə, 
beynin
ə  nüfuz edir, onları  düşündürür,  qayğılandırır,  hərəkətə 
g
ətirir, səfərbər edir: «Həzarat! Bir qövm, yaxud bir millət siyasi 
hakimiyy
ətini, müstəqilliyini itirsə, bu böyük fəlakətdir, böyük 
ziyandır,  lakin  iqtisadi,  ticari  fəaliyyətini itirsə, bir yox, on dəfə 
ziyandır, məhv olmanın başlanğıcıdır». İ.Qaspiralı elm, mədəniyyət, 
t
əhsil yolu ilə  tərəqqi edən digər xalqlardan nümunə  götürməyə 
çürük, köhn
əlmiş  adət,  ənənələrdən,  avamlıqdan,  xurafatdan  xilas 
olmağa dəvət edir. 
Dünya müs
əlmanlarının  konqresində  «Rusiya müsəlman-
lar
ının  indiki  durumu,  onlar  arasındakı  əqli hərəkətlər», «Zəhmət 
haqsız ilk təhsilin vacibliyi, qaydaları, həyata keçirilməsi», «Bütün 
müs
əlmanların oyadılması üçün Müsəlman konqresinin vacibliyi və 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə