Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə37/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   33   34   35   36   37   38   39   40   ...   93

• Bütün türkl
ərin tərcümanı 

115
 ~ 
 
düşdüyünə, zəiflədiyinə işarə vuraraq yazır: «İndiki dəmir dövründə 
ağac komalarda ömür sürən, ağac araba ilə yol gedən, ayağı çılpaq, 
yaxud  çarıqla  gəzən  yalnız  ruslar  ilə  müsəlmanlardır».  Rusiyanın 
xarici v
ə daxili siyasətinin belə acınacaqlı mənzərə yaratdığını qeyd 
ed
ən müəllif göstərir ki, sadə  rus  xalqı  ilə  müsəlmanlar  arasında 
düşmənçilik, dözümsüzlük, soyuqluq, nigarançılıq  yoxdur,  lakin 
«r
əsmi Rusiya»ya gəlincə, bu belə  deyildir. Rəsmi Rusiya 
müs
əlmanları heç vaxt müdafiə etməmiş, daim günahkar olsa belə, 
xristianlığın  mənafeyini  qorumuşdur.  İ.Qaspiralı  qərəzli rus 
m
ətbuatını, rus rəsmilərini qınayır və dövlətin müsəlman siyasətinin 
d
əyişdirilməsinin tarixi zərurət olduğunu vurğulayır. 
 
 
Rusiyada m
ətbuat və islam nəşrləri 
 
Yaşadığı  dövrdə  mətbuatın  tərəqqiyə  təkanverici qüvvə 
olduğunu  anlayan  İ.Qaspiralı  Rusiya  müsəlmanlarının  nəşrinə  nail 
olmaq üçün f
ədakarlıqla  çalışmışdır.  Onun  «Rusiyada  mətbuat və 
islam n
əşrləri» adlı yazısını da («Tərcüman», 1884-cü il, 8 yanvar, 
№  1)  bu  qayğının  bariz  nümunəsi hesab etmək olar. Bu analitik 
m
əqalə, həm də mətbuat tarixini araşdırmaq baxımından dəyərli və 
diqq
ətçəkəndir. Müəllif XIX  əsrin  II  yarısında  Rusiyadakı 
müs
əlman nəşrləri  haqqında  müəyyən təəssürat yaratmaq üçün 
konkret faktlara müraci
ət edir: «Rusiyada türk dilində  dörd qəzet 
n
əşr  olunmaqdadır.  Tiflisdə  «Ziya», «Kəşkül»  Azərbaycan 
şivəsində  və  Daşkənddə  «Türkistan qəzeti» (1870-ci ildən rus 
dilind
ə  çıxan  «Türkestanskie  vedomosti»  rəsmi qəzetinin özbəkcə 
variantı) sart şivəsində nəşr olunur. «Tərcüman» isə Baxçasarayda 
rusca v
ə  Krım  türkcəsində  çıxmaqdadır.  Bu  qəzetlərin dördü də 


• Abid  Tahirli
 

116
 ~ 
 
kiçik  formatlıdır».  Sonra  müəllif qəzetin  naşirləri,  redaktorları 
bar
ədə  məlumat verir, qeyd edir ki, «Ziya» qəzeti Səid Ünsizadə, 
«K
əşkül»  Cəlal Ünsizadə, «Türkistan qəzeti» Nikolay Petroviç 
Ostroumov t
ərəfindən  buraxılır.  Ərəb hərfləri ilə  basmaxanaların 
(n
əşriyyatların)  sayı  8-dir: Peterburqda Akademiya  basmaxanası, 
Kazanda  Universitet  basmaxanası  və  daha iki qeyri-rəsmi 
basmaxana,  Daşkənddə  Vilayət  basmaxanası,  Tiflisdə  Ünsizadə 
basmaxanası və digəri də Baxçasarayda «Tərcüman»ın basmaxanası 
f
əaliyyət göstərir. «İslamların baş kitab bazarı»nın Kazan olduğunu 
vurğulayan İ.Qaspiralı burada nəşr edilən kitabların bütün Rusiyaya 
yayıldığını göstərir, eyni zamanda xarici ölkələrdə ərəb əlifbası ilə 
buraxılan kitabların Rusiyaya demək olar ki, gəlmədiyini təəssüflə 
yazır.  Maraqlı  və  diqqətçəkəndir ki, müəllif 1883-cü ildə  Kazan, 
Peterburq, Tiflis, Baxçasarayda n
əşr olunan bütün kitabların cəmisi 
haqqında,  onların  adı  və  tirajı  barədə, nəşr  olunduğu  şəhər barədə  
m
əlumat verir. Nəşrlərdən 2-si Peterburqda, 5-i Tiflisdə, 1-i 
Baxçasarayda,  qalanları  Kazanda  buraxılmışdır.  Az  qismi  əlifba, 
lüğət, hekayədən,  əksəri isə  dini kitabdan ibarət olan həmin 
n
əşrlərin  ən  azı  100  nüsxə,  ən çoxu 60.000 nüsxə  cəmi 703.000 
tirajla çap edilmişdir. İ.Qaspiralı sonuncu rəqəmin ilk baxışda çox 
göründüyünü, lakin dig
ər  xalqların  nəşrləri ilə  müqayisəolunmaz 
d
ərəcədə  az  olduğunu  yazır,  qeyd  edir  ki,  kitab  nəşri  yəhudi və 
erm
ənilərdə  bizdən 3 qat çoxdur, ermənilər isə  bizdən 5 dəfə  çox 
q
əzet buraxır. 
Elm
ə, sənətə  dair  kitabların  olmadığını  ciddi  qüsur  hesab 
ed
ən  Qaspiralı  «çox  oxumaq, çox yazmaq və  nəşr  etmək 
m
əcburiyyətindəyik»  -  deyə  həyəcan təbili  çalır,  sonda  da 
x
əbərdarlıq  edir:  tərəqqi dövründən geri qalmamaq istəyiriksə, 
d
ərdimizə çarə tapmalıyıq, artıq vaxtdır, sonra gec olacaq! 


• Bütün türkl
ərin tərcümanı 

117
 ~ 
 
 
Köhn
əçilik – yeniçilik 
 
«Sosial h
əyatımızı bu gün ən çox zəhərləyən və millətimizin 
əksər işlərinə, xoş gələcəyinə sədd çəkən, ayaq çalan «köhnəçiliklə 
yeniçilik t
ərəfdarlarının  arasındakı  mübarizənin ifrat dərəcədə 
olmasıdır» - bu cümlə ilə başlayan məqalədə («Tərcüman», № 19, 5 
may 1909) İ.Qaspiralı bu axınların müsəlman həyatında təzahürünü 
t
əbii hesab etsə  də,  onların  çəkişməsinin həddən  artıq  kəskin 
olduğunu təqdir etmir. İki min il əvvəl 40 allaha iman edən qədim 
yunanlar  buna  şübhə  edən və  yaradanın  bir  olduğunu  iddia  edən 
Sokratı  qətlə  yetirdi.  Odur ki, köhnəlik çox əski zamanlardan da 
«rahatlığı  pozdu»,  «adətləri pozdu», «məzhəbi pozdu», «dini 
pozdu» kimi adlar altında yeniliyə qarşı mübarizə aparmışdır. Buna 
aid q
ədim və  orta dövr Avropa tarixindən  maraqlı  misallar  çəkən 
İ.Qaspiralı  bu  mübarizənin bütün dövrlərdə  keçmişdə, indi də 
olduğunu, gələcəkdə də olacağını qeyd edir, lakin bizim cəditçilərlə 
q
ədimçilər  arasında  mübarizənin  çox  şiddətli  şəkil  aldığını 
vurğulayır.  Rezin  qaloşu,  dəmir  yol  vaqonunu,  açıq  faytonu, 
botinkanı şeytan əməli, şarlatanlıq kimi anlayıb rədd edənlərə üzünü 
tutan mü
əllif «belə  mərəzə, belə  vərəmə  dözmək  olarmı?  –  deyə 
f
əryad qoparır. Belə bir zamanda «Tərcüman»ın çıxması və onun da 
m
əktəblərdə  islahat aparmaq, yeni təhsil sisteminə  –  üsuli cədidə 
keçm
ək  ideyasını  irəli  sürməsi «ictimai fikri dəniz kimi 
dalğalandırdı,  qabartdı,  lərzəyə  gətirdi. «Tərcüman» kimdir ki
m
əktəb bəyənmir?» Bütün müqavimətlərə, çətinliklərə baxmayaraq, 
«T
ərcüman» millətin  düşüncəsini hərəkətə  gətirib yeni üsulu, ta 
Kaşqara  qədər,  Rusiyanın  və  Asiyanın  hər tərəfində  müəllimləri


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə