Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə35/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   31   32   33   34   35   36   37   38   ...   93

• Bütün türkl
ərin tərcümanı 

109
 ~ 
 
s
əlman dini məktəb  proqramlarının  genişləndirilməsi, ana dilində 
m
ətbuat, rus məktəb və  elminin  populyarlaşdırılması  və  bunlara 
maraq oyandırılması yolu ilə müsəlman kütlələrinin maariflənməsi» 
idi.  Haqqında  bəhs etdiyimiz  əsərdə  İ.Qaspiralı  hökuməti də 
müs
əlmanlara münasibətdə daha diqqətli, qayğılı olmağa dəvət edir, 
dig
ər dövlətlərin təcrübəsindən  çıxış  edərək assimilyasiya siyasə-
tinin iflasa m
əhkumluğundan, perspektivsizliyindən ətraflı söz açır. 
 
 
Böyük Şərq məsələsi 
 
Bu başlıqla İ.Qaspiralı «Tərcüman»da dərc etdirdiyi (1908-
ci il 22 aprel, № 30, 25 aprel, № 31, 29 aprel, № 32) məqaləsində 
Osmanlının tarix səhnəsindən çıxarılması üçün Avropalıların ortaya 
atdığı  Şərq məsələsindən yox, «təkcə  Osmanlı  ölkələrini deyil, 
Uzaq Q
ərbdən  ta  uzaq  Doğuya,  Yaponiyaya  qədər səpələnmiş 
müxt
əlif millət və  ölkələrin indiki və  gələcək  durumlarını  əhatə 
ed
ən və Böyük Şərq məsələsi adını almış problemdən bəhs olunur. 

əllif Qərb kürəsində  məskunlaşan  irqlər və  onların  dövlətləri 
haqqında ümumi məlumat verdikdən  sonra  Rusiyanın  Dövlət 
Dumasında  səslənən  iki  çıxışa  diqqət çəkir.  Xarici  işlər naziri 
İzvolski  nitqində  «Şərq məsələsi»ndə  ehtiyatlı  olmaq,  Osmanlı  ilə 
münasib
ətlərdə Rusiyanın islam təbəəsinin qəlbinə ağır təsir edəcək 
siyas
ətə  yol verməmək kimi müddəalar irəli sürür. Millət vəkili 
Kapustin is
ə «İndiyə kimi Rusiyanın Şərq siyasəti Avropanın nəzər 
v
ə  əhvalını  diqqətə  alırdı.  İndidən sonra bir də  Kazanın,  Bakının, 
Baxçasarayın qəlb və rəyinədəmi müraciət olunacaq?» - deyə nazirə 
e
tiraz  edir.  İ.Qaspiralı  məqaləni bu nitqlərdə  irəli sürülən fikirlərə 
münasib
ət üzərində  qürur,  Rusiya müsəlmanlarının  durumunu, 


• Abid  Tahirli
 

110
 ~ 
 
Avropa ölk
ələrinin, xüsusi ilə İngiltərənin Osmanlıya, Hindistan və 
başqa ölkələrin müsəlman əhalisinə qarşı çirkin siyasətini təhlil edir 
v
ə  xarici  işlər  nazirinin  açıqlamasını  «yeni,  doğru  fikir  və  ideya» 
kimi d
əyərləndirir. 
İ.Qaspiralıya  görə  ruslar mədəni səviyyələrinə  görə  bir-
birind
ən çox da fərqlənməyən  islam  xalqları  ilə  bir-birinə  arxa-
dayaq olub Avropadan v
ə  Uzaq  Şərqdən gözlənilən təhlükənin 
qarşısını almalıdır. «Odessadan Arxangelsk şəhərinə qədər imamlı, 
camili tatar m
əhəllələri olduğu kimi, Bakıdan Varşavaya, Vyanaya 
q
ədər  İranlı  və  Osmanlı  iş  adamları,  tacirləri  dolaşır»  –  yazan 

əllif Rusiya və  Osmanlı  arasında  ittifaq  olmamasına  və  bunun 
üçün dini, siyasi, tarixi d
əlillər axtaranlara kəskin  əks mövqedə 
durur, rus-müs
əlman münasibətlərinin hər iki tərəfə  faydalı 
olacağını  qeyd  edir.  Tarix,  zaman  böyük  Qaspiralının  uzaqgö-
r
ənliklə söylədiyi fikirləri təsdiq etdi: Rusiya türklərə münasibətdə 
qeyri-s
əmimi mövqe tutduğuna görə çökdü. 
 
 
Avropa m
ədəniyyətinə bir nəzər 
 
H
əm bədii, həm də  publisistik  əsərlərində  İ.Qaspiralının 
Avropa m
ədəniyyəti  anlayışına  birmənalı  münasibətinin 
olmamasını  onun  islam  təəssübkeşliyi  ilə  bağlamaq  yanlış 
yanaşmadır.  Avropa  həyat, təfəkkür tərzinə  daha dərindən nüfuz 
etdikc
ə, bələd  olduqca  İ.Qaspiralının  bu  mədəniyyət  adı  altında 
dig
ər xalqlara insan haqları, yaxud vicdan azadlığı adı altında belə 
dem
ək mümkünsə,  bir  sıra  əxlaqdan kənar xüsusiyyətlərin 
sırınmasına, transferinə qarşı münasibəti sərtləşir, kəskinləşir. Bədii 
əsəri «Firəngistan məktubları»nda «Bu gün Avropadan geri qalmış 


• Bütün türkl
ərin tərcümanı 

111
 ~ 
 
mill
ətlər  Avropanı  müəllim və  xoca  tutmalıdırsa  da,  Avropanın 
qüsurlarından,  xətalarından  ibrət  alıb  bundan  daha səadətli  yaşam 
t
ərzi  qurmağa  səy göstərmələri daha ziyadə  vacibdir»  -  yazan 
İ.Qaspiralı  «Avropa  mədəniyyətinə  bir nəzər»  adlı  publisistik 
əsərində  qeyd  edir:  Avropa  bir  ixtiyardır,  təcrübəsi çoxdur. 
İxtiyarlığına  hörmət edək. Təcrübəsindən bəhrələnək, xətalarını 
t
əkrar etməyək: məktəblərini, universitetlərini bizlər də təsis edək, 
elml
ə ağlımızı ziyalandırdığımız qədər haqq və ədalətlə ürəklərimizi 
doldurmağa  çalışaq.  Avropada  pis-yaxşı  nə  varsa,  uşaq  kimi 
çapmayaq, bir insan kimi götür-qoy ed
ək: nədir, nəyə yarar, vicdan 
v
ə haqq-ədalət xaricində deyil ki?!» 

əllifin digər əsərlərində də Avropa mədəniyyətinin üstün 
keyfiyy
ətlərinə yiyələnməklə, islam məktəblərində, mədrəsələrində 
elmi f
ənlərə  yer verməklə  daha yüksək həyat tərzinə  nail  olmağın 
mümkünlüyü göst
ərilir. 
1885-ci ild
ə  İstanbulda  nəşr  olunan  bu  əsərdə  İ.Qaspiralı 
əvvəlcə mədəniyyət nədir, Avropa mədəniyyəti nədir, ondan kənar 
«Ad
əm  oğluna  rahat  və  səadət yoxdurmu?» -  kimi suallara cavab 
verm
əyə çalışır. Avropanın mədəniyyət mərkəzlərinə fikrən səyahət 
ed
ən müəllif zahirən  parıldayan,  lakin  içində  inləyən  şəhərləri 
t
əqdim edir və yazır ki, «yaşam biçiminin iç üzünə diqqət etsək», 
haqq v
ə ədalətdən əsər-əlamət qalmadığı aşkar olar. 
İngilis  parlamentini  tənqid edən müəllif onun bir qrup 
zad
əganın  mənafeyinə  xidmət etdiyini, universitetlərdə  əxlaq və 
ədalətdən  başqa  bütün  fənlərdən dərs deyildiyini, fabrik və  dəmir 
yolunda f
əhlələrin  istismar  olunduğunu  göstərir. Avropada – 
xristian m
ədəniyyətinin hakim  olduğu  cəmiyyətdəki bu cəhətlərini 
qeyd ed
ən müəllif eyni zamanda sosialist düşüncəsini də qətiyyətlə 
r
ədd edir, onun prinsiplərinin, xüsusi ilə  mülkiyyət və  varisliklə 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə