Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə32/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   28   29   30   31   32   33   34   35   ...   93

• Abid  Tahirli
 

100
 ~ 
 
adlı qəzet Tiflisdəki ədəbi məclisdə İ.Qaspiralı ilə yerli ziyalıların 
görüşünə  böyük məqalə  həsr  etmişdir.  Bu  barədə  «Tərcüman»da 
d
ərc edilmiş «Ədəbi məclis» adlı yazıda (10 avqust 1886-cı il, № 
37)  İsmayıl  bəyin və  qəzetinin fəaliyyəti təqdir olunur, yüksək 
qiym
ətləndirilir. 
«Zaqafqaziya  boyu»  adlı  yazıda  (23  dekabr  1901,  №  47) 
İ.Qaspiralı  Batum,  Ahıska,  Axalkələk,  Tiflis,  Şəki və  Şamaxı 
bölg
ələrinə  səfərindən bəhs  edir.  Şəki  əhalisini  «çalışqan,  maarifə 
h
əvəsli», «ticarətə, təhsilə rəğbətli» xarakterizə edən müəllif xüsusi 
il
ə mahalın məktəb sahəsindəki nailiyyətləri alqışlayır. Məktəblərin, 
şagirdlərin  sayının  xeyli  artdığını  qeyd  edən  İ.Qaspiralı  ümid  edir 
ki, Şəkidə tezliklə qız məktəbi də açılacaq. 
Şamaxıdakı  vəziyyət  İ.Qaspiralını  ciddi  narahat,  pərişan 
edir.  O,  yazır:  «Bu  alimlər və  şairlər  ocağını  (Şamaxı  nəzərdə 
tutulur  – 
T.A.)  indi  cahillik  dumanı  bürümüşdür».  İnsanların 
qruplara  parçalanmasını,  «birinin  tikdiyini,  digərinin  yıxmaq 
ist
əməsi», məktəblərin qədrinin bilinməməsi kimi hallar müəllifdə 
şəhərin mövcud durumu barədə pis təəssüratlar yaratmışdır. 
Fikrimizc
ə,  İ.Qaspiralının  səyahət oçerkləri həm məktəb, 
pedaqoji fikir tarixinin, yeni t
əhsil sistemi və  problemlərinin 
araşdırılması,  həm də  müəllifin  ideallarının  dəyərləndirilməsi 
baxımından daha geniş tədqiqata cəlb edilməlidir. 
 
 
Baxçasaray m
əktubları 
 
Bu m
əktubları  30  yaşlı  İsmayıl  Qaspiralı  «Kiçik  mola» 
imzası ilə Krımda nəşr olunan «Tavrida» qəzetində (1880-ci il, № 9, 
1881-
ci  il,  №  5,  7),  üzərində  bir qədər  işlədikdən sonra isə  elə 


• Bütün türkl
ərin tərcümanı 

101
 ~ 
 
h
əmin ildə  «Rusiya müsəlmanları»  adı  ilə  «Tavrida» da (43-47 
nömr
ələrində) rus dilində  dərc  etdirmişdir.  Əsər ilk dəfə  tanınmış 
t
ədqiqatçı  Viktor  Yuryeviç  Gankeviç  tərəfindən üzə  çıxarılmış, 
H.N
əcəfoğlu və Y.Akpinar tərəfindən türkcəyə çevrilmişdir. 
«Baxçasaray m
əktubları»  İ.Qaspiralının  ilk  qələm 
t
əcrübələrindən olsa da, gənc  publisistin  düşüncələrini, məram və 
planlarını dəyərləndirmək baxımından böyük əhəmiyyət kəsb edir. 
Bu 
əsərdə böyük maarifçi kimi onun gələcək fəaliyyətinin işartıları, 
h
ədəfləri görünür. Professor, doktor Y.Akpinar haqlı olaraq yazır ki, 
bu 
əsər  İsmayıl  bəyin bir ömür boyunca təqib edəcəyi və  sadiq 
qalacağı  prinsipləri göstərən bir proqram olaraq qəbul edilə  bilər 
(
İsmayıl  Qaspiralı.  Seçilmiş  əsərləri: II. Fikri əsərləri. Ötüken 
n
əşriyyat  A.Ş.  İstanbul,  2004,  Yavuz  Akpinarın  kitaba  yazdığı 
«Giriş»dən, səh.20) İ.Qaspiralı Rusiyanın gələcək taleyinin slavyan-
türk  xalqlarının  münasibətlərindən  asılı  olduğunu  bildirir.  Bu 
münasib
ətlərin hər  iki  xalqın  qarşılıqlı  səyi,  xoş,  qərəzsiz, səmimi 
niyy
əti ilə  formalaşa  biləcəyini  vurğulayan  İ.Qaspiralı  rusların 
Rusiyanın  artıq,  həm də  bir müsəlman dövləti  olduğunu, 
müs
əlmanları  assimilyasiya  etmək  yox,  onları  da  eyni  hüquqlara 
sahib qövm kimi q
əbul etmələrini, müsəlmanların  isə  cəhalətdən 
xilas olmalarını, qanunların verdiyi hüquq və imtiyazlardan istifadə 
ed
ərək fəal vətəndaş  statusu  qazanmalarını  zəruri hesab edirdi. 
Qarşılıqlı  kin-küdurət,  sayğısızlıq  unudulmalı,  bir-birinə  şübhə  ilə 
yanaşmağa  son  qoyulmalıdır.  Keçmişdən  qalan  ziyanlı  miras 
yaddan  çıxarılmalıdır.  Molla  (müəllif)  xatırlayır  ki,  biz  uşaq  ikən 
gec
ə  yatmayanda,  yaramazlıq  edəndə  anamız  «bax,  rus  gəlir» 
dey
ərək bizi qorxudar, biz də  yorğanı  dərhal  başımıza  çəkərdik. 
Yaxud, ruslar k
əndimizə  vergi  yığmağa  gəlir, «yeyib-içir,  bağırır, 
ixtiyarlarımızı  qaçmağa,  para  toplamağa  məcbur edərdi». 


• Abid  Tahirli
 

102
 ~ 
 
İ.Qaspiralıya  görə,  ruslar  haqqında  belə  fikrin  formalaşmasına 
müs
əlmanların  onlardan,  cəmiyyət həyatından  kənar  qalması, 

əllifin təbirincə  desək, «öz aləmlərinə  çəkilməsi» səbəb 
olmuşdur.  Çıxış  yolunu  böyük  maarifçi  yeni  tipli  məktəbdə, 
t
əhsildə, cəhalətdən  uzaqlaşmaqda  görürdü.  İ.Qaspiralı  müsəl-
manların  tərəqqisi üçün öz dillərində  yazılı  sözün  olmasını  bu 
problemin h
əlli üçün yararlı, zəruri vasitə hesab edirdi. O, təəccüb 
v
ə təəssüflə sual edirdi ki, hansı səbəbə görə müsəlman əhalisinin 
m
əskunlaşdığı  quberniya  və  vilayətlərində  yerli və  mərkəzi 
hökum
ətin qərar,  qanunları  yerli  xalqın  dilinə  tərcümə  edilməsin, 
n
əşr  olunmasın?  Müxtəlif fərman və  sənədlərin, eləcə  də  elan və 
reklamların yerli məmurlarda saxlanılmasının nə faydası? Uşaqlarla 
öz dilind
ə  danışmaqla  onların  səviyyəsini  qaldırmaq  mümkündür. 
İdarə  edənlərlə  idarə  olunanlar  arasında  da  eyni  sistem  tətbiq 
olunmalıdır.  İ.Qaspiralı  bunun  vacibliyini  yaxşı  anlayan  Qafqaz 
idar
əçilərinin təcrübəsini təqdir edir və  göstərir ki, onlar «Tiflisdə 
tatarca «Ziyayi-Qafqaziyy
ə» qəzetinin nəşrini  anlayışla  qarşıla-
mışlar». 
Yeri g
əlmişkən qeyd edək ki, hələ  Moskvada ikən öz 
üz
ərində qatı rus şovinizminin ilk zərbələrini hiss edən İ.Qaspiralı 
ist
ər publisistik, istərsə  bədii  əsərlərində  düşüncələrini bir qədər 
ehtiyatla, bel
ə demək mümkünsə, rus təbəəsi mövqeyindən qələmə 
alsa  da,  rus  şovinizminə  kəskin nifrət  yazıların  ruhundan  duyulur, 
b
əzən isə  ayrı-ayrı  məmurların  timsalında  olsa  da,  açıq-aşkar  rus 
t
əzyiqinə, müstəmləkəçilik siyasətinə,  işğalına  qarşı  çıxır,  mənsub 
olduğu  millətin nə  öz tarixinə, nə  də  gələcəyə  layiq həyat və 
düşüncə  tərzinə  uyğun  yaşamadığını  kədərlə  yazırdı.  Tarixi  şərait 
İ.Qaspiralıya  bir  yolu  diqtə  edirdi:  xalqı  maarifləndirmək yolu ilə 
ayıltmaq, sonrakı mərhələdə yeni vəzifələr ortaya çıxacaq. Bax, elə 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə