Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə29/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   25   26   27   28   29   30   31   32   ...   93

• Abid  Tahirli
 

90
 ~ 
 
sabah da mü
əllim olmaq sifəti ilə  görmək istəyirmi? Millət və 
İsmayıl  bəy  adı  ata  və  övlad kəlmələri  kimi  yaxın  və 
müt
ərəqqifdir». («Milli xəzinəmiz» məqaləsindən. «Tərcüman», 
1915, № 202). 
 
 
Fevzi b
əy Altuk: «Krım gəncliyinin əksəriyyəti və xüsusilə 
xaricd
ə  təhsil  alanlar  Krımda  dil  birliyi  məfkurəsi ilə  Turanda 
yaşayan  qövmlərin həyat və  istiqbalına  xidmət edən və  bu  əməlin 
hasil  olması  üçün  dəfələrlə  İstanbul,  Misir  və  Hindistanda  olmuş 
İsmayıl  bəy  Qaspiralınin  ətrafında  toplaşır  və  onunla həmfikir 
olaraq çalışırdılar». 
«Artıq  Dünya  müharibəsinin  olacağı  əsnada Hindistan 
s
əyahətindən  qayıdan  mərhum  ustadın  İstanbulda  əlini öpərək son 
d
əfə  vidalaşdığımız  zaman:  Övladım  Şərqin həyat günəşi  bu 
yaxınlarda  doğacaq,  onun  dadlı  hərarəti və  parlaq  ziyası  ilə 
mill
ətimiz  inkişaf  edəcəkdir. Bunu görə  bilmək bəxtiyarlıqdır. 
Lakin bu ziya gözl
ərinizi qamaşdırmasın. İstiqbalın və həyatın yolu 
çox  tikanlıdır.  Bu  tikanlar  ayağınıza  batmasın  deyə  ələ  düşən 
fürs
ətlərdən daima istifadə  etməlisiniz  demişdir».  («Krım  gəncliyi 
v
ə Rus inqilabı» məqaləsindən. «Krım» qəzeti, İstanbul, 1918). 
 
 
A.K.Hatif:  «Rusiya müs
əlmanları  üçün  bir  böyük  mürşid 
v
əzifəsini  görmüş  olan  mərhum  İsmayıl  bəy  Qaspiralı  Krımda 
«T
ərcüman» qəzetini nəşrə  başlamışdı.  Bu  qəzetin vəsaiti çox az 
idi. Ancaq m
ərhum  İsmayıl  bəy hər cür əngəllərə  sinə  gərdi, 
q
əzetini davam etdirməyə  müvəffəq oldu. Mərhumun milli 
f
əaliyyətini bütövlükdə  ifadə  və  təsvir etmək  mümkün deyildir. 


• Bütün türkl
ərin tərcümanı 

91
 ~ 
 
Ancaq,  o  zamanlar  yuxarıda  göstərilənlər tərəfindən  çalışmamış 
olsaydı,  bu  gün  Rusiya  türklərində  görünən  milli  intibahın  hasil 
olmamış, yaxud geri qalmış olacağını söyləmək türk dünyasına həsr 
etdiyi xidm
ətin böyüklüyünü təqdir üçün kafidir. Mərhum 
f
əaliyyətində hər vaxt iki nöqtəni önə çəkirdi: 
Birincisi:  Şimalda  və  Cənubda  yaşayan  bütün  Rusiya 
müs
əlmanlarının eyni millət olduğu və Osmanlı Türkləri ilə din və 
qan qardaşı olduqlarını isbat etmək. 
İkincisi:  Hər tərəfdə  mədrəsələri islah etmək və  yeni 
m
əktəblər açmaqla maarifin tərəqqisinə nail olmaq». («Göy Bayraq 
altında milli fəaliyyət» məqaləsindən. İstanbul, 1918). 
 
 
Doktor Rza b
əy Nur:  «Son dövrdə  Krımda  İsmayıl  bəy 
Qaspiralı yetişib nəşr etdirdiyi «Tonquç» və «Tərcüman» qəzetləri, 
kitablar v
ə  açdığı  məktəblərlə  Krım  tatarlarını  oyandırmışdır.  Bu 
şəxs otuz illik cəsarət, fədakarlıq  və  uca bir milli hisslə  Krım 
tatarlarının gözlərini açmışdı. Onun yapdığı oyanma nuru hətta rus 
hökmü  altındakı  bütün  türklərə  də  çatmışdır.  Bu  ali  şəxs türk 
tarixinin oyanma dövrün
ə  xidmət edən böyüklərdəndir.  Krım 
tarixinin bu dövründ
ə mütləq bu ulu adama bir yer vermək və ondan 
hörm
ətlə bəhs etmək lazımdır». («Türk tarixi», İstanbul 1925, c.V, 
s
əh.63). 
 
 
H
əsən Səbri bəy Ayvazov:  «Onun fikirlərini,  əməllərini 
baltalamaq, öldürm
ək  artıq  mümkün  deyildir…  Çünki,  onlar 
mill
ətin  qanına,  ruhuna,  həyatına,  qəlbinə  girmişdir.  Türk-tatar 
mill
əti bu gün bunlarla nəfəs alır, bunlarla qidalanır, bunlarla ruh və 


• Abid  Tahirli
 

92
 ~ 
 
h
əyat  bulur…».  («Yaşayan  ölülərdən  İsmayıl  bəy  Qaspiralı» 
m
əqaləsindən. «Tərcüman», 1916, № 196). 
 
 
S
ədri Maksudi bəy:  «İsmayıl  bəyin vəfatı  ilə  hiss etdiyim 
ağır  kədərimi, dərin  iztirabımı,  bərk fəryadımı  dışarı  çıxarmaq 
ist
əyirəm, ancaq qəlbimdən mənəvi  yaşlar  axdığı  bir  zamanda  bu 
mümkün olmur. Hazırda ən müqəddəs və ən əziz bir əşyasını itirmiş 
bir uşaq kimi ağlamaqdan başqa əlimdən bir şey gəlmir! Ancaq bu 
kafi deyil, bir s
əmimi fikri açıq sözlə ifadə etmək istəyirəm. 
Qaspiralı  hamımızın  fikrində, qəlblərimizdə  ən böyük bir 
yeri  tutan  bir  şəxsdir.  Hamımızın  milli  idealında  ən nurani bir 
nöqt
ədir. Hər birimizin təvəssümü fikri tarixində  ən məlum bir 
alimdir. Qeyri-ixtiyari h
ər birimizin səmimi ehtiramlarını cəlb edən, 
adı çəkildikdə hamımızın ağzına «Böyük» kəlməsini gətirən şey isə 
onun  işləridir».  («Əməllər ustadı»  məqaləsindən. «Tərcüman», 
1914, № 202; «Yıldız» qəzeti). 
 
 
S.İbrahimov: «Hər millətin öz dili, öz duyğusu, öz diləyi, öz 
diriliyi olmadan yaşamayacağını hər kəsdən əvvəl İsmayıl bəy dərk 
etmişdir.  Mərhum hər milləti milli dinə, milli ədəbiyyata və 
maarif
ə, milli həyata  malik  olmalarını  bütün  ömrü  boyu  təlqin 
etmişdir.  Özü  irqən  türk  olduğundan  təbii olaraq türk 
mill
ətpərvərliyini meydana sürmüş və türklərə «bir dil, bir fikir, bir 
iş»  gərəkliyini bir qayə  olaraq qəbul  etmişdir.  Bu  gündən sonra 
«m
ərhum» - deyə yad edəcəyimiz İsmayıl bəy isə bütün Rusiya və 
b
əlkə  də  bütün dünya müsəlmanlarının  ən  böyük  bir  cahanı,  ən 
böyük bir kainatı idi ki, bu gün əbədiyyətə qovuşdu. Biz də onun bu 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə