Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə27/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   23   24   25   26   27   28   29   30   ...   93

• Abid  Tahirli
 

84
 ~ 
 
olmuş,  onu rəngarəng publisistik vasitə  və  üsullardan istifadə 
etm
əklə  mərkəzi Rusiyada, xüsusilə  Krım,  Volqaboyu  və  Sibir 
tatarları arasında təbliğ etmişdir.  
İ.Qaspiralınin mülahizələri «Molla Nəsrəddin» və 
mollan
əsrəddinçilərin tarixi xidmətlərini təsdiq edən vəsiqə  idi. 
Çünki  bunlar  ardıcıl  surətdə  «müsəlman  qardaşlar,  gedin  dərsə, 
gedin s
ənətə, məşğul  olun  ticarətlə,  çalışın,  vuruşun  və  özünüzü 
m
ədəni millətlərin cərgəsinə  daxil edin» -  deyən («Molla 
N
əsrəddin»  jurnalı,  1908,  №  4),  böyüklüyü  və  əzəməti bütün 
müs
əlman, türk dünyası tərəfindən etiraf olunan maarif, mətbuat və 
ədəbiyyat  mürşidinin  dilindən  deyilmişdir».  («İ.Qaspiralı  «Molla 
N
əsrəddin»  haqqında»  məqaləsindən. «Azərbaycan müəllimi», 20 
may 1992). 
 
 
Fil.e.d.  prof.  Əziz  Mirəhmədov:  «Bir çox xalqlar kimi
az
ərbaycanlılar  da  Qaspiralınin qədir-qiymətini hələ  yüz il əvvəl 
d
ərk etməyə başlamışlar. Mətbuatda onun «böyük ustad», «millətin 
f
əxri» kimi ifadələrlə yad olunması bizə çox şey deyir. Heyif ki, bu 
hal otuzuncu ill
ərdə kökündən dəyişmişdir. Bütün ölkəmizi bürüyən 
ədalətsizlik  Krım  dahisini  də  «binəsib»  qoymamışdır.  Onun  adı 
qadağalar  siyahısına  düşmüş,  nəinki  yaşadığı  ev,  dərs dediyi 
m
əktəbin və nəşr etdiyi «Tərcüman» qəzetinin binası, hətta qəbri də 
dağıdılıb yerlə yeksan edilmişdir». 
Onun 1883-cü ild
ən başlayaraq nə az, nə çox 31 il Şərqi və 
Rusiyanın  məşhur  mətbuat  orqanlarından  sayılan  «Tərcüman» 
q
əzetini nəşr  etmək üçün göstərdiyi müdriklik və  qəhrəmanlığın 
q
ədrini Azərbaycanda hələ  XIX  əsrdə  başa  düşmüş  və  qiymətlən-
dirmişlər. 


• Bütün türkl
ərin tərcümanı 

85
 ~ 
 
Bizim bel
ə mütəfəkkirlərimizdən birincisi bütün imperiyada 
ilk müs
əlman qəzeti  «Əkinçi»nin  banisi  və  redaktoru Həsənbəy 
Z
ərdabi olmuşdur. Tatar alimi Yusif Akçura düz deyir ki, Zərdabi 
v
ə  Qaspiralı  hər ikisi Rusiya müsəlmanlarının  milli  və  mədəni 
intibahı yolunda ən fəal, ən fədakar mücahidləri idi. 
Eyni  sırada  Əlibəy Hüseynzadə  və  Sorbonna məzunu, 
şərqşünas alim, publisist Əhmədbəy Ağayev (Ağaoğlu da), «Molla 
N
əsrəddin»  jurnalının  redaktoru,  dahi  yazıçı  Cəlil Məmməd-
quluzad
ə  də  vardı.  Onlar  «Tərcüman»ın  25  illiyi  münasibəti  ilə 
İsmayıl bəyə təbriklərində yazırdılar ki, biz sizi «qəhrəman müba-
riz» sayır, qarşınızda baş əyir və sizdən nümunə götürürük. 
Bunlar adi yubiley 
əhval-ruhiyyəsindən  doğan  təriflər 
deyildi. Xeyr. Bizim m
ətbuatımız  və  arxivlərimiz  İsmayıl  bəylə 
əlaqələr  haqqında  bir-birindən dəyərli məqalələr və  sənədlərlə 
z
əngindir. 
İsmayıl  bəy hər  şeydən  əvvəl, o zaman Azərbaycanda 
yetişən gənc ziyalılara göstərdiyi müəllimlik qayğısı ilə ürəkləri fəth 
etmişdi.  O,  sonralar  böyük  dövlət  xadimi,  yazıçı  və  jurnalist olan 
N
əriman Nərimanovun, maarifpərvər  yazıçı  Sultan  Məcid Qəniza-
d
ənin, habelə  Əhməd  Ağaoğlunun,  Cəlil Məmmədquluzadənin 
f
əaliyyətini diqqətlə  izləyir,  onların  nailiyyətlərini  vaxtında  görüb 
qiym
ətləndirirdi.  İsmayıl  bəy 1887-ci ildə  S.M.Qənizadəni öz 
maarifp
ərvərlik  işinə  cəlb  etmişdi.  («Bağçasaray  fədaisi» məqalə-
sind
ən. «Kommunist» qəzeti, 14 may 1991-ci il, № 90). 
 
 
Fil.e.d. prof. Nazif Ələkbərli (Qəhrəmanlı): «Hələ 1906-cı 
ild
ə  Firudin bəy Köçərli özünün «Azərbaycan dövri mətbuatının 
qısa icmalı» məqaləsində yazırdı: «Hazırda «Tərcüman» həftədə üç 


• Abid  Tahirli
 

86
 ~ 
 
d
əfə  çıxır.  Onun  məzmunu  xeyli  yaxşılaşmış  və  dili Azərbaycan 
dilin
ə  uyğunlaşdırılmışdır.  Belə  ki, indi qəzet az-çox  savadı  olan 
az
ərbaycanlılar  tərəfindən  asanlıqla  oxunur.  Ədalət tələb edir ki, 
«T
ərcüman»ın redaktoru cənab Qaspiralınin xidməti xüsusilə qeyd 
edilsin. H
əyatının  ağır  şəraitdə  keçməsinə  baxmayaraq, o, 25 il 
ərzində rus müsəlmanlarının maariflənməsi sahəsində qızğın enerji 
il
ə işləmiş və indi də işləməkdədir». («Azərbaycanın böyük dostu» 
m
əqaləsindən). 
 
 
Sevgi Kafalı: «Türk fikir həyatının zirvələrindən biri İsmayıl 
b
əy Qaspiralıdır. Başqa bir sözlə Türk fikir həyatının miladlarından 
biridir.  Tarixi  xronologiyada  bir  milad  vardır.  Bir  millətin fikir 
h
əyatında  isə  bir dənə  «milad» ola bilməz. Tarixi  hadisələri necə 
«miladdan önc
ə  –  miladdan sonra» deyə  ayırmaq  olursa,  İsmayıl 
b
əy Qaspiralını da Türk fikir həyatında bir milad qəbul etmək lazım 
g
əlir. Bu təsbitə  görə  belə  söyləmək də  mümkündür.  İsmayıl  bəy 
Qaspiralıdan  öncə,  İsmayıl  bəy  Qaspiralıdan  sonra…».  («İsmayıl 
b
əy Qaspiralının fikir dünyası və Qərb Türklüyü» məqaləsindən). 
 
 
Prof.dr. Vilay
ət Muxtaroğlu: «Tarixi torpaqları çar Rusiyası 
v
ə  SSRİ  tərəfindən  işğal  edilən  Türk  xalqlarının  bir  çox  tanınmış 
ədəbi, ictimai və  siyasi xadimləri kimi, tatar  Türklərinin böyük 
övladı,  Türk  birliyi  idealının  qurucularından  və  fikir  atalarından 
olan  Qaspiralı  İsmayıl  bəyin (1851-1914)  adı  da  uzun  illər öz 
v
ətənində  qadağan  edilmiş,  xatirələrdən silinməsi üçün mümkün 
olan h
ər vasitələrdən istifadə  olunmuşdur.  Qaspiralının  fikir  və 
s
əylərinin təhrif  edildiyi,  xalqının  amansız  siyasi  terrora  və  bitib-


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə