Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə25/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   21   22   23   24   25   26   27   28   ...   93

• Abid  Tahirli
 

78
 ~ 
 
maarifl
ənməsində  əvəzsiz yeri olan böyük naşir  İsmayıl  bəy 
Qaspiralınin məşhur  «Tərcüman» qəzetinin fəaliyyəti və  tarixi 
üz
ərində uzun illərdən bəri apardığı araşdırmaları ümumiləşdirərək, 
qiym
ətli bir tədqiqat  əsərini («Qaspiralınin  «canlı»  tarixi  (1883-
1914) yaradıb və «Tərcüman»ın say-seçmə sayları ilə bir yerdə nəşr 
etdirib». («T
ərcüman»da Azərbaycan mədəniyyəti» məqaləsindən. 
«525-ci q
əzet», № 147, 26 iyul 2001). 
«Krım-tatar  xalqı  sürgün  olunduğu  səbəbindən uzun illər 
davamında  İsmayıl  bəy  Qaspiralınin  ədəbi irsi onlar tərəfindən 
araşdırılmadı. 1999-cu ildə  Krım-tatar  ədəbiyyatşünası  İsmayıl 
H
əsən  oğlu  Kərim  türk  dünyasının  bənzərsiz dahilərindən olan 
İsmayıl  bəy  Qaspiralınin həyatı  və  yaradıcılığı  ilə  bağlı  doktorluq 
dissertasiyasını  Alma-Ata  şəhərində  müdafiə  etdi.  İsmayıl  Həsən 
oğlu  Kərim elə  həmin ildə  də  böyük  naşirin  məşhur  «Tərcüman» 
q
əzetinin fəaliyyəti və  tarixi üzərində  uzun illərdən bəri  apardığı 
araşdırmaları ümumiləşdirərək qiymətli bir tədqiqat – «Qaspiralınin 
ömürlüyü» (1883-1914) 
əsərini yazdı və «Tərcüman» qəzetinin say-
seçm
ə sayları ilə bir yerdə nəşr etdirdi». («Zamanlara qalib gəlmiş 
böyük türkçü» m
əqaləsindən. «Ədəbiyyat qəzeti», 11 may 2001). 
«İsmayıl  bəy  Qaspiralı  ömrünün sonunacan türk-tatarların 
g
ələcək talelərini  düşünüb  onların  qayğısına  qaldı.  Qələmi ilə 
üsyana  qalxıb  «dildə, fikirdə,  işdə  birlik»  şüarı  altında  türk 
xalqlarını  birliyə  səsləyən  İsmayıl  bəy  Qaspiralı  mübaliğəsiz deyə 
bil
ərik ki, hələ sağlığında nəhəng Avrasiya qitəsində yaşayan türk 
xalqları  arasında  tanınıb,  bu  xalqların  və  Şərq müsəlmanlarının 
d
ərin hörmətini və məhəbbətini qazanıb. 
1893-cü ild
ə Buxara əmiri mir-Səid Əbdül Əhəd xan İsmayıl 
b
əyi digər  mükafatlarla  yanaşı  Üçüncü  dərəcəli  Dan  Ulduzu  Qızıl 
Ordeni il
ə, 1894-cü ildə  Türkiyə  Sultanı  Abdulla  Xəlilxan 


• Bütün türkl
ərin tərcümanı 

79
 ~ 
 
Dördüncü d
ərəcəli Mecdie Ordeni, 1904-cü ildə  İran  şahı 
Müz
əffərəddin Şah Üçüncü dərəcəli Günəş və Aslan Ordenilə təltif 
etmişlər. 
M
ədəni ictimai və  siyasi fəaliyyətinə  görə  1910-cu ildə 
İsmayıl bəy Qaspiralınin namizədliyi «Revu edu monde musulman» 
adlı  fransız  məcmuəsinin heyəti tərəfindən Nobel mükafatına 
t
əqdim  edilib».  («Türk  dünyasının  zəkası»  məqaləsindən. «525-ci 
q
əzet», 24 mart 2001). 
 
 
F
əlsəfə  doktoru Mənzər  İbrahimova:  «Rusiyada türk 
qadınları  hərəkatı  Azərbaycan və  tatar  xalqlarının  tarixi  və  mədə-
niyy
ətində təsadüfi mövzu deyil. Şərq qadınının emansipasiyasının 
Rusiya  imperiyasında  yaşayan  türk  xalqlarının  milli-azadlıq 
h
ərəkatı  ilə  bir  çox  türk  xalqlarının  taleyində  mühüm rol 
oynamışdır.  İllər ötdükcə  bu hərəkatın  tarixi  haqda  yeni-yeni 
bilgil
ərə  yiyələnirik: tək bədii  əsərlərlə  deyil,  həm də, məsələn, 
Türkiy
ədə  nəşr  edilmiş  «Şəfiqə  Qaspiralı  və  Rusiyanın  türk 
qadınları hərəkatı (1893-1920)» kimi memuarlarla tanış oluruq. 
Qeyd etm
ək  lazımdır  ki,  kitab  həm XX əsrin  əvvəllərində 
baş  vermiş  hadisələrə,  onların  iştirakçılarına,  bu  dövrün  görkəmli 
türk xadiml
ərinə dair geniş məlumatlarla zəngindir. Bu işdə doktor 
Şəngül  Hablemitoğlunun  və  doktor Nəcip  Hablemitoğlunun 
xidm
ətləri  əvəzsizdir.  Onlar  Şəfiqə  xanım  Qaspiralının  mənəvi 
z
ənginlik  dünyasının  oxuculara  çatdırılmasında  əllərindən gələni 
əsirgəməyiblər. Kitabın ilk nüsxəsi ilə tanışlığımıza imkan yaratdığı 
üçün h
əmvətənimiz  Ramiz  Abutalıbova  öz  minnətdarlığımızı 
bildirm
ək istərdik». («Fədakar  türk  qadını  –  Şəfiqə  xanım 
Qaspiralı» məqaləsindən. «Respublika» qəzeti, 23 yanvar 2000). 


• Abid  Tahirli
 

80
 ~ 
 
 
 
Fil.e.d. prof. Xeyrulla M
əmmədov: «Tərcüman» XIX əsrin 
sonu, XX 
əsrin əvvəllərində rusiyalı müsəlmanlara, birinci növbədə 
türk-tatar qövmün
ə  xidmət göstərmək məqsədilə  yaradılan  dövri 
m
ətbuat  orqanlarının  ən məşhuru,  ən  şöhrətlisi və  uzunömürlüsü 
olmuşdur. Əsrin əvvəlində Cəlil Məmmədquluzadənin Tiflisdə nəşr 
etdiyi satirik-yumoristik «Molla N
əsrəddin» jurnalı istisna edilmək 
şərtilə Rusiya imperiyasının islam etiqadlı, türk soylu vətəndaşları 
arasında «Tərcüman» qədər geniş miqyasda yayılan kütləvi şəkildə 
oxunan
,  şüurlara  qüvvətli təsir göstərən və  ən nəhayət,  zamanına 
gör
ə  ətrafına  nisbətən çoxlu oxucu və  abunəçi toplayan ikinci bir 
dövri m
ətbuat orqanı təsəvvürə gətirmək çətindir». 
«T
ərcüman»ın  nəşr  olunduğu  vaxt  kəsiyində  onun 
s
əhifələrində  Azərbaycan qədər tez-tez zikr olunan ikinci bir 
m
əntəqə  yoxdur.  Onun  Bakıdan,  Şəkidən,  Şamaxından,  Şuşadan, 
İrəvandan, Qoridən, Tiflisdən, Gəncədən, Ordubad və Naxçıvandan 
daimi müxbirl
əri vardı. 
H.Z
ərdabi, 
Ə.Topçubaşov, 
S.Vəlibəyov, F.Köçərli, 
N.N
ərimanov, S.M.Qənizadə, M.T.Sidqi və başqaları redaksiya ilə 
sıx  əlaqə  saxlayır,  baş  redaktorla  müxtəlif məsələlərə  dair fikir 
mübadil
əsi edirdilər. 
XIX 
əsrin sonu, XX əsrin əvvəlini əhatə edən otuz illik bir 
m
ərhələdə  Qafqaz müsəlmanlarının  həyatında  baş  verən mühüm 
hadis
ələr «Tərcüman»ın  səhifələrində  əks olundu. Qəzet 
Az
ərbaycan mühitinin səlnaməsi oldu. («Tərcüman»da Azərbaycan 
ədəbiyyatı» məqaləsindən. «Ədəbiyyat qəzeti», 17 noyabr 2000). 
«Naşir-mühərririn  Bakıda  S.M.Qənizadə  və  N.Nərimanov, 
İrəvanda F.Köçərli,  Naxçıvanda  M.T.Sidqi,  Şuşada  H.Vəzirov və 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə