Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə22/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   18   19   20   21   22   23   24   25   ...   93

• Bütün türkl
ərin tərcümanı 

69
 ~ 
 
anlamağa  başladı.  Düşüncələrdə  təyəqqüz (oyanma –  T.A.) hasil 
oldu. Mill
ət xəstə, dərmana, ziyaya möhtac olduğunu etiraf etməyə 
başladı. «Tərcüman»ın böyük xidməti də budur» (sitat 1903-cü ildə 
«T
ərcüman» qəzetinin 20 illik yubileyi münasibəti ilə  Orenburq 
ziyalılarından  Məhəmməd Fatih Kəriminin 1904-cü ildə 
Orenburqda n
əşr etdirdiyi «Krıma səyahət» adlı kitabından tanınmış 
qaspiralışünas  Zəfər  Qaratayın  hazırladığı  «Dua  məclisi»  adlı 
m
əqalədən götürülmüşdür). 
«Bütün ömrünü din v
ə  qan  qardaşları  xeyrinə  həsr  etmiş 
böyük  bir  şəxs  bu  gün  aramızdan  ayrıldı.  Millətin səadətini hər 
şeydən irəli  tutmuş,  insaniyyət və  tərəqqi  yolundakı  səylər bütün 
dost v
ə  düşmənlərinin təqdirlərini cəlb  etmiş  alicənab bir qəlb bu 
gün h
ərəkətdən durdu. Bu gün böyük türk-tatar  dünyasının 
yolbaşçısı  olan  ən parlaq ulduz söndü. Bu ulduzun sönməsi türk-
tatar  dünyasının  şərqindən qərbinə,  şimalından  cənubuna qədər 
görül
əcək və  hər yerdə  özünün dəhşətli təsirini icra edib həssas 
q
əlbləri titrədəcəkdir.  İsmayıl  bəyin həyatı  Rusiya  müsəlmanları 
üçün özbaşına müstəqil bir dövr, özbaşına müstəqil bir tarixdir. Bu 
dövrd
ə Rusiya müsəlmanları yenidən dünyaya gəldilər. Bu dövrdə 
dilli v
ə  ədəbiyyatlı  oldular.  Milli  mətbuata, mədəniyyət və 
insaniyy
ət fikrinə girmələri də bu dövrdədir. 
Xülas
ə, Rusiya müsəlmanları  arasında  yeni  maarifin  və 
m
ədəniyyətin  yayılmasının  başı  mütləq  İsmayıl  bəy  Qaspiralıyə 
çatıb  dayanmaqda  və  Rusiya müsəlmanları  arasında  millət və 
camaat xidm
ətində  olan nə  qədər  şəxslər  varsa,  bunların  hər biri 
İsmayıl bəyi özlərinə ustad hesab etməkdə və onun şagirdi olmaqla 
özl
ərini bəxtəvər saymaqdadırlar».  («Böyük  milli  matəm» 
m
əqaləsindən. «Vakit», 12 oktyabr 1914). 
 


• Abid  Tahirli
 

70
 ~ 
 
V
əkil  İ.Sıtkı  Oğuzbəyov:  «O,  türklük  davasında  həqiqətən 
böyük xidm
ətlər etmiş bir müctəhid, bir türk alimi idi. O, həqiqi bir 
müs
əlman, islam dininin  təəssüblə  əlaqəsi  olmadığına inanan 
h
əqiqi bir mömin idi. 
Qaspiralı  dünya  dinlərini də  araşdırmışdı.  Müsəlmanlığın 
ağla  ən  uyğun  bir  din  olduğunu  dəlillərlə  qəbul edən bir insan 
olduğu  üçün  bir  tərəfdən türklüyə, türk dilinin vəhdətinə, bir 
t
ərəfdən də  müsəlmanlığın  xurafatdan  təmizlənərək  layiq  olduğu 
mövqey
ə çatacağına inanan bir müctəhid və bu yolun tərəqqisi üçün 
çalışan bir mücahid idi». (Mərhum İsmayıl Qaspiralı və bir xatirə. 
«Əməl» dərgisi, № 7, noyabr 1961). 
 
 
Ukraynanın 
sabiq 
Prezidenti 
Leonid 
Kuçma: 
«Zamandaşları  onu  sayqı  ilə  müəllimlərin müəllimi, nəhəng 
adlandırırdılar,  Krım-tatar  xalqının  ən  şanlı  övladlarından  biri 
İ.Qaspiralı  dünya  miqyaslı  mütəfəkkirlər  sırasında  nüfuzlu  yer 
tutmaqdadır».  (Ağməscid, 14-15 may 1991-ci ildə  İ.Qaspiralının 
150 illik yubileyind
əki çıxışından). 
 
 
Doç.dr. Turqay Uzun 
(Muğla  Universiteti):  «İsmayıl 
Qaspiralı türk ulusunun bir bütün olduğuna, coğrafi və dildən gələn 
f
ərqliliklərin bu bütövlüyü poza bilməyəcəyinə  inanmış  və  bu 
s
əbəblə  dil birliyini əngəlləyəcək və  türk  xalqları  arasında 
anla
şmanı  çətinləşdirəcək ünsürlərə  qarşı  mücadilə  edilməsinin 
vacibliyini  qeyd  etmişdir.  Qaspiralı  türk  birliyi  üçün  gərəkli 
gördüyü düşüncə birliyi məsləyini dil birliyi ilə əlaqələndirmiş, dil 
birliyi gerç
əkləşmədən  Türk  xalqlarının  birləşməsindən söz edilə 


• Bütün türkl
ərin tərcümanı 

71
 ~ 
 
bilm
əyəcəyi fikrində  olmuşdur».  («İlk  türk  maarifçilik  hərəkatı: 
c
əditçilik və İsmayıl Qaspiralı» məqaləsindən). 
 
 
Prof.dr.  Əhməd  Bican  Ərcilasun:  «Qaspiralının  başladığı 
v
ə İlminskinin təhlükəli bir proses kimi qələmə verdiyi «ortaq dil» 
ideyası  Kazanda  olduğu  kimi  Azərbaycanda da böyük əks-səda 
doğurmuşdur.  20-ci  əsrin  əvvəllərində  Azərbaycan  əbədi dili ilə 
bağlı mübahisələrin olduğu məlumdur: Osmanlı türk ədəbi dilindən 
istifad
ə edənlərlə xalq danışıq dilindən yararlanaraq yeni bir ədəbi 
dil yaratmaq ist
əyənlər  arasında  şiddətli  münaqişələr  olmuşdur. 
H
ələ 1876-cı ildə H.Zərdabi «Əkinçi» qəzetində (№ 14) türkcənin 
ümumil
əşdirilməsi təklifini irəli  sürmüşdür.  Osmanlı  türk  ədəbi 
dilini müdafi
ə edənlər Əli bəy Hüseynzadənin «Füyuzat», «Şəlalə» 
v
ə  «Dirilik» məcmuələrində  fəaliyyət göstərdilər. 1920-ci illərdə 
Türkiy
ə  ədəbi dili Azərbaycanda  artıq  təhsil dili kimi qəbul 
edilmişdi.  Bu  durumun  1930-cu illərə  qədər davam etdiyini 
prof.Tofiq  Hacıyev  nümunələrlə  sübuta  yetirmişdir».  («İsmayıl 
Qaspiralının fikirləri» məqaləsindən). 
 
 
ABŞ  türkoloqu  Edvard  J.Lazzerini:  «Gözlənilən nəticələr 
(söhb
ət «Tərcüman»ın  nəşrindən  sonrakı  nəticələrdən gedir – 
n
əzərdə  tutulur  –  T.A.) bir tərəfdən iqtisadi geriliyə  rəvac verən, 
c
əhaləti körükləyən və siyasi zəifliyi bəsləyən müsəlmanların zehni 
geriliyin
ə  son verilməsi, digər  yandan  imperiyanın  daha  ədalətli, 
daha ah
əngdar və  daha güclü hala gətirilməsində  müsəlmanlar ilə 
ruslar arasında bərabər bir ortaqlığın başladılması idi. Bu bir adam 
v
ə  çiçəyi  burnundakı  qəzetçi üçün əlçatmaz  iş  olsa  da,  qeyrət və 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə