Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə30/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   26   27   28   29   30   31   32   33   ...   93

• Bütün türkl
ərin tərcümanı 

93
 ~ 
 
böyük m
ənəviyyatı  hüzurunda  torpaqlara  qapanaraq  için-için 
ağlayırıq…».  («Böyük və  tarixi milli matəm» məqaləsindən. 
«T
ərcüman» qəzeti,  1  oktyabr  1914,  №  200.  «İqbal»  qəzetindən 
götürülmüşdür). 
 
 
Abdulla Battal: 
«İsmayıl  bəy Rusiya müsəlmanlarındakı 
fikir h
ərəkatının  icad  edəni, birinci üsuli-cədid məktəblərinin ilk 
ustadı,  milli xeyriyyə  cəmiyyətlərinin təsisinin  mürşidi,  tatar 
q
əzetçiliyinin  atası,  Rusiya  müsəlmanlarının  böyük  islahatçısı  və 
ümum türk-
tatar  dünyasının  böyük  bir  qəhrəmanı  idi.  İsmayıl  bəy 
36 il 
əvvəl «Tərcüman»la Rusiya müsəlmanlarına  həyat və 
m
ədəniyyət dərsi verməyə, qurtuluş yolu göstərməyə başladı. Onun 
göz
əl fikirləri,  faydalı  tövsiyələri Türkistan, Qafqaz, Ural və  İdil 
(Volqa)  boylarında  da  dinlənildi, qəbul  edildi.  Geniş  Rusiyanın 
müxt
əlif  guşələrində  yaşayıb,  ancaq  bir-birlərinin  əhvallarından 
x
əbərsiz,  yaxud da az xəbərdar olan türk-tatar qövmləri 
«T
ərcüman» vasitəsilə tanış olmağa, anlaşmağa başladılar. İsmayıl 
b
əyin Baxçasarayda təsis etdiyi birinci «Üsuli-cədid» məktəbi 
Rusiyadakı  bütün  «Üsuli-cədid» məktəblərinin  anası  oldu»  («Ağır 
hadis
ə» məqaləsindən. «Tərcüman» qəzeti, 1 oktyabr 1914, № 200. 
«Yıldız» qəzetindən götürülmüşdür). 
«1883-cü ild
ən bəri  Krımda  çıxmağa  başlamış  olan 
«T
ərcüman» qəzeti o zamankı Rusiyanın bütün türk dünyasında, o 
cüml
ədən Kazan türkləri arasında da oxunurdu. 
İsmayıl  bəy Baxçasarayda  Qayıtmazağa  məhəlləsində 
nümun
ə  üçün «Üsuli-cədid» məktəbi  açmışdı  ki,  oradakı  üsulla 
tanış olmaq üçün bizdən də bir çox müəllimlər Baxçasaraya gedib 
g
əlmişdilər.  Qaspiralı  qıraqdan  gələnlərə  «Üsuli-cədid»i pulsuz 


• Abid  Tahirli
 

94
 ~ 
 
öyr
ətməklə  bərabər, hər bir müəllimdən burada öyrəndiklərini 
mütl
əq iki müəllimə  öyrədəcəyinə  dair  söz  alırmış.  Yenə  İsmayıl 
b
əy Krım ləhcəsi ilə əlifba «Xocayı sübyan» və başqa bir neçə dərs 
kitabını  tərtib  etmişdi  ki,  bu  kitablar  bir  müddət bizim Kazan 
yurdunda f
əaliyyət göstərən «Üsuli-cədid» məktəblərində  də 
istifad
ə edilmişdir». («Kazan türkləri», İstanbul, 1925, səh.190). 
 
 


• Bütün türkl
ərin tərcümanı 

95
 ~ 
 
 
İ.QASPİRALININ PUBLİSİSTİKASI 
 
XIX 
əsrin ikinci yarısında çar Rusiyasında baş verən mühüm 
ictimai-siyasi d
əyişikliklər, təhkimçiliyin ləğvi,  dekabristlərin 
üsy
anı,  xalqçılıq  hərəkatı,  ardı-arası  kəsilməyən müharibələr, eyni 
zamanda s
ənayenin sürətli  inkişafı,  kapitalizm  münasibətlərinin 
b
ərqərar  olması  kimi  amillər həmin  dövr  rus  publisistikasının 
formalaşmasına,  onun  cəmiyyət tərəfindən  real  güc,  döyüşkən 
qüvv
ə  kimi qəbul  olunmasına  təsir  edirdi.  Maraqlı,  həm də 
utancvericidir ki, XIX 
əsr möhtəşəm rus publisistikası demək olar 
ki, bütün aspektl
ərdən təhlil edilmiş, dəyərləndirilmiş, lakin həmin 
imperiyanın  tərkibində  çiçəklənən, həm mövzu –  problem, həm 
s
ənətkarlıq baxımından rus publisistikasından heç də geri qalmayan, 
b
əzi xüsusiyyətlərinə görə isə hətta onu kölgədə qoyan (məs. nəşr 
imkanlarının  məhdudluğu,  mərkəzin ögey, yad münasibəti, rus 
m
əmurlarının  şovinist  mövqeyi  və  s. kimi problemlərin 
mövcudluğu)  İ.Qaspiralının  yaradıcılığının  timsalında  müsəlman-
türk  publisistikası  nə  araşdırılmış,  nə  qiymətləndirilmişdir,  əksinə, 
h
ər cür diqqətdən kənar saxlanılmışdır. 
Halbuki,  İ.Qaspiralı  publisistikası  bütöv  bir  dövrün,  böyük 
bir toplumun yükünü çiyinl
ərində çəkirdi. Qürdətli qələm ustasının 
publisistikası  sənətkarlıq  nöqteyi-nəzərindən diqqət çəkdiyi kimi, 
mövzu baxımından da sərhəd tanımır: 
-  t
əhsil, elm, mədəniyyət, maarifçilik, xeyriyyəçilik 
probleml
əri; 
- rus-türk-müs
əlman xalqları arasındakı əlaqələr; 
- Rusiya-
Şərq, Rusiya-Qərb ölkələri arasındakı münasibətlər; 


• Abid  Tahirli
 

96
 ~ 
 

qadın azadlığı; 
- islam dini v
ə Avropa sivilizasiyası problemləri; 

Rusiyanın islam siyasəti; 

ədəbi-tənqidi problemlər, sənət və sənətkarlıq məsələləri; 
- m
ətbuat, onun problemləri və vəzifələri; 
-  müs
əlman xalqlarının ümumi problemləri və onların həlli 
yolları; 
- ortaq türk dili problemi; 
- xarici ölk
ələrin əhalisinin – Qərb və Şərq xalqlarının həyat, 
t
əfəkkür tərzləri. 
Bu  v
ə digər problemlər İ.Qaspiralının publisistikasının əsas 
mövzusu 
olmuşdur. Göründüyü kimi, böyük publisistin toxunduğu 
bir  çox  m
əsələlər  bu  gün  də  aktuallığını  itirməmişdir. Səyahət 
oçerkl
əri İ.Qaspiralı publisistikasında mühüm yer tutur. 
 
S
əyahət oçerkləri 
 
Böyük maarifçi-
publisist,  naşir-redaktor  İ.Qaspiralının 
irsind
ə  xüsusi  yer tutan səyahət oçerkləri bir tərəfdən bu qüdrətli 
q
ələm sahibinin məramı,  idealları  barədə  fikirlərin  formalaşması 
üçün maraqlı material, digər tərəfdən səyyahın səfər etdiyi bölgələr
ölk
ələr,  onların  sakinləri və  xalqların  həyat, təfəkkür tərzləri 
haq
qında  zəngin,  etibarlı  mənbədir. Üçüncü tərəfdənsə, səyahət 
oçerkl
əri mahir publisistin yaradıcılığında dil, üslub və sənətkarlıq 
probleml
ərinin dəyərləndirilməsi baxımından diqqətçəkəndir. 
S
əyahət oçerklərinin  coğrafiyası  genişdir:  Türkiyə,  Ərəb 
ölk
ələri,  Hindistan,  Polşa,  Qafqaz,  Orta  Asiya  ölkələri 
İ.Qaspiralının səfər etdiyi məkanların tam siyahısı deyil.  Avropaya 
v
ə  Afrikaya  (Almaniya,  Avstriya,  Macarıstan,  Fransa,  İspaniya, 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə